İcra hakimiyyətinin realizəsinin inzibati-hüquqi formaları  p L a n



Yüklə 357,64 Kb.
Pdf görüntüsü
səhifə3/11
tarix21.10.2023
ölçüsü357,64 Kb.
#129570
1   2   3   4   5   6   7   8   9   10   11
IH-8

və s.). Belə hərəkətlər dövlət idarəetmə funksiyalarının məzmununu ifadə edirlər, bu 
hərəkətlərdə idarəedən subyektin səlahiyyətləri realizə edilir.
Bəs, onda onların törədilməsi nə deməkdir? Bu, hər şeydən əvvəl, onlara xarici 
ifadə olunma variantının verilməsidir. Yalnız, belə ifadə olunduqda, onlar 
idarəetmənin vəzifə və funksiyalarını yerinə yetirən işlək vasitə kimi real olurlar. 
Lakin icra hakimiyyətinin subyektləri tərəfindən törədilən hərəkətlər öz xarakter 
və təyinatına görə müxtəlifdir. Deməli, onların xarici ifadə olunma variantları da 
müxtəlif olmalıdır. Bu zaman, yalnız müvafiq icra hakimiyyətinin subyekti 
tərəfindən idarəetmənin obyektinə bilavasitə nizamlayıcı təsiri əks etdirən ifadə 
formaları xüsusi əhəmiyyət kəsb edirlər. Başqa formada idarəetmənin məqsədinə, 
ümumiyyətlə, nail olmaq mümkün olmur. 
Digər tərəfdən, icra hakimiyyəti orqanları idarəetmə təsiri ilə bilavasitə bağlı 
olmayan bir çox başqa hərəkətlər də həyata keçirirlər. Məsələn, idarəetmə təsirinin 
effektivliyini təmin edən hərəkətlər, idarəetmə təsirinin nəticələri haqqında 
məlumatların toplanmasını (idarəetmə qərarlarının layihələrinin hazırlanması, qəbul 
edilmişlərin yerinə yetirilməsini yoxlama və s.) təmin edən tədbirlərdir. 


Müxtəlif təyinatlı hərəkətlərin məcmusu icra hakimiyyəti mexanizmində daim 

hərəkət

vəziyyəti yaradır, bu da ona praktiki surətdə özünün konstitusion təyinatını 
həyata keçirməyə imkan verir. 
Bu hərəkətlərin xarici ifadəsi müxtəlif formada həyata keçirilir. Əgər icra 
hakimiyyətinin subyekti bilavasitə idarəetmənin təsiretmə funksiyalarını yerinə 
yetirirsə, onun bu növ hərəkətləri öz xarici ifadəsini daim öz aparatından 

kənarda

tapır, yəni onun idarəetmə obyektləri ilə qarşılıqlı əlaqəsində (məs.: aşağı orqanlarla, 
vətəndaşlarla və s.). 
Əgər onun hərəkətləri belə növ təsiretməni həyata keçirmirsə, onlarda müvafiq 
xarici ifadə forması olmalıdır, yəni, bir qayda olaraq, 

təşkilatdaxili

və yaxud 

aparatdaxili

münasibətlərə xarici ifadə formasını almalıdırlar. Lakin onlar da öz 
təyinatına görə müxtəlif cür olurlar. Belə ki, onların sırasına təşkilatın marağı 
naminə gündəlik olaraq həyata keçirilən və həmin orqanın iş qaydasını, yəni həmin 
orqanın heyətinin və bütün struktur bölmələrinin normal qarşılıqlı əlaqələrini təmin 
edən idarəetmə hərəkətləri aiddirlər. Faktiki olaraq bu hərəkətlər icra orqanının 
rəhbəri tərəfindən həyata keçirilən hərəkətlərdir (məs.: təlimatlandırma, iclasların 
keçirilməsi və s.). 
İdarəetmə hərəkətlərinin zahirən ifadə olunan nəticələri də böyük əhəmiyyət 
kəsb edir. Bir halda onlar birbaşa hüquq xarakterli nəticələr yaradır, digər hallarda 
isə belə nəticələr yaranmır. 
Aydındır ki, birinci halda bilavasitə idarəetmə təsirini həyata keçirən hərəkətlər 
nəzərdə tutulur (aparatdaxili və aparatdankənar). 
Beləliklə, idarəetmə formalarından danışarkən nəzərə almaq lazımdır ki, onlar 
aşağıdakı formalarda çıxış edə bilər: 

icra hakimiyyətinin realizəsi formasında; 

dövlət idarəetmə fəaliyyəti formasında. 
İcra hakimiyyətinin fəaliyyəti mexanizmində əsas başlıca əhəmiyyət birincilər 
kəsb edir, çünki onlar xarici-hüquqi təsiri ifadə edirlər. Onlarda faktiki olaraq icra 
hakimiyyətinin özü öz atributları ilə birlikdə zahirən ifadə olunur. Bu, həqiqi mənada 
idarəetmə formasıdır. 


Dövlət idarəetmə fəaliyyəti formalarını isə geniş mənada başa düşmək lazımdır, 
yəni icra hakimiyyəti orqanlarının fəaliyyəti prosesində həyata keçirilən bütün 
hərəkətlərin məcmusunu (birbaşa hüquqi təsiretmə xarakteri daşıyan və belə təsiri 
daşımayan hərəkətləri) daxil etmək lazımdır. Onlar da ümumi kateqoriya kimi öz 
tərkibinə icra hakimiyyətinin həyata keçirilməsi formalarını daxil edirlər. Lakin 
onlar qısa mənada da, yəni icra hakimiyyəti orqanları tərəfindən idarəetmə təsiri 
çərçivəsindən kənarda qalan hərəkətlərin məcmusu kimi də başa düşülə bilərlər. 
Burada növbəti metodoloji və faktiki fikir üzə çıxır: belə ki, dövlət idarəetmə 
fəaliyyətində həyata keçirilən hərəkətlərin heç də hamısı icra hakimiyyətinin vəzifə 
və funksiyalarını əks etdirmir, idarəetmə xarakterli bir çox hərəkətlər 

özünü 
təşkiletmə

maraqlarına xidmət edir. 
Şərh edilənləri ümumiləşdirərək, belə nəticəyə gəlmək olar ki, idarəetmə forması 
dedikdə – icra orqanın (vəzifəli şəxsin) səlahiyyətləri çərçivəsində həyata keçirilən 
və müəyyən nəticələr yaradan zahirən ifadə olunan hərəkətlər başa düşülür. 
Əgər belə növ idarəetmə hərəkətləri hüquq xarakterli nəticələr yaradırlarsa və 
yaxud da müəyyən hüquqi əhəmiyyət kəsb edirlərsə, onları bütövlükdə icra 
hakimiyyətinin realizəsinin inzibati-hüquqi formaları kimi qeyd etmək olar. 
Beləliklə, 
icra hakimiyyətinin realizəsinin inzibati-hüquqi forması dedikdə 
icra hakimiyyəti orqanının (vəzifəli şəxsin) öz səlahiyyətləri çərçivəsində həyata 
keçirdiyi və müəyyən hüquqi nəticələr yaradan və yaxud da müəyyən hüquqi 
əhəmiyyət kəsb edən zahirən ifadə olunan hərəkətlər başa düşülür

 
İcra hakimiyyətinin realizəsinin inzibati-hüquqi formalarının mahiyyəti 
ondan ibarətdir ki, onların vasitəsilə icra hakimiyyəti orqanları: 

idarəetmənin vəzifə və funksiyalarının həyata keçirilməsini; 

qanunlar əsasında və onların icra edilməsi məqsədi ilə təsərrüfat, sosial-
mədəni və inzibati-siyasi sahəyə bilavasitə rəhbərliyi təşkil edirlər. 

Yüklə 357,64 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə