İ. Hacıyev Elmi məsləhətçi və «Ön söz»ün müəllifi: akademik İ. Həbibbəyli



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə18/84
tarix18.06.2018
ölçüsü5,01 Kb.
#49681
1   ...   14   15   16   17   18   19   20   21   ...   84

73
22 saylı kurqan qazıntı sahəsinin
cənub‑şərqində, 23 saylı kurqandan
şərqdə yerləşir. Kənar dairə daşlarının
və orta təpə daşlarının bir hissəsi  şi‑
mal‑şərq tərəfdə qalmışdır. Orta təpə
daşları müxtəlif ölçülü olub, nizamsız
şəkildə tökülmüşdür. Kənar daşları sə‑
liqə ilə düzülmüşdür. Bu kurqan salamat
hissələrinə görə dairəvi plandadır. Onun
diametri təqribən 3 m‑dən artıq olmuş‑
dur. Kurqan daşları təmizləndikdən və
planı  çıxarldıqdan sonra təpə daşları
götürüldü. Kurqanın dairəsi 20‑22 sm dərinlikdə qazıldıqdan sonra isə
kameranın dairəsi aşkar edildi. Qəbirin torpağı rənginə görə fərqlənir. Olduqca
möhkəm olub, çətin qazılır. Qəbirin içərisi 68‑70 sm qazıldıqdan sonra skelet
aşkar edildi. Sümüklər çox da yaxşı qalmamışdı. Skelet sağ yanı üstə, bükülü
vəziyyətdə, başı  şərq istiqamətində (30‑40 dərəcə  cənub‑şərqə  tərəf meyilli)
idi. Kəllə sümüyü əzilmişdi.
Skeletin əl sümükləri ilə yanaşı bir ədəd qırmızımtıl gilli, düz oturacaqlı,
düz divarlı, qısa düz lüləyi olan kiçik həcmli qab qoyulmuşdur. Skeletdən
cənub qərbdə üç ədəd qab tapıldı. Bu kurqanda gil qablardan başqa avadanlıq
əldə edilmədi.
27 saylı kurqan 26 saylı kurqandan şimal‑qərbdə yerləşir. Kurqanın ətrafına
daşlar dairəvi planda düzülmüşdür. Başqa kurqanlarda olduğu kimi, kənar
daşları  həcmcə orta daşlardan iri olub, düz tərəfləri xaricə qoyulmuşdu.
Qazıntı zamanı kurqanın içərisi daş və torpaqdan 25‑30 sm təmizləndi. Şərq‑
qərb istiqamətində olan torpaq qəbirin kamerası aşkar edildi. Kamera nisbətən
oval planlı idi. Qəbir çuxuru dar, yalnız dəfn edilənlərin yerləşə biləcəyi bö‑
yüklükdə düzəldilmişdi. 70‑73 sm dərinlikdə pis qalmış iki skelet aşkar edildi.
Skeletlər əvvəlki kurqanlarda olduğu kimi sol yanı üstə, bükülü vəziyyətdə,
başları şərq istiqamətində yerləşdirilmişdi. Skeletlərdən birinin düz çənəsinin
altına bir ədəd saxsı qab qoyulmuşdu. Bu, üstü ocaqda qaralmış qazan tipli
qabdır. Maraqlıdır ki, skeletin sağ əli də döş qəfəsinə yaxın olan ikinci qabın
ağzına qoyulmuşdur. Qəbirdən bu iki qabdan başqa, heç bir maddi‑mədəniyyət
nümunəsi  əldə edilmədi. Ümumiyyətlə, bu kurqan, hələlik iki skelet aşkar
edilən yeganə  qəbirdir. Naxçıvan  ərazisində qoşa dəfn adətləri ilk Tunc
dövründən məlumdur 
[Сеидов А.Г.,1993, c.43]
. Lakin bu adət kütləvi xarakter da‑
65
65


74
şımamışdır. Qoşa dəfnə tunc dövrü qəbiristanlıqlarında tək‑tək rast gəlinir.
28 saylı kurqan ikinci qazıntı sahəsinin cənub‑qərbində yerləşir. Kromlex
daşları şimal‑şərq hissəsində salamat qalmışdır. Daşlar əsasən uyğun ölçülərdə
(26‑30x16x20 sm) olub kurqanın perimetri üzrə səliqə ilə düzülmüşdür. Dairəvi
plandadır. Sərdabəsi dördbucaqlı planda olub, şərq‑qərb istiqamətində yerləşir.
Şərq divarından başqa, qalan divarları müxtəlif ölçülü daşlarla dörd cərgə iş‑
lənmişdir. Şərq divarı iki ədəd dikinə qoyulmuş iri həcmli sal daşdan ibarətdir.
Sərdabənin ətrafı və divar daşları təmizləndikdən sonra planı çıxarıldı. İçərisi
gilli torpaqla dolmuşdur. Kameranın şimal divarı 1,31 m, cənub divarı 1,13 m,
qərb divarı 0,83 m, şərq divarı isə 0,71 m uzunluğundadır. Qəbirdən skelet və
iki ədəd gil qab aşkar edildi. Skelet hündür boylu (2 m‑ə yaxın) insana məxsus
olub, sol yanı üstə, bükülü vəziyyətdə, başı şərqə dəfn olunmuşdu. Sümüklər
çox pis qalmışdı (xüsusən kəllə sümüyü). Skeletin çiyni bərabərində, cənub di‑
varına bitişik dar boğazlı, şar gövdəli, düz oturacaqlı küp, kameranın cənub
şərq küncündə isə qırmızımtıl gilli, ağzı içəriyə qatlanmış, ağzının kənarında
şaquli paralel xətlərlə  çızma naxışları olan boşqab tipli qab aşkar edildi.
Qəbirdən gil qablardan başqa avadanlıq əldə edilmədi. 
28 saylı kurqanın qurbangahı (28A) ona şərq tərəfdən bitişikdir (1,20 x 0,6
m). Kamera dördbucaqlı planda olub, səliqəsiz işlənmişdir. Şərq divarı nazik
sal daşdan ibarətdir. Bu daş iri həcmli (1,9 x 1,3 x 1,1 m) dağ daşına dayanmışdır.
Kameranın içərisindən 4 ədəd gil qab aşkar edildi. 
30 saylı kurqan nekropolun mərkəzində, 20 saylı kurqandan qərbdə
yerləşir. Kurqanın  şimal tərəfi iri həcmli daşa bitişik işlənmişdir. O dairəvi
planda olub, diametri 4 m‑dir. Kur qanın cənub tərəfində olan kromlex
daşlarından bir neçəsi dağılmışdır. Qəbir kamerası dördbucaqlı planda olub,
şərq‑qərb istiqamətdədir. Cənub və  şimal divarları iri həcmli daşlarla (şimal
divarına qoyulmuş daş 1,2 m‑dir) iş‑
lənmişdir. Kameranın örtük daşlarından
yalnız biri qalmışdır.
Kameranın içərisində 30‑32 sm də‑
rinlikdə skelet aşkar edildi. Skeletin başı
şərq istiqamətində olmaqla, yarımbükülü
vəziyyətdə idi. Qəbir qarət olunmuş və
dağıdılmışdı. Ümumiyyətlə, buradan
iki  ədəd aypara formalı mis sırğa, üç
ədəd dördbucaq formalı sümük, şüşə
66
66


75
və pasta muncuqlar, 1 ədəd obsidian (dəvəgözü daşı) və gil qab fraqmentləri
əldə edildi.
33 saylı kurqan 28 saylı kurqandan qərbdə yerləşir. Dairəvi planda olub,
diametri 2,4 m‑dir. Təpə daşları qismən qalmışdır. dördbucaqlı kamerası
mərkəzdə yerləşir. Divarları iri həcmli daşlarla işlənmişdir. Qərb divarının
cənub tərəfi dağılmışdır. Örtük daşları qalmamışdır. Kameranın içərisindən
gil qab fraqmentləri və bəzək əşyaları aşkar edildi. Skeletdən yalnız bir neçə
çürümüş sümük hissələri qalmışdı. Buradan boz rəngli gil qab fraqmentləri,
sümük,  əqiq, pasta, şüşə muncuqlar, iki ədəd bilərzik və bir ədəd mis sırğa
əldə edildi.
Birinci Plovdağ nekropolunun əsas hissəsi (40‑a qədər kurqan tipli qəbir)
yaşayış yerinin şərq tərəfində, qalan (15 qəbir) hissəsi isə yaşayış yerinin qərb
tərəfində yerləşir. Qəbirlər, əsasən, kurqanaltı daş qutu və torpaq qəbirlərdən
ibarətdir. Buradakı kurqanların diametri 2 m‑dən 10 m‑ə qədərdir. Kurqanların
kromlexi əsasən iri həcmli daşlardan ibarət olub, içərisi kiçik həcmli daşlarla
və torpaqla doldurularaq təpə halına salınmışdır. Təpənin altında, kromlexin
təqribən ortasında daş qutu qəbir yerləşir. Daş qutu qəbirlərin üstü də sal
daşlarla örtülmüşdür. Müxtəlif ölçülü qurbangahlar bir qayda olaraq şərq
tərəfdən kurqanlara bitişik işlənmişdir. Hələlik bu qurbangahlardan gil
qablardan başqa heç bir material əldə edilməmişdir.
Dəfn olunan insan qəbirə başı şərq tərəfə, sol yanı üstə, bükülü vəziyyətdə
qoyulmuşdur. Aşkar edilmiş  qəbirlərin təqribən 90%‑də belə davamlı  dəfn
adəti müşahidə olunmuşdur. Lakin bir neçə qəbirdə ümumi qaydalara uyğun
olmayan vəziyyət qeydə alınmışdır. Belə ki, bir qəbirdə qoşa dəfn, bir neçə
qəbirdə isə sağ yanı üstə dəfn aşkar edilmişdir. 
Qeyd etmək lazımdır ki, Birinci Plovdağ nekropolunda ağız hissəsi
bayırdan ağ anqobla örtülmüş qablara və ilk dəfə olaraq iri buynuzlu heyvana
məxsus hissələrin qəbrə qoyulması adətinə rast gəlinmişdir.
Birinci Plovdağ nekropolunda rast
gəlinən dəfn adətində bir cəhət diqqəti
cəlb edir. Alt təbəqəyə  məxsus bir neçə
qəbirdə dəfn olunanların sağ əlinə piyalə
və ya kiçik həcmli çanaq qoyulmuşdur.
Qeyd etmək lazımdır ki, dəfn adətinin
bu mühüm xüsusiyyətinə hələlik alt tə‑
67
67


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə