İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ.
178
ətrafında fırlanır.
E.ə. V əsrdə Yunanıstanda tarix elminin əsası qoyulmuşdur. həmin dövrdə yunan tarixçisi Herodot
(e.ə. təqribən 490-425) “Tarix” əsərini yazmış, Plateya savaşına qədər olan dövr haqqında məlumat verir O,
bir çox ölkələri gəzmiş, əsərində müxtəlif xalqların tarixi, adət-ənənəsi, mədəniyyəti, rəvayətləri və s.
haqqında məlumat toplamışdı. “Tarix” əsərində İran-yunan müharibəsində iştirak edən bütün xalqlar
haqqında tarixi, etnoqrafik materiallar şərh olunmuşdur. Midiya əfsanələrini ilk dəfə Herodot yazıya
köçürmüşdü. Kitabda Azərbaycan ərazisində yaşayan xalqlar barədə maraqlı faktlar var. Siseron onu “tarixin
atası” adlandırmışdı.
Yunanlar e.ə. II minillikdə unutduqları öz yazılarına bir daha qayıtmadılar. Onlar Homer dövrünün
sonlarında finikiyalıların əlifbasına saitlər əlavə edib 24 hərfdən ibarət yunan əlifbasını tərtib etdilər. Onlar
papirus, gil lövhə, üstünə mum çəkilmiş taxta parçası üzərində metaldan
düzəldilmiş ucu şiş çubuqla
yazırdılar.
Yunan uşaqları 7 yaşından məktəbə gedirdilər. Sənətkar və kəndli uşaqları ibtidai məktəbdə, dövlətli
uşaqları 18 yaşınadək gimnaziyada oxuyurdular. Onlar Homerin, Hesiodun və başqa yazıçıların əsərlərini
əzbər bilirdilər. Şagirdlər məktəbdə şəkil çəkmək, rəqs etmək, oxumaq və lirada çalmağı öyrənirdilər. Qızlar
və qullar oxumurdular.
E.ə. VI əsrin sonu-V əsrdə Afinada açıq havada tamaşa göstərmək üçün ilk teatrlar tikildi. Yunan sözü
olan “teatr” “tamaşa yeri” deməkdir. Xorun çıxış etdiyi yerə “orxestra”, aktyorların oynadığı yerə “skena”
deyirdilər. Qədim Yunanıstanda şərab allahı Dionisin şərəfinə təşkil edilmiş bayramlar, bu haqda əfsanələrin
nümayiş etdirilməsi nəticəsində qədim yunan teatrının əsası qoyuldu.
Yunanıstanda əfsanələr əsasında tragediyalar adlanan pyeslər yarandı. Tragediya “keçi mahnısı”
deməkdir. Tragediyada qəhrəmanlar arasında
gərgin mübarizə gedir, sonra isə qəhrəmanlar öz ideyaları
uğrunda həlak olurlar. Afinada tragediyanın banisi “Zəncirlənmiş Prometey” tragediyasının müəllifi Esxil
olmuşdur. E.ə. V əsrdə yaşamış Sofokl “Antiqona” faciəsinin müəllifidir.
Yunanıstanda komediyalar şən, məzəli və gülməli səhnəciklərdən ibarət olurdu. Komediya sözü “şən
sakinlər mahnısı” deməkdir. Komediyalar adamları düşünməyə məcbur edirdi. Aristofan (e.ə. 445-385)
məşhur komediyalar müəllifi idi. O, “Quşlar”, “Buludlar”, “Atlılar”, “Barışıq”, “Qadınlar xalq yığıncağında”
komediyalarının müəllifidir “Atlılar” komediyasında o, Afina demosunun başçısı Kleonu, “Buludlar”
komediyasında isə Sokratı lağa qoyur. Onu “komediyanın atası” adlandırırdılar.
E.ə. VI əsrdə təmsil ustadı Ezop yaşayıb yaratmışdır. Rəvayətə görə o, sərsəm çolaq qul kimi təsvir
edilir. Guya böhtanın qurbanı olmuş, günahsız edam edilmişdir. Antik dövrdən məlum olan təmsillərin az
qala hamısını Ezopun adına çıxırlar. Fedr, Babri, Lafonten, Krılov və b. yaradıcılıqlarında onun
mövzularından istifadə etmişlər.
E.ə. VI-V əsrlərdə Yunanıstanda memarlıq, heykəltəraşlıq, və rəssamlıq inkişaf edib özünün yüksək
səviyyəsinə çatmışdı. Ölkədə çoxlu ictimai binalar tikilmişdi. Talvarlar-portiklər bir və bir neçə cərgə
sütunlar üzərində tikilirdi. Yunanlar bu portiklərin kölgəsində istirahət edirdilər. E.ə.
VI-V əsrlərdə
Yunanıstanda iki növ sütun var idi. Dori sütunları sanki daş döşəmədən çıxan və yuxarıda adi sal daşla
tamamlanan möhtəşəm sütunlar idi. Bəzəkli məbəd tikintisində sütunların yuxarısında əyri qoç buynuzuna
bənzər qıvrım naxışlar olurdu. Afinada ən məşhur məbəd Akropol idi. Akropol mərmər sütunlardan ibarət
portiklərlə əhatə olunmuşdu. Akropolun girəcəyində Fidi Afinanın heykəlini qoymuşdu. Burada Afinanın
şərəfinə Parfenon məbədi tikilmişdi. Parfenonun qarşısında qurbanlar kəsilirdi. heykəllərlə bəzədilən
məbədlərdə xəzinə saxlanılırdı.
Yunanlar heykəlləri ağacdan, tuncdan və mərmərdən canlı və cazibədar düzəldirdilər. Heykəltəraşlar
insan bədəninin hərəkətini də təsvir etməyi bacarırdılar. Heykəltəraş Miron e.ə. V əsrdə “Diskatan” heykəlini
belə yaratmışdı. Allahların, qəhrəmanların və başqalarının heykəllərini yaradan Praksitel dahi yunan
heykəltəraşı idi.
Qədim Yunanıstanda vaza rəssamlığı və gil heykəllər geniş yayılmışdı.
Rəssamlar vazalar üzərinlə
yunanların həyatını, qəhrəmanları, Homerin əsərlərindən səhnələri təsvir edirdilər. E.ə. V əsrdə ellin
incəsənəti özünün yüksək mərhələsinə çatmışdı. İncəsənətin əsas mərkəzi Afina şəhəri idi. Fidi Afinada
Akropolu inşa etmişdi.
Olimpiya oyunları. Peloponnes vadisindəki Olimpdə keçirilirdi. Yunanlar əsas idman növləri üzrə 4
ildən bir keçirilən Olimpiya oyunlarında yarışırdılar. 4 at qoşulmuş arabada yarış daha təhlükəli idi. 12 dəfə
dövrə vurmaq lazım gəlirdi. Hakimlər qalib idmançıları zeytun ağacının budaqlarından düzəldilmiş çələnglə
mükafatlandırırdılar. Olimpiya oyunlarında ancaq varlılar iştirak edə bilirdilər, çünki yoxsulların bu yarışa
hazırlaşmaq imkanları olmurdu. Spartalı qadınlar istisna olmaqla qadınlar yarışlarda iştirak etmirdilər.
Olimpiya oyunlarına on minlərlə adam gəlirdi. Buraya koloniyalardan da tamaşaçılar və iştirakçılar
gəlirdilər. Olimpiya oyunları keçirilən dövrdə Yunanıstanda müharibələr dayandırılırdı.
Olimpiya yunanlar üçün müqəddəs yer idi. Onun mərkəzində Zevs məbədi, bu məbəddə Zevsin
nəhəng heykəli yerləşirdi. Bu heykəl dünyanın 7 möcüzəsindən biri sayılırdı. İlk Olimpiya oyunları e.ə. 776-
İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ.
179
cı ildə keçirilmişdi. Yunanların il hesabı həmin ildən başlanırdı. 1896-cı ildə Fransanın ictimai xadimi baron
Pyer de Kubertenin (1863-1937) təşəbbüsü ilə Olimpiya oyunlarının keçirilməsi bərpa edildi. İndi hər dörd
ildən bir Olimpiya oyunları keçirilir. Oyunların harada keçirilməsindən asılı olmayaraq
onun məşəli
Olimpiyada günəşdən yandırılmış alovla yandırılır.
Yunan mədəniyyətinin müasir dövrümüz üçün misilsiz əhəmiyyəti var. Yunan əlifbası bir çox əlifbalar
üçün əsas olmuş, onlar elmin inkişafında nailiyyətlər qazanmış, onların əsərləri müasir dövrdə əksər
xalqların dillərinə tərcümə edilmiş, onların yaratdıqları heykəllər və tikililər sonrakı dövr üçün nümunə
olmuşdur.
Quldarlıq demokratiyası azad yunanların elm və incəsənətlə məşğul olmasına şərait yaratdı və bu da
dünyada elmin və incəsənətin tərəqqisinə təkan verdi. Yunanlar ellin mədəniyyətini yaratmaqla başqa
xalqların da elm və mədəniyyətini mənimsəyirdilər.
Qədim Yunanıstan ərazisində ən qədim sivilizasiya Krit-Miken adı ilə tanınır. Onun mərkəzi Krit
adası və yunan materikindəki Miken şəhəri olmuşdur. Krit mədəniyyətinin (yaxud da Minos mədəniyyətinin)
yaranması Kritin əfsanəvi hökmdarı Minosun adı ilə bağlıdır və e.ə. III-I minilliklərə təsadüf edir. Yüksəliş
və tənəzzül dövrü keçirən Krit mədəniyyəti təqribən e.ə. 1200-cü ilə qədər davam etmişdir. Kritdə bütün
həyat saraylar adlanan binalar ətrafında cərəyan etmişdir. Arxeoloji qazıntılar nəticəsində Knosda (adanın
mərkəzi hissəsində) Krit saraylarından birincisi, Minos sarayı tapılmışdır.
Bu saraydan Minotavr - insan
bədənli və öküz başlı canlı haqqında yunan mifində təsvir olunan labirint başlanır. Əslində Krit sarayları
doğrudan da labirintə bənzəyir. Bütün bunlara baxmayaraq saraylar vahid arxitektura ansamblı kimi qəbul
olunur. Diqqəti çəkən budur ki, divarlarda olan rəsmlər olduqca zəngindir. Freskalarda heyvanlar, güllər,
saray sakinlərinin həyatından səhnələr, əsas Minoy kultlarından biri olan allah-öküz kultuna aid olan
«öküzlərlə oyunlar» rəsmi diqqəti daha çox çəkir. Allah-öküz kultları öküz obrazında təbiətin dağıdıcı
qüvvələri öz təcəssümünü tapmışdır. Təbiətin əbədi təzələnməsi, analıq, qadınlıq simvolu - Böyük ilahə
Minoy allahlar panteonunda mərkəzi fiqurdur. Kritin həyatında din böyük rol oynamışdır. Kritdə
hakimiyyətinin xüsusi forması-teokratiya yaranmışdı. Bu idarə formasında dini və dünyəvi rəhbərlik bir
nəfərin əlində olmuşdur. Çar sarayı universal funksiyanı yerinə yetirərək eyni zamanda həm dini,
həm siyasi-
inzibati, həm də təsərrüfat mərkəzi rolu kimi fəaliyyət göstərmişdir.
Minoy mədəniyyətinin çiçəklənməsi e.ə. XVI əsr və XV əsrin birinci yarısına təsadüf edir. XV əsrin
ortalarında bu mədəniyyət Fera (indiki Santorin) adasında püskürən vulkan, eləcə də döyüşkən axey
yunanların adaya soxulması nəticəsində tamamilə dağıdılmışdır. Bundan sonra Krit mədəniyyəti əvvəlki
şöhrətini bərpa edə bilməmişdir. Sivilizasiyanın mərkəzi materik Yunanıstana keçmişdir. Hələ e.ə. 1700-cü
ildə burada Miken (yaxud Axey) mədəniyyəti formalaşmağa başlamışdı. Əvvəllər bu mədəniyyət Krit
sivilizasiyasının güclü təsiri altında olmuşdur. Onlardan bir sıra allahların adları, su kəməri, kanalizasiya,
geyim fasonları, freska təsvirləri və s. mənimsənilmişdi. Lakin bütün bunlara baxmayaraq, Miken
sivilizasiyasında da spesifik, yalnız onlara məxsus cəhətlər inkişaf etdirilmişdir. «Şaxta qəbirləri» bu
mədəniyyətin ən qədim abidələrindəndir. Qəbirlərdə ölülərin sümükləri ilə yanaşı bəzək şeyləri, qablar,
paltarlar, silahlar, qızıl maskalar və s. də tapılmışdır. Burada da mədəniyyət
mərkəzləri saraylarda
cəmlənmişdi. Onlar Miken, Korinf, Pilos, Afina və s. şəhərlərdə olmuşdur. Krit saraylarından fərqli olaraq
Miken-Axey sarayları möhkəmləndirilmiş saraylar idi. Onların möhtəşəm divarlarını sonrakı dövrlərdə görən
yunanlar onları təkgöz nəhəng sikloplarla əlaqələndirərək siklopik adlandırmışlar. Burada saray divarlarında
külli sayda döyüş səhnələri təsvir olunmuşdu. Axeylər e.ə. XV əsrdə Kriti tutaraq onlardan yazını
mənimsədilər. E.ə. XIII əsrdə şimali Balkan barbarları (onların içərisində dori yunan qəbilələri mühüm yer
tuturdu) Yunanıstanı başdan-başa işğal etdi. Axeylərdən dəmir silahlarına görə üstünlüyə malik olan dorilər
Krit-Miken mədəniyyətinə son qoydular, e.ə. XII-XI əsrlərdə Yunanıstanda dəmir əsrinin başlanğıcına təkan
verdilər.
Yunan tarixinin sonrakı dövrünü adətən Homer dövrü adlandırırlar. Homerin e.ə. VIII əsrdə yaratdığı
«İlliada» və «Odisseya» kimi gözəl poemaları həmin dövr haqqında mühüm informasiya mənbəyidir. Lakin
bu əsərlərdə daha qədim dövrlərin haqqında da məlumat əldə etmək mümkündür. Homerin qəhrəmanları -
çarlar, əyanlar çox vaxt Krit-Miken saraylarına bənzəməyən ağac evlərdə yaşayırdılar.
Homer dövründən bizə az abidə gəlib çatmışdır. Əsas tikinti materialları - ağac və bişməmiş kərpicdir.
Monumental heykəltəraşlıqda da ağacdan istifadə edilmişdir. Həndəsi ornamentlə yazılmış vazalar, bişmiş
gildən və bürüncdən hazırlanmış heykəlciklər parlaq incəsənət abidələridir.
Homer dövrü mədəniyyəti yunan cəmiyyətinin arxaik və klassik dövrünün ilkin şərtlərini yaratmışdır.
Yunan mədəniyyətinin və tarixinin arxaik dövrü e.ə. VIII-VI əsrləri əhatə edir. Bu dövr böyük
müstəmləkəçilik dövrüdür. Yunanlar Qara dəniz, Aralıq dənizi və Mərmərə dənizi sahillərini öz təsir
dairəsinə alırlar. Bu dövrdə yunanlar başqa xalqlardan çox şey öyrənmişlər. Lidiyalılardan
pul kəsməyi
öyrənmiş, finikiyalılardan əlifbanı götürmüş, sonralar onu təkmilləşdirmişlər. Yunanlarda elmin, xüsusilə
astronomiya və həndəsənin inkişafı Misir və Babilistanın təsiri altında olmuşdur. Yunan incəsənətinə Misir
və Yaxın Şərq memarlıq və heykəltəraşlığı böyük təsir göstərmişdir. Arxaik dövrdə ibtidai icma cəmiyyəti