İ. Hacıyev Elmi məsləhətçi və «Ön söz»ün müəllifi: akademik İ. Həbibbəyli



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə24/84
tarix18.06.2018
ölçüsü5,01 Kb.
#49681
1   ...   20   21   22   23   24   25   26   27   ...   84

95
masiya ilə heç bir əlaqəsinin olmadığı
sübut edilmişdir. Lakin qurbangahların
dəfn prosesində yeri, onların qəbir ka‑
merası ilə qarşılıqlı əlaqəsi, kurqanlarla
eyni vaxtda və ya bir müddət sonra –
başqa bir mərasim zamanı qurulduğu
tam dəqiqləşdirilməmişdir. Əsas məsələ,
dəfn üçün nəzərdə tutulan gil qabların
hamısının ölünün yanına deyil, çox his‑
səsinin ayrıca kamera qurularaq ora
yığılmasıdır. E.ə. II minilliyin əvvəllərinə
aid olan kuranların qurbangahlarına
yalnız süfrə qabları qoyulurdusa, həmin
minilliyin sonlarına aid kurqanların
qurbangahlarına artıq mətbəx qabları
da qoyulurdu.
Böyük kurqanlarda qurbangahların
qəbirin qarşısında deyil, nisbətən cənuba və  şimala tərəf yerləşməsi onların
dəfndən bir müddət sonra qurulması ehtimalını irəli sürməyə əsas verir. Lakin
bəzi kurqanlarda qəbir kamerasının, dromosun və qurbangahın bir xətt üzrə
yerləşməsi, dromosdan qəbirə  və qurbangaha yol qoyulması, onların eyni
vaxtda qurulmasını göstərir. Hələlik bu ehtimalların heç birindən imtina etmək
olmaz. Belə ki, bu ehtimalların hər birinin təsdiqi üçün kifayət qədər dəlil‑
sübut vardır. Ola bilər ki, qurbangahı olan torpaq qəbirli kurqanların  ətraflı
tədqiqi bu məsələyə aydınlıq gətirsin. 
Plovdağ kurqanlarında dromosların qurulması texnikası olduqca maraqlıdır.
Qəbirlərin  şimal və  cənub divarları kurqanın kromlexinə  qədər davam edir.
Mərhum qadın olarsa cənub divarına, kişi olarsa şimal divarına bitişik sal daş
dikinə qoyulmaqla qəbirə giriş yolu qoyulur, qalan hissə isə dromos kimi
saxlanılır. Analoji quruluşa malik kurqanaltı sərdabə Gəmiqaya yaylağında da
aşkar edilmişdir
[Müseyibli N., 2004, s.38‐41]
.
Kurqan kompleksində dromosun olması dəfn prosesinin iki çox mühüm
elementi haqqında qəti fikir söyləməyə imkan verir. Birinci ‑ ölünün və
avadanlığın qəbirə  şərq tərəfdən, “qapı” yerindən qoyulması artıq heç bir
şübhə doğurmur. Qeyd etmək lazımdır ki, Cənubi Qafqaz ərazisində kurqanların
“qapısı” həmişə şərq tərəfdən olmuşdur 
[Ахундов Т.И., 1999, c.37‐38].
93
93


96
İkinci  ‑ kurqanın dəfnə  əvvəlcədən hazırlandığı (kromlexin, qəbirin ka‑
merasının, qurbangahının qurulması, qəbirin üstunun sal daşlarla örtülməsi
və s.) və  dəfn prosesinin çox da uzun sürmədiyi (bu fikir dəfndən sonra
qəbirin ətrafında keçirilən mərasim və rituallara aid deyil) aydın olur.
Ölünün dəfnə hazırlanması və dəfndən sonrakı mərasim və rituallar haq‑
qında yalnız müəyyən ehtimallar irəli sürmək olar. Bu ehtimallar faktiki
arxeoloji tapıntılara  əsaslansa da həmin prosesləri tam əhatə etmir. Qeyd
etmək lazımdir ki, Plovdağ nekropollarında Naxçıvanın başqa abidələrində
[Əliyev V., 1977, s.42]. 
olduğu kimi kollektiv dəfn adətinə hələlik rast gəlinməmişdir.
Gilançay vadisində bu adət e.ə. I minilliyin əvvəllərindən yayılmağa başlayır.
Plovdağ kurqanlarından üçünün kromlexi yanında iri həcmli qazan aşkar
edilməsi qəbiristanlıq ərazisində də ehsan mərasimi keçirildiyini göstərir. Bu
qazanların yalnız böyük kurqanların yanında aşkar edilməsi mərasimin heç
də hamı üçün deyil, adlı‑sanlı adamlarin dəfni zamanı keçirildiyini ehtimal
etməyə  əsas verir. Böyük kurqanların qurulması çox vaxt apardığından, ola
bilsin ki, bu qazanlarda kurqanı quranlar üçün ehsan yeməyi hazırlanmışdır. 
Çox güman ki, dəfndən sonra kurqanın ucaldılması elliklə yerinə yetirilir‑
mişdir. Qədim dəfn adətinin bəzi elementləri kənd yerlərində dövrümüzədək
gəlib çatmışdır. Qəbir bir neçə nəfər tərəfindən qazılıb hazırlansa da, üstünün
örtülməsində dəfnə gələnlərin demək olar ki, hamısı iştirak edir. Qəbir üstünə
gedənlərə halva paylanması da qədimdən qalan adətdir.
Cənubi Qafqazda kurqan mədəniyyətinin Kür‑Araz mədəniyyəti ilə genetik
bağlılığı haqda B.Kuftinin fikiri bir çox arxeoloqlar tərəfindən təsdiqlənir. Bu
bağlılıq Plovdağ kurqanlarında daha aydın nəzərə çarpır. Plovdağ kurqanlarından
əldə edilən keramika Kür‑Araz keramikası ilə o qədər yaxındır ki, onları ayrı‑
ayrı qruplara bölmək olduqca çətindir.
Nəzərə çarpan fərqlər isə təkamül nəti‑
cəsində əmələ gələn dəyişikliklər və müx‑
təlif zamanlarda yad elementlərin daxil
olması ilə bağlıdır. 
Keramikanın müqayisəli təhlili, bəzi
gil qab formalarının və bəzək motivlərinin
yayılma istiqaməti mədəni təsirin Urmiya
gölü hövzəsi və ona yaxın Araz çayı ət‑
rafından başladığını ehtimal etməyə əsas
94
94


97
verir. 
Dini kitablarda və bəzi tədqiqatçıların əsərlərində Nuhdan sonrakı sivili‑
zasiyanın məhz Cənubi Azərbaycan ərazisindən yayıldığı göstərilir və bunun
sübutu üçün arxeoloji faktlara da istinad olunur 
[Девид Р., 2005, c.445‐463].
Göytəpənin K‑2, K‑3 mərhələlərində geniş yayılmış və Plovdağda da tez‑
tez rast gəlinən dairəvi və oval formalı batıqlara Trialeti və Ağrı dağı vadisi
abidələrində nadir hallarda təsadüf olunur. Plovdağ kurqanlarının qurban‑
gahlarında bir qayda olaraq kameranın cənub‑qərb küncünə qoyulan, ağzı
qatlanaraq gövdəsinə yapışdırılmış, şar gövdəli küpələrə də həmin abidələrdə
az təsadüf olunur.
Dəfn adətinin oxşarlığı baxımından Plovdağ kurqanlarını Trialetinin tək
dəfnli erkən kurqanları ilə  və  Ağrı vadisindəki bəzi kurqanlarla müqayisə
etmək olar. Lakin Plovdağ kurqanlarında olduqca ciddi qaydalar əsasında
yerinə yetirilən və uzun müddət stabil qalan dəfn adətini nə Trialetidə, nə də
Ağrı vadisi abidələrində görə bilmirik. Eyni zamanda dəfn adətinin bəzi vacib
elementləri (baş daşı qoyulması, qurbangahların içərisinin mütləq daşdan qu‑
rulması və s.) həmin abidələrdə qeydə alınmamışdır. Naxçıvanın Eneolit, ilk
və orta Tunc dövrü dəfn adətinin bəzi elementlərinə (əlində cam dəfn olunma
95
95


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə