İcra hakimiyyətinin realizəsinin inzibati-hüquqi formaları  p L a n



Yüklə 357,64 Kb.
Pdf görüntüsü
səhifə7/11
tarix21.10.2023
ölçüsü357,64 Kb.
#129570
1   2   3   4   5   6   7   8   9   10   11
IH-8

fəaliyyəti – idarəetmə subyektləri tərəfindən fərdi aktların qəbulu yolu ilə konkret 
hüquqi 
əhəmiyyətə malik olan faktların müvafiq hüquq normasına 


uyğunlaşdırılmasından ibarətdir, yəni hüquq normaları əsasında konkret idarəetmə 
işlərin, (məsələlərin) həll edilməsidir. 
 
Hüquqtətbiqetmə fəaliyyəti aşağıdakı mərhələlərdən ibarətdir: 

işin faktiki hallarının müəyyən edilməsi; 

bu halda tətbiq ediləcək müvafiq hüquq normasının seçilməsi, tapılması 
(normanın qüvvədə olmasının yoxlanılması, onun qüvvəsinin zaman və məkan 
daxilində həddinin tapılması); 

normanın şərhi, yəni onun məzmununun və mahiyyətinin araşdırılması; 

iş üzrə qərarın (fərdi aktın) qəbul edilməsi; 

hüquq normasının tətbiqi haqqında aktın yerinə yetirilməsi. 
İcra hakimiyyəti orqanları və onların vəzifəli şəxsləri tərəfindən tətbiq edilən 
hüquq normalarının məzmunu və xüsusiyyətlərinə görə hüquqtətbiqetmə fəaliyyəti 
iki formada olur: 

hüquqi tənzimləmə; 

hüquq mühafizə etmə. 
 
Hüquqtətbiqetmə fəaliyyətinin hüquqi tənzimləmə forması
– idarəetmədə 
təşkilati və konkret fərdi işlərin, o cümlədən iqtisadi, sosial-mədəni və sosial-siyasi 
sahələrdə müxtəlif xarakterli məsələlərin həlli və idarəetmə sahəsində vətəndaşların, 
idarə, müəssisə və təşkilatların hüquq və qanuni mənafelərinin həyata keçirilməsi 
üçün istifadə edilir. 
 
Hüquqtətbiqetmə fəaliyyətinin hüquq mühafizə forması 
hüquq normaları 
ilə tənzimlənən idarəetmə münasibətlərinin mühafizəsinə yönəlmiş və onların 
toxunulmazlığının təminetmə vasitəsi kimi çıxış edir. Fəaliyyətin bu forması 
vasitəsilə idarəetmə sahəsində yaranmış hüquqi mübahisələr həll edilir, idarəetmə 
sahəsində vətəndaşların, idarə, müəssisə və təşkilatların hüquq və qanuni 
mənafelərinin müdafiəsi həyata keçirilir, inzibati hüquqi və digər hüquqi vəzifələri 
yerinə yetirməyən şəxslərə qarşı dövlət məcburetmə tədbirləri tətbiq edilir. 
 
Dövlət idarəetmə orqanlarının digər hüquq əhəmiyyətli hərəkətləri sırasına 
daxil etmək olar: 

AR Konstitusiyasının 57-ci maddəsinə əsasən, vətəndaşların müraciətlərinə 
qanunla müəyyən edilmiş qaydada və müddətlərdə yazılı cavabın verilməsi; 



qanunla nəzərdə tutulmuş hallarda notariat hərəkətlərinin aparılması (məs.: 
rayon, şəhər, şəhər rayonu icra hakimiyyətinin nümayəndəsi tərəfindən notariat 
işlərinin görülməsi və s.). 

Yüklə 357,64 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə