İ. Hacıyev Elmi məsləhətçi və «Ön söz»ün müəllifi: akademik İ. Həbibbəyli



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə33/84
tarix18.06.2018
ölçüsü5,01 Kb.
#49681
1   ...   29   30   31   32   33   34   35   36   ...   84

131
tərəfində ilgəyi olan çəki daşı, çəkisi 76,2 qr olan cam, beş ədəd tunc qolbaq,
üstündə zəncir fraqmentləri qalmış baş sancaqları, iki tunc sırğa fraqmenti, ya‑
rımşar formalı, diametri 0,7 sm, arxasında ilgəyi olan iki düymə, 7 ədəd
tuncdan, bir ədəd sürmədən (18,3 qr) və müxtəlif minerallardan hazırlanmış
muncuqlar aşkar edildi.
13 saylı sərdabənin qurbangahı (13A) qəbirin şimal‑şərq tərəfində, giriş
yolunun qarşısında yerləşir. Uzunluğu 1,3 m, eni 1,0 m, dərinliyi isə 0,6 m‑dir.
Örtük daşlarından biri salamat qalmışdır. Qurbangahdan gil qab fraqmentləri
və bir neçə ədəd muncuq tapıldı. 
14 saylı sərdabənin ətrafına 2,9 x 2,9 m sahədə daş döşənmişdir. Örtük
daşları qalmamışdır. Qəbir qarət olunmuş və dağıdılmışdır. Kameradan müxtəlif
dərinlikdə torpağa qarışmış  şəkildə keramika və  bəzək  əşyaları tapıldı. Gil
qablar bir ədəd çəhrayı gilli, deşikli yapma bəzəyi olan qab, bir ədəd yoğun
qulplu kasa, bir ədəd düz divarlı duz qabından ibarət idi. Gil qablarla yanaşı,
qırağı didikli, üzəri naxışlı və arxası ilgəkli tunc düymə, daha bir ədəd ilgəkli
sadə düymə, bir ədəd arxasında kənarları ilgək  əvəzi düz məftillə birləşən
düymə, eni 0,8 sm olan yastı tunc təbəqədən hazırlanmış üzük, qolbaq və
zəncir fraqmentləri, 2 ədəd tuncdan hazırlanmış, 51 ədəd əqiq, 38 balıqqulağı
123
123


132
və 22 qara rəngli mineraldan hazırlanmış muncuq aşkar edildi.
14 saylı  sərdabənin qurbangahı (14A) qəbirin cənub‑qərb tərəfindədir.
Uzunluğu 1,05 m, eni 0,85 m, dərinliyi 0,7 m‑dir. Örtük daşları qalmamışdır.
Qurbangahdan çəhrayı və boz gilli qab fraqmentləri, tunc əşya qalıqları və bir
neçə muncuq aşkar edildi. 
15 saylı sərdabənin ölçüləri 2,95‑2,80 x 1,50 x 1,15m, dərinliyi 0,75 m‑dir.
Örtük daşlarından üçü qalmışdır. Qarət olunmuşdur. Qəbrə dolmuş torpağın
içərisindən bir ədəd çəhrayı gilli, şar govdəli, tək qulplu qab, bir ədəd çömçə
formasında qab, müxtəlif gil qab fraqmentləri, tunc üzük, tunc düymə, 10
ədəd əqiq, 11 ədəd balıqqulağı və çoxlu ağ rəngli kiçik muncuqlar aşkar edildi. 
15 saylı sərdabənin qurbangahının (15A) uzunluğu 0,85 m, eni 0,65 m,
dərinliyi 0,5 m‑dir. Qurbangah sərdabənin qərb tərəfində yerləşir. Örtük daş‑
larından ikisi qalmışdır. Onun divarları dikinə qoyulmuş daşlardan qurulmuşdur.
Qurbangahdan çəhrayı gilli, dəyirmi gövdəli, geniş  ağızlı, oturacağlnda 1,5
sm diametrində deşiyi olan çölmək, 4 ədəd oval və düz divarlı boşqab, silindrik
ayaqlı dərin vaza, şar gövdəli, uzun boğazlı, tək qulplu küpə, silindrik formalı
vazanın oturacaq hissəsi, tək qulplu, şar gövdəli, ağzı xaricə açılan küp və tək
qulplu qabın fraqmentləri aşkar edildi. 
124
124


133
16 saylı  sərdabənin  ətrafına daş döşənmişdir. Onun örtük daşlarından
üçü salamat qalmışdır. Qəbir ən azı iki dəfə qarət olunmuşdur. İkinci qarət çox
sonralar (ola bilsin ki, orta əsrlər dövründə) baş verdiyindən ölülərin anatomik
vəziyyəti pozulmuş, sümük və avadanlıqlar torpağa qarışmışdır. Qəbirin uzun‑
luğu 1,7 m, eni 1,45 m, dərinliyi isə 1,0 m‑dir. Divarları 7‑8 qat daşla hörülmüşdür.
Qəbirdən çəhrayı və boz gilli, bəzilərinin üzərində qırmızı boya ilə zolaqları
olan 208 gil qab fraqmenti, 32 ədəd əqiq, 49 ədəd balıqqulağından hazırlanmış
muncuq və dəvəgözü daşının qəlpələri aşkar edildi. 
17 saylı sərdabənin ətrafına 3,9 x 2,8 m sahədə daş döşənmişdir. Örtük
daşları qalmamışdır. Qəbirin uzunluğu 1,6 m, eni 1,3 m, dərinliyi 1,1 m‑dir.
Cənub divarının şərq tərəfində uzunluğu 0,5 m, eni 0,45 m, dərinliyi isə 0,5 m
olan giriş yolu vardır. Qəbir qarət olunmuş və dağıdılmışdır. Buradan müxtəlif
gil qab fraqmentləri, ucları birləşməyən iki tunc qolbaq, tunc məftildən
hazırlanmış sırğa, 3,3 sm diametrində ilgəkli düymə, tunc məftil fraqmentləri
və bir neçə muncuq aşkar edildi. 
17 saylı  sərdabənin qurbangahı (17A) qəbirin giriş yolunun qarşısında
yerləşir, ətrafına 2,0 x 1,9 m sahədə daş döşənmişdir. Örtük daşları qalmamışdır.
Qurbangah kvadrat formada (1,0 x 1,0 m) olub, dərinliyi 0,7 m‑dir. Buradan
125
125


134
oval formalı boşqab, tək qulplu, şar gövdəli, silindrik boğazlı küpə, silindrik
oturacaqlı dərin vaza, boz gilli və oval formalı, deşikli yapması olan boşqab
aşkar edildi. 
18 saylı sərdabə dördbucaqlı formadadır (1,6 x 1,5 m). Dərinliyi 1,15 m‑
dir. Onun cənub‑şərq küncündə kvadrat formalı (0,5 x 0,5 m), dərinliyi 0,6 m
olan giriş yolu vardır. Örtük daşları qalmamışdır. Qəbir qarət olunmuşdur.
Kameraya dolmuş torpağın içərisindən 128 ədəd çəhrayı  və boz gilli qab
hissələri, dəvəgözü daşı fraqmentləri, tunc məftil qırıqları və bir neçə muncuq
aşkar edildi. 
18 saylı sərdabənin qurbangahının ətrafına (18A) 1,7 x 1,4 m sahədə daş
döşənmişdir. Kameranın uzunluğu 1,0 m, eni 0,9 m, dərinliyi isə 0,85 sm‑dir.
Şimal divarı 5 qat üfüqi düzülmüş daşlarla, qalan divarları dikinə qoyulmuş
sal daşlarla işlənmişdir. Qurbangahdan bir ədəd üstü duz, alçaq divarlı üçayaqlı
altlıq, alçaq dabanlı, yarımsferik gövdəli, yapma bəzəyi olan vaza, tək qulplu,
şar gövdəli, silindrik formalı, oturacağının aşağısı genişlənən bokal, dəyirmi
gövdəli, ağzı xaricə açılan küpə, dar boğazlı,  şar gövdəli küpə, çaynik tipli
qab, iki ədəd hundur, silindrik formalı oturacağı olan vaza, silindrik oturacaqlı
dayaz vaza, iki boşqab, geniş ağızlı, oturacağında 1,5 sm diametrində deşiyi
olan çölmək, iki ədəd yarımşar formalı boşqab, bir ədəd oval govdəli, kiçik
126
126


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə