İcra hakimiyyətinin realizəsinin inzibati-hüquqi formaları  p L a n


İdarəetmə fəaliyyətinin qeyri-hüquqi formaları



Yüklə 357,64 Kb.
Pdf görüntüsü
səhifə9/11
tarix21.10.2023
ölçüsü357,64 Kb.
#129570
1   2   3   4   5   6   7   8   9   10   11
IH-8

İdarəetmə fəaliyyətinin qeyri-hüquqi formaları 
İdarəetmə fəaliyyətinin qeyri-hüquqi formalarına təşkilati və maddi-texniki 
hərəkətlər aiddir. 
İdarəetmə fəaliyyətinin hüquqi formaları kimi də qeyri-hüquqi formalar da 
idarəetmə subyektlərinin səlahiyyətləri ilə bağlı olub, idarəetmənin məqsəd və 
vəzifələrinə uyğun gəlməlidirlər. İdarəetmə fəaliyyətinin qeyri-hüquqi formalarının 
xüsusiyyəti ondan ibarətdir ki, onlar bilavasitə hüquqi nəticə yaratmırlar. 
İdarəetmənin qeyri-hüquqi formalarına aşağıdakıları aid etmək olar: 
-
təşkilati hərəkətlərin görülməsi; 
-
maddi-texniki hərəkətlərin görülməsi. 
 
Təşkilati hərəkətlər – iclasların, müzakirələrin, yoxlamaların aparılması, 
qabaqcıl təcrübənin yayılması, proqnozların hazırlanması, mühasibat və statistik 
qeydiyyatın aparılması, sərgilərin təşkili, mətbuat konfranslarının keçirilməsi, əmək 
kollektivlərinin və ictimai birliklərin nümayəndələri ilə görüşlərin keçirilməsi 
formasında ifadə oluna bilər. 
Təşkilati tədbirlər konkret inzibati-hüquqi münasibətlərin yaranması və ləğv 
edilməsi ilə bilavasitə bağlı deyillər. Onlar gündəlik idarəetmə fəaliyyətində həyata 
keçirilirlər. 
 
Maddi-texniki hərəkətlər köməkçi əhəmiyyətə malikdir, lakin onların 
köməkliyi ilə dövlət idarəetməsinin bütün formalarının həyata keçirilməsi maddi 
cəhətdən təmin edilir. Məsələn: arayışların, hesabatların tərtib edilməsi
kargüzarlığın aparılması, sənədlərin tərtib edilməsi, faktların qeydiyyatı, material 
və sənədlərin çoxaldılması və s. maddi-texniki hərəkətlərə aid etmək olar. 


Maddi-texniki hərəkətlər idarəetmə subyektlərinin işinin dəqiqliyinin və 
effektivliyinin (səmərəliliyinin) təmin edilməsinə xidmət edir. Onlar idarəetmə 
prosesini yüngülləşdirir, idarəçilik əməyi mədəniyyətini və səmərəliliyini artırırlar. 
İdarəetmə prosesləri mürəkkəbləşdikcə maddi-texniki hərəkətlərin əhəmiyyəti və 
həcmi də artır. 
Maddi-texniki hərəkətlərə polis işçilərinin, inzibati həbs haqqında qərarın icrası, 
sərxoş halda olan şəxslərin polis orqanlarına gətirilməsi və inzibati tənbeh haqqında 
qərarların icrası kimi hərəkətləri də aiddir. İdarəetmənin hüquqi və qeyri-hüquqi 
formalarının təhlilini başa çatdıraraq qeyd etmək lazımdır ki, idarəetmə formalarının 
növlərə bölünməsi şərtidir, çünki onlar bir-biri ilə sıx bağlıdır, bir-birinə qarışırlar 
və biri digərini tamamlayır. Lakin onları fərqləndirmək lazımdır. Çünki onlar 
müxtəlif hüquqi əhəmiyyətə malikdirlər. 
Onu da qeyd etmək lazımdır ki, idarəetmə fəaliyyətinin səmərəliliyi həmin 
formaların bacarıqla uzlaşdırılmasından asılıdır. Birtərəfli qaydada hüquqi aktların 
qəbuluna aludəçiliyin göstərilməsi onların təşkilati və maddi-texniki hərəkətlərlə 
təmin edilməməsi hallarında müvafiq icra hakimiyyəti orqanını 

qanunvericilik 
orqanı

formasına gətirib çıxara bilər. 
Təşkilati hərəkətlərə isə üstünlük verən və hüquqi vasitələrin əhəmiyyətini dərk 
etməyən rəhbərlər onların qarşısında duran məsələləri həll edə və istənilən nəticəni 
ala bilməzlər. 
Məlumdur ki, ədalət mühakiməsi daim özünün əsas əlaməti olan prosessual 
formada həyata keçirilməlidir. İdarəetmə və icra hakimiyyəti isə prosessual formada 
ola və olmaya da bilər. Buna müvafiq olaraq idarəetmənin prosessual və qeyri-
prosessual formalarını bir-birindən fərqləndirmək lazımdır. 
Hüquqi prosesi prosessual normalarla tənzimlənən və konkret hüquqi işlərin 
həllinə yönəlmiş səlahiyyətli subyektlərin hakimiyyət fəaliyyəti kimi başa düşmək 
olar. Bu anlayışı açıqlayaraq, prosesin əsas əlamətlərini göstərmək olar: 
Birinci
, burada hakimiyyət səlahiyyətləri həyata keçirilir. Burada müvafiq 
münasibətlərdə vətəndaşlar və təşkilatlar iştirak edir, lakin aparıcı rol hakimiyyət 
daşıyıcısına məxsusdur. Onu da qeyd etmək lazımdır ki, prosesin gedişində 
hakimiyyət səlahiyyətləri 

idarədən kənar

işlərin həlli üçün istifadə edilir. 


İkinci
, prosessual fəaliyyətin nəticəsində hüquqi işlər həll edilir (normativ aktın 
qəbul edilməsi, sanksiyaların tətbiqi və s.). Buna görə də o, müxtəlif sənədlərlə 
rəsmiləşdirilir. 
Üçüncü
, prosesin iştirakçılarının hüquq və vəzifələri, hərəkətlərin ardıcıllığı və 
müddəti, sənədlərin tərtib edilmə qaydaları, qərarın qəbulu, ondan şikayət vermə və 
icrası qaydası prosessual normalarla tənzimlənir. 

Yüklə 357,64 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə