İ. Hacıyev Elmi məsləhətçi və «Ön söz»ün müəllifi: akademik İ. Həbibbəyli



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə25/84
tarix18.06.2018
ölçüsü5,01 Kb.
#49681
1   ...   21   22   23   24   25   26   27   28   ...   84

98
adəti) Trialeti və Ağrı vadisi abidələrində
rast gəlinməmişdir.
Kurqan mədəniyyətinin olduqca mü‑
bahisəli olan genezisi məsələsi hələlik həll
edilməmişdir. Onların Mərkəzi və  Şərqi
Avropadan, Misirdən 
[Нариманишвили Г., 2006,
c.62]
gəldiyi qeyd olunur və həmişə də kur‑
qan mədəniyyəti hind‑avropa tayfalarının
yayılması 
[Гогадзе Э.М., 1972, c.107]
və onların mifologiyasındakı “tısbağa” kultu
ilə  əlaqələndirilir 
[Ростунов  В.Л., 2006, c.207‐211]
. Bu tezislə  qətiyyən razılaşmaq
olmaz. Ona görə ki, hələlik kurqanların nə genezisi, nə də etnik mənsubiyyət
məsələsi həll edilməmişdir. Bizə elə gəlir ki, kurqan mədəniyyətinin yaranmasının
köçəriliklə bağlı olduğunu ehtimal etmək daha düzgün olardı. Köçəri həyat
tərzi keçirmiş  hər hansı bir xalq özünü kurqan mədəniyyətinin varisi hesab
edə bilər.  Əvvəllər köçəri həyat tərzi keçirməmiş xalq isə yoxdur. Lakin
fikrimizcə, bu mədəniyyət prototürk tayfaları ilə daha çox bağlıdır. Çünki,
kurqan sözünün də anlamı elə türkcə “qanlı gor” deməkdir. 
Plovdağ yaşayış yerləri və nekropollarının tədqiqinin Azərbaycan arxeo‑
logiyası üçün mühüm əhəmiyyəti vardır. Bu abidələr Yaxın Şərqi Şimali Qafqaz
və Cənub Şərqi Avropa ilə birləşdirən zəncirin çatışmayan həl qəsidir. Plovdağ
nekropolları kurqan tipli qəbirləri xronoloji ardıcıllıqla öyrənməyə, orta Tunc
dövrünün kur qan qəbirlər mədəniyyətini incəlik lərinə  qədər araşdırmağa
imkan verir. Qəbirlərdə  aşkar edilən keramika, silah, bəzək, parça izləri və
osteoloji qalıqlar eyni zamanda Naxçıvan bölgəsində yaşayan qədim tayfaların
maddi mədəniyyətini, təsərrüfat həyatını  və  məişətini tədqiq etməyə imkan
yaradır. Əldə edilən gil qablar Naxçıvan böl‑
gəsinin Urmiya gölü hövzəsi və Mesopo‑
tamiya ilə yaxin əlaqələrinin olduğunu gös‑
tərir.
Plovdağ abidəsinin unikallığı bir də
ondadır ki, burada tunc dövrünün bütün
inkişaf mərhələlərini əhatə edən iki yaşayış
yeri və iki nekropolun aşkar edilməsi, bu
abidələrdən  əldə edilən zəngin arxeoloji
material yerli istehsalın tərəqqi və tənəzzül
dövrlərini, hansı tapıntıların buraya kə‑
96
96
97
97


99
nardan düşdüyünü və yerli istehsal
məhsullarından (keyfiyyət göstərici‑
lərinə əsasən) hansılarının tayfalararası
mübadiləyə  cəlb oluna bilməsi ehti‑
malını araşdırmağa imkan verir. Eneolit
dövründən başlayaraq bir neçə min il
davam edən yumşaq iqlim şəraiti,
Arazboyu düzənliklərin yaşıl ot örtü‑
yünün bolluğu burada heyvandarlığın
inkişafı üçün əlverişli şərait yaratmışdı.
O zaman yarımköçmə (yaylaq) hey‑
vandarlığı təsərrüfatın geniş yayılmış
və  gəlirli sahəsi idi. Naxçıvan  ərazi‑
sində çayların mənsəbinə yaxın ərazi‑
lərdə isə  təsərrüfatın aparıcı sahəsi  əkinçilik idi. Mənbəyini Kiçik Qafqazın
Zəngəzur silsiləsindən götürən bol sulu çaylar (Naxçıvançay,  Əlincəçay,
Gilançay) öz vadilərini, xüsusən Araza yaxın düzənlikləri əkinçilik üçün yararlı
edirdi. Tunç dövründə Gilançay vadisində ən çox buğda və darı əkilirdi. Araz‑
boyunda və onun qolları olan çay vadilərində becərilən taxıl burada məskunlaşmış
əhalinin ehtiyacını ödəyə bilirdi. Dağların yamaclarında indiyə  qədər izləri
qalmış köhnə arx yerlərinin səviyyəsi e.ə.III‑I minilliklərdə əkin sahələrinin in‑
dikindən az olmadığını göstərir. Gilançay vadisinin daha bir üstün cəhəti Nax‑
çıvançayla Salamməlik arasında yeganə dağ keçidinin‑Qapıcığın burada olması
idi. Bu keçid Arazın orta axarında – Kiçik Qafqazın Qaradağ  və  Zəngəzur
silsilələri üstündən keçərək, Atropatenanı Albaniya ilə birləşdirən ən qısa yol
idi. Ehtimal ki, saqların bir hissəsi məhz bu keçiddən aşaraq Gilan çay və
Əlincə çayları vadilərində  məskunlaşmış  və  Zəngə zurun  şimal  ətəklərində
yerləşmiş digər saklarla daimi əlaqə saxlamışlar. İndi də Gilançayın başlanğıcı
98
98
99
99


100
Sakqarsu çayı adlanır.
Plovdağ  və  ətrafındakı  qədim nek ‑
ropolların tədqiqi Naxçıvan bölgəsinin
tunc dövrünün hərtərəfli öyrənilməsində
mühüm mərhələlərdən biridir. Əlbəttə,
bir və ya bir neçə abidənin  ətraflı öy ‑
rənilməsi tunc dövrünün öyrənilməsində
olan problemləri tam həll edə bilməz.
Lakin Plovdağın qəbir abidələri I və II
Kültəpə yaşayış yerləri və başqa sinxron
abidələrlə birlikdə Naxçıvanın tunc dövrünün kompleks tədqiqinə imkan ve‑
rir.
100
100


101
Xalı­Keşan nekropolu
Nekropol Gilançayın qolu Xalı‑Keşan çayının sol sahilində, Xaraba‑Gilan
şəhər yerinin qərbində, dağın yamacında yerləşir (şəkil 101‑105). Qəbirlərin
ətrafına dördbucaqlı planda daş döşənmişdir. Bunlar perimetr üzrə olan iri
həcmli sal daşlardan ibarətdir. Bu daşlarla qəbir daşları arasında olan sahədə
müxtəlif həcmli digər çay daşları da vardır. Qəbirlərin üstü qalın daş plitələrlə
örtülüb. Qəbir kamerası isə dikinə qoyulmuş plitə daşlardan ibarətdir. Bu qə‑
birlərin dağın yamacına tərəf olan divarları təbii dağıntı təhlükəsinin qarşısını
almaq üçün daha möhkəm işlənmişdir. Qeyd etmək lazımdır ki, qəbirlər qaya
daşları üzərində qurulduğundan onların döşəməsi həmin daşların üstündə‑
dir.
Qəbirlərin sal daşlardan qurulmuş qurbangahları onlara şimal‑şərq və şi‑
mal‑qərb tərəflərdən bitişik işlənmişdir. Bir qayda olaraq, qurbangahlardan
ancaq gil qablar aşkar olunur. Nekropol dağıntıya daha çox məruz qalmışdır.
Bunun səbəblərindən biri də nekropolun orta əsr şəhərinin ərazisində yerləş‑
məsidir. Eyni zamanda şəhərdən Gilançaya tərəf gedən yol da buradan keçir.
Qəbirlərin dağın yamacında yerləşməsi də onların zaman‑zaman yağış və qar
sularının təsirindən yuyularaq uçulmasına səbəb olmuşdur. Belə ki, bir neçə
qəbirin kamerası, bəzilərinin isə qurbangahı tamamilə dağılmışdır. 
1 saylı qəbir düzgün olmayan dördbucaqlı formalıdır. Şimal‑qərb və cə‑
nub‑şərq istiqamətindədir. Onun ətrafına 1,5 m enində daş döşənmiş, perimetr
üzrə iri həcmli daşlar düzülmüşdür. Örtük daşları qalmayıb. Qəbir kamerasının
divarları dikinə qoyulmuş plitə daşlardan qurulub. Kameranın dərinliyi 0,7
m‑dir. Qəbirdən skelet aşkar edilmədi. Cənub yarısında iki ədəd gil qab və
qəbirin içərisinə  səpələnmiş  şəkildə tunc əşyalar tapıldı. Gil qablardan biri
qəbrin cənub‑şərq küncündə yanı üstə düşmüş bokaldır. Qabın yuxarı hissəsində,
xüsusən qulpun yan tərəflərində qara boya ilə çəpinə çəkilmiş paralel xətlərin
izi qalmışdır. İkinci qab çəhrayı gilli, düz oturacaqlı küpədir.
Tunc əşyalardan biri nazik təbəqədən hazırlanmış, ucları azca ensizləşərək
geriyə qatlanmış vəziyyətdə olan diademadır. Qəbrin mərkəzi hissəsində və
şimal‑qərb küncünə yaxın beş ədəd bütöv, bir neçə ədəd isə sınıq qolbaq aşkar
edildi. Nazik qolbaqların ucları bir‑birinin üstündədir. Qolbaqlardan üçü iri
həcmli həlqə formasındadır. Bir neçəsi isə nazik tunc məftildən hazırlanmışdır.
Qəbirin cənub tərəfindən üç ədəd sancaq tapıldı. Yeddi ədəd tunc üzük aşkar


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə