Имам зејНҮл-абидин әЛЕЈҺиссәламын һӘЈаты


Saray alimləri ilə mübarizə



Yüklə 1,07 Mb.
səhifə9/13
tarix04.02.2018
ölçüsü1,07 Mb.
1   ...   5   6   7   8   9   10   11   12   13

4. Saray alimləri ilə mübarizə


İmamların həyatının ən maraqlı ən əhəmiyyətli bölmələrindən biri onların öz dövrlərinin İslam cəmiyyəti arasındakı ləyaqətsiz düşüncə və mədəniyyətdən uzaq olan başbilənlər yə’ni saray fəqihi hədisçi təfsirçi qari və qazıları ilə mübarizələri olmuşdur. Bunlar camaatın fikir və düşüncələrini zalım hakimlərin xeyrinə cəlb edir onları Bəni–Üməyyə və Bəni–Abbas xəlifələrinin cəmiyyətdə tə’yin etdikləri hakimiyyətə yönəldir onları bu vəziyyətə tabe edərək zalım hakimlərin hakimiyyəti üçün fikri və zehni zəmin yaradırdılar. İmam Səccad əleyhissəlamın siyasi həyatındakı bu cür mübarizələrdən bir nümunəsi o Həzrətin saray hədisçisi olan Məhəmməd ibn Müslimi Zühri (58-124 h.q) ilə mübarizəsidir.

Zühri kimdir?


Zühri o dövrün tabein (peyğəmbərin özünü yox, səhabələrini görmüş şəxs) fəqih və böyük hədisçilərindən biri idi. O öz dövründə yaşamış sünni məzhəbinin “yeddi fəqih”79indən olub onların biliyini kamil əldə etmiş, on səhabəni görməyə müvəffəq olmuşdur. Belə ki böyük şəxsiyyətlərin bir dəstəsi ondan hədis və fiqh (şər’i məsələlər) rəvayət etmişlər.80

Zühri belə sabiqəsi nəticəsində öz dövrünün elmi və fiqhi məclislərində böyük şöhrət qazanmışdı. Belə ki, onu aşağıdakı ifadələrlə xatırladırdılar: Malik ibn Ənəs demişdir: “Mədinədə bir nəfərdən başqa hədisçi və fəqih görmədim. O da İbn Şəhab Zühridir.”81 Yaxud: “Məkhula dedilər ki indiyədək gördüyün ən savadlı şəxs kimdir?” Dedi: “Zühri.” Dedilər: “Ondan sonra?” Dedi: “Zühri.” Yenə dedilər: Ondan sonra? Cavab verdi: “Zühri.”82 Bununla belə, Zühri İmam Səccad əleyhissəlamın elm zöhd təqva əzmətinin heyranı o Həzrətin mə’nəvi məqamının vurğunu idi. Zühri deyirdi: “Qüreyşdə Əli ibn Hüseyn əleyhissəlamdan (İmam Səccaddan) təqvalı və üstün bir şəxs görmədim.” Həmçinin, o deyirdi: “Haşimilər arasında gördüyüm ən bilikli şəxs Əli ibn Hüseyn əleyhissəlamdır (İmam Səccaddır.)83 Zühri hər vaxt İmam Səccad əleyhissəlamdan söhbət etsəydi ağlayardı və o Həzrəti Zeynül-abidin (abidlərin zinəti) adı ilə qələmə verirdi.84 O İmam Səccad əleyhissəlamın elmindən çoxlu istifadə etmiş ondan çoxlu hədis nəql etmişdir.85

Zühri bir qədər Bəni-Üməyyə tərəfindən vilayətlərdən birində hakim olmuşdur. Bu dövrdə o bir nəfəri cəzalandırmış həmin şəxs bu cəza nəticəsində ölmüşdür. Zühri bu hadisədən bərk narahat olub ev-eşiyindən çıxıb səhraya üz tutmuş və demişdir: “Bundan sonra evin tavanı bir daha mənim başım üzərinə kölgə salmayacaq.”

Bir gün İmam Səccad (əleyhissəlam) Zührini görüb buyurdu: “Sənin (Allah rəhmətindən) mə’yus olmağın bu günahından pisdir. Allahdan qorx və tövbə et! Ölən şəxsin qan bahasını onun varislərinə göndər özün də ailənin yanına qayıt.” Bütün bu elmi ilə yanaşı bu məsələdən xəbərdar olmayan Zühri bu göstərişə sevindi. O sonralar deyirdi: “Əli ibn Hüseyn əleyhissəlama hamıdan çox mən borcluyam.”86


Zührinin İmam Səccad əleyhissəlamın hüzurunda şagirdliyi


Zührinin məzhəb və məqsədi bizim alimlər arasında çox qalmaqallıdır. Bə’ziləri onu şiə və İmam Səccad əleyhissəlamın dostlarından bilmiş və bunun üçün bə’zi sübutları şahid gətirmişlər. Bə’ziləri isə, onu İmamət ailəsinin düşmənlərindən və Bəni-Üməyyənin tərəfdarlarından bilərək tənqid atəşinə tutmuşlar. “Rövzətül-Cənnət” kitabının müəllifi bu iki versiyanı bir yerə toplayıb belə bir qərara gəlmişdir ki Zühri əvvəllər Bəni-Üməyyənin tərəfdarlarından olmuş ancaq öz elm və agahlığı nəticəsində ömrünün sonlarında haqq yolu taparaq Bəni-Üməyyə ilə əlaqəsini kəsmiş və İmam Səccad əleyhissəlamın şagird və dostları sırasına qoşulmuşdur.87 Lakin yuxarıdakı versiyanın əksinə olaraq bir çox tarixi sənəd və faktlar göstərir ki Zühri əvvəllər Mədinədə olduğu gənclik dövründə İmam Səccad əleyhissəlamla əlaqədə olmuş və onun dərslərindən istifadə etmişdir. Ancaq sonralar Bəni-Üməyyənin sarayına cəlb edilərək onlara xidmət etmişdir. Əməvilərin bə’zi vaxtlar ona tə’nə edərək “sənin Peyğəmbərin İmam Səccad (əleyhissəlam) nə edir?” deməsi bu dövrə aiddir.88

İndi qısaca olaraq Zührinin həyatını araşdırıb onun Bəni-Üməyyə ilə olan əlaqələri barədə sübutları oxucuların nəzərinə çatdırırıq.


Zühri Bəni-Üməyyə sarayında


İbn Əbil Hədid Zührini Əli əleyhissəlamın müxaliflərindən biri hesab edərək yazır: “Bir gün İmam Səccad (əleyhissəlam) eşitdi ki Zühri və Ürvə ibn Zübeyr Peyğəmbərin məscidində oturub Həzrət Əli (əleyhissəlam) haqqında nalayiq sözlər danışırlar. İmam Səccad (əleyhissəlam) məscidə gedib o iki nəfərin başı üstündə dayanıb onları möhkəmcə danladı.89

Zühri Əbdülməlik ibn Mərvanın hakimiyyəti dövründə Bəni-Üməyyə sarayının rifahından istifadə etmək üçün Dəməşqə getdi. Maddi üstünlüklər və zahiri məqamlara yiyələnmək üçün öz elmini vasitə qərar verib Əbdülməlikin fikrini özünə cəlb etdi. Əbdülməlik ona çox hörmət göstərib beytül-maldan onun üçün maaş tə’yin etdi və onun borclarını ödəyərək onun üçün bir qulluqçu ayırdı. Beləliklə Zühri Əbdülməlikin yaxın adamları sırasına qoşuldu.90 İbn Sə’d yazır: “Zührini Əbdülməlikin sarayına çəkən şəxs Əbdülməlikin kəbin-təlaq işləri üzrə xüsusi nümayəndəsi Qübeyzə ibn Züeyb olmuşdur.91 Beləliklə də Zührinin Bəni-Üməyyənin çirkin sarayı ilə əlaqəsi başlandı. O Əbdülməlikin sarayında rifahın şirin məzəsini dadıb saray həyatının ləzzətini gördü. Buna görə də, Əbdülməlikdən sonra da onun övladlarının – Vəlid Süleyman Yezid Hişamın sarayında eləcə də Ömər ibn Əbdüləzizin sarayında yer tutmuşdu. Yezid ibn Əbdülməlik Zührini qazı vəzifəsinə tə’yin etdi. Yeziddən sonra Hişam ibn Əbdülməlikin sarayında özünəməxsus mövqe tutmuş hörmət qazanmışdı. Hişam onu öz uşaqlarının müəllimi tə’yin etmişdi. Zühri ömrünün sonunadək bu vəzifədə çalışmışdır.92 Hişam onun səksən min dirhəm borcunu ödəmişdi.93 İbn Sə’d yazır: “Zühri Rəsafədə Hişamın yanına getdi. Bundan qabaq isə iyirmi il müddətində onların (Bəni-Üməyyənin) yanında qalmışdı.”94 Süfyan ibn Üyeynədən rəvayət olunur ki hicrətin yüz iyirmi üçüncü ilində Zühri Hişamla (öz dövrünün xəlifəsi ilə) birgə Məkkəyə gəlib bir il orada qaldı.95 Zühri sarayda rifah içərisində yaşamağa o qədər alışmışdı ki ömrünün sonlarında ona dedilər: “Kaş ömrünün bu axır çağlarında Mədinədə olaydın Peyğəmbər məscidində sütunların birinin kənarında oturub biz də sənin dövrəndə yığışaydıq sən də camaata dərs deyəydin.” O isə cavab verdi ki əgər belə iş tutsam dərim soyular. Bu iş mənim üçün məsləhət deyil. Bunun nəticəsi ancaq bu olar ki mən dünyadan əl çəkib Axirətdən yapışam.96





Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə