İmran axundov



Yüklə 2,76 Mb.
Pdf görüntüsü
səhifə15/27
tarix21.07.2018
ölçüsü2,76 Mb.
#57463
1   ...   11   12   13   14   15   16   17   18   ...   27

 
51 
ilə  qələbə  çaldı.  Onun  Otellosu  sovet  səhnəsinin  yeni  qələsi  oldu. 
Mənə elə gəlir ki, Ələsgər kimi rəngarəng sənətkar heç olmayıb”. 
Aktrisa  Dezdemona  rolu  haqqında  “Kommunist”  qəzetində 
(23.04.1964)  çap  olunmuş  “Dörd  parlaq  inci”  adlı  məqaləsində 
yazır;  “Bu  dörd  incinin  üçünün  Azərbaycan  səhnəsində  ilk  ifaçısı 
olduğum  üçün  özümü  xoşbəxt  sayıram.  Dezdemonanı  məndən  qa-
baq Mərziyə Davudova, Sona Hacıyeva, Yeva Olenskaya oynamış-
lar.  Bu  üç  sənətkarın  köməyi  ilə  məndə  özümə  məxsus,  öz  yaradı-
cılığıma  xas  olan  cizgilərə  bu  obrazı  yaratmağa  çalışmışam.  Hər 
aktyorun  öz  yaradıcılığına  yaxın  olan,  sevib  pərəstiş  etdiyi  drama-
turqu vardır. Mənim də qəlbimin ilk sehirkarı Şekspirdir”. 
B.  Şəkinskaya  Dezdemonanı  yüksək  peşəkarlıqa  yaradırdı. 
Şekspir  əsərlərində  lazımi  qədər  təcrübə  əldə  etmiş  bu  qüdrətli 
sənətkar obrazı bədii səviyyəyə qaldıra bildi. 
M. Hüseyn “Azərbaycan gəncləri” qəzetində (22.05.1949) ya-
zır  ki;  “Dezdemona  rolunda  Barat  Şəkinskayanın  müvəffəqiyyəti 
səhnəmizin  ən  yaxşı  qələbələrindən  biri  sayıla  bilər.  Kordeliyadan 
(“Kral  Lir”də)  sonra  bu  planda  Baratın  nə  qədər  səmimi  və  lirik 
tonlar tapdığını görməmək olmaz. Xüsusən Qara Qarayevin yazdığı 
gözəl musiqilə həmahəng olaraq nəğmə oxuduğu səhnədə Barat öz 
ifasını həqiqi poetik səviyyəyə qaldırır. O, nəğmə oxumaqdan daha 
çox ürəyinə daman faciəsinin yaxınlaşdığını xəfif və incə ştrixlərlə 
göstərir”. 
Aktrisa  Dezdemona  obrazı  ilə  Şekspir  dramaturgiyasının  ən 
kamil ifaçısı olduğunu göstərdi. Aktrisanın yaratdığı bu mükəmməl 
obrazı tamaşaçılar uzun müddət unutmadılar. 
C. Cəfərov “Əzizbəyov adına Azərbaycan Dram Teatrının 75 
illiyi”  (1949)  adlı  kitabında  yazır  ki;  “Aktrisa  Barat  Dezdemonanı 
ilk  dəfə  oynayır.  Bu  çətin  bir  vəzifə  idi.  Lakin  aktrisanın  istedadı 
yaradıcılığa  şüurlu  münasibəti  və  Şekspir  rollarını  oynamaq  təcrü-
bəsi  bu  vəzifənin  öhdəsindən  müvəffəqiyyətlə  gələ  bilməsinə  kö-
mək etdi.
 
 
Barat  öz qəhrəmanını  hər iki ruhi  vəziyyətdə dərindən duya-
raq  və  sevərək  oynayır.  O  kədərli  ikən  də,  məsud  ikən  də  “mələk 


 
52 
kimi təmiz”, “təbiət kimi pak”, “kövərçin kimi nazlı” və uşaq kimi 
həm  məsum, həm  də şıltaqdır. Barat-Dezdemona da belədir.  Onun 
məhəbbəti  böyük  bir  mənəvi  qüvvədir.  O,  öz  varlığı  ilə  Otellonun 
mühitini  nurlandırır; Dezdemona o qədər  gözəl,  zəkalı və təmizdir 
ki,  Otello onu sadəcə sevmir, ona müqəddəs bir  varlıq,  yüksək bir 
ideal  kimi  pərəstiş  edir.  Otellonun  “mənim  gövərçinim”  və  eyni 
zamanda  “mənim  müharib  gözəlim”  sözləri  Barat-Dezdemonaya 
çox yaraşır. Gövərçin və müharib! Bu parodoks deyildir, həqiqətdir, 
çünki  “körpə”  Dezdemona  öz  eşqində  sabit  və  qəhrəmancasına 
fədakardır”. 
 
 
 
 
Barat  xanımın  Dezdemonası  şən  idi,  yumşaq  qəlbli  idi. 
Aktrisanın  qəhrəmanı  Otellonu  ürəkdən  sevən,  ərinin  varlığı  ilə 
nəfəs alan bir qadın idi. Aktrisanın Dezdemonasında tamaşaçı onun 
böyük  eşqinə  nə  qədər  məftun  olurdusa,  faciəsinə  bir  o  qədər 
kədərlənirdi. 
Əli  Sultanlı  “Kommunist”  qəzetində  (15.05.1949)  yazır; 
“Şekspirin ən çox sevdiyi surətlərdən biri olan Dezdemonanı bütün 
varlığı  ilə  vermək  çətindir.  Lakin  Şəkinskaya  bu  rolun  öhdəsindən 
“Otello” tamaşasından səhnə. 
Otello – SSRİ xalq artisti Ə.Ələkbərov, 
Dezdemona – B.Şəkinskaya  


 
53 
məharətlə  gəlmişdir.  O,  Dezdemonanın  həm  sevgidə  əldə  etdiyi 
qələbə hissini... səadəti, həm də anlaşılmaz faciə qarşısında çəkdyi 
son  iztirabları  düzgün  verir.  Onun  boyu,  qrimi,  geyimi  məsum  bir 
qızın xasiyyətinə çox uyğundur”. 
Z.  Xəlil  “Ədəbiyyat  qəzeti”ndə  (15.06.1949)  yazır  ki;  “Barat 
Şəkinskaya Dezdemona rolunda bir daha göstərdi ki, o, doğrudan da 
səhnəmizdə  Şekspirin  qadın  surətlərinin  talantlı  ifacılarındandır. 
Dezdemonanın-Baratın  odlu  bir  ehrirasla  sevən,  sadiq,  məsum 
qadın surəti uzun zaman yaddan çıxmayacaqdır”. 
“Otello” faciəsinin ən təsirli yerlərindən biri də son səhnə idi. 
Məxmərlə  bəzənmiş  otaq  da  Dezdemona  şirin  röyalara  qərq 
olmuşdur. Otello (Ə.Ələkbərov) əlində şam gəlir, qapıları bağlayır, 
pillələri enib, “budur səbəb, budur səbəb!” sözləri ilə başlanan məş-
hur  monoloqu  söyləyirdi.  Dezdemona-Şəkinskaya  yuxudan  oya-
nırdı,  “kim  var  orada?”  sözlərini  elə  həyacanla  deyir  ki,  tamaşaçı 
ölüm dəqiqələrinin yaxınlaşdığını o dəqiqə hiss edirdi. Bu səhnədə 
Dezdemona-Şəkinskaya  özünü  müdafiə  etmirdi.  Sadəcə  olaraq  hə-
qiqəti deyirdi, əri Otellonun gözünə dik baxırdı. Çünki o, günahsız 
idi.  Onun  hər  hansı  bir  kəlməsi 
Otello da şübhəni daha da artırır-
dı.  Gərgin  dialoqlarla  gedən  bu 
səhnəni  həm  Ələsgər  Ələkbərov, 
həm  də  Barat  Şəkinskaya  əlçat-
maz bir səviyyədə yaratmışdılar.
 
 
M.  Ovçinnikov  yazır  ki; 
“Ələsgər Ələkbərova layiqli Dez-
demona  Barat  Şəkinskayadır.  B. 
Şəkinskayanın Dezdemonası mü-
bariz,  cəsarətli,  qətiyyətlidir.  Bu 
isə surətə yeni orijinal baxışdır”. 
Beləliklə,  Dezdemona  ob-
razı  B.  Şəkinskayanın  böyük  sə-
nətkarlıqla  yaratdığı  unudulmaz  obrazlıarı  içərisində  ən  yüksək 
zirvəni fəth etmiş mükəmməl sənət nümunəsi idi. 
B.Şəkinskaya – Florela rolunda 


 
54 
Tamaşadan-tamaşaya,  rol-
dan-rola püxtələşən bu bənzərsiz 
sənətkar  görkəmli  ispan  drama-
turqu Lope de Veqanın 1949-cu 
il  iyul  ayının  31-də  M.  Məm-
mədovun  quruluşunda  tamaşaya 
qoyulan  “Rəqs  müəllimi”  (tər-
cümə  R.Rza)  komediyasında 
yoxsullaşmış  zadəgan  nəslindən 
olan, həm mahir rəqqas, ehtiraslı 
aşiq  və  cəngavər  Aldemaronun 
sevgilisi  Florela  obrazını  özünə 
məxsus sənətkarlıqla ifa etdi. 
Aktrisa xatirələrində yazır 
ki;  “Yadımdadır,  biz  Lope  de 
Veqanın  “Rəqs  müəllimi”  pye-
sini hazırlayırdıq. Leninqraddan 
rəqs müəllimi dəvət etmişdik. O 
bizimlə  gündə  2-3  saat  məşqul 
olurdu.  Əjdərin  18,  mənim  11 
rəqs  nömrəmiz  var  idi.  Əjdərin 
xoreoqrafiya  sənəti  ilə  tanışlığı 
olduğu  üçün  bu  vaxt  ona  kifa-
yət  edirdi.  O,  öz  boş  vaxtların-
dan  istifadə  edib,  mənimlə  əla-
və  məşqul  olurdu.  Nəticə  də  çox  gözəl  oldu.  Biz  klassik  ispan 
rəqslərini professional rəqqaslar kimi ifa etdik. Florella mənim çox 
sevdiyim rollardan oldu”. 
M.  Hüseyn  “Kommunist”  qəzetində  (12.08.1949)  yazır  ki; 
“Florela  rolunda  Barat  Şəkinskayanın  məharətini  ayrıca  göstərmək 
lazımdır.  Aldemaro  ilə  Florela  “Rəqs  müəllimi”  komediyasının  və 
ümumiyyətlə  müəllifin  bu  mühit  içərisində  gördüyü  əsas  müsbət 
adamlardır.  Onlar  səhnəyə  çıxdığı  zaman  elə  bil  ətraf  işıqlanır. 
Saxtakarların bütün çirkin sifətləri daha aydın görünməyə başlayır. 
“Rəqs müəllimi” tamaşasından 
səhnə. Florela – B.Şəkinskaya, 
Aldemaro – Ə.Sultanov  


Yüklə 2,76 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə