İ. Hacıyev Elmi məsləhətçi və «Ön söz»ün müəllifi: akademik İ. Həbibbəyli



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə20/84
tarix18.06.2018
ölçüsü5,01 Kb.
#49681
1   ...   16   17   18   19   20   21   22   23   ...   84

80
Kameranın şimal‑şərq küncünə ya‑
xın bir ədəd qara rəngli, cilalanmış,
düz ağızlı, qısa boğazlı, gövdəsi ortadan
bucaq altında  əyilmiş, düz oturacaqlı
qab aşkar edildi. 6 saylı kurqanın qur‑
bangahı yoxdur. Bu qəbir uşaqla ananın
dəfn olunduğu yeganə qəbirdir. Qeyd
etməliyik ki, Plovdağ nekropolunda hə‑
ləlik ayrıca uşaq qəbiri aşkar edilmə‑
mişdir. Ola bilər ki, uşaqlar üçün kurqan
qurulmamış, onlar fərqli qaydada dəfn
olunmuşlar.
11 saylı kurqanın şərq tərəfdən yalnız üçdə bir hissəsi salamat qalmışdır.
Kromlexin daşları başqa qəbirlərə nisbətən fərqli düzülmüşdür. Burada sal
daşlar ensiz tərəfi üstə düzülmüş, şərq tərəfdə iki sal daş dikinə qoyulmuşdur.
Qəbirin üstü təmizlənərkən dairənin ortasında kameranın yan daşlarını
xatırladan üfüqi vəziyyətdə qoyulmuş bir neçə daş aşkar edildi. Qazıntı davam
etdirilərkən müəyyən oldu ki, bu daşlar yalnız bir qatdır. 0,95 m dərinlikdə
kəllə sümüyü, iki fəqərə sümüyü və üç ədəd gil qab aşkar edildi. Qablardan
ikisi qara gilli, biri qırmızı gillidir və çox pis qalmışdır. Formaları  təqribən
eynidir. Ağızlarının kənarı azca kənara qatlanmış, qısa boğazı,  şar gövdəli,
düz oturacaqlı olub yaxşı şüyrələnmişlər. 
Kəllə sümüyü üzü üstə düş müşdür. Çənənin yanından altı  ədəd tunc
muncuq tapıldı. Qəbirlərin üstü təmizlənərkən daş alətlər və onların sınıqları
əldə olundu.
13 saylı kurqanın kromlexi perimetr
üzrə iri həcmli daşlarla işlənmişdir. Dai‑
rəsi düzgün deyil. Belə ki, şərq‑qərb is‑
tiaqmətində diametri 4,15 m, şimal‑cə‑
nub istiqamətində isə 3,9 m‑dir.  Şərq‑
qərb istiqamətində mərkəzdə yerləşən
kamerasının uzunluğu 1,1 m, eni 0,55
m‑dir. Örtük daşları yoxdur. Dağıdıl‑
mışdır. Kamera təmizlənərkən 40 sm
dərinlikdə bir ədəd qara rəngli, bayır
tərəfi yaxşı cilalanmış, kiçik həcmli qab
72
72
73
73


81
fraqmentlərindən başqa material əldə edilmədi. Bu qab 6 saylı  qəbirdən
tapılmış qabın oxşarıdır, bikonik gövdəli, düz oturacaqlıdır. Oturacağının
diametri 3.5 sm, divarının qalınlığı 0,4 sm‑dir.
13 saylı qəbirin qurbangahı kurqana cənub‑şərq tərəfdən bitişik işlənmişdir.
Qurbangahın diametri 1,8 x 1,65 m‑dir. Kamerası beşbucaqlı formadadır. Bu
Plovdağ nekropollarında üçüncü qəbirdir ki, qurbangahı düzgün olmayan
beşbucaqlı formasındadır. Beşbucaqlının iti bucağı  həmişə  şərq tərəfə istiqa‑
mətləndirilmişdir. Onların düşü nülmüş  şəkildə  işlənməsi,  şərqə  tərəf istiqa‑
mətləndirilməsi təsadüfi deyil və bunun səbəblərininə ayrıca toxuna cağıq.
Qurbangah təmizlənərkən bir neçə gil qab fraqmentindən başqa heç bir material
əldə edilmədi.
14 saylı kurqanın kromlexi dairəvi plandadır. Müxtəlif həcmli dağ daşları
ilə iki‑üç cərgə işlənmişdir. Kamera ilə dairə daşları arasındakı sahə müxtəlif
ölçülü daşlarla və torpaqla doldurul‑
muşdur. Diametri 5,5 m‑dir. Qəbirin
kamerası kromlexin təqribən ortasında
yerləşir. Kameranın içərisi qum qarışıq
torpaqla dolmuşdur. 48‑50 sm dərin‑
likdə insan sümükləri aşkar edildi. Ana‑
tomik vəziyyəti dəyişmişdir. Skelet sü‑
mükləri qəbirin içərisinə nizamsız şə‑
kildə səpələnmiş vəziyyətdə idi. Əsasən,
bazu, bilək, bud və diz sümükləri qal‑
mışdı. Ayaq sümüklərinə yaxın qara
rəngli gil qabın hissələri aşkar edildi.
74
74
75
75
76
76


82
Qabın hündürlüyü 8 sm, gövdəsinin diametri 16‑18 sm, oturacağının diametri
isə 5 sm‑dir.  Şargövdəlidir, ağzı azca kənara qatlanmışdır. Gövdəsinin çiyin
hissəsində üç ədəd barmaq izinə oxşar diametri 1,4 sm olan batığı var. Divarının
qalınlığı 0,6 sm‑dir. Qeyd edək ki, Plovdağ  qəbirlərindən  əldə olunan qara
rəngli nəfis şəkildə hazırlanmış qablarda üç batığa tez‑tez rast gəlinir.
14 saylı  qəbirin qurbangahı kurqanın dairə daşlarına  şərq tərəfdən
işlənmişdir. Diametri 1,6‑1,7 m‑dir. Kameranın şərq divarının daşı yerini azca
dəyiş mişdir. Ölçüləri: 50‑60 sm‑dir. Qazıntı zamanı müəyyən edildi ki, qur‑
bangahın kamerası bir neçə dəfə dağıntıya məruz qalmışdır. Buradan yalnız
bir neçə qab fraqmenti əldə edildi.
15 saylı kurqanın yalnız cənub tərəfi salamat qalmışdı. Ümumiyyətlə,
kurqanın  şimal yarısı  və  qəbirin kamerası tamamilə dağıdılmışdı. Kurqanın
ortasında qəbir olması ehtimal olunan sahə materikə qədər qazıldı. Qəbir ava‑
danlığına, sümük qırıqlarına və qab fraqmentlərinə rast gəlinmədi.  İkinci
Plovdağ nekropolunun şimal tərəfində yerləşən qəbirlər yağış və qar suları nə‑
ticəsində yuyularaq üzə  çıxmış, nəticədə bir neçə  dəfə  dəfinə axtaranlar
tərəfindən dağıntıya məruz qalmışdır. Ona görə də, bir çox qəbirlərdən heç bir
arxeoloji material əldə olunmur. 15 saylı qəbir də bunlardan biridir.
Qəbirin qurbangahı (15A) kurqanın kromlexinə  cənub‑şərq tərəfdən iş‑
lənmişdir. Diametri 3,5‑4 m‑dir. Örtük daşları  və  cənub‑qərb tərəfindən bir
neçə daşı yoxdur. Kamerası dördbucaqlı formadadır. Ölçüləri 0,90 x 0,55 m‑
dir.  Şimal‑şərq tərəfdə kamera 65 sm‑ə  qədər genişlənir. Qurbangahın
kamerasında 15‑18 sm dərinlikdə qalın divarlı, qırmızımtıl rəngli küp aşkar
edildi. Kamera çınqıllı torpaqdan təmizlənərkən daha beş ədəd gil qab tapıldı.
Yeddinci qab isə qurbangahın  şimal‑şərq küncündəki dar boğazlı qabın
77
77


83
içərisində aşkar edildi. Qablar kameranın içərisində aşağıdakı şəkildə düzül‑
müşdü. Kameranın ortasında geniş ağızlı, silindrik oturacaqlı vaza qoyulmuşdu. 
Vazanın cənub tərəfində gil süzgəc aşkar edildi. Qırmızımtıl gilli süzgəcin
ağız hissəsi ovulub tökülmüş, gövdəsi isə parçalanmışdı. Yarımşar formadadır.
Deşiklərinin diametri 0,3‑0,4 mm‑dir. Süzgəcin kameraya qoyulması, qablardan
hansındasa süzülməsi tələb olunan ərzağın olduğunu göstərir. Vazadan şimala
tərəf ürək formalı, hər iki tərəfdən içəriyə iti bucaq altında qatlanmış qara
rəngli qab qoyulmuşdur. 
Vazadan qərbə tərəf qırmızımtıl gilli, ağzı azca kənara qatlanmış, gövdəsi
ortada bucaq altında bükülmüş, düz oturacağı gil qab qoyulmuşdur. Ağzının
diametri 15,2, gövdəsinin diametri 18,5, oturacağının diametri isə 7 sm‑dir. Di‑
varının qalınlığı 0,8 sm‑dir.
Qurbangahın şimal‑qərb küncündə olan qab formasına görə əvvəlki qabla
bənzər olsa da, həcminə görə ondan böyükdür. Ağzının diametri 21, gövdəsinin
diametri isə 27 sm‑dir. Gövdəsində oturacağa yaxın 0,7 sm diametrində deşik
vardır.
78
78


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə