İcra hakimiyyətinin realizəsinin inzibati-hüquqi formaları  p L a n



Yüklə 357,64 Kb.
Pdf görüntüsü
səhifə4/11
tarix21.10.2023
ölçüsü357,64 Kb.
#129570
1   2   3   4   5   6   7   8   9   10   11
IH-8

Birinci suala
yekun olaraq bir daha qeyd etmək istərdim ki: 
1.
İcra hakimiyyətinin realizəsinin inzibati-hüquqi forması dedikdə – icra 
hakimiyyəti orqanın (vəzifəli şəxsin) öz səlahiyyətləri çərçivəsində həyata keçirdiyi 
və müəyyən hüquqi nəticələr yaradan və yaxud da müəyyən hüquqi əhəmiyyət kəsb 
edən zahirən ifadə olunan hərəkətlər başa düşülür. 


2.
İcra hakimiyyətinin realizəsinin inzibati-hüquqi formalarının mahiyyəti 
aşağıdakılardan ibarətdir: 

idarəetmənin vəzifə və funksiyalarının həyata keçirilməsi; 

qanunların icrası; 

sosial-siyasi, sosial-mədəni və iqtisadi sahələrdə idarəetmənin həyata 
keçirilməsi. 
 
Sual 2. İcra hakimiyyətinin realizəsinin inzibati-hüquqi 
formalarının təsnifatı və növləri 
İdarəetmə fəaliyyətinin formaları müxtəlifdir. Müxtəlif şəraitdə bu və ya digər 
idarəetmə formalarının seçilməsi bir çox hallardan asılıdır. Məsələn, onun 
seçilməsinə aşağıdakı hallar təsir göstərir: 

orqanın (vəzifəli şəxsin) səlahiyyətlərinin xarakteri; 

idarəetmə təsirinə məruz qalan obyektin xüsusiyyətləri (mülkiyyət forması, 
onun idarəedilməsi üsulu və s.); 

idarəetmənin məqsədləri; 

həll edilən məsələlərin xarakteri; 

baş vermiş nəticələrin xarakteri və s. 
Müvafiq idarəetmə formalarının seçilməsi konkret idarəetmə şəraiti, effektivlik 
və məqsədəuyğunluq tələbləri nəzərə alınmaqla aparılmalıdır. İdarəetmə 
fəaliyyətinin konkret formasının növü dövlət idarəetmə orqanlarının üzərinə düşən 
funksiyaların həyata keçirildiyi zaman yerinə yetirilən hərəkətlərin xarakteri ilə 
müəyyən edilir. 
Bəzi hallarda bu hərəkətlər hüquqi nəticələr yaradır, digər hallarda isə yox (məs.: 
kütləvi-təşkilati iş). 
Buna müvafiq olaraq dövlət idarəetmə orqanlarının fəaliyyəti aşağıdakı 
formalarda özünü biruzə verir: 

hüquqi forma; 

qeyri-hüquqi forma. 



Yüklə 357,64 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə