İ. Hacıyev Elmi məsləhətçi və «Ön söz»ün müəllifi: akademik İ. Həbibbəyli



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə17/84
tarix18.06.2018
ölçüsü5,01 Kb.
#49681
1   ...   13   14   15   16   17   18   19   20   ...   84

69
Birinci Plovdağ nekropolu
Birinci Plovdağ nekropolu eyni adlı
dağın – cənub  ətəklərində 1,5 hektara
qədər  ərazini  əhatə edir (şəkil 58‑68).
Nekropolun və yaşayış yerinin cənub
tərəfləri XX əsrin 60‑cı illərində “Dəstə
arxi” (Gilançaydan 10 km aralıda olan
Dəstə kəndinə çəkilən kanal belə adlanır)
çəkilərkən dağıdılmışdır.
Plovdağ  Zəngəzur sıra dağlarına
aid dağ silsiləsinin axırıncısı olub, özün‑
dən əvvəlki dağla birləşdiyi yerdə çö‑
kəklik əmələ gətirir ki, burada da Birinci
Plovdağ nekropolunun yuxarıda təsvir
etdiyimiz yaşayış yeri yerləşir. Nekropol
kurqan tipli qəbirlərdən ibarətdir. Onların çoxu bir neçə dəfə dağıntıya məruz
qalmışdır. Xüsusən nekropolun cənub tərəfi həm təbii qüvvələrin təsirindən,
həm də  təsərrüfat işləri nəticəsində demək olar ki, tamamilə dağıdılmışdır.
Plovdağın zirvəsinə  tərəf bir neçə toxunulmamış  və qismən salamat qalmış
kurqanlar tədqiq edilmişdir 
[İbrahimov B., 2005, s.154‐163]
.
6 saylı kurqan dairəvi plandadır. Cənub və şərq tərəflərindən başqa qalan
hissələri salamtdır. Qəbir kromlexin təqribən mərkəzində yerləşir. Örtük daşları
yoxdur. Kurqanın kromlexi və  qəbirin kamerası  ənənəyə uyğun olaraq iri
həcmli daşlarla işlənmiş, aralarındakı sahə isə müxtəlif ölçülü daş və torpaqla
doldurulmuşdur. Sərdabə düzbucaqlı planda olub, şərq‑qərb istiqamətindədir
(1,2 ‑1,75 m). Qəbir təkrar dağıntıya məruz qaldığından, içərisi daşla, torpaqla
dolmuşdu. 0,41 m dərinlikdə skelet qalıqları aşkar edildi. Skelet olduqca pis
qalmışdı. Onun qismən alt çənə sümüyü və bir neçə fəqərə sümükləri salamat
idi. Sümüklərə əsasən demək olar ki, dəfn olunan sol yanı üstə, yarıbükülü və‑
ziyyətdə, başı şimal‑şərq istiqamətində qəbrə qoyulmuşdur. Buradan iki ədəd
mis sırğa aşkar edildi.
6 saylı kurqanın qurbangahı ona şimal‑şərq tərəfdən bitişik işlənmişdir.
Qeyd etmək lazımdır ki, qurbangah əvvəlkilərə nisbətən olduqca səliqəsiz və
61
61


70
düzgün olmayan dördbücaqlı plana malikdir.
Şərq tərəfinə bir ədəd sal daş dikinə qoyulmuş,
qalan divarları isə müxtəlif ölçülü daşlarla iş‑
lənmişdir. Kameranın içərisindən 21 sm dərin‑
likdə qara gilli, tək qulplu qab aşkar edildi. Bu
qabdan qərbdə 43 sm dərinlikdə  qırmızımtıl
gilli sferik formalı digər qab tapıldı. Qara rəngli
qulplu qab ola bilsin ki, kameraya sonradan
düşmüşdür. Belə ki, bu qab kameranın döşə‑
məsindən 20‑21 sm hündürlükdə tapıldı  və
formasına görə kameradan çıxan ikinci qabdan
çox fərqlidir. 6 saylı kurqan yaşayış yerinə aid
mədəni təbəqənin üzərində yerləşib.
8 saylı kurqan Plovdağ nekropolunun hə‑
ləlik ən salamatıdır. Dairəvi planlı bu qəbir 7
saylı kurqandan cənubda, 4 saylı kurqandan
qərbdə yerləşir. Onun diametri 9 m‑ə yaxındır.
Kurqan təpəciyi daş qarışıq torpaqdan ibarətdir.
Kromlexi iri həcmli, təqribən eyni ölçülü daş‑
lardan qurulmuşdur. Kromlex qurularkən, əsa‑
sən kənar xəttin düzgün olmasına diqqət edil‑
mişdir. Kurqanın təpəciyi 40‑50 sm götürül‑
dükdən sonra təqribən kromlex daşları səviy‑
yəsində  təmiz torpaq qata çıxdı. 10‑15 sm
torpaq götürüldükdən sonra isə  qəbir aşkar
edildi. Qəbirin torpaq kamerası dördbucaqlı
plandadır (1,7 x 1,0 m). Ətrafın boz rəngli
torpağı fonunda kameranın göyümtül rəngli
torpağı aydın seçilir. 0,7 m dərinlikdə yaxşı
qalmış, anatomik vəziyyəti dəyişməmiş skelet
aşkar edildi. O, sol yanı üstə, başı şərq istiqa‑
mətində, qolları dirsəkdən, ayaqları isə dizdən
bükülü vəziyyətdə qəbirə qoyulmuşdu. Qəbirin
cənub‑qərb küncündə, skeletin diz sümüyünə
yaxın bir çay daşı qoyulmuşdu.
Skeletin alın sümüyünə yaxın xırda buy‑
nuzlu heyvanın kəlləsi var idi. Kəllənin  ənsə
62
62


71
sümüyü skeletin alın sümüyünə dayanmışdı. Xırda buynuzlu heyvanın ayaq
sümükləri və onurğa sümüklərinin bir hissəsi kameranın şimal‑şərq küncündə,
skeletin arxa tərəfindən aşkar edildi. Bir dırnaq sümüyü skeletin ayaq sümük‑
lərinin qarşısında aşkar edildi. Xırda buynuzlu heyvan doğranaraq bişirilib
qəbrə qoyulmuşdu. Belə ki, sümüklərin odda yanma əlamətləri yaxşı izlənirdi. 
Skeletin kəllə sümüyündən şərqə xırda buynuzlu heyvanın kəllə sümüyü
ilə ayaq sümükləri arasında bir ədəd kiçik küp aşkar edildi. Sağ əlin sümükləri
arasında bozumtul gilli yarım sferik formalı piyalə tapıldı. Sağ qola yaxın üç
ədəd tunc əşya və bir ədəd halqa formalı tunc üzük tapıldı. Bu mis əşyalar
ehtimal ki, dəridən olan (torbaya oxşar dağarcıq) qabın yanlarını  bərkitmək
üçün istifadə edilmişdir. Belə ehtimal etməyə həmin əşyaların bir yerdə, eyni
səviyyədə (döşəmədən 13 sm hündürlükdə) və bir istiqamətdə yerləşməsi əsas
verir.  Əgər bunlar geyimə aid olsa idi, onda, skeletin sol qoluna yaxın da
həmin  əşyalardan tapılardı. Döşəmə bir ədəd dəvəgözü daşından ox ucu
tapıldı. Tunc əşyalardan bir az aşağıda sümükdən hazırlanmış biz, iynə və bir
tərəfi yastı əşya aşkar edildi. Kameranın cənub‑qərb tərəfində 2‑3 sm qalınlığında
gildən yerdə qurulmuş ocaq aşkar edildi. Ocağın bir hissəsi qəbirdən kənara
çıxır və güman ki, yaşayış yerinə aiddir. 
63
63


72
8 saylı kurqanın qurbangahı yuxarıda qeyd olunduğu kimi, kurqana şərq
tərəfdən bitişik işlənmişdir. Kurqanaltı qəbirin torpaq kameralı olmasına bax‑
mayaraq, qurbangahı daşla işlənmiş və toxunulmamış qalmışdır. Dördbucaqlı
plandadır. Örtüyü 5‑6 sm qalınlığında sal daşdan ibarət olsa da, sonradan
kiçik hissələrə parçalanmışdır. Qurbangahın  ətrafına kiçik həcmli daşlar
düzülmüş  və üstü kurqan təpəsində olduğu kimi, daş qarışıq torpaqla
qalanmışdır. Kameranın örtük daşı götürüldükdən sonra məlum oldu ki,
içərisinin  şimal və  cənub daşları nisbətən maili vəziyyətdə qoyulmuş  və
bununla da kameranın aşağısı dar, yuxarısı isə nisbətən geniş forma almışdır.
Daşların belə qoyuluşu kameranı daha davamlı etmişdir. Döşəməyə isə daş
düzülmüşdür.
Qurbangahın şimal divarına yaxın, ortada qara rəngli, geniş ağızlı bir gil
qab aşkar edildi. 
21 saylı kurqan birinci qazıntı sahəsinin cənub‑qərbində yerləşir. Qazıntı
sahəsinin bu hissəsi hər yerdə 50 sm dərinlikdə təmizlənsə də bundan başqa
kurqan aşkar edilmədi. Burada ümumiyyətlə, kurqanların heç olmadığını söy‑
ləmək tezdir. 
64
64


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə