İ. Hacıyev Elmi məsləhətçi və «Ön söz»ün müəllifi: akademik İ. Həbibbəyli



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə31/84
tarix18.06.2018
ölçüsü5,01 Kb.
#49681
1   ...   27   28   29   30   31   32   33   34   ...   84

121
olunmuşdur. Sınmış, ovulmuş skelet qalıqları kameraya dolmuş torpağın içə‑
risində  və döşəmədə  aşkar edildi. Qəbirdən ucları birləşməyən tunc qolbaq,
tunc həlqə, əqiq muncuqlu iki sırğa, səkkiz ədəd əqiqdən hazırlanmış, iki ədəd
də sürmədən hazırlanmış eninə deşikləri olan muncuq, iki ədəd pastadan, iki
ədəd ağ mərmərdən hazırlanmış muncuq, yapma bəzəkli qab fraqmentləri ta‑
pıldı.
3 saylı sərdabənin qurbangahı (3A) qəbirdən cənub‑qərb tərəfdə yerləşir.
Örtük daşları qalmamışdır. Dördbucaqlı planda olub, ölçüləri 1,3 x 0,95 m,
dərinliyi 0,55 m‑dir. Qurbangahın içərisi 6 sm qalınlığında dikinə qoyulmuş
sal daşla iki hissəyə bölünmüşdür. Onun eni 0,48 m olan cənub yarısında
səkkiz gil qab aşkar edildi. Bunlar çaynik tipli qab, kasa və boşqablardan
ibarətdir. 
Qurbangahın eni 0,73 m olan şimal yarısından boz, sarı və çəhrayı gilli 14
ədəd gil qab aşkar edildi. Onlar da boşqab, çölmək və s. ibarət idi. Gil
qablardan başqa qurbangahdan bir ədəd tunc sırğa və bir ədəd yumru əqiq
muncuq aşkar edildi. Böyük ehtimalla, metal əşyaların qurbangaha sonradan ‑
yaxınlıqdakı qəbirlər dağıdılarkən düşdüyünü söyləmək olar.
4 saylı  sərdabə ölçüsünə görə nekropolun ən böyüklərindən biridir.
114
114


122
115
115


123
Onun ətrafına dördbucaqlı planda (4,0 x 5,0 m) daş döşənmişdir. Örtük daşları
qalmamışdır. Qəbirin dördbucaqlı kamerasının ölçüləri 2,55 x 1,9‑1,3 m,
dərinliyi 0,85 m‑dir. Divarlar müxtəlif ölçülü daşlarla işlənmişdir. Qərb divarının
ortasında uzunluğu 0,6 m, eni 0,35 m, dərinliyi isə 0,55 m olan giriş yolu qurul‑
muşdur. Giriş yolunu bağlayan sal daş aşkar edilmədi. Qəbir kamerası dikinə
qoyulmuş sal daşlarla iki hissəyə bölünmüşdür. Hər iki hissədə döşəmədən
skelet qalıqları, keramika və bəzək əşyaları tapılırdı. Qərb hissədə içərisində
bişməmiş gildən 3 ədəd qoyun fiquru (9,0 x 3,‑4,0 sm) olan çölmək tipli qab,
cızma naxışlı və hər iki tərəfində deşikləri olan bir əşya (ehtimal ki, amuletdir),
diametri 2,6‑2,3 sm olan tunc üzük, baş tərəfi həlqəvari formada əyilmiş baş
sancağı, asma bəzək, balıqqulağı, tunc, əqiq və daşdan hazırlanmış muncuqlar
aşkar edildi. Qəbirin giriş yolundan da gil qab fraqmentləri tapıldı.
4 saylı sərdabənin qurbangahı (4A) dörbucaqlı planda olub ölçüləri 0,82
x 0,87 m, dərinliyi 0,62 m‑dir. Qurbangah qəbirin qərb tərəfində yerləşmişdi.
Buradan bəziləri bir‑birinin içərisində olan çəhrayı gilli qablar tapıldı. Onlar
iki ədəd təkqulplu bokal, çəkmə formalı qab, 15 ədəd boşqab, ayaqları insan
ayağına bənzədilmiş üstü düz üçayaq, çaynik tipli qablar, çölməklər və
s.ibarətdir. Bunlardan başqa tunc qolbaqlar, əqiq muncuqlu, həlqə formasında
116
116


124
üzük, tunc zəncir fraqmentləri, muncuq düzümlü sırğalar, yastı  dəmir  əşya
fraqmentləri, dəvəgözü daşı qəlpələri və müxtəlif muncuqlar aşkar edildi. 
4 saylı sərdabənin daha iki (4B, 4C) dairəvi planda qurbangahı vardır ki,
onlardan biri 4A qubangahına şimal tərəfdən, digəri isə cənub tərəfdən bitişik
işlənmişdir. Onların forması və yerləşməsi qurbangah olduqlarını, kameralarında
aşkar edilmiş avadanlıq isə onlardan sonradan qəbir kimi istifadə olunduğunu
göstərir. 
4B qurbangahının diametri 1,5 m, dərinliyi 0,62 m olub, üstü sal daşlarla
örtülmüşdü. Divarlarının aşağı hissəsi  şaquli qoyulmuş iri həcmli daşlarla,
yuxarı hissəsi isə üfüqi düzülmüş daşlarla işlənmişdi. Qarət olunmuş və dağı‑
dılmışdı. Lakin buna baxmayaraq, buradan çoxlu sayda keramika məmulatı
və tunc bəzək əşyaları tapıldı. 
4C qurbangahının diametri 1,45 m, dərinliyi 0,92 m‑dir. Bu qurbangahdan
4A qurbangahından  əldə edilən materiallara oxşar gil qablar, tunc əşyalar,
muncuqlarla birlikdə dəmir əşya fraqmentləri də əldə edildi. 
5 saylı sərdabə şərq‑qərb istiqamətində olub, uzunluğu 1,6 m, eni 0,7 m,
117
117


125
dərinliyi 0,8 m‑dir. Sərdabənin  şərq tərəfində salamat qalmış örtüklər ensiz,
uzun sal daşlardan ibarət idi. Qəbirin  şimal divarının üst hissəsi və  ətrafına
döşənmiş daşlar, qərb divarının üst hissəsi və giriş yolu dağıdılmışdı. Qarət
olunduğundan, qəbirə qoyulmuş gil qabların çoxu fraqmentlər halında tapıldı.
Qəbirdən qurbangahlardan əldə edilən materiallara oxşar gil qablar, tunc
əşyalar, muncuqlar və s. tapıldı. 
5 saylı sərdabənin qarət olunmuş qürbangahı (5A) qəbirin qərb tərəfində
yerləşir. 
6 saylı sərdabənin örtük daşlarının bir hissəsi salamat qalmışdır. Onun
ətrafına daş döşənmiş, dördbucaqlı plandadır. Uzunluğu 2,5 m, eni 1,3 m,
dərinliyi 0,9 m‑dir. Qərb divarında üstü sal daşla örtülü giriş yolu vardır.
Qəbir öz vaxtında qarət olunmuş və sonrakı dövrlərdə bir neçə dəfə dağıntıya
məruz qalmışdır. Gil qablar içərisində boşqablar, çölməklər, çaynik tipli qablar,
bokal və küp fraqmentləri var idi. Bəzək əşyaları tunc qolbaqdan, baş sancaq‑
larından, düymələrdən, sırğalardan,  əqiq, mərmər, balıqqulağı  və pastadan
hazırlanmış muncuqlardan ibarət idi. 
6 saylı  sərdabənin qurbangahı (6A) qəbirin cənub‑qərb tərəfindədir.
118
118


Onun ölçüləri 1,2 x 0,97 m, dərinliyi 0,5 m‑dir. Qurbangahdan 6 ədəd qara‑boz
gilli, 7 ədəd isə  çəhrayı gilli qab aşkar edildi. Onlar əsasən çanaq, çölmək,
boşqab, qazan və kiçik həcmli qablardan ibarət idi.
8 saylı sərdabə dördbucaqlı planda olub, ətrafına daş döşənmişdir. Örtük
daşlarının bir hissəsi qalmışdır. Sərdabənin ölçüləri 1,7 x 1,7 m, dərinliyi 0,8 m‑
dir.  Şimal‑şərq divarında uzunluğu 0,9 m, dərinliyi 0,6 m olan giriş yolu
vardır. Giriş yolu 0,65 x 0,5 m ölçülərində daş plitə ilə örtülmüşdür. Qəbirin
içərisində olan gil qablar çanaq, çölmək altlıq və boşqab fraqmentlərindən,
bəzək əşyaları isə tuncdan hazırlanmış ilan başlı qolbaqlardan, tunc üzüklərdən,
tunc sırğalardan, baş sancaqlarından, müxtətəlif formalı düymələrdən, dəmirdən
bıçaq fraqmentlərindən və müxtəlif muncuqlardan ibarət idi. 
8 saylı sərdabənin qurbangahı (8A) sərdabəyə şərq tərəfdən bitişik işlən‑
mişdir. Kvadrat formadadır. Örtük daşları qalmamışdır. Sərdabənin divarları
4‑5 qat dağ daşları ilə  işlənmişdir. Abidə öz zamanında qarət olunmuş  və
sonrakı dövrlərdə dağıntiya məruz qalmışdır. Belə ki, kameranın qərb hissəsində
28‑30 sm dərinlikdə insan skeletinin qalıqları, qulplu qab qırıq ları, tuncdan
hazırlanmış iki qanadlı, saplaqlı ox ucluğu var idi. Kameranın mərkəzi
hissəsində boşqab, altında tunc əşya fraqmentləri, onun yanında uşaq skeleti,
45 sm dərinlikdə isə boyuk və uşaq skeletləri aşkar edildi. Qurbangahdan tunc
119
119


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə