112
İLL
İK
HESABAT
2012
İLL
İK HESABAT
2012
AZ
Ə
RBAYCAN RESPUBL
İKASI
DÖVL
Ə
T NEFT FONDU
AZ
Ə
RBAYCAN RESPUBL
İKASI
DÖVL
Ə
T NEFT FONDU
113
KONSOLİDASİYA EDİLMİŞ MALİYYƏ HESABATLARINA DAİR QEYDLƏR
(Min Azərbaycan manatı ilə)
KONSOLİDASİYA EDİLMİŞ MALİYYƏ HESABATLARINA DAİR QEYDLƏR
(Min Azərbaycan manatı ilə)
Xarici valyuta ilə digər hesablar uzunmüddətli reytinqləri BBB/Baa və daha yuxarı (Standard &
Poor’s/Fitch/Moody’s) olan qeyri-rezident banklarda açılmışdır.
Depozitlər
Fondun depozitlərə investisiyaları aşağıdakılardan ibarətdir:
2012
2011
T.C. Ziraat Bankasi A.S.
137,261
-
Akbank T.A.S, İstanbul
136,890
-
Turkiye Is Bankasi A.S. İstanbul
91,312
-
Gazprombank, Moskva
78,536
-
BNP Paribas, London
86
-
VTB Bank ASC
66
-
Jefferies Bache, London
46
-
Cəmi depozitlər
444,197
-
31 dekabr 2012-ci ildə Fond 444,197 min manatı kredit reytinqləri BBB/Baa (Standard & Poor’s/
Fitch/Moody’s) və daha yuxarı olan qeyri-rezident banklarında müddəti 2013-cü ilin yanvar ayında başa
çatan depozitlərdə yerləşdirmişdir.
6. Artıqlıq və ya defisitdə əks olunan ədalətli dəyəri ilə hesablanmış
maliyyə aktivləri
Artıqlıq və ya defi sitdə əks olunan ədalətli dəyəri ilə hesablanmış maliyyə aktivləri aşağıdakılardan
ibarətdir:
2012
2011
Xarici dövlətlərin qiymətli kağızları
11,006,880
11,087,696
Korporativ borc qiymətli kağızları 6,865,143
6,434,710
Maliyyə institutlarının qiymətli kağızları
5,719,139
4,726,843
Kapital qiymətli kağızları
520,389
11,614
Standard & Poor’s Depository Receipt (“SPDR”) Trust
9,460
8,348
ABŞ agentliklərinin qiymətli kağızları
6,388
13,269
Cəmi artıqlıq və ya defi sitdə əks olunan ədalətli dəyəri ilə
hesablanmış maliyyə aktivləri
24,127,399
22,282,480
31 dekabr 2012-ci ildə Fond maliyyə təşkilatları ilə (“xarici menecerlərlə”) aktivlərin idarə edilməsi
haqqında razılaşmalar əsasında 780,983 min manat (994,882 min ABŞ dolları) məbləğində vəsait, o
cümlədən pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentlərini saxlayırdı (2011-ci il: 210,364 min manat
(267,469 min ABŞ dolları)). 2012-ci ildə bu təşkilatlar qarşısında idarəetmə haqqı 795 min manat (2011:
969 min manat) olmuşdur. 2012-ci il ərzində Fondun xarici menecerləri kimi Deutsche Bank AG, Credit
Suisse (2 aprel 2012-ci ildə Klariden Leu ilə Klariden Leu-nun bütün aktivlərini və öhdəliklərini əldə etmiş
və onun bütün hüquq və öhdəliklərini üzərinə götürmüş Credit Suisse şirkətini hüquqi birləşməsi baş
vermişdir), Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (BYİB - Dünya Bankı Qrupu), State Street Global
Advisors (SSGA) və UBS. 2011-ci il ərzində Fondun xarici menecerləri kimi Deutsche Bank AG, Clariden
Leu Ltd. və Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (Dünya Bankı Qrupu) çıxış etmişlər. Bütün qiymətli
kağızlar Bank of New York Mellon kastodial bankda saxlanılmışdır.
Xarici dövlətlərin qiymətli kağızları
Xarici dövlətlərin qiymətli kağızları Avropa, Asiya, Afrika, Avstraliya və Amerikada müxtəlif müstəqil
və beynəlxalq təşkilatlar tərəfi ndən buraxılmış borc qiymətli kağızlarına investisiyalarla təmsil olunur.
Bu qiymətli kağızlar üzrə ildə 0.25% - 9.875% müəyyən dərəcə ilə faiz və ildə +0% dərəcəsindən +1.4%
dərəcəsinədək geniş civarda olan USD LIBOR, EURIBOR, GBP LIBOR hesablanır (2011: ildə 0.25% - 9.875%
və ildə +0% dərəcəsindən +1.4% dərəcəsinədək geniş civarda olan USD LIBOR, EURIBOR) və müddəti
2013-cü ilin yanvar ayından 2018-ci ilin iyun ayınadək dövrdə başa çatır (2011: 2012-ci ilin yanvar ayından
2018-ci ilin yanvar ayınadək dövrdə). Diskont qiymətli kağızları da bu qrupa daxildir. 31 dekabr 2012-ci
il tarixində bu qiymətli kağızlar üzrə yığılmış faiz 49,651 min manat olmuşdur (2011: 76,483 min manat).
Bu qiymətli kağızlar həm birbaşa Fond, həm də Fondun xarici menecerləri olan Deutsche Bank AG, Credit
Suisse və BYİB tərəfi ndən idarə olunan portfeldə saxlanılmışdır.
Korporativ borc qiymətli kağızları
Korporativ borc qiymətli kağızları Avropa, Asiya, Afrika, Avstraliya və Amerikadakı korporasiyalar
tərəfi ndən buraxılmış borc qiymətli kağızlarına investisiyalarla təmsil olunur. Bu qiymətli kağızlar üzrə
ildə 1%-9.625% müəyyən dərəcə ilə faiz və ildə +0.20% dərəcəsindən +1.4% dərəcəsinədək geniş
civarda olan USD LIBOR hesablanır (2011: 1.25% - 11.875% müəyyən dərəcə ilə faiz və ildə +0.15%
dərəcəsindən +0.95% dərəcəsinədək geniş civarda olan USD LIBOR) və müddəti 2013-cü ilin yanvar
ayından 2017-ci ilin fevral ayınadək dövrdə başa çatır (2011: 2012-ci ilin yanvar ayından 2016-cı ilin
dekabr ayınadək dövrdə). Diskont qiymətli kağızları da bu qrupa daxildir. 31 dekabr 2012-ci il tarixində
bu qiymətli kağızlar üzrə yığılmış faiz 52,913 min manat olmuşdur (2011: 63,486 min manat). Bu qiymətli
kağızlar həm birbaşa Fond, həm də Fondun xarici menecerləri olan Deutsche Bank AG və Credit Suisse
tərəfi ndən idarə olunan portfeldə saxlanılmışdır.
Maliyyə institutlarının qiymətli kağızları
Maliyyə institutlarının qiymətli kağızları Avropa, Asiya, Avstraliya və Amerikada müxtəlif təşkilatlar
tərəfi ndən buraxılmış borc qiymətli kağızlarına investisiyalarla təmsil olunur. Bu qiymətli kağızlar üzrə
ildə 0.52% - 6.75% müəyyən dərəcə ilə faiz və ildə +0.13% dərəcəsindən +2.5% dərəcəsinədək geniş
civarda olan USD LIBOR, GBP LIBOR və EURIBOR hesablanır (2011: ildə 1.875% - 6.75% müəyyən dərəcə
ilə faiz və ildə +0.09% dərəcəsindən +3.5% dərəcəsinədək geniş civarda olan USD LIBOR, GBP LIBOR və
EURIBOR) və müddəti 2013-cü ilin yanvar ayından 2016-cı ilin fevral ayınadək dövrdə başa çatır (2011:
2012-ci ilin yanvar ayından 2016-cı ilin fevral ayınadək dövrdə). Diskont qiymətli kağızları da bu qrupa
daxildir. 31 dekabr 2012-ci il tarixində bu qiymətli kağızlar üzrə yığılmış faiz 13,895 min manat olmuşdur
(2011: 18,755 min manat). Bu qiymətli kağızlar həm birbaşa Fond, həm də Fondun xarici menecerləri
olan Deutsche Bank AG, Clariden Leu Ltd. və BYİB tərəfi ndən idarə olunan portfeldə saxlanılmışdır.