Dövlət hakimiyyəti orqanları öz fəaliyyətində bir tərəfli hərəkətləri ilə yanaşı,
tərəflərin razılığına əsaslanan iki tərəfli aktlardan da istifadə edir.
Bunlara isə
inzibati müqavilələr də aiddirlər.
Əqdlərin növ müxtəlifliyini nəzərə alaraq, inzibati-hüquqi müqavilələr ictimai
maraqları təmin edən idarəetmə münasibətlərin fərdi nizamasalma vasitələridir.
Lakin, hüquq normalarından fərqli olaraq, inzibati müqavilələrlə müəyyən edilən
qaydalar, yalnız onların tərəfləri üçün mütləqdir bəzi hallarda isə onlara tabe olan
təşkilatlar üçün mütləqdir.
İnzibati və mülki müqavilələr arasında xeyli fərqlər vardır. Bunlar
aşağıdakılardır:
➢
inzibati müqavilələr bir qayda olaraq
təşkilati
məzmuna malikdir, onların
məqsədi ictimai əhəmiyyətli nəticələrə nail olmaqdır;
➢
inzibati müqavilə həmişə müvafiq məsələlərin
həllində müəyyən müs-
təqilliyə malik olan subyektlərin fəaliyyətinin hüquqi forması kimi çıxış edir. Hətta,
onlar
hakimiyyət-tabeçilik
münasibətlərində olmasalar da, tərəflərin hüquq və
vəzifələri bərabər deyil, çünki söhbət
əmlak səlahiyyətlərindən yox, idarəetmə
səlahiyyətlərindən gedir. Müqavilənin tərəflərindən biri inzibati hakimiyyətin
subyektləridir və müqavilə inzibati hüququn subyektləri arasında bağlanılır;
➢
AR-kasında inzibati müqavilə məhkəmə müdafiəsi ilə təmin edilmir və
tərəflərdən biri və ya hər ikisinin öz üzərlərinə götürdükləri
vəzifələrin yerinə
yetirilməməsi əmlak sanksiyalarının tətbiqinə səbəb olmur;
➢
inzibati müqavilə inzibati orqan tərəfindən öz vəzifələrinin həyata
keçirilməsi vasitəsi kimi çıxış edir;
➢
inzibati müqavilələrin normativ bazasını mülki hüquq normaları yox,
inzibati hüquq normaları təşkil edirlər.
Mövcüd olan inzibati hüquq normaları müqavilələrin konkret növlərinin
məqsədli istiqamət daşıması tələbini özündə cəmləşdirir, onların iştirakçılarının
tərkibinə, əqdlərin formasına dair tələbləri müəyyənləşdirir.
Məzmununa görə inzibati hüquqi müqavilələrin aşağıdakı növləri vardır:
a) səlahiyyətlər haqqında olan müqavilələr (yəni səlahiyyətlərin
məhdudlaşdırılması, səlahiyyətlərin verilməsi və s.);
b) müştərək (birgə) fəaliyyət haqqında olan müqavilələr (normayaradıcılığı,
hüquqtətbiqetmə, xidmət etmək haqqında və s.);
c) dövlət sifarişlərinin yerinə yetirilməsi haqqında olan müqavilələr və s.
İnzibati-hüquqi müqavilələr aşağıdakı subyektlər arasında bağlana bilər:
−
icra hakimiyyətinin subyektləri arasında;
−
icra hakimiyyəti subyektləri və digər dövlət və bələdiyyə təşkilatları
arasında;
−
icra hakimiyyəti subyektləri və qeyri-hökumət təşkilatları arasında;
−
icra hakimiyyəti subyektləri və vətəndaşlar arasında.
Subyektlərin qarşılıqlı münasibətlərindən asılı olaraq 2 tip inzibati müqavilələri
ayırmaq lazımdır:
➢
bir-birinə qarşı hakimiyyət səlahiyyətlərinə malik olmayan subyektlər
arasında bağlanan inzibati müqavilələr;
➢
əks tərəfə qarşı münasibətdə hakimiyyət səlahiyyətlərinə malik olan
subyektlər arasında bağlanan inzibati müqavilələr.
Başqa sözlə şaquli və üfiqi tipli müqavilələr haqqında danışmaq olar. Şaquli
müqavilələrə aşağdakılar daha xasdır:
−
hakimiyyət səlahiyyətlərinə malik olan tərəflərin müəyyən üstünlüyü
(məsələn, digər tərəfi təlimatlandırma hüququ, göstərişlərinin
yerinə yetirilməsini
yoxlamaq hüququ, müqavilənin şərtlərini dəyişmək hüququ, onu birtərəfli qaydada
ləğv etmək hüququ);
−
digər tərəfin
maliyyə müvazinətinə
olan hüququ. Əgər
maliyyə
bərabərliyi
nin pozulması hakimiyyət subyektinin təqsiri hesab edilə bilməyən
şəraitin nəticəsində yaranmışdırsa (vergi qanunvericiliyinin dəyişməsi və s.), onda
maliyyə bərabərliyi
nin bərpa edilməsi vəzifəsi hakimiyyət səlahiyyətli subyektinə
həvalə edilmir.
Müqavilənin 3 əsas şərti:
müstəqilliyi, dəyişməzliyi və tərəflərin bərabərliyi
təmin edilməyən hallarda, inzibati-hüquqi münasibətləri yaradan, dəyişən və ləğv
edən hüquqi fakt kimi inzibati müqavilələri istifadə etmək məsqədəuyğundurmu
kimi sualı yaranır. Belə suala cavab müsbət olmalıdır.
Əgər müqavilə ilə şaquli, yaxud ierarxiya əlaqəsi yaranarsa, onda aşağıda duran
idarəetmənin obyekti müqavilə münasibətlərinin subyektinə çevrilir. Buna görə də,
o, öz imkanlarını təhlil etməli, öz tələb və öhdəliklərini anlamalı və onları
əsaslandırmağa çalışmalıdır. Onu dinləyəcəklər və
onun rəyi müəyyən dərəcədə
nəzərə alınacaq, bu da işin hallarını, yaranmış şəraiti, əks tərəfin imkanlarını lazımi
səviyyədə öyrəndikdən sonra idarəetmə qərarın qəbul edilməsinə şərait yaratmış
olur.
Aidiyyəti olan subyekt isə qəbul edilən qərarların məqsədəuyğunluğunu daha
yaxşı və düzgün başa düşəcək. Başqa sözlə desək, müqavilənin hazırlama prosesi
yuxarıda duran tərəfə onun qarışacağı vəziyyəti daha da yaxşı təhlil et-məyə, aşağı
tərəfə isə öz tələblərini əsaslandırmağa və müqaviləyə daxil edilən şərtləri başa
düşmək üçün imkan verir. Və bu müqavilələr əsasında yaranan münasibətlər,
hakimiyyət başlanğıcı əsasında yarananlara nisbətən daha de-mokratik olur. Bir çox
halda müqavilə vasitəsi ilə inzibati akt dəyişdirilə bilər. Müqavilənin pozulmasına
görə nəinki ictimai, həm də intizam, siyasi, bir sıra hallarda isə maddi, maliyyə təsir
tədbirləri, güzəştlərin ləğv edilməsi, icazəli (lisenziyalı) fəaliyyətinin dayandırılması
kimi tədbirlərin tətbiq edilməsi mümkün olur.
Dostları ilə paylaş: