İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ.
176
olurdular. Onlar e.ə. IX əsrlə dəmir emal etməyə başladılar. Bu da əmək məhsuldarlığının artmasına səbəb
oldu. Yunanıstanda torpaq bütün tayfaya məxsus idi. Hər bir ailənin torpağı, mal-qarası var idi. Adlı-sanlı
adamlar torpağın yaxşısını özlərinə götürürdülər. Onlar əvvəllər torpağı özləri becərirdilər, sonradan
günəmuzdçuları işlətdilər, daha sonra qullardan istifadə etdilər. Beləliklə, e.ə. XI-IX əsrlərdə ibtidai icma
quruluşundan quldarlıq quruluşuna tədricən keçid başlandı.
Dünyanın başqa xalqları kimi yunanlar da təbiət
hadisələrinin səbəbini bilmir, ondan qorxurdular.
Onlara görə təbiəti allahlar nə ilahələr idarə edirdilər. Rəvayətə görə baş allah Zevs, Poseydon və Aid
dünyanı öz aralarında bölüşdürmüşdülər. Zevs yer və göyün, Poseydon dənizin, Aid isə yeraltı padşahlığın
allahı olmuşdu. Zevsin iradəsi ilə şimşək çaxıb yağış yağırdı. Dəniz allahı Poseydon üçbaşlı əsası ilə dənizdə
fırtına qoparır, gəmiləri batırırdı. Yeraltı padşahlığın allahı Aidin ayağı altında üçbaşlı köpək oturub, yerin
altına gedənləri geriyə işıqlı dünyaya buraxmırdı. Nur və incəsənət allahı Apollon qızıl arabası ilə səfərə
çıxandı gün başlanırdı. Aid münbitlik ilahəsi Demetranın qızı Pesefonanı oğurlayır və anasının yanına
buraxmır.
Demetra kədərlənir, hər şey solur, təbiət təravətini itirir. Zevs Aiddən xahiş edir ki, Persefonanı bir
neçə aylığa anasının yanına buraxsın. Qız anasının yanına gələndə yaz gəlir, yeraltı dünyaya gedəndə anası
kədərləndiyinə görə qış gəlir. “Demetra və Persefona” əfsanəsi də buradan yaranmışdı.
Yunanlar meşə allahlarını satirlər adlandırırdılar. Onlar keçi ayaqlı və qulaqlı adamlar kimi təsvir
olunurdular. Bulaq ilahələri olan nimfalar gənc qız kimi təsvir olunurdular.
Yunanlarda əkinçilik, maldarlıq,
ovçuluq, sənətkarlıq və b. sahələr yarandıqca onları himayə edən allahlar da yaradılırdı. Şərabçılıq allahı
Dionis idi. Onun şərəfinə yazda üzümlüklərdə iş başlayanda, payızda şərab hazır olanda bayramlar təşkil
edilirdi. Hefest dəmirçilik allahı idi. Yunanlar belə hesab edirdilər ki, vulkanlar onun dəmirçixanasının çıxış
yollarıdır. Ticarət meydana gələndən sonra onu himayə edən Hesrmes meydana çıxdı.
Yunanlar belə güman edirdilər ki, allahlar yüksək dağ olan Olimpdə yaşayırdılar. Onları Olimp
allahları adlandırırdılar. Allahların həyatı adlı-sanlı adamların həyatına bənzəyirdi.
Allahlar alovun sirrini
insanlardan gizlədirdilər. Lakin cəsur titan Prometey odu oğurlayıb insanlara verir. Zevsin əmri ilə Hefest
onu Qafqaz dağına zəncirləyir. Zevsin göndərdiyi qartal hər gün onun ciyərlərinin bir hissəsini qoparır. Hər
səhər ciyər bərpa olunur. Prometey bu işgəncəyə dözür, lakin Zevsə boyun əymir. “Prometey” əfsanəsi də
buradan yaranmışdı.
Afinada quldarlıq quruluşu. Orta Yunanıstanın cənub-şərqində Attika adlı böyük yarımada yerləşir.
Burada geniş düzənliyin ortasında sıldırım təpədə e.ə. II minillikdə Afina şəhəri salınmışdır. Təpənin
zirvəsində ətrafına hasar çəkilmiş Akropol adlanan qala yerləşirdi. Afinalılar əsasən zeytun nə üzüm becərir,
şərab və zeytun yağı və şərab saxlamaq və daşımaq üçün amfora adlanan küp qayırırdılar. Akropolun
yaxınlığında bazar meydanı - aqora yerləşirdi.
Burada dulusçuluq, toxuculuq və kənd təsərrüfatı məhsulları
satılırdı. Attika yarımadasının cənubunda gümüş mədənləri var idi. Afinada gümüş sikkə kəsilməyə başladı.
Afinada əvvəllər varlılar torpaqlarını özləri becərirdilər. Sonra onlar günəmuzdçulardan, daha sonra
isə qullardan istifadə etməyə başladılar. Afinada köləliyin əsas mənbələri dəniz quldurluğu, müharibədə əsir
götürmək, borca görə adamları qul etmək, qul qadınlardan doğulan uşaqları qul etmək idi. Qullar bazarda
satılır, onları əsasən mədənlərdə, sənətkar emalatxanalarında, kənd təsərrüfatı işlərində,
ev işlərində xidmətçi
kimi işlədirdilər.
Afinada adlı-sanlı adamlar torpağın yaxşısını ələ keçirdilər. E.ə. VIII əsrdə onlar Afinanın bütün
əhalisini özlərinə tabe etdilər. Adlı-sanlı yunanlar mövcud üsul idarəni aristokratiya, yəni “yaxşıların
hakimiyyəti” adlandırırdılar.
E.ə. VII əsrdə Afinada sənət və ticarət gur inkişaf etməyə başlayır. Evpatritlər (aristokratlar) düzən
yerlərdə məhsuldar torpaqları ələ keçirib geomorları (icmanın sıravi üzvlərini) dağətəyi daşlıq torpaqlara
sıxışdırırdılar. Evpatritlərin bir hissəsi artıq emalatxanalar açıb istehsalla məşğul olurdu, bir hissəsi ticarətə
girişmişdi. Aristokratların bu təbəqəsinin maraqları demosun varlı təbəqəsinin maraqları ilə üst-üstə düşürdü.
E.ə. 640-cı ildə Afinada olduqca
məşhur olan, Olimpiya oyunlarının qalibi Kilon demosla aristokratlar
arasında ziddiyətlərin gərginləşməsindən istifadə etdi. O, Zevsin şərəfinə keçirilən bayramda özünə tərəfdar
toplayıb Akpopolu tutdu. Lakin demos hələ aktiv fəaliyyətə hazır deyildi. Arxont Meqaklın qoşunu
Akpopolu mühasirəyə alıb üsyançıları təslim olmağa məcbur etdi. Kilon qaçmağa müvəffəq oldu, onun
tərəfdarları isə öldürüldülər.
Bir müddətdən sonra aristokratlar demosun varlı təbəqəsinin təzyiqi altında
güzəştə gedib külliyyat
şəklində yazılı qeydiyyatına razılıq verdilər. Həm aristokratlar, həm də demos üçün ümumi olan qanunların
qəbulu mütərəqqi hadisə idi. e.ə. 621-ci ildə arxont-fesmofet Drakont tərəfindən sərt qanunlar toplusu tərtib
edilmişdi. Buna “Drakont qanunları” deyirdilər. Bu qanuna görə hətta bir salxım üzüm dərənə ölüm cəzası
verilirdi.
Afinada kənlilər aristokratlardan borc və ya faizlə pul alırdılar. Aristokratlar verdiyi borcu kəndlinin
tarlasının kənarında borc daşına yazırdılar. Buraya borcun miqdarı, faizi, verildiyi və qaytarıldığı müddət
qeyd edilirdi. E.ə. VII əsrdə demək olar, bütün kəndlilər borca düşdülər.
Afinada
kəndlilər, sənətkarlar, günəmuzdçular, dənizçilər demos, yəni xalq adlanırdılar. E.ə. VII əsrdə