116
İLL
İK
HESABAT
2012
İLL
İK HESABAT
2012
AZ
Ə
RBAYCAN RESPUBL
İKASI
DÖVL
Ə
T NEFT FONDU
AZ
Ə
RBAYCAN RESPUBL
İKASI
DÖVL
Ə
T NEFT FONDU
117
KONSOLİDASİYA EDİLMİŞ MALİYYƏ HESABATLARINA DAİR QEYDLƏR
(Min Azərbaycan manatı ilə)
KONSOLİDASİYA EDİLMİŞ MALİYYƏ HESABATLARINA DAİR QEYDLƏR
(Min Azərbaycan manatı ilə)
9. İnvestisiya əmlakı
İnvestisiya əmlakında hərəkət:
2012
2011
1 yanvarda ilkin qalıq
-
-
“Qalereya Aktyor” kompleksinin alınması
102,677
-
“78 St James’s Street” ofi s kompleksinin alınması
235,380
-
31 dekabrda yekun qalıq
338,057
-
İnvestisiya əmlakı Moskvanın mərkəzi işgüzar rayonunda, Tverskaya küçəsi, 16 ünvanında yerləşən
“Qalereya Aktyor” müxtəlif təyinatlı ofi s və ticarət kompleksi və Londonda “78 St James’s Street” ofi s
kompleksindən ibarətdir. Hər iki mülk kommersiya şərtləri ilə lizinqə verilmişdir.
2012
2011
İnvestisiya əmlakından əldə edilən icarə gəliri
857
-
Birbaşa əməliyyat xərcləri
(250)
-
Ədalətli dəyərlə uçota alınan investisiya əmlakından irəli gələn
xalis mənfəət
607
-
“Tverskaya 16” SC-nin alınması
21 dekabr 2012-ci ildə Fond “Tverskaya 16” SC-də səsvermə səhmlərinin 100%-ni əldə etmişdir.
Onun əsas fəaliyyəti Rusiyada, Moskvanın mərkəzi inzibati rayonunda yerləşən “Qalereya Aktyor” adlı
biznes və ticarət mərkəzinin idarə edilməsidir. Satınalma tarixindən etibarən “Tverskaya 16” SC-i 234 min
manat məbləğində icarədən əldə edilmiş gəliri və 157 min manat məbləğində vəsaiti Fondun vergidən
əvvəlki xalis mənfəətinə yatırmışdır.
78 St James’s Street Unit Trestinin təsis edilməsi (“Unit Tresti”)
Unit Tresti 22 noyabr 2012-ci ildə Trest Sənədinin müddəasına uyğun olaraq təsis edilmişdir. SOFAZ
Re Limited, SOFAZ RE UK L.P. müəssisəsinin əsas partnyoru olaraq, Unit Trestində 99%-lik iştirak payına
malikdir. SOFAZ Re Min Limited Unit Trestində 1%-lik iştirak payına malikdir. SOFAZ Re Limited, SOFAZ Re
UK L.P. və SOFAZ RE Min Limited müəssisələrinin yekun mülkiyyətçisi Azərbaycan Dövlət Neft Fondudur.
Unit Tresti Böyük Britaniyada yerləşən daşınmaz əmlaka investisiyalar edir. Unit Trestin təsis edildiyi,
rezident olduğu və daim yerləşdiyi yer Cersi, Kanal adalarıdır. Satınalma tarixindən etibarən Unit Tresti
623 min manat məbləğində icarədən əldə edilmiş gəliri və 450 min manat məbləğində vəsaiti Fondun
vergidən əvvəlki xalis mənfəətinə yatırmışdır.
İnvestisiya əmlakının satıla bilməsi ilə bağlı Fondun üzərinə heç bir məhdudiyyət qoyulmur və
Fondun investisiya əmlakının alınması, tikintisi və ya inkişafı, eləcə də təmir edilməsi, texniki xidmət
göstərilməsi və ya yaxşılaşdırılması ilə bağlı heç bir öhdəliyi yoxdur.
31 dekabr 2012-ci il tarixinə investisiya əmlakı səlahiyyət verilmiş müstəqil qiymətləndirici olan
peşəkar qiymətləndirmə şirkəti tərəfi ndən həyata keçirilmiş qiymətləndirmələr əsasında müəyyən
edilmiş ədalətli dəyərlə uçota alınır. Qiymətləndirici bu növ investisiya əmlakının qiymətləndirilməsi
sahəsində mütəxəssisdir. Ədalətli dəyər aktivlərin qiymətləndirmə tarixində yaxşı məlumatlandırılmış və
bu cür əməliyyatı həyata keçirməkdə maraqlı olan alıcı və satıcı arasında kommersiya cəhətdən müstəqil
əməliyyatlarda mübadilə edilə bilən məbləği nəzərdə tutur. Əmlakın ədalətli dəyəri əsasən müqayisə
edilə bilən əmlakın qiyməti, bazar məlumatı, diskontlaşdırılmış pul vəsaitlərinin hərəkəti metodu (gəlir
yanaşması) və cari bazar səviyyələri üzrə məsləhətlər vermiş səlahiyyətli müstəqil qiymətləndiricilərin
ekspert rəyindən istifadə etməklə müəyyən olunmuşdur.
10. Əmlak və avadanlıqlar
Binalar
Nəqliyyat
vasitələri
Ofi s
avadanlığı
Mebel
Digər əsas
vəsaitlər
Cəmi
Dəyər və ya yenidən
qiymətləndirilmiş məbləğ
31 dekabr 2010
4,350
330
400
156
5
5,241
Daxilolmalar
-
22
45
11
-
78
Silinmələr
-
(5)
(42)
(14)
-
(61)
Yenidən qiymətləndirmə
(2,074)
-
-
-
-
(2,074)
31 dekabr 2011
2,276
347
403
153
5
3,184
Daxilolmalar
-
1,232
138
18
611
1,999
31 dekabr 2012
2,276
1,579
541
171
616
5,183
Yığılmış köhnəlmə
31 dekabr 2010
-
(80)
(320)
(127)
(4)
(531)
Köhnəlmə xərci
-
(48)
(40)
(12)
(1)
(101)
Silinmələr
-
3
42
14
-
59
31 dekabr 2011
-
(125)
(318)
(125)
(5)
(573)
Köhnəlmə xərci
-
(72)
(40)
(12)
(1)
(125)
31 dekabr 2012
-
(197)
(358)
(137)
(6)
(698)
Xalis balans dəyəri
31 dekabr 2010-cu ildə
4,350
250
80
29
1
4,710
31 dekabr 2011-ci ildə
2,276
222
85
28
-
2,611
31 dekabr 2012-ci ildə
2,276
1,382
183
34
610
4,485
Nazirlər Kabinetinin 27 may 2002-ci il tarixli 99 saylı Qərarına əsasən Fonda dövlət tərəfi ndən
inzibati bina verilmişdir. 31 dekabr 2012-ci və 2011-ci il tarixlərinə Fonda verilən bina müstəqil
qiymətləndiricinin rəyinə uyğun olaraq bazar dəyəri ilə yenidən qiymətləndirilmişdir. Binanın ədalətli
dəyərinin hesablanması üçün aşağıdakı metodlardan istifadə olunmuşdur: diskontlaşdırılmış pul
vəsaitlərinin hərəkəti metodu (gəlir yanaşması), ümumi xərclərin hesablanması metodu (xərcə
əsaslanan yanaşma), satışların müqayisə edilməsi metodu (müqayisəli yanaşma). Hesablamaların
informasiyanın etibarlılığı və tamlığı, qiymətləndirilən əmlakın xüsusiyyətləri və s. kimi meyarlara cavab
verməsi dərəcəsindən asılı olaraq yekun dəyərin hesablanması üçün müxtəlif yanaşmaları istifadə
etməklə əldə olunan nəticələrə müəyyən ölçülər tətbiq olunmuşdur. Nəticədə, 31 dekabr 2012-ci il
tarixinə binaların balans dəyəri 2,276 min manat olmuşdur (2011: 2,276 min manat).
Binalarının ədalətli dəyərini müəyyən etmək məqsədilə Fond müstəqil qiymətləndirici cəlb etmişdir.
Ədalətli dəyər bazara əsaslanan sübutlara istinadən müəyyən edilir. Binalar ilkin dəyərindən istifadə
etməklə əks etdirilsəydi, balans dəyərləri belə olardı: