İcra hakimiyyətinin realizəsinin inzibati-hüquqi formaları  p L a n



Yüklə 357,64 Kb.
Pdf görüntüsü
səhifə2/11
tarix21.10.2023
ölçüsü357,64 Kb.
#129570
1   2   3   4   5   6   7   8   9   10   11
IH-8

 
 
 
 
 
 
 
 
 


Sual 1. İcra hakimiyyətinin realizəsinin inzibati-hüquqi
formalarının anlayışı 
Hakimiyyətlərin bölgüsü vahid dövlət hakimiyyətinin hər 

budağının

yalnız 
funksional səlahiyyətlərinin müəyyənləşdirilməsini nəzərdə tutmur, o, həm də 
onların təcrübi fəaliyyətlərinə təsir göstərən müəyyən mexanizmlərlə təchizatını 
müəyyənləşdirir.
Dövlət hakimiyyəti müxtəlif ictimai münasibətlərdə fəaliyyət göstərməli, özünü 
müvafiq surətdə biruzə verməlidir. Bu da onun hakimiyyət budaqlarına 

dinamik

 
xarakter verən realizə (həyata keçirən) mexanizminin lazım olduğunu göstərir. 
Dövlət hakimiyyəti öz-özünə həyata keçirilmir. O, daim onun məzmun və 
istiqamətlərini özündə əks etdirən, onun subyektləri tərəfindən (müvafiq dövlət 
orqanları tərəfindən) həyata keçirilən müxtəlif növ konkret hərəkətlərdə ifadə 
olunur
. Bu şərti bütövlükdə icra hakimiyyətinə, daha dəqiq desək, onu gündəlik və 
müxtəlif formalarda həyata keçirən icra hakimiyyəti orqanlarının fəaliyyətinə tətbiq 
etmək olar. 
Göstərilənlər spesifik elmi-praktiki kateqoriya olan – dövlət idarəetmə 
fəaliyyətinin formalarını (idarəetmə formaları) müəyyən etməyə imkan yaradır. 
Qüvvədə olan qanunvericiliyə əsasən, göstərilən kateqoriya icra hakimiyyətinin 
realizəsinin formaları kimi qiymətləndirilə bilər. 
Bəs, icra hakimiyyətinin realizəsinin formaları dedikdə, nə başa düşülür? 
Ümumi elmi şərhə görə

forma

belə planlı digər kateqoriya ilə, daha dəqiq 
desək isə, 

məzmun

la üzvi surətdə bağlıdır. Belə aspektdə 

forma

dedikdə, 

məzmun

un ifadəsinin müxtəlif variantları başa düşülür. İcra hakimiyyətinə aid 
edildikdə isə, forma – onun dövləti-hüquqi məzmununun, yəni onun vahid dövlət 
hakimiyyətinin spesifik budağını xarakterizə edən bütün keyfiyyətlərinin, ilk 
növbədə, hüquqi keyfiyyətlərinin ifadə olunma vasitəsidir. Bu, metodoloji planda 
düzgün, lakin müəyyən dərəcədə ümumi bir mühakimədir. İş ondadır ki, icra 
hakimiyyətinin məzmunu onun qarşısına qoyulmuş vəzifələrdə, onun subyektlərinin 
funksiyalarında və səlahiyyətlərində, onun subyektləri tərəfindən fəaliyyətlərində 


istifadə etdikləri metodlarda açıqlanır. Bütün bunlar icra hakimiyyəti sisteminin nə 
üçün təşkil edilməsi, bu sistemin və onun ayrı-ayrı təbəqələrinin idarəçilik 
funksiyalarının yerinə yetirilməsi və idarəçilik vəzifələrinin həlli, yəni dövlət-
idarəçilik fəaliyyətinin həyata keçirilməsi üçün praktiki olaraq nə etmələri barədə 
təsəvvür yaradır. 
Bu zaman bu və ya digər icra hakimiyyəti orqanının təşkilati-hüquqi statusundan 
asılı olmayaraq, icra hakimiyyəti subyektlərinin əsas fəaliyyət istiqamətlərinə xas 
olan hərəkətlər nəzərdə tutulur. Bununla da, dövlət idarəetmə fəaliyyətinin 
məzmununun daha dəqiq mənimsənilməsi mümkün olur. Lakin yalnız bunun təsdiqi 
ilə kifayətlənmək olmaz. Ona görə ki, aşağıdakı əhəmiyyətli bir hal da diqqəti cəlb 
etməyə bilməz. 
Hər bir icra hakimiyyəti orqanı və ya onun vəzifəli şəxsi ona verilmiş 
səlahiyyətlər çərçivəsində bu və ya digər konkret hallarda müxtəlif formada fəaliyyət 
göstərmək hüququna malikdir. Belə imkanın reallığa çevrilməsi mütləq qaydada 
onlar tərəfindən müəyyən aktiv hərəkətlərin həyata keçirilməsini nəzərdə tutur 
(məsələn, qərarın qəbul edilməsi, vətəndaşın şikayətinə baxılması və həll edilməsi 

Yüklə 357,64 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə