İLLİk hesabat 2009



Yüklə 4,75 Mb.
Pdf görüntüsü
səhifə4/15
tarix20.09.2018
ölçüsü4,75 Mb.
#69422
1   2   3   4   5   6   7   8   9   ...   15

14

      


WWW.UNIBANK.AZ


İLLİK HESABAT 2009

      


15

Rəqibi tanı 

Səninlə bir meydana atılanları – rəqibləri yaxşı tanı. Rəqibin gücünü düzgün 

qiymətləndirmək qələbənin ilk şərtlərindəndir. Rəqibin güclü tərəflərini 

görən özünün zəifliklərini islah edə bilir.             



16

      


WWW.UNIBANK.AZ

AZƏRBAYCAN BANKLARI 

2009-CU İLDƏ

2009-cu ildə ölkənin bank  sahəsi, bütün 

Azərbaycan iqtisadiyyatı kimi, qlobal 

böhranın nəticələrini müvəffəqiyyətlə dəf 

etmişdir. Banklar artım nümayiş etdirmiş, 

ölkənin bank institutlarının kredit portfelləri 

və depozit bazaları isə stressə qarşı 

dözümlülük sınağından müvəffəqiyyətlə 

keçmişlər. Qlobal bazarlarda baş verən 

hadisələrin, konkret olaraq, neftin 

qiymətinin enməsinin nəticələri dövlət üçün 

sosial ağırlıq yaratmadı, lakin eyni zamanda 

Azərbaycanın bank sistemi pul vəsaitlərinin 

bahalaşması prosesinə cəlb edilmiş oldu. 

Beynəlxalq kapital bazarları 2008-ci ilin 

yayından sahənin liderləri üçün bağlı 

oldular. Bunun ardınca, iri banklarda 

korporativ sektorun depozitlərinin ixtisarı 

və onların beynəlxalq maliyyə institutlarına 

borclarının yenidən strukturlaşdırılması 

zərurətindən doğan likvidlik böhranı 

gəldi. 2009-cu ilin əvvəlində likvidliyin 

çatışmazlığı ümumən bütün bankların 

aktivlərinin məcmu həcminin 3%-nə yaxın 

məbləği təşkil edirdi. Lakin bu məbləğin 

necə bölünməsi narahatlıq yaradırdı. Axı 

vəsait çatışmazlığının əksər hissəsi iri özəl 

bankların payına düşürdü. 

Məhz buna görə, praktiki olaraq birinci 

onluğa daxil olan bütün banklar ən loyal 

müştəriləri belə maliyyələşdirməkdən imtina 

edərək, kredit proqramlarını dayandırmağa 

məcbur oldular. Beləliklə, korporativ 

depozitlərin axını başladı. Çünki şirkətlər 

öz vəsaitlərindən sərmayə qoyuluşu 

üçün və sadəcə öz likvidlik səviyyəsinin 

qorunub saxlanması üçün istifadə etməyə 

məcbur oldular. 2009-cu ilin ilk altı ayının 

yekunlarına görə, Azərbaycanın bankları 

hüquqi şəxslərin depozitlərinin 38,34%-ni 

itirdilər. Birinci yarım ildə hüquqi şəxslərin 

məcmu depozit portfeli 2,856 mlrd. AZN-dən 

1,761 mlrd. AZN-ə qədər azaldı. Beləliklə, 

2009-cu ilin birinci yarımilini ölkə banklarının 

neqativ trendlərinin kulminasiyası hesab 

etmək olar. Bu zaman sahənin aktivləri ilk 

dəfə 10,5% azaldılar. 

Ən mürəkkəb dövr hesabat ilinin birinci 

rübü hesab edilə bilər. Yanvar-mart 

aylarında sahənin məcmu aktivlərinin 

göstəricisi, xarici mənimsəmələrin 

ödənilməsi, korporativ və istehlak 

sektorlarının kreditləşdirilməsinin kəskin 

surətdə ləngidilməsi hesabına, demək olar 

ki, 1,5 mlrd. AZN azaldı.

Lakin bank sahəsinin gəlirləri birinci 

yarımildə nəinki azalmadı, əksinə, 2008-ci 

ilin ilk altı ayı ilə müqayisədə 24,05% artdı 

- 113,35 mln. AZN-dən 140,6 mln. AZN-ə 

qədər. Bu zaman iri özəl bankların orta 

gəlir göstəırisi 10,9% artaraq, 2009-cu ilin 

2009-cu ilin özəl əmanətlərin  artımı, 

mln. AZN ilə



İLLİK HESABAT 2009

      


17

iyul ayının 1-i üçün 4,91 mln. AZN təşkil etdi. 

15 liderdən 9-u bu orta səviyyədən yuxarı 

gəlir göstəricisinə nail olmuşlar ki, bu da 

bank sisteminin özəyinin maliyyə baxımından 

sabitliyinə dəlalət edir. Qlobal böhranın 

nəticələri ölkənin iri banklarının etibarlı 

olduğunu bir daha sübut etdi. Təsadüfi 

deyildir ki, AMB-nın hesablamalarına əsasən, 

2009-cu ilin yanvar-iyun aylarının nəticələrinə 

görə, ölkə banklarının aktivlərinin rentabelliyi 

(ROA) və şəxsi kapitalının rentabelliyi (ROE) 

göstəricilərinin artımı müşahidə olunub. İlin 

birinci yarısı üçün fəaliyyətin yekunlarına 

görə, bank sisteminin ROA və ROE 

göstəriciləri, 2008-ci il üçün olan 2,2%-ə və 

17%-ə qarşı, müvafiq olaraq, 3,1% və 21,2% 

təşkil etmişlər. Məcmu kapitalın adekvatlıq 

göstəricisi 19,5%-ə bərabər olmuşdur.

Qeyd etmək lazımdır ki, 2009-cu ildə 

Azərbaycanda fəaliyyət göstərən bir bank 

belə öz öhdəliklərindən imtina etməmişdir. 

Ölkənin iri bankları tərəfindən ümumi 

$1,2 milyard məbləğində xarici öhdəliklər 

ödənilmişdir. Bu dövr ərzində Azərbaycan 

bankları tərəfindən beynəlxalq maliyyə 

institutlarından ancaq $400 mln. cəlb 

edilmişdir. Özü də bu məbləğdən $83 mln. 

ölkənin özəl bankinqinin bütün tarixi ərzində 

ən iri maliyyə paketi cəlb etməyə nail 

olmuş “Unibank”ın payına düşmüşdür. Qərb 

kapital bazarlarında vəsaitlərin cəlb edilməsi 

imkanlarının əhəmiyyətli dərəcədə azalması 

bank sahəsinin vəziyyətinə təsir göstərən iki 

əhəmiyyətli amili müəyyən etmişdir. 

Bunlardan birincisi ondan ibarətdir ki, 

fondlaşdırılma mənbəyi kimi əhalinin 

əmanətləri ən böyük əhəmiyyət kəsb 

etmişdir. İkinci amil isə Mərkəzi Bankın 

likvidliyin dəstəklənməsi üzrə alətləri ilə 

bağlıdır. Bir sıra hallarda əcnəbi tərəf-

müqabillərin ölkənin özəl banklarından 

borcların vaxtından əvvəl ödənilməsini tələb 

etdiklərinin qəbul edərək, Mərkəzi Bank 

“maliyyə immunizasiyası” adlanan tədbirləri 

həyata keçirmişdir. Böhran əleyhinə tədbirlər 

çərçivəsində AMB $2 mlrd.-lıq birbaşa və 

dolayısı ilə likvidliyi təmin etmişdir. 

Bu zaman Mərkəzi Bank, aparıcı bankların 

yenidən maliyyələşdirilməsi üçün, bank 

sisteminə təqdim edilmiş mərkəzləşdirilmiş 

kreditlərin həcmini, 2009-cu ilin yanvar 

ayının 1-ə olan 229 mln. AZN-ə qarşı, 1,315 

mlrd. AZN-ə qədər artırmışdır. AMB haqqında 

qanuna 2009-cu ilin iyul ayının 9-da edilmiş 

dəyişikliklərə və əlavələrə əsasən, son 

instansiya kreditoru qismində Mərkəzi 

Bankın səlahiyyətləri əhəmiyyətli dərəcədə 

genişləndirilmişdir. 

Qanunun yeniləşdirilməsi qlobal iqtisadi-

maliyyə böhranının arzuolunmaz nəticələrilə 

daha fəal mübarizə aparmaq imkanı verdi. 

AMB həmçinin subordinasiya olunmuş 

kreditlər vermək (bankın kapitallaşdırılmasının 

yüksəldilməsi üçün), habelə, dövlət zəmanəti 

ilə real sektorların maliyyələşdirilməsi üçün 

banklara kreditlər vermək hüququ əldə 

etdi. AMB tərəfindən banklara kreditlərin 

verilməsinin mövcud qaydaları 2009-cu ilin 

iyul ayının 28-də təsdiq edilmişdir. Bundan 

əlavə, 2008-ci ilin oktyabr ayından AMB, 

mərhələ-mərhələ, uçot dərəcəsini illik 

15%-dən illik 2%-ə qədər, faiz dəhlizinin 

yuxarı həddini 13%-dən 7%-ə qədər, məcburi 

ehtiyatlanma normalarını isə 12%-dən 

0,5%-ə qədər endirmişdir. Paralel olaraq 

AMB məcmu xarici borcları bankların 

öhdəliklərinin ümumi həcminin 20%-i 

səviyyəsində məhdudlaşdıraraq və banklara 

qarşı prudensial tələbləri sərtləşdirərək, bank 

risklərinin çevik tənzimlənməsi siyasətini 

davam etdirmişdir. 

Əhalinin bank sisteminə inamının 

möhkəmləndirilməsi işində əhəmiyyətli amil 

milli valyutanın məzənnəsinin dəstəklənməsi, 

habelə fiziki şəxslərin depozitlərinin tam 

sığortalanmış ödənilməli məbləğinin 6 min 

AZN-dən 30 min AZN-ə qədər artırılması oldu. 

Devalvasiyadan imtina və əhalidən vəsaitin 

cəlb edilməsinin faiz dərəcələrinin artırılması 

fonunda Əmanətlərin sığortalanması 

Fondunun qərarları bir sıra bankların 




Yüklə 4,75 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə