İ. Hacıyev Elmi məsləhətçi və «Ön söz»ün müəllifi: akademik İ. Həbibbəyli



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə15/84
tarix18.06.2018
ölçüsü5,01 Kb.
#49681
1   ...   11   12   13   14   15   16   17   18   ...   84

61
54
54


62
türbə). Bu zaman fundament xaricdən
hamar, daxildən pilləli işlənir. Belə fun‑
damentdən köhnə  Mərv  şəhərindəki
Sultan Səncər türbəsində  də istifadə
olunmuşdur;
b) antiseysmik tədbirlərə bərkidici
məhlul qatının qalın olması da daxil‑
dir;
c) iri həcmli daşlarla işlənmiş sik‑
lopik tikintilərdə Xaraba‑Gilan üçün xa‑
rakterik olan xüsusi antiseysmik üsuldan
istifadə olunmuşdur. Belə ki, qalın bər‑
kidici məhlul içərisinə bir‑birindən bir
az aralı kiçik həcmli daşlar düzülmüşdür.
Bu üsul zəlzələnin  şaquli təkanlarına
qarşı divarları olduqca davamlı edir;
d) zəlzələnin  şaquli təkanlarına
qarşı davamlı üsullardan biri də daş və
kərpic düzümündəki «bağlama» üsu‑
ludur. Bu zaman divarın qonşu cərgə‑
lərindəki daş  və  kərpiclərin kənarları
üst‑üstə düşməməlidir;
e) kəc tərkibli «əhəngkövrə» adlanan
bərkidici məhluldan istifadə olunması
da tikililərin antiseysmik imkanlarını
artırır; 
j) Bundan başqa çatma tağ və təvan‑
lar, həmçinin günbəzvari örtüklər də zəlzələyə olduqca davamlı hesab olunur‑
lar.
Xaraba‑Gilan tikililərində əsasən odda yaxşı bişirilmiş 20 x 20 x 5 sm və 19
x 19 x 5 sm ölçülərində olan kərpiclərdən istifadə olunmuşdur.
Xaraba‑Gilan şəhər yerindən müxtəlif faomalı və tərkibli zəngin keramika
əldə edilmişdir. Buraya şirli və şirsiz qablar, müxtəlif fiqurlar, memarlıq nü‑
munələri və s. daxildir.
55
55


63
Şirsiz keramika məmulatı içərisində IX‑XI  əsrlərə aid süfrə qabları da
vardır. XI əsrdən başlayaraq kiçik həcmli küpələrin bir qismi istisna olunmaqla,
qalan bütün süfrə qabları şirlə örtülürdü.
Şirsiz kasa, boşqab və fincanlar qırmızı gildən, küpə və vazalar isə boz və
yaşıl‑boz rəngli gildən hazırlanır və açıq‑boz rəngli anqobla örtülürdü. Təsadüfi
hallarda qırmızı rəngli anqobla örtülmüş qablara da rast gəlinir.
Şirsiz materiallar içərisində mətbəx qabları xüsusi yer tutur. Belə qablar
Azərbaycanın orta əsr  şəhərləri üçün xarakterik olub, zaman‑zaman az
dəyişikliyə uğramışdır. Mətbəx qabların ən bariz nümunələrinin qırmızı və ya
yarımşar formalı gövdəsi, petləvari qulpları və yumru oturacaqları vardır. Qa‑
zanlar, əsasən cızma üsulu ilə dalğavari və düz xətlərlə naxışlanmışdır. 
Xaraba‑Gilandan  əldə olunmuş, həcminə görə  ən böyük şirsiz qablar
küplər (pifoslar) və kuzələrdir. Onların qırmızı gilli olub, əksəriyyətinin üzərinə
açıq boz rəngli anqob çəkilmişdir. Küzələr əsasən xırda dişli alətlə cızma üsulu
ilə paralel və dalğavari xətlərlə naxışlanmışdır. Təsərrüfat küplərinin naxışları
daha zəngindir. Onlar cızma, yapma, basma üsulları ilə müxtəlif ornamentlərlə
və gövdəsinin bir neçə yerindən keçən relyefik kəmərlərlə bəzədilmişdir.
Xüsusi təyinatlı qablara sferokonus, şamdan, çıraq və üçayaqları göstərmək
olar. IX‑X əsrlərə aid sferokonuslar əsasən şar gövdəli və ya yumurta formalı
olurdular. XI‑XIII  əsrlərdə  əvvəlkilərə nisbətən iri gövdəsi və biz oturacağı
olan bədii tərtibatlı sferokonuslar geniş yayılmağa başlayır. Bunların üzəri
zəngin naxışlanmışdır. Ornamentlər əsasən relyefik formada, yapma üsulu ilə
yerinə yetirilmişdir. Bu ornamentlər içərisində romblara, dairələrə, altıləçəkli
güllərə, üzümün stilləşdirilmiş dənəsinə, çiçəyinə və yarpağına da rast gəlinir.
Analoji yapma bəzəyi olan küpələrdən və sferokonuslardan üzüm məhsullarının
(xüsusən də  şərabın) saxlanması  və daşınmasında istifadə olunmuşdur. Elə
sferokonuslar var ki, bütünlüklə üzüm salxımı formasında hazırlanmışdır. Be‑
ləliklə, orta əsr sferokonuslarından müxtəlif məqsədlər üçün (əl qumbarası
kimi, civə və başqa təhlükəli maddələrin, şərab, sirkə və doşabın daşınmasında)
istifadə olunmuşdur.
Xüsusi təyinatlı qablar içərisində çıraqlar və şamdanlar ayrıca qrup təşkil
edirlər. Lüləli çıraqlar neftlə, açıq, kasa formalı çıraqlar isə yağla yandırılmışdır.
Şirsiz qablar içərisində ləyən və aftafalar da vardır.
Əldə edilmiş keramikanın təqribən beşdən bir hissəsini şirli qablar təşkil
edir ki, bunların da əksəriyyəti süfrə qablarına aiddir (boşqablar, kasalar,


64
vazalar, duz qabları və s.).
XI‑XIII əsrlərdə Yaxın Şərqin
müsəlman ölkələrində, o cümlədən
Azərbaycanda da, şirli məmulat‑
ların istehsalı geniş vüsət almışdı.
Şirli qabların böyük əksəriyyəti
qırmızı gilli olub, üzəri həndəsi,
nəbati naxışlarla və yazılarla bə‑
zədilirdi. Şirli qablardan başqa, Ki‑
ran  şəhərində (Xaraba‑Gilanda)
yüksək keyfiyyətli fayans qablar
da istehsal olunurdu. Müxtəlif for‑
malı  və  zəngin naxışlı bu qabların bir qisminin eksport olunduğuna  şübhə
yoxdur. Kiranda istehsal olunmuş qablara Naxçıvan və Ani şəhərlərindən əldə
edilmiş keramika məmulatı içərisində rast gəlinir.
Qırmızı gilli qabların çox hissəsi yaşıl şirlə örtülür və «qraffito» üsulu ilə
naxışlanırdı. Ağ anqob üzərindən rəngsiz (şəffaf) şirlə örtülən qablar da vardır.
Rəngsiz şir, qabların müxtəlif rənglərlə, istənilən ornamentlərlə bəzədilməsinə
şərait yaradırdı. Bu zaman bütün rənglərdən və  rəng çalarlarından istifadə
olunmuşdur.
Şirli qablar içərisində kaşılı keramikanı‑fayans məmulatını xüsusi qeyd
etmək lazımdır. Qırmızı rəngli gilin kaşı ilə əvəz olunması yüksək keyfiyyətli
şəffaf qlazurun əldə olunmasına şərait yaratmışdı. Kaşılı keramikanın, fayans
qabların naxışlanmasında «qraffito» üsulundan istifadə olunmuşdur. Əsas na‑
xışlama üsulu fırça ilə müxtəlif boyaların salınması və bundan başqa yapma
bəzəklər, relyefik naxışlardır.
Fayans qablar (Kaşı  məmulatı)  şirli keramikanın təqribən 30%‑ni təşkil
edir. Bu da onun Xaraba‑Gilanda geniş yayıldığını göstərir. Boşqab tipli,
naxışına və formasına görə eyni olan bir sıra qablar həm qırmızı gildən, həm
də kaşıdan (fayansdan) hazırlanmışdır ki, bu da onların yerli istehsal olduğunu
sübut edir. Xaraba Gilandan əldə edilmiş fayans qabların çeşidini və keyfiyyətini
nəzərə alsaq, burada fayans istehsalının müəyyən dövrlərdə Rey və Sultanabaddan
geri qalmadığını söyləmək olar.
Xaraba‑Gilanda metalişləmə  sənəti də inkişaf etmişdi. Hələlik  ən çox
məişətdə işlənən əşyalar və bəzək nümunələri aşkar edilmişdir ki, bunların da
56
56


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə