İlqar hüseynov nigar əFƏNDİyeva


İ. Hüseynov, N. Əfəndiyeva



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə67/94
tarix07.11.2017
ölçüsü5,04 Kb.
#8760
növüDərslik
1   ...   63   64   65   66   67   68   69   70   ...   94

İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ. 
 
134
proseslər və eyni xammal tələb edirdi. 
Qədim Azərbaycanın şüşə məmulatı qəlibə salmaq və üfürmək kimi iki üsulla hazırlanırdı. Bu dövrdə 
ustalar  şüşənin hələ tamamilə  ağ  rəngdə alınmasına nail ola bilməmişlər. Xammalın (qum, soda, əhəng) 
tərkibində olan dəmir qatışıqları şüşənin yaşılımtıl rəng almasına səbəb olurdu. 
Şüşə məmulatı içərisində göy, yaşılaçalan göy və abı rəngli qablara da rast gəlirik. 
O vaxt ustalar hələ  dəmiri və misi lazımlı  əsas materialdan ayıra bilmirdilər. Təmiz ağ  rəngli  şüşə 
alınması üçün qumu tərkibində müxtəlif metal oksidləri olan duzlardan ayırmaq lazım idi. 
Şüşə kürələrində xammalın bişməsi üçün 1500°-yə qədər istilik tələb olunurdu. İstənilən istiliyi əldə 
etmək üçün isə meşələrdə olan bol və yararlı  ağaclardan istifadə edilirdi. Lakin ibtidai şəkildə qurulmuş 
kürələrdə istiliyin çox hissəsi  ətrafa dağılır və itib gedirdi. Əldə edilən istiliyin kifayət etməsi üçün şüşə 
xəmiri ibtidai və kiçik qazanlarda bişirilirdi. Nəzərə almaq lazımdır ki, qazandan götürülən şüşə xəmiri tez 
soyuyur, soyuq halda isə ona forma vermək olmurdu. Bütün bu çətinliklərin nəticəsidir ki, o dövrdə ancaq 
kiçik həcmli qablar istehsal etmək mümkün olmuşdur. 
Alban dövründə  bədii  şüşə istehsalının inkişafı iki mərhələdə (I-IV və IV-VII əsrlər) baş vermişdir. 
İkinci dövrdə qabların həcminin nisbətən böyük olması, yəqin ki, şüşə bişirən kürələrin təkmilləşməsindən 
irəli gəlmişdir. Bu texniki tərəqqi isə  həmin dövrdə  dəmirçiliyin inkişafı  və  dəmirçi kürələrinin daha 
məqsədəuyğun şəkildə qurulması ilə əlaqədardır. Dəmirçiliyin tərəqqisi isə, şübhəsiz ki, istehsal alətlərinin 
istehsalı və müharibələrlə sıx surətdə bağlı idi. 
Bədii metal. Zərgərlik. 
Qədim Azərbaycanda bədii metal sənətinin inkişafı alban dövründə yeni mərhələyə qədəm qoyur. Bu 
sənət artıq,  əvvəlki dövrlərin dini təsəvvürlərin-dən azad olaraq, əsasən, məişət ehtiyac-larına və  həyati 
ideyalara xidmət etməyə başlayır. Bədii metal ustaları tunc və gümüşdən məişətdə lazım olan qablar 
hazırlayırlar. Bədii metal sənətinin bu növünə torevtika deyilir. Qafqaz Albaniyasında torevtika sənəti 
xüsusilə I-VII əsrlərdə geniş surətdə yayılır. 
Bu dövrdə Mingəçevirdə, Torpaqqalada və Qafqaz Albaniyasının  ərazisinə daxil olmuş  Cənubi 
Dağıstanda torevtika nümunələri istehsal edən emalatxanalar fəaliyyət göstərmişdir. Bu emalatxanaların 
məhsulu sırf praktik əhəmiyyət daşısa da, qabların bəzəyində əvvəlki dövrlərin dini təsəvvürlərindən doğan 
motivlər yenə  də qalmaqda idi. Lakin bu ünsürlər getdikcə dini əqidələrdən uzaqlaşır və dekorativ-
ornamental motivlərə çevrilirdi. Bu baxımdan Mingəçevir və Torpaqqaladan tapılmış gümüş camlar çox 
maraqlıdır. I-II əsrlərə aid Mingəçevir camı ritmik olaraq dörd dəfə  təkrar edilən dörd barmaq naxışla 
bəzədilmiş, bu qruplaşmış naxışların arasındakı boşluqlar isə cüt üzüm salxımı qabartmaları ilə 
doldurulmuşdur. 
Üzüm salxımları birinci dövrdə məhsuldarlıq, bərəkət kultunun əlamətlərindən biri sayıldığı halda, bu 
mərhələdə qabın dekorativ bəzək ünsürünə çevrilmiş ornament motivi kimi qəbul edilir. 
Torpaqqaladan tapılmış III əsrlərə aid gümüş camın içində maralı yıxıb parçalayan qanadlı şirin təsviri 
cızılmışdır. Heyvanların təsviri realist səpkidə yaradılmışdır. Burada qanadlı şirin rəsmi atəşpərəstlik kultu 
ilə  əlaqədardır.  Şir od və günəşin ilahiləşmiş qüdrətini təmsil etdiyi halda, maral təslim olmuş, ölümə 
məhkum, köməksiz bir varlığın obrazıdır. Həmin təsvirlər simvolik səciyyə daşıyır. 
Cənubi Dağıstanda yaradılmış VI-VII əsrlərə aid tunc su qablarının təsvirləri də ənənəvi olaraq davam 
edən qədim motivlərdəndir. Həmin motivlər  əvvəlki dövrlərdə  sırf dini səciyyə daşıdığı halda, bu dövrdə 
artıq dekorativ bəzəklərə çevrilmişdir. Rusiya Federasiyası Dövlət Ermitajında belə metal qab 
nümunələrindən ikisi saxlanılır. 
Armudu şəkilli, təkqulplu birinci qabın üstündə müqəddəs ağacın rəsmi, onun iki tərəfində isə tovuz 
quşunun təsvirləri döyülmüşdür. 
Tovuz quşunun müqəddəs sayılan təsviri zaman keçdikcə atəşpərəstliyin ortadan çıxması ilə əlaqədar 
olaraq öz formasını  dəyişib sadələşmiş  və  nəhayət, «buta» şəklinə düşmüşdür. Buta isə türk xalqlarında 
başlıca ornament motivi kimi qəbul edilmiş  və sonralar başqa qonşu xalqların da incəsənətinə daxil 
olmuşdur. 
Qulpsuz, armudu şəkilli tunc su qabının döymə üsulu ilə  bəzədilmiş gövdəsi nəbati naxışlarla 
örtülmüşdür. Naxışların üstündə yerləşdirilmiş qoşa butalar naxışlarla üzvi surətdə  əlaqələndirilmişdir. 
Təsvirdə butaların tovuz quşundan  əmələ  gəldiyini göstərən bir ünsür özünün arxaik xüsusiyyətini yaxşı 
saxlamışdır: bu, butaların aşağısında görünən və tovuz quşunun quyruğunu xatırladan rəsmdir. 
Bu dövrün tunc qablarında xalis bəzək elementi kimi işlənmiş naxış motivlərinə  də rast gəlirik. 
Onlardan ən təsirlisi kannelyur ornament motividir. Kannelyurlar qabın gövdəsinin döymə üsulu ilə ritmik 
şəkildə yan-yana düzülmüş  şaquli batıqlara bölünməsindən alınır. Bu motiv Azərbaycan torevtikasına 
Qafqaz Albaniyasının bədii keramikasından keçmişdir. 
Torevtikanın inkişafı ölkənin Sasani dövləti tərəfində Bizans dövlətinə qarşı vuruşması faktı ilə  də 
əlaqədardır. Çünki müharibə edən ölkəyə çoxlu silah və zirehli geyimlər lazım idi. Bu isə  qədim 
Azərbaycanda dəmirçiliyin geniş yayılmasına kömək etmiş, bundan əlavə, hərbi qənimət ki-mi əldə edilən 


İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ. 
 
135
antik torevtika nümunələri də bu sahədə  mədəni  əlaqələrin genişlənməsinə, qabaqcıl texnikanın və yunan 
bədii formalarının mənimsənilməsinə səbəb olmuşdur. Antik dövr sənət xüsusiyyətlərinin Qafqaz Albaniyası 
ustaları tərəfindən qəbul edildiyini göstərən nümunələrə tez-tez rast gəlirik. V-VII əsrlərə aid olan iki tunc 
Dağıstan məcməyisini buna misal göstərə bilərik. Hər iki məcməyidə antik təsvir formalarının təsiri görünür. 
Torevtika sənətinin inkişafı göstərir ki, qədim Azərbaycan incəsənəti bu dövrdə dönüş  mərhələsi 
keçirib dini əqidələrdən uzaqlaşır və dünyəvi ideyalarla sıx surətdə bağlanır. 
Alban dövründə zərgərlik sənəti iki inkişaf mərhələsi keçmişdir. Birinci mərhələ e. ə. IV-I əsrlərini, 
ikinci mərhələ isə I-VII əsrləri əhatə edir. 
Birinci mərhələdə Mingəçevirin və Yaloylutəpənin qədim zərgərləri tərəfindən üzüklər, sırğalar, baş 
bəzəkləri (cütqabağı), qol bilərzikləri, arpa şəkilli qızıl muncuqlar və s. hazırlanmışdır. Bu bəzək 
məmulatının əksəriyyəti alban dövründən də əvvəl qədim azərbaycanlıların məişətində işlənmiş və ənənəvi 
olaraq sonrakı dövrlərdə davam etdirilmişdir. 
Birinci mərhələdə  bəzəklərin  əksəriyyəti dini səciyyə daşıyırdı. Bu baxımdan qızıl sırğalar və 
bilərziklər birinci mərhələ üçün səciyyəvi sayılan əşyalardır. 
Sırğaların asma hissəsi hansı formada olursa-olsun halqalarının ucları, bir qayda olaraq, ilan başını 
təmsil etməli idi. Bu, birinci mərhələdə ilan kultunun çox qüvvətli olmasından, hətta bəzəklərə də öz təsirini 
göstərməsindən irəli gəlirdi. 
Bir sıra qızıl və gümüş sırğalar da vardır ki, onların asma hissəsi dənlərdən tərtib edilmiş bərabərtərəfli 
üçbucaqlar şəklindədir. Belə sırğalardakı dənlər taxılı, digər dənli bitkiləri və üzümü təmsil edir. Demək, bu 
tip bəzək  şeyləri bərəkət, məhsuldarlıq kultuna həsr edilmişdir. Yaloylutəpənin aypara şəkilli qızıl 
sırğalarının aşağı hissəsində  də üç dən yerləşdirilir. Görünür ki, bunlar da bərəkət kultu ilə  əlaqədar 
olmuşdur. 
Qol bilərzikləri tuncdan və gümüşdən düzəldilirdi. Onların ucları ilan və qoyun başları formasında 
tökmə üsulu ilə hazırlanırdı. Güman etmək olar ki, ölüləri axirət dünyasına göndərmək ayinində ilan başlı qol 
bilərziklərindən də istifadə edilmişdir.  İbtidai insanların etiqadına görə, qolunda belə bilərzik olan ölülər 
axirət dünyasında bədxah ruhların əzabından xilas olurlar. 
Qol bilərziyində qoyun başının olması totemizmin əlamətidir. O vaxtlar hər qəbilənin bir totemi-
himayəkar heyvanı vardı. Belə totemlərin surətlərini özləri ilə boyunlarında, qollarında gəzdirən qədim 
insanlar elə zənn edirdilər ki, artıq hər cür bədbəxt hadisələrdən qorunacaqlar, onlara bədxah ruhlar heç vaxt 
toxuna bilməyəcək. Belə bilərziklərdə ilan və qoyun başlarının ünsürləri-gözləri, ağzı və burnu kəsmə üsulu 
ilə dəqiqləşdirilmiş, başların yan tərəfləri isə narın kəsilmiş xətlərlə bəzədilmişdir. 
Birinci dövrün texnoloji və bədii nailiyyətlərindən görünür ki, qədim ustalar tökmə, döymə (çekan) və 
basma (ştamp) kimi üsullardan müvəffəqiyyətlə istifadə etmişlər. Onlar lövhə şəkilli Mingəçevir sırğalarında 
qırmızı rəngli daşlar tətbiq etməklə qədim Azərbaycan zərgərliyinə yeni texnoloji xüsusiyyət və əvəzedilməz 
bədii estetik keyfiyyət gətirmişlər. 
İkinci mərhələnin zərgərlik məmulatı dini təsəvvürlərdən uzaqlaşaraq, dünyəvi ideyalara, dekorativ 
məqsədlərə xidmət etmişdir. 
Bu dövrdə Qafqaz Albaniyasının Mingəçevir, Xınıslı, Qalagah (İsmayıllı rayonu) və Torpaqqala (Qax 
rayonu) kimi zərgərlik mərkəzləri olmuşdur. Belə  qədim  şəhərlərdən tapılmış  bəzək  şeyləri formalarının 
orijinallığı ilə fərqlənir. İkinci dövrdə hazırlanan qızıl məmulatı sayca çox və bədii keyfiyyətcə daha yaxşı 
olduğu üçün, bu dövr zərgərlik sənətinin yüksəliş dövrü hesab edilir. 
I-VII  əsrlərdə  zərgərlər sırğa, belbağı toqqası, qızıl muncuqlar, bilərziklər, sancaqlar və üzüklər 
hazırlamaqla bərabər silahları da bəzəyirdilər. 
Birinci mərhələdə qeyd etdiyimiz üç dənli qızıl sırğalar bu dövrdə daha da təkmilləşmişdir.  İndi 
dənlərin sayı daha da çoxalmış, onlar birbaşa halqaya yox, halqaya bənd edilmiş qızıl kürəciyə yapışdırılırdı. 
Mingəçevirdə belə  sırğalardan çox tapılmışdır. Onların içərisində elələri də var ki, qızıl kürəcik  əvəzinə 
qırmızı əqiq-dən muncuq qoyulmuşdur. 
Bu dövrün zərgərlik işlərində təbii daşlardan, xüsusilə qırmızı rəngli daşlardan geniş surətdə istifadə 
olunurdu. Belə daşlar həm üzüklərdə, həm də  sırğalarda tətbiq edilirdi. Məsələn, Torpaqqaladan tapılmış 
sırğada dörd üçbucaq çərçivə içərisinə  qırmızı daşlar yerləşdirilmişdir. Eyni tipli, lakin daha mürəkkəb 
quruluşlu sırğa Qalagahdan tapılmışdır. 
İkinci mərhələdə  zərgərlər daha sadə  və daha zərif məmulat yaratmağa çalışırdılar. Onlar sadə 
konstruktiv formalardan, ornamental dekor elementlərindən istifadə edirdilər. Bundan əlavə, aydın görünür 
ki, zərgərlik sənətinin inkişafı bir tərəfdən texnoloji proseslərin təkmilləşməsindən, digər tərəfdən isə estetik 
zövqün yüksəlməsindən asılı olmuşdur. Nəticədə, zərgərlik işlərində yüngül ornamental formalara daha çox 
yer verilmiş və beləliklə də, sonralar inkişaf edən şəbəkə üsullarının əsası qoyulmuşdur: 
Həkkaklıq və heykəltəraşlıq. Gil, daş, metal, qiymətli daş,  şüşə kimi cisimlər üzərində müxtəlif 
rəsmlərin iti uclu alətlər vasitəsi ilə oyulması heykəltəraşlıq və  həkkaklıq sənətini yaratmışdır. Cəmiyyət 
tarixinin və eləcə də incəsənətin inkişaf mərhələlərinin öyrənilməsində bu sənət etibarlı mənbələrdən hesab 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə