İmran axundov



Yüklə 2,76 Mb.
Pdf görüntüsü
səhifə2/27
tarix21.07.2018
ölçüsü2,76 Mb.
#57463
1   2   3   4   5   6   7   8   9   ...   27

 

və rəhbəri Əsəd Şıxzamanov ifa edirdi. Barat bu tamaşa ilə ilk dəfə 
Bakıya gəldi. Bakını ilk dəfə idi ki, görürdü. O, Bakıda bu tamaşa 
ilə çox yerlərdə çıxış etdi. 
 
B.  Şəkinskaya  13-14  yaşında 
“Qadınlar  kulubu”nun  həvəskar 
aktyorları  ilə  səhnədə  pollar  ifa  et-
məyə  başlayır.  Aktrisa  orada  “Mən 
oxumaq  istəyirəm”  pyesində  Nigar, 
H.  Cavidin  “İblis”  əsrində  Xavər,  
C.Cabbarlının əsərlərində -“Od gəli-
ni”ndə Solmaz, “Aydın”da Gültəkin, 
“Oqtay  Eloğlu”nda  Firəngiz,  “Se-
vil”də  Gülüş  və  “Qaçaq  Kərəm” 
əsərində  Gülcahan  rollarını  ifa  et-
mişdir.  Barat  xanım  sonuncu  dörd 
tamaşada  görkəmli  rejissor,  SSRİ 
xalq  artisti  Adil  İsgəndərovla  tərəf-
müqabili  olmuşdur.  Aktrisa  özü  ya-
zır ki; “hələ o vaxtlar Adil İsgəndə-
rovun  (30-cu  illərin  ikinci  yarısının  
bəzi  afişa  və  proqramında  Adil  İs-
gəndərovun  adı  Ədil  İsgəndərov  ki-
mi  yazılırdı-İ.A.)  rejissorluq  və 
aktyorluq istedadı nəzəri cəlb edirdi. 
Onun  ifa  etdiyi  “Qaçaq  Kərəm”də  Kərəm,  “Sevil”də  Balaş, 
“Oqtay Eloğlu”da Şəkinski, “Aydın”da Dövlət bəy rolları əsl sənət 
nümunələri idi”. 
Yuxarıda  qeyd  etdiyim  kimi  B.  Şəkinskaya  xalq  artisti  İbra-
him Həmzəyevin quruluşunda H. Cavidin “İblis” əsərində Xavər ro-
lunu ifa edirdi. 
Xavər-Şəkinskaya ərini dərin məhəbbətlə sevən, mehriban bir 
qadın idi. Ərinin əzab və işgəncələri Xavər-Şəkinskayanı sarsıdırdı. 
O, bu səhnələri çox həyacanlı ifa edirdi. 
B.Şəkinskaya  
20-ci illərin sonu 


 

Bundan başqa “İblis”də Mir Cəlal-İbn Yəmini, Cəfər Xəndan 
və Hidayət Bağırov isə Arifi ifa edirdilər. 
Barat Şəkinskaya həvəskar aktyorlar ilə həm “Gəncə qadınlar 
kulubu”nda, həm də “Fəhlə” kulubunda dolğun obrazlar yaradıb. O, 
1929-cu  ildə  Mikayıl  Davudovun  quruluşunda  Ü.  Hacıbəyovun 
“Arşın mal alan” və “Məşədi İbad” musiqili komediyalarında Asiya 
və Sənəm, Adil İsgəndərovun quruluşunda S. S. Axundovun “Laçın 
yuvası” əsərində Göyərçin, 1930-cu ildə yenə də M. Davudovun qu-
ruluşunda  səhnəyə  qoyulan  “Zəlzələ”  pyesində  Haykanuş  və  s. 
rəngarəng obrazlar yaratmışdır. 
 
 


 

 
II FƏSİL 
 
AKTRİSA VƏ GƏNCƏ TEATRI 
 
 
 
O dövrdə yəni 20-30-cu illərdə Bakı şəhərində iki böyük teatr 
fəaliyyət  göstərirdi.  Türk  İşçi  Teatrı  və  Əzizbəyov  Teatrı  (indiki 
Akademik Milli Dram Teatrı-İ.A.). Hər iki teatrın yaradıcılıq əlaqə-
si var idi. Hətta tamaşaçıları da ayrı-ayrı idi. Bir şəhərin iki gözü idi 
bu teatrlar. 
O  illərdə  Aqriba  adlı  bir  katib  var  idi.  Onun  qərarı  ilə  Türk 
İşçi Teatrını Gəncəyə bağışladılar (çünki elə adamların marağı yox 
idi  ki,  Azərbaycanın  mərkəzində  iki  teatr  olsun).  Gəncəyə  köçən 
İşçi  Teatrının  əksər  aktyorları  imkansızlıq olduğuna görə  gedə bil-
mədilər. Hərəsi özünə bir sənət tapdı. Bəlkə onlar teatrda qalsa idi 
hərəsi böyük bir sənətkar olardı. Lakin bir neçə aktyorlar Abbasmir-
zə Şərifzadə, Kazım Ziya, Ələsgər Ələkbərov, Əzizə Məmmədova, 
Ağahüseyn  Cavadov,  Ağasadıq  Gəraybəyli,  İsmayıl  Talıblı,  Əjdər 
Sultanov,  İsmayıl  Əfəndiyev,  Əmir  Dadaşlı,  Məxfurə  və  Nina 
Yermakova bacıları və b. gənc aktyorlar və teatrın müdiri Ələkbər 
Seyfi, rejissor Həbib İsmayılovda Gəncəyə köçdülər. 
Teatrın heç bir imkanı  olmadığına  görə işçi kulubunu teatrın 
binasına verdilər. İlk dəfə böyük türk ədibi Ə. Hamidin “Hind qızı” 
tamaşasını oynayan gecə teatrın nəyi var idi hamısı oğurlandı. 
Həmid  Sultanov  o  illərdə  Gəncə  İcra  Hakimiyyətinin  başçısı 
idi.  Onun  qərarı  ilə  yerli  həvəskarlar  turuppasının  üzvlərindən  on 
beşə yaxın adam və o cümlədən Barat Şəkinskayanıda teatra cəlb et-
dilər (o vaxtlar Barat xanım Gəncənin Sərkar kəndində müəllimə iş-
ləyirdi). Həmid Sultanov şəxsən Barat xanımın arxasınca adam gön-
dərmişdir. B. Şəkinskayanın anasının xalası oğlu Cəlil Məmmədza-
də  ikinci katib işləyirdi. Onun xahişi olmasaydı Barat xanım teatrda 


 
10 
fəaliyyət göstərə bilməzdi. Bu xahişdən sonra B. Şəkinskaya  teatra 
gəldi. 
Oğurluqdan  sonra  dövlət  teatrı  üçün  nə  bina,  nə  də  səhnə 
yaramırdı. Ona görə teatr məcbur olub, qış aylarında Azərbaycan ra-
yonlarına  üz  tutdu.  Nəhayət  teatr  üçün  layiqli  bina  tikməyə  başla-
dılar. 
1933-cü  ilin  əvvəllərində  yeni  tamaşalar  hazırlanırdı.  Bir-iki 
ay  fəaliyyət  göstərən  Fatma  Qədri  Bakıya-Rus  Dram  Teatrına 
getməli  oldu...  (Rus-dilini  yaxşı  bildiyinə  baxmayaraq  Rus  Dram 
Teatrında  özünə  layiqli  yer  tuta  bilmədi.  Ona  görə  30-cu  illərin 
axırlarında  Azərbaycan  Dram  Teatrına  gəldi).  Onun  getməsinə  bu 
şərtlə razılıq verildi ki, öz rollarına aktrisa hazırlasın. Çünki teatrın 
bütün  yükü  onun  çiyinlərində  idi.  Fatma  Qədri  Ə.  Hamidin  “Hind 
qızı” pyesində sürücü, “Cancur Səməd”də (“Cancur Səməd”, J. B. 
Molyerin “Yalançı xəstə” pyesinin təbdili) Nabat, A. Qlebovun “İn-
cə” əsrində Yasəmən kimi  rollara B. Şəkinskayanı  hazırladı. Belə-
liklə, Barat xanım rayonlarda bu rolları ifa edirdi. Hətta Şəkiyə gə-
ləndə  mərhum  Ağakərim  Şərifov  (teatr  muzeyinin  banisi,  A.  M. 
Şərifzadənin əmisi oğlu) Barat xanımı Şəkili bilib “Hind qızı” tama-
şasının başlanması üçün görüş düzəltmişdir. 
Tamaşanın  birinci  pərdəsində  hind  qızı  sürücü,  ingilis  zabiti 
Tomsonu  sevirdi.  Bu  iki  gəncin  evlənmələrinə  heç  kəs  razılıq  ver-
mirdi. Belə qərara gəlirlər ki, bir qırmızı , bir ağ çicək atsınlar və ki-
min çiçəyi keçsə o, onun dinini qəbul etsin və evlənsinlər. Əllərində 
çıçək səhnəyə çıxan kimi qəfildən əlləri çiçəklə dolu məktəbli uşaq-
lar səhnəyə axışdılar. Bunu A. Şərifov Barat xanıma görə təşkil et-
mişdir. Özü də səhnəyə çıxıb tamaşaçılara müraciət edərək “-siz el 
qızını  səhnədə  görürsünüz”-demişdir.  Səhnəni  çiçəklə  doldurmuş-
dular. B. Şəkinskaya özü qeyd edir ki,  nə yaxşı ilk söz Tomsonun 
idi, yoxsa dilim söz tutmazdı. 
1933-cü  ildə  Gəncə  teatrının  səhnəsində  B.  Şəkinskaya       
S.S. Axundovun “Laçın yuvası” pyesində Pəricahan və A. M. Şərif-
zadənin  quruluşunda  “Namus”  əsərində  Süsən,  H.  Cavidin  “Şeyx 
Sənan” faciəsində gürcü gözəli Xumar obrazlarını ifa etdi. 


Yüklə 2,76 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə