İ. Hacıyev Elmi məsləhətçi və «Ön söz»ün müəllifi: akademik İ. Həbibbəyli



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə11/84
tarix18.06.2018
ölçüsü5,01 Kb.
#49681
1   ...   7   8   9   10   11   12   13   14   ...   84

36
36
37
37
45


46
axın da 7 gün, 7 gecə davam etmişdir. Urun süqutundan sonra subasma ideo‑
logiyasında da dəyişikliklər olmuşdur 
[Емельянов В., 2005, s.78‐79].
Nuhun tufanı haqqında əfsanənin ən qədim variantı XIX əsrdə arxeoloq
Arno Pöbelin nəşr etdiyi şumer variantıdır. Burada Enki allahı padşah
Ziusudranın evinin divarına subasma olacağı haqda xəbər verir. Eyni ilə
əfsanənin Babilistan variantında da Ninnihiku‑Ea allahı Utnapiştimin daxmasının
divarına fəlakət olacağı haqda xəbər verir. Bir çox tədqiqatçılar bu «xəbərvermə»
faktının zəif zəlzələ silkələnmələrinin nəticəsi olduğunu qeyd edirlər. Nəhayət,
Tövrat və Qurani‑Kərimdə bu fəlakətin Allahın qəzəblənərək insanlara
göndərdiyi cəza olduğu göstərilir. Qeyd edək ki, yuxarıda adı çəkilən variantların
hamısında fəlakət təqribən oxşar şəkildə təsvir olunur: güclü cənub küləyi ilə
müşaiyət olunan və ardı‑arası kəsilmədən 40 gün 40 gecə davam edən leysan
yağışları. Buradan belə nəticəyə gəlmək olur ki, əfsanənin qədim Şumer və Ba‑
bilistan variantlarında, Tövratda və Qurani‑Kərimdə çox qədimdə baş vermiş
bir təbii fəlakət haqqında məlumat verilir. Haqqında son 200 ildə saysız‑
hesabsız əsərlər yazılsa da, Ümumdünya subasmasının tarixi hələ də tam də‑
qiqləşdirilməmişdir.
Geoloq, arxeoloq və tarixçi alimlərin ümumi rəyinə  əsasən  ən dəhşətli
ümumdünya su basması e.ə. XII‑IX minilliklər arasında baş vermişdir. Lakin
Nuhun adı ilə bağlı olan Ümumdünya subasmasının Dəclə  və  Fərat çayları
arasında 5‑6 min il bundan əvvəl olduğu da göstərilir (Sultanov R., 1971, s.19‑
29). Bu dəhşətli hadisənin baş verdiyi yerdən çox‑çox uzaqlarda da yayıldığını,
qədim yazılı  mənbələrdə  və dini kitablarda da öz əksini tapdığını  nəzərə
alsaq, onun tarixinin, harada və hansı miqyasda baş verməsini aydınlaşdırmağın
mühüm  əhəmiyyətə malik olduğunu görərik. Ehtimal ki, bəhs etdiyimiz
Ümumdünya subasması  bəşər tarixində yazıya alınan axırıncı  ən böyük
subasma hadisəsi olmuşdur. Ondan sonra baş vermiş subasmalar miqyasca
kiçik olmuş və qədim dünyada geniş rezonans doğura bilməmişdir. Yunan ta‑
rixçilərinin e.ə. 1550‑ci ildə baş verdiyini ehtimal etdikləri Prometeyin oğlu
Devkalionla bağlı subasma da lokal təbii fəlakətlərdən hesab oluna bilər.
Nuhun adı ilə bağlı Ümumdünya subasmasının həqiqətən baş verdiyi
geoloqlar və arxeoloqlar tərəfindən artıq elmi tədqiqatlarla sübut olunmuşdur.
Lakin hadisənin baş verdiyi (Dəclə və Fərat çayları arası) ərazi ilə əfsanənin
yayıldığı ərazi arasında miqyasca olduqca böyük fərq vardır ki, bu da obyektiv
səbəblərdən qaynaqlanır.
1929‑cu ildə, qədim Ur şəhərinin qazıntısı zamanı ingilis arxeoloqu Leonard


47
Vulli subasmanın 3,5 m qalınlığında izlərini
aşkar etdikdən sonra Nuhun tufanı haqqında
əfsanəyə elmi ictimaiyyətin münasibəti də‑
yişdi. Lakin L.Vullinin aşkar etdiyi izlər çox
qədim mədəni təbəqənin üzərində yerləş‑
diyindən, təbii olaraq, subasma hadisəsinin
də tarixini qədimləşdirirdi. Sonradan qədim
Şuruppak şəhəri ətrafında və Kiş şəhərinin
yerində aparılan arxeoloji qazıntılar zamanı
aşkar edilmiş qum qarışıq gil qatı e.ə.III mi‑
nilliyin əvvəllərinə aid mədəni təbəqənin üzərində yerləşirdi. Məhz bu tarix
Nuhla bağlı subasmanın tarixinə daha çox uyğun gəlirdi. Beləliklə, Nuhun
Ümumdünya subasması hadisəsinin e.ə. 3100‑2900‑cü illər arasında baş verdiyi
daha çox qəbul olunan tarixdir.
Bizi  ən çox maraqlandıran Nuhun tufanı haqqında  əfsanənin Naxçıvan
variantıdır. Öncə qeyd edək ki, bu variant Avropa alimlərinə hələ də məlum
deyil və ona öz tədqiqatlarında istinad etməmişlər və etmirlər. Buna baxmayaraq,
inamla deyə bilərik ki, Naxçıvan variantının başqa variantlardan üstün cəhətləri
çoxdur.
Nuhun tufanı haqqında əfsanənin Naxçıvan variantına görə, uzun sürən
tufan və yağışlar nəticəsində  hər tərəfi sel‑su basır. Ancaq hündür dağların
zirvəsi görünürmüş. Tufan yatandan sonra Nuhun gəmisi dayanmağa yer ax‑
tara‑axtara hündür bir dağa yaxınlaşır. Sıldırım qayalar, qar, buz dayanmağa
imkan vermir. Burada çox əzab‑əziyyət çəkdiyindən dağın adı həmin vaxtdan
«Ağrı dağı» olaraq qalır. Gəmi Ağrı dağından şərqə tərəf üzüb, daha bir dağda
dayanmaq istəyir. Lakin çox əziyyət çəksə  də, burada da dayana bilmir və
deyir ki, «bu dağ da o dağdan Kəm deyil». O vaxtdan da dağın adı «Kəmki
dağı» adlanır. Oradan Nuhun gəmisi daha hündür dağlara tərəf üzür. Bir
yerdə gəminin altı suyun altında qalmış dağın zirvəsinə ilişib dayanır. Oradan
çətinliklə  çıxdıqdan sonra Nuh deyir: «İnan ki, dağdır». Deyilənlərə görə
həmin dağ  İlanlı dağ olub. Hətta deyirlər ki, İlanlı dağın zirvəsini Nuhun
gəmisi iki yerə haçalayıb. Ona görə də el arasında İlanlı dağa həm də «Haça
dağ» deyirlər.
Gəmi oradan uzaqlaşıb, hündür dağların  ətəyində  əlverişli bir yerdə
dayanır. Bu zaman suyun səviyyəsi də artıq aşağı düşürmüş. Nuhun gəmisinin
dayandığı yer Nəsirvaz kəndinin yaxınlığındakı dağ idi ki, bu dağ o vaxtdan
38
38


48
«Gəmiqaya» adlanır. Deyirlər ki,
gəminin qalıqları indi də  həmin
dağda qalır. Gəmiqaya indi elmdə
tunc dövrünə aid qayaüstü rəsmləri
ilə məşhurdur.
Gəmi dayandıqdan sonra Nuh
peyğəmbər öz uşaqları ilə birlikdə
Naxçıvan dağlarının  ətəklərində, çay qıraqlarında məskən salıb yaşayırlar.
İndiki Naxçıvan əhalisi də o vaxtdan burada məskən salmış Nuhun övladlarıdır.
Nuh peyğəmbərin ən çox Naxçıvançayın Arazla qovuşduğu yer xoşuna gəlir.
Burada qərar tutub yaşayır.
Onun qəbri də Naxçıvandadır
(«Nuh daban» adlanan yerdə).
Nəsirvaz kəndinin adındakı
«Nəsir» sözünün əfsanənin
Şumer variantındakı «Nisir»
dağının adı ilə oxşarlığı da
maraq doğurur.
Əfsanədən göründüyü
kimi Naxçıvanda və ona yaxın
ərazidə dörd böyük dağın adı
Nuh peyğəmbərin adı ilə əla‑
qələndirilir. Bəzi alimlər Nuhun tufanı haqqında əfsanənin müsəlman xalqlar
arasında yayılmasının yalnız Qurani‑Kərimlə bağlı olduğunu göstərirlər. Bəlkə
39
39
40
40


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə