İmran axundov



Yüklə 2,76 Mb.
Pdf görüntüsü
səhifə6/27
tarix21.07.2018
ölçüsü2,76 Mb.
#57463
1   2   3   4   5   6   7   8   9   ...   27

 
22 
Həqiqətən  də  cavan  aktrisanın  yaratdığı  Cülyetta  Şekspir  dü-
hasına layiq bir obraz idi. Cülyetta-Barat Şəkinskaya xaricən incə və 
gözəl, daxilən şən və gümrah, gözüaçıq, ətrafındakı hadisələri  yaxşı 
başa düşən, öz taleyi uğrunda mübarizə etməyi bacaran bir qızdır”. 
C.  Cəfərov  “Azərbaycan  Dram  Teatrı”  (1951)  adlı  kitabında 
yazır ki; “Üç Cülyetta-Barat, Fatma Qədri, S. Hacıyeva, xüsusən coş-
qun,  iradəli,  səmimi,  zəif  və  nazlı  Şekspir  qəhrəmanına  daha  yaxın 
olan Barat”. 
Mustafa Mərdanov “50 il Azərbaycan səhnəsində” (1959) adlı 
kitabında  yazır  ki;  “Cülyetta,  Barat  Şəkinskayanın  ifasında  həqiqi 
Cülyetta idi. Barat Şəkinskayanın Şekspir əsərlərində ilk dəfə Cül-
yetta  kimi  məsuliyyətli  bir  rolda  çıxış  etməsi,  onun  yaradıcılığında 
böyük və müsbət bir hadisə idi. B. Şəkinskayanın ifasında bu obraz 
öz  xüsusiyyətlərini  əsas  etibarilə  tapa  bilmişdi.  Aktrisa,  Cülyetta 
obrazını  orta  əsrlərdə  təsvir  olunan  bir  nağıl  qəhrəmanı  kimi  yox, 
real bir insan kimi səhnədə canlandırmışdı. Faciənin başlanğıcında, 
ata-anasına hər hər şeydə tabe olan bu qızı, Romeo ilə sevişdikdən 
sonra  biz,  böyük  bir  ürəyə  malik  və  həyat  barədə  müstəqil  fikir 
yürüdən bir insan kimi görürük. Barat Şəkinskaya Cülyettanın həya-
tındakı  bu  dönüşü  böyük  sənətkarlıqla  verə  bildi.  B.  Şəkinskaya, 
yaşadığı  dövrün  feodal  ənənələri  ilə  mübarizə  edə  bilmək  üçün  öz 
Cülyettasını  getdikcə  mətinləşdirir,  onu  böyük  qəhrəmanlıq  zirvə-
sinə qaldırır, ancaq Cülyettanın qadın lətafətini, zərifliyini və incəli-
yini bir an belə olsun itirmir”. 
Bütün  bu  sözlər  Barat  xanımın  bənzərsiz  ifasına  verilən  qiy-
mət  idi.  O,  bunlara  aludə  olub  arxayınlaşmadı,  əksinə  öz  üzərində 
gərgin işləyib, neçə-neçə gecələri yuxusuz keçirtdi. 
1937-ci  il  aprel  ayının  28-də  M.  İbrahimovun  “Həyat”  pyesi 
A. İsgəndərovun quruluşunda tamaşaçılara təhvil verildi. Tamaşada 
Atlas rolunu Sona Hacıyeva ilə yanaşı B. Şəkinskayada ifa edirdi. 
Müəllifin qələmindən çıxan sadə kəndli qızı “Yaşar” dramın-
dakı  Yaqutu  xatırlayır.  Yaqut  öz  həmkəndlisi  Yaşarı  sevdiyi  kimi, 
Atlas  da  öz  kəndində  böyümüş  Abbası  sevir.  Fərq  odur  ki,  Atlasın 
məhəbbəti  faciə  ilə  bitir.  Atlas  Abbasa  qovuşa  bilmir,  onun  pak 


 
23 
məhəbbəti yolun başlanğıcında qırılır. Abbasın həyatına düşmənlər 
tərəfindən  son  qoyulur.  Atlas  obrazının  əsas  xüsusiyyəti  öz  sev-
gisinin Abbasdan sonrakı kədərli aqibətidir. 
B. Şəkinskayanın lirik planda ifa etdiyi Atlas sevgilisinin ölü-
mündən  sonra  kədərli  həyat  sürən,  ümidləri  qırılan  bir  insanın  kə-
dərli  həyatını  yaratmağa  nail  oldu.  Tamaşa  boyu  Atlas-Şəkinskaya 
sevgilisinin  arzularını  doğrultmaq  üçün  mübarizə  apararaq  nümu-
nəvi işçi olurdu. 
1937-ci  il  noyabr  ayının  3-də  C.  Cabbarlının  “1905-ci  ildə” 
əsəri  İ.  Hidayətzadənin  quruluşunda  tamaşaya  qoyulur  və  Sona 
Hacıyeva ilə Barat Şəkinskaya Sona rolunu ifa edirlər. 
B.  Şəkinskaya  Sonanı  incə 
ştrixlərlə  tamaşaçılara  təqdim  edirdi. 
Sona-Şəkinskayanı  zorla  ərə  vermək 
istəyirlər,  o  isə  Baxşını  (bu  rolu  Sü-
leyman  Tağızadə  ifa  edirdi-İ.A.)  se-
vir.  Aktrisa  öz  qəhrəmanının  günah-
sız  olduğunu  düzgün  təqdim  edə  bi-
lirdi.  Mehriban,  qayğısız  qız  olan 
Sona-Şəkinskaya məhəbbətinin qəmli 
aqibətini  duyduqca  fəryad  qoparırdı. 
Lakin  buna  baxmayaraq  Sona-Şə-
kinskaya  Baxşıdan  ayrılır.  Barat  xa-
nım Baxşıdan ayrılıq səhnəsini böyük 
sənətkarlıqla  ifa  edirdi.  O,  yarımçıq 
məhəbbətin  faciəsini  tamaşaçılara 
düzgün göstərə bilirdi. 
1938-ci  il  fevral  ayının  16-da 
Ələsgər 
Şərifovun 
quruluşunda        
Ə.  Haqverdiyevin  “Pəri  cadu”  əsəri 
tamaşaçılara təqdim olundu. Tamaşada Barat xanımın ifa etdiyi Pəri 
yadda  qalan  səhnə  qəhrəmanı  idi.  B.  Şəkinskaya  Pərini  gözəl, 
cazibəli eyni zamanda qəddar və amansız kimi tamaşaçılara təqdim 
edirdi. Onun ifasında Pəri Azərbaycan səhnəsində ifa olunan heç bir 
B.Şəkinskaya – Pəri rolunda 


 
24 
Pərilərə  bənzəmirdi.  Barat  xanımın  Pərisi  düşündürücü,  cılğın  və 
yaraşıqlı idi. 
Həmin  il  mart  ayının  26-da  A.  İsgəndərovun  quruluşunda 
Cabbar  Məcnunbəyovun  “Yanar  dərə”  pyesi  tamaşaya  qoyuldu  və 
Bənövşə  obrazını  Barat  Şəkinskaya  ifa  etdi.  Dramaturji  cəhətdən 
elədə yüksək səviyyədə olmayan bu pyesdə Barat xanım Bənövşəni 
yaradıcılıq  süzgəcindən  keçirmiş,  obrazı  quruluqdan  xilas  etmiş, 
ona cazibədarlıq və həyatilik vermişdir. 
1938-ci  il  may  ayının  27-də  teatr  böyük  alman  dramaturqu 
Fridrix  Şillerin  hüquqsuz  xalqla  zadəganlar  arasında  kəskin 
ziddiyyətlərdən  bəhs  edən  “Mərk  və  məhəbbət”  faciəsini  Nigar 
Rəfibəylinin tərcüməsində, Fyodor Sariyanın quruluşunda tamaşaya 
qoydu. Həmin tamaşada B. Şəkinskaya Luiza rolunu ifa etdi. 
Barat xanımın Luizası sadə, yumşaq qəlbli, təmkinli bir insan 
idi. Aktrisa Luizanın məhəbbətini son dərəcə böyük sənətkarlıqla ifa 
etmiş və onu tamaşaçılara örnək etməyə çalışmışdır. B. Şəkinskaya 
öz  qəhrəmanının  mənəviyyatındakı  saflığı,  məsumluğu  bütün 
incəliklərlə  açıb  göstərməyə  nail  olmuşdur.  Aktrisa  Luizanı  elə 
yüksək səviyyədə ifa etmişdir ki, onun oyunu uzun müddət tamaşaçı 
yaddaşından silinməmişdir. 
1938-ci  ildə  Akademik  Milli  Dram  Teatrının  ən  əlamətdar 
günlərdən biri baş verdi. Xalq  arasında gözəl  şair kimi  hörmət  qa-
zanmış  Səməd  Vurğun  ilk  mənzum  dramı  olan  “Vaqif”  pyesini 
qələmə aldı. “Vaqif” müəllifin qüdrətli qələmindən çıxmış ən kamil 
əsərlərdən  biridir.  Bu  mənzum  dramın  ilk  tamaşası  1938-ci  il 
oktyabr  ayının  5-də  göstərildi.  Demək  olar  ki,  həmin  gün  bütün 
Azərbaycan  xalğının  bayramı  idi.  Adil  İsgəndərovun  quruluşunda 
tamaşaçılara  göstərilən  “Vaqif”  mənzum  dramında  B.  Şəkinskaya 
gürcü qızı Tamara, sonralar Gülnar (1952) və 1961-ci ildə isə Xu-
raman rollarını ifa edib. 
Tamaşanın  primerası  müvəffəqiyyətlə  keçdi.  Həmin  tamaşada 
Azərbaycan  səhnəsinin  fəxri,  SSRİ  xalq  artisti  Ələsgər  Ələkbərov-
Vaqif; Azərbaycan teatrını yaradanlardan biri, SSRİ xalq artisti Sidqi 
Ruhulla-Qacar; xalq artistlərindən Fatma Qədri-Xuraman; Əli Qurba-


Yüklə 2,76 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə