İ. Hacıyev Elmi məsləhətçi və «Ön söz»ün müəllifi: akademik İ. Həbibbəyli



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə13/84
tarix18.06.2018
ölçüsü5,01 Kb.
#49681
1   ...   9   10   11   12   13   14   15   16   ...   84

54
Xaraba Gilan şəhər yeri
Orta əsr Kiran şəhəri XIV əsrin əvvəllərində zəlzələ nəticəsində dağıldıqdan
sonra onun xarabalıqlarına yerli əhali tərəfindən Xaraba‑Gilan adı verilmişdir
(şəkil 47‑57). «Gilan» sözünün etimologiyası haqqında müxtəlif fikirlər vardır.
Bu söz «böyük», «möhtəşəm» (ibn əl‑Əsir, Həmdullah Qəzvini), «giləklərin
yaşadığı yer» (A.Oleari), «gilli torpaq» (C.Rəfiyev), kadusilərin bir qolu olan
«gellərin yaşadığı yer» (V.Bartold) mənalarında izah edilir.
«Kiran» sözü isə Türk dilində «sınır» ‑ sərhəd mənasında işlədilir.
Xaraba Gilan şəhər yeri və ətraf ərazinin yazılı mənbələrdən məlum olan
ən qədim adı Azadır. 
IV‑X əsrlər mənbələrində bu ərazi Qoqtn, Qoltan, Qoxtn, Qoxtan adlandırılsa
da,  ərəb mənbələri onu öz tarixi adı ilə – Aza‑Ciran (Haciran) kimi qeyd
etmişlər. Fars dilli mənbələrdə də vilayət «Azad‑Ciran» adı ilə tanınır.
47
47


55
Qoqtn, Qoxtn, Qoltan adının da tarixi köklərini izah etmək mümkündür.
Bibliyada adı  çəkilən Qoq və Maqoq tayfaları, Qurani‑Kərimdə adı gedən
Yəcus və Məcuslar haqqındakı məlumatların bir hissəsi Mete dövrünün hun
və yüeci tayfalarına aid məlumatlardandır. Qurani‑Kərimdə bu adlar onlara
dini mənsubiyyətinə görə verilmiş, «yəcus» dedikdə bütpərəstlər, «məcus»
dedikdə isə atəşpərəstlər nəzərdə tutulmuşdur. Qoqtn adı da qoqların‑yəcus‑
ların–yüecilərin yaşadığı yer deməkdir. Yüecilərin adı «Yacı» («Yaycı» yazılsa
da, xalq dilində «yacı» deyilir) kəndlərinin adında indi də qorunub saxlanmış‑
dır.
Xaraba‑Gilan şəhər yeri Gilançayın sol sahilində, Ordubad‑Naxçıvan av‑
tomobil yolunun 17‑ci km‑də yerləşir. Təpələr və dağlar üzərində yerləşən
şəhər xarabalıqları 100 ha‑dan artıq ərazini əhatə edir. Qərb tərəfdə, ətrafdakı
dağlardan 70‑80 m hündür və üzəri nisbətən düz olan dağın üstündə şəhərin
narınqalası yerləşir. Dağın şimal‑qərb tərəfindən başqa hər tərəfi sıldırım qa‑
yalıqdır. Dağın eni bəzi yerlərdə 300 m‑ə çatır. Beləliklə, təkcə narınqalanın
sahəsi 30 hektara qədərdir. Qədim yunan şəhərlərində olan akropolların
planına uyğun inşa edilmişdir. Narınqalanın mərkəzi hissəsində qala qarnizo‑
nunun yerləşdiyi çoxlu kiçik otaqlardan ibarət kompleks, seçmə daşlarla və
əhəngkövrə ilə işlənmiş, şəhər hakimi və qoşun başçılarının olduqları bir neçə
iri həcmli kompleks və iki örtülü su anbarı yerləşmişdir.
Su ambarlarından biri bərabəryanlı üstəgələk formasında, ikincisi isə
dördbucaqlı planda işlənmişdir. Narınqalaya yeganə giriş yolu şəhərin birinci
48
48


56
və ikinci məhəllələrinin qalaya uzanan yerindəndir.  Şəhərin narınqalası  və
məhəllələri dairəvi, dördbucaqlı və altıbucaqlı planda bürcləri olan möhkəm
müdafiə divarları ilə əhatə olunmuşdur. Məhəllələr arasındakı çökəkliklərdə
karvansara, dəyirman, hamam və b. ictimai binalar yerləşmişdi.
Şəhərin şimal tərəfi sıldırım qayalar olduğundan, burada müdafiə divarlarına
istehkamlara və başqa müdafiə qurğularına ehtiyac olma mışdır.
Şəhərin müdafiə sistemində yaxınlıqdakı kiçik qalalar və qa rovul məntəqələri
də mühüm rol oynamışdır. Xaraba‑Gilan yaxın lığındakı beş  kəndin adında
sax lanmış «Dizə» sözü sasanilər dövründə (III‑VII əsrlər) «qala» mənasında iş‑
lənmişdir. Məhz bu ərazilərdə şəhərin forpostları yer ləşirdi.
Şəhər dağlıq  ərazidə  və bö yük çaylardan aralı yerləşdiyindən onun
olduqca mürəkkəb su təc hizatı sistemi olmuşdur. Ən böyük su anbarı şəhərin
şimal‑şərqində Narınqalaya yaxın yerləşmişdir. Burada eni 500 m‑dən artıq
olan dərənin qabağı 20‑22 m enində daşdan işlənmiş  bəndlə  kəsil mişdir. Bu
bənd həm də müdafiə divarı rolunu oynamış, onun şərq tərəfdəki axırıncı bür‑
cündən di varın üstü ilə Narınqalaya yol olmuşdur. Bu su anbarı Düy lünçaydan
çəkilmiş arx vasitəsilə və yağış suları ilə doldurulurdu.
Şəhər içməli su ilə  əsasən kəhrizlər vasitəsilə  təmin olunur du. Bu
kəhrizlərdən ikisinin ayağı indi də şəhər yerindən cənubda və qərbdə bulaq
kimi üzə çıxır. Su itkisinə yol verməmək üçün şəhər daxilində saxsı borulardan
(güyüm) istifadə olunmuşdur.
49
49


57
Şəhərin memorial abidələri
onun  şimalında və  şimal‑şər qin ‑
dəki iki dağın üzərində yerləş ‑
mişdir. Burada Naxçıvan memarlıq
məktəbinin X‑XIII  əsrlərə aid ən
gözəl nümunələri toplanmışdır.
1980‑ci ildə  tədqiq edilmiş  1
saylı türbə tikinti materialları, ti ‑
kinti texnikası  və memarlıq üslu ‑
buna görə Naxçıvan  şəhərindəki
Yusif Küseyir oğlunun (1162 il) və
Möminə Xatun (1187‑ci il) türbə ‑
lərinin oxşarıdır. Burada giriş yol ‑
larının və dekorativ kərpiclərin for‑
ma və ölçülərinin eyni olması, üz‑
lüklərin eyni motivlərlə naxış lan ‑
ması, həndəsi naxış motivləri nin
eyni olması  və  qu ru luş la rın dakı
ümumilik bu türbənin də dahi me‑
mar Əcəmi Əbubəkr oğlu tərəfin‑
dən yaradıldığını söyləməyə imkan
verir. Konstruktiv həllinə, həcminə,
kaşılardan istifadəsinə və naxışla‑
rına görə 1 saylı türbənin XII əsrin
70‑ci illərində inşa edildiyini söy‑
ləmək olar.
Dahi memar Əcəmi Əbubəkr
oğlunun yaradıcılığında 25 illik fa‑
silə olmamışdır. 1162‑ci ildən sonra
o, Kiran şəhərində Naxçıvan me‑
marlıq məktəbinin inciləri sırasına
daxil olan iki türbə inşa etmişdir.
İndiyədək belə hesab olunurdu ki,
Naxçıvan memarlıq məktəbinin us‑
taları yalnız mürəkkəb kompozisiyalı qülləvari türbələrin yaradıcıları olmuşlar.
Lakin Xaraba‑Gilanda aşkar edilmiş 2 saylı türbə sübut edir ki, onlar orijinallığı
ilə seçilən kub şəkilli türbələr də inşa etmişlər. Bu türbənin korpusu xaricdən
50
50


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə