İkinci dünya müharibəsinin abş üçün nəticələri



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə28/96
tarix20.10.2017
ölçüsü2,8 Kb.
#6135
1   ...   24   25   26   27   28   29   30   31   ...   96

 
84 
daşınması  yollarını  öz  nəzarəti  altına  almaq  üçün  göstərilən 
c
əhddən başqa bir şey deyildi.  Eyni zamanda ABŞ ümid edirdi ki, 
bu şəraitdə, o öz iradəsini digər dövlətlərə, o cümlədən bloklar üzrə 
partnyorlarına  asanlıqla  qəbul etdirəcək,  kapitalizm  dünyasında 
hakim mövqel
ərini saxlaya biləcəkdir.  
Eyni  zamanda  İran  körfəzində,  Hind  okeanında  və  Sakit 
okeanda  ABŞ-ın  genişlənməkdə  olan hərbi bazalar silsiləsi milli 
azadlıq  hərəkatı  üzərinə  əks-hücum üçün bir növ dayaq nöqtəsi 
kimi,  bu h
ərəkatın  yayılması  qarşısını  alan  maneə  kimi,  müstəqil 
milli siyas
ət yeritməyə  çalışan  inkiaşf  etməkdə  olan öklələr 
bar
əsində qüvvənin köməyi ilə təzyiq və hədə-qorxu vasitəsi kimi 
düşünülmüşdü.  
Doğrudan  da,  vaxtı  ilə,  Yaxın  Şərq üçün “Eyzenhayer dok-
trinası” meydana gələndə də ABŞ-ın silahlı müdaxiləyə, lakin ərəb 
dövl
ətlərinin dəvəti ilə  müdaxiləyə  hazır  olmasından  söhbət ge-
dirdi.  Lakin 20 il sonra Karter hökum
əti neft mənbələrini və neftin 
daşındığı  yolları  bütün hərbi vasitələrlə,  o cümlədən “çevik əmə-
liyyat qüvv
ələri” vasitəsilə  “qorumaq” niyyətində  olduğunu  bil-
dir
ərkən özünün son dərəcə  təhlükəli  planlarını  Yaxın  Şərq ölkə-
l
ərindən hər  hansı  birinin  bunu  xahiş  edib-etməyəcəyi ilə  bağ-
lamırdı.  
Vaşinqtonun yeni doktrinasının təcavüzkar istiqamətinin belə 
açıq-aşkar  xarakteri  R.  Reyqan hökuməti dövründə  daha da 
möhk
əmləndi; bu hökumətin nümayəndələri izah edib deyirdilər: 
İran  körfəzində  Amerika  qoşunlarına  ona  görə  ehtiyac  vardı  ki, 
“Bizim 
hansı  mövqe  tutduğumuz  və  həmin mövqeni qüvvənin 
köm
əyi ilə  müdafiə  etməyə  hazır  olduğumuz  bu  rayonda  hamıya 
aydın olsun”.  
ABŞ  başqa  xalqlar  üzərində  amirlik yaratmaq üçün hərbi 
qüvv
ə  saxlamaqdan  əvvəllər də  istifadə  edirdi.    On illər boyu o, 
Q
ərbi  Avropanın  bir  sıra  ölkələrində,  Yer kürəsinin digər rayon-
larında:  Yaponiyada,  Filippində,  Cənubi  Koreyada,  Avstraliyada 
öz h
ərbi  qarnizonlarını  və  bazalarını  saxlayır;  Amerikanın  hərbi-
d
əniz qüvvələri  Aralıq  dənizində,  Atlantik,  Sakit və  Hind okean-
larında fəaliyyət göstərirdi.  Lakin indi ABŞ öz hərbi qüvvələrinin 
müxt
əlif regionlarda yerləşdirilməsini  hər vasitə  ilə  genişləndir-


 
85 
m
ək, onun həqiqətən qlobal miqyas almasına nail olmaq məqsədini 
qarşısına  qoymuşdur  ki,  bu da bütün qitələrin  xalqları  üçün 
çağırılmamış müdaxilə təhlükəsini xeyli artırırdı.  
Eyni  zamanda  Vaşinqtonun  belə  münasibəti,  heç  şübhəsiz, 
Birl
əşmiş Ştatların öz xarici  siyasət vəzifələrinin yerinə yetirilməsi 
takti
kasında  80-ci illərin  əvvəllərində  müəyyən dəyişikliklər  baş 
verdiyin
ə dəlalət edirdi.  Hər şeydən əvvəl göründüyü kimi, ABŞ 
vaxtı ilə təcavüzkar siyasəti həyata keçirmək üçün istifadə etməyə 
çalışdığı əlaltılarına və oyuncaq hökumətlərinə daha əvvəlki qədər 
ümid b
əsləmir.    Əlbəttə,  ABŞ  mürtəce diktator rejimlərindən öz 
m
əqsədləri üçün istifadə etməkdən əl çəkmir, onlara hər vasitə ilə 
maddi v
ə  hərbi  yardım  göstərməyi davam etdirirdi.    Lakin hər 
halda ABŞ İran hadisələrindən, heç şübhəsiz, müəyyən ibarət dərsi 
götürmüşdür  və  bu hadisələr  ABŞ-ın  hakimiyyət  başına  gətirdiyi 
v
ə  zorla  saxladığı  əlaltılara  arxalanmağın  etibarsız  olduğunu 
göst
ərmişdi.  
XX 
əsrin 80-ci illərində  ərazisində  ABŞ-ın  öz  hərbi dayaq 
bazalarını  yaratmaq  istədiyi bəzi dövlətlər  buna  Vaşinqtonda 
gözl
ənildiyi qədər həvəs göstərmirdilər.  ABŞ-ın  yeni  siyasətini 
yalnız İsrail tam müdafiə edir, ərəb ölkələri isə “Moskvanın onlar 
üçün t
əhlükə  yaratması  fikrini  qəbul  etmək istəmir və  Amerika 
qoşunlarını öz ərazilərinə buraxmaq əleyhinə idilər”. Ərəblər üçün 
başlıca  məsələ  ərəb-israil  münaqişəsinin həll  olunması  idi.  İran 
körf
əzinin bir çox sahilboyu dövlətlərində  ehtiyat  edirdilər ki, bu 
dövl
ətlərin birində  üsyan  baş  versə,  “çevik  əməliyyat qüvvə-
l
ərin”ndən neft mədənlərinin  ələ  keçirilməsi üçün istifadə  oluna 
bil
ərdi.  Hətta inkişaf etməkdə olan ölkələrin Vaşinqtonla  sıx əlaqə 
saxlayan bir çox liderl
əri də  ABŞ-ın  iqtisadi və  hərbi  yardımını 
alqışlamaqla  bərabər eyhamla bildirirdilər ki,  “hər  hansı  hərbi 
əməkdaşlığa” cəlb olunmaq istəmirlər.  Belə bəyanatlar ictimai rəyi 
olsa-
olsa  yalnız  sözdə  nəzərə  almaq deməkdir,  lakin  ABŞ  ilə 
əməkdaşlığın xarakterinin pərdələməyə ehtiyac duyulmasının özü, 
inki
şaf etməkdə olan ölkələrdə xalq kütlələrinin dərin antiamerika 
v
ə antiimperialist əhvali-ruhiyyəsində olmasını göstərirdi.  
Bu dövrd
ə  partnyorlarına  təzyiq göstərərkən  Vaşinqton 
siyas
ətçiləri getdikcə  daha tez-tez ultimatum tonuna əl  atırdılar.  


 
86 
“Reyqan hökum
əti öz müttəfiqləri ilə münasibətlərdə dostlarından 
daha çox 
əlaltı ölkələr üçün yarayan bir avazla danışırdı”.  Ameri-
kanın  siyasi  xadimləri Qərbi  Avropadakı  “pasifist”  əhvali-ruhiy-
y
əni  damğalayır  və  NATO-nun  Avropadakı  birləşmiş  silahlı 
qüvv
ələrinin baş komandanı Rocersin etdiyi kimi, tələb edirlər ki,  
“bizim    çox  böhranlı  bir  dövr  keçirdiyimizə  müttəfiq ölkələrin 
xalqlarını inandırsınlar” Rocersin fikrincə, onlar başa düşməlidirlər 
ki,  “s
əylərimiz səmərəli olmaq üçün külli miqdarda vəsait tələb 
edir, 
əks təqdirdə  bu vəsait digər milli tələbata,  məsələn,  sosial 
ehtiyaclara s
ərf edilə bilər”. ABŞ-ın keçmiş hərbi-dəniz qüvvələri 
naziri, 
prezident  Reyqanın  hərbi məsələlər üzrə  müşaviri  adlan-
dırılan  U.Middendorf isə  nəsihətverici  bir  formada  ABŞ-ın 
partnyorlarına  dərs öyrədirdi ki: “Daxili sabitliyi qoruyub saxla-
maq üçün sosial ehtiyaclara böyük x
ərclər çəkildiyini  əsas 
g
ətirmək heç də təzə fikir deyildir.  Müdafiə xərclərini artırmaqdan 
boyun  qaçırmaq  istəyənlərin  hamısı  buna  isnad  edir. . . sosial 
t
əhlükəsizliyin ən yüksək forması hərbi qüvvədir. . . ”.  
NATO  şurasının  1981-ci  ilin  mayında  keçirilmiş  Roma 
sessiyası  bir  daha  göstərmişdi  ki,  Vaşinqton  Qərbi Avropa əra-
zisind
ə  Amerikanın  yeni  raket-nüvə  silahının  yerləşdirilməsini 
“Atlantika h
əmrəyliyini” möhkəmləndirmək və müttəfiqlərin ABŞ-
a  danışıqsız  tabe  olmasını  təmin etmək üçün ən səmərəli metod-
lardan biri hesab edir.  
Okeanın o tayındakı strateqlərin fikrincə, bu 
addım onların partnoyrlarının Amerika “müdafiəsindən ”asılılığını 
xeyl
i  artıracaq  və  deməli,  onları  öz  siyasi xəttini  ABŞ-ın  niy-
y
ətlərinə  və  tələbatına  uyğunlaşdırmağa  məcbur edəcəkdi.  Elə 
h
əmin məqsədlə  ABŞ  Atlantika  zonası  deyilən zonadan kənarda 
tör
ətdiyi hərbi avantüralara öz müttəfiqlərini mümkün qədər daha 
yaxından cəlb etməyə çalışırdı.  Vaşinqton onları İran körfəzi rayo-
nunda “çevik 
əməliyyat qüvvələri”  yaradılmasında  iştirak  etməyə 
inadla t
əhrik edirdi.    Qərb  yarımkürəsində  ABŞ  Latın  Amerikası 
ölk
ələrini Salvador hadisələrinə,  sonra isə,  lazım  gəlsə,  həmçinin 
Qvatemalada v
ə  bütün Mərkəzi Amerikada hadisələrə  şərti yolla 
qarışmağa məcbur etməyə cəhd göstərirdi.   
Okeanın o tayında bloklar sistemini yenidən qurmaq və onu 
f
əaliyyət göstərən  blokların  əməliyyat  dairəsindən xeyli uzaqlara 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə