İcra hakimiyyətinin realizəsinin inzibati-hüquqi formaları  p L a n



Yüklə 357,64 Kb.
Pdf görüntüsü
səhifə6/11
tarix21.10.2023
ölçüsü357,64 Kb.
#129570
1   2   3   4   5   6   7   8   9   10   11
IH-8

 
I. Hərəkətlərin xarakterinə görə
idarəetmənin hüquqi forması aşağıdakı 
növlərə bölünür: 

hüquq yaratma (hüquq müəyyən etmə) fəaliyyəti; 

hüquq tətbiqetmə fəaliyyəti; 

hüquqi əhəmiyyət kəsb edən digər hərəkətlərin həyata keçirilməsi. 
Hərəkətlərin xarakterinə görə idarəetmənin hüquqi forması hüquqyaradıcı 
(hüquqmüəyyənedici) və hüquqtətbiqedici olur. 


 
Hüquqyaratma fəaliyyəti
– bu növ fəaliyyət hüquq normaların, 
yaradılmasından, onların təkmilləşdirilməsindən, dəyişdirilməsindən və ləğv 
edilməsindən, yəni idarəetmə aktlarının qəbul edilməsindən ibarətdir. 
Hüquqyaratma fəaliyyətinin mərhələləri aşağıdakılardır: 

idarəetmə aktının, layihəsinin işlənib hazırlanmasının zəruriliyi haqqında 
idarəetmə orqanının qərarı; 

layihənin mətninin hazırlanması, onun ilkin müzakirəsi, yenidən işlənməsi
razılaşdırılması, müvafiq orqan tərəfindən razılığın verilməsi, layihənin 
hüquqyaradıcı orqana verilməsi; 

hüquqyaradıcı orqanda layihənin müzakirəsi; 

layihənin qəbul və ya təsdiq edilməsi; 

qəbul edilmiş idarəetmənin normativ aktının dərc edilməsi. 
Sadalanan hüquqyaratma hərəkətlərinin kompleksi tam həcmdə, bir qayda 
olaraq, kollegial orqanların hüquqyaradıcı fəaliyyətinə xasdır. Vahid rəhbərlik 
orqanlarının hüquq yaradıcılıq fəaliyyətinə gəldikdə isə, onların normativ aktlarının 
qəbulu 

texnologiyası

nisbətən asandır. Məsələn, layihə hazır olduqdan sonra 
nazirliyin, idarənin və ya digər vahid rəhbərlik orqanının rəhbəri onu müzakirə 
etmədən təsdiq edə bilər. 
İdarəetmə sahəsində olan bütün ictimai münasibətlərin müxtəlifliyini və 
dinamikasını nəzərə almaq və onların hamısını tənzimləməyə qanunun normaları 
qadir deyil. Ona görə də icra hakimiyyəti subyektlərinin hüquqyaradıcı fəaliyyəti – 
idarəetmə münasibətlərinin ətraflı və tam həcmdə hüquqi tənzimləmə məqsədinə 
xidmət etmək üçün təşkil edilir. Onun digər hüquq yaradıcılıq formaları ilə nisbəti 

tabeçiliklə

xarakterizə edilir, belə ki, icra hakimiyyəti orqanlarının hüquqyaradıcı 
fəaliyyəti qanunların və yuxarı icra hakimiyyəti orqanlarının normativ aktları 
əsasında və onların icrası məqsədilə həyata keçirilir. 
Hüquqyaratma fəaliyyətinin nəticəsi – idarəetmə sahəsində olan münasibətləri 
tənzimləyən qanunqüvvəli idarəetmə aktlarının qəbuludur. 
 
İdarəetməni həyata keçirən orqan və vəzifəli şəxslərin hüquqtətbiqetmə 

Yüklə 357,64 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə