İmran axundov



Yüklə 2,76 Mb.
Pdf görüntüsü
səhifə5/27
tarix21.07.2018
ölçüsü2,76 Mb.
#57463
1   2   3   4   5   6   7   8   9   ...   27

 
18 
gözəl  iki  uşaq  rolu  seçmişəm.  Sabah  pyesi  verim  oxu...  İndi  mən 
sənnən işləmək istəyirəm”. 
1936-cı il may ayının 28-də M. F. Axundovun “Aldanmış kə-
vakib” povestinin əsasında qələmə alınmış M. Cananın “Şahnamə” 
əsəri  Sabit  Rəhmanın  tərcüməsində  İsmayıl  Hidayətzadənin  qu-
ruluşunda tamaşaçılara təqdim olundu. Bu əsərə bəzi qadın və kişi 
obrazları  əlavə  olunmuşdur.  Bu  obrazların  içərisində  İşvəli  qadın 
obrazı  var  idi  ki,  onu  da  Barat  xanım  ifa  edirdi.  B.  Şəkinskayanın 
yaratdığı  obraz adından  göründüyü kimi,  işvəli və ədalı idi. Aktri-
sanın bu işvəsi onun danışığına da sirayət etmişdir. 
1936-cı  il  oktyabr 
ayının  28-də  görkəmli 
Belçika  yazıçısı,  Nobel 
mükafatı  laureatı  Moris 
Meterlinqin  1905-ci  ildə 
fransız  dilində  yazdığı 
“Goy  quş”  əsəri  İsmayıl 
Hidayətzadənin  tərcümə-
sində  və  A.  A.  Tuqano-
vun  quruluşunda  tamaşa-
ya qoyuldu.  Bu tamaşada 
Tiltil  adlı  oğlan  uşağının 
rolunu  B.  Şəkinskaya  ifa 
edirdi. Aktrisa oğlan uşa-
ğına  məxsus  danışıq  və 
hərəkət seçmişdir. Tiltilin 
bacısı  Mitil  rolunu Cava-
hir Bayramova oynayırdı. 
B.  Şəkinskaya  xati-
rələrində  qeyd  edir  ki; 
“O,  vaxtlar  bulvarda  tək-
tük yurdsuz uşaqlar görü-
nürdü.  Mən  onlardan  bir 
neçəsi ilə tanış oldum, bu 
“Göy quş” tamaşasından səhnə. 
Sağdan: Tiltil – B.Şəkinskaya,  
Nənə – N.Lizina 


 
19 
sirri  təkcə  Tuqanov  bilir  və  mənə  kömək  edirdi.  Az  çox  onlardan 
öyrənirdim.  Evdə  isə  təkcə  dörd  yaşlı  qızım  var  idi,  heç  oğlandan 
fərqlənmirdi... 
Tamaşada belə bir səhnə var idi. Mən yemək stolunun üstünə 
çıxıb,  qonşu  binanın  pəncərəsindən  varlı  balalarının  zəngin  bəzən-
miş yolkasına, bayram stolundakı yeməklərə həsrətlə baxıb, mono-
loq söyləməliydim. Hər şey çox yaxşı gedirdi. Amma stola çıxanda, 
hərəkətlərim  oğlan  uşağının  hərəkətlərinə  oxşamırdı.  O  vaxt  qızım 
Solmazın dörd yaşı var idi. Bir gün A. A. Tuqanov mənə tapşırdı ki, 
sabah qızını özünlə bərabər məşqə gətir. 
Səhər saat  on birdə məşq  başlandı. Tuqanov Solmazı  çağırıb 
ona bir necə dəfə hündür yemək stoluna çıxmağı tapşırdı, ona da elə 
bir hay gərək idi. Məndə diqqətlə onun bütün hərəkətlərini izləyir-
dim. Beləliklə, balaca uşağın hündür yerə necə çıxmağını öyrəndim. 
Sonra yavaş-yavaş məndə də alınmağa başladı. 
Tamaşa çox gözəl getdi, iştirak edənlər hamısı böyük müvəf-
fəqiyyət qazandı, adları uzun müddət dildən-dilə düşdü. Tamaşa isə 
teatr tarixində yaxşı tamaşalar sırasına yazıldı”. 
Beləliklə, B. Şəkinskaya oğlan uşağı olan Tiltil obrazını böyük 
müvəffəqiyyətlə yaratdı. Onun ifa etdiyi Tiltil teatrın qələbəsi idi. 
Qüdrətli sənətkar heç vaxt oynadığı rol üçün xarakter cizgilər 
tapmağa  çətinlik  çəkmirdi,  həmişə  tamaşaçını  düşündürməyə  çalı-
şırdı. Onun bir aktrisa kimi yaradıcılıq imkanları çox geniş idi. Bu 
misilsiz sənətkar hər obrazı özünə məxsus sənətkarlıqla ifa etmiş və 
ona nöqsan tutulmasına yol verməmişdir. 
1937-ci ildə Azərbaycan teatr tarixində ən nadir hadisələrdən 
biri  baş  verdi.  Teatr  böyük  ingilis  dramaturqu  Vilyam  Şekspirə 
yenidən müraciət etdi. 
Bir yanan çıraq kimi əsərləri ilə dünya səhnələrini isidən, dahi 
Şekspiri dörd yüz ildən artıqdır ki, Qərb və Şərq sevə-sevə oxuyur 
və öyrənir. Şekspir yaradıcılığı dünya teatrının ən parlaq zirvəsidir. 
Onun  qələmə  aldığı  müxtəlif  xarakterli,  əzəmətli  obrazlar  əsrlər 
keçdikcə öz təravətini və bədii gücünü itirməyəcək. 


 
20 
Sözün  həqiqi  mənasında  xalq  üçün  yazıb-yaradan  bu  dahi 
dramaturq bütün dövrlərdə hər millət üçün əziz olmuşdur. Dünyanın 
bütün mədəni xalqları Şekspir irsinə dərin hörmət bəsləyirlər. Onun 
əsərləri dünya ədəbiyyatı xəzinəsinə daxil olmuş və bütün xalqların 
sərvətinə çevrilmişdir. 
Bir  əvəzsiz  dramaturq,  şəxsiyyət  və  mütəfəkkir  kimi  mü-
rəkkəb inkişaf yolu keçən Şekspirin ən mükəmməl əsərlərindən biri 
də  “Romeo  və  Cülyetta”  faciəsidir.  Qədim  italyan  əfsanəsindən 
götürülmüş bu əsər 1937-ci il yanvar ayının 14-də Əhməd Cavadın 
tərcüməsində A. A. Tuqanovun quruluşunda səhnəyə qoyulmuşdur. 
Həmin tamaşada B. Şəkinskaya Cülyetta rolunu ifa edirdi. O, zaman 
22  yaşlı  Barat  xanım  bu  obrazı  çox  böyük  müvəffəqiyyətlə 
yaratmışdır. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
“Romeo və Cülyetta” tamaşasından səhnə. 
Romeo – Ü.Rəcəb, 
Cülyetta – B.Şəkinskaya  


 
21 
Barat  xanım  xatirələrində  yazır  ki;  “Hər  aktyorun  yaradı-
cılığında sevib, pərəstiş etdiyi bir yazıçı var. Mənim də qəlbimin ilk 
sözü Şekspir olmuşdur. Bu əziz müəllimimin əsərlərində ilk rolum 
“Romeo və Cülyetta” faciəsində Cülyetta rolu oldu. O, zaman hələ 
mənim  22  yaşım  vardı.  Mənim  gəncliyimdən,  təcrübəsizliyimdən 
qorxmayaraq  teatr  bu  rolu  mənə  tapşırdı.  Mənim  ikinci  bir  xoş-
bəxtliyimdə onda idi ki, bu tamaşanın quruluşçu rejissoru, Şekspir 
yaradıcılığını çox yaxşı bilən A. A. Tuqanov idi. 
“Romeo və Cülyetta” faciəsi təkcə dünənin deyil,  o, həm  bu 
günün, həm də sabahın faciəsidir. Dünya durduqca “Romeo və Cül-
yetta”  faciəsi  yaşayacaqdır.  Dünya  dramaturgiyasında  yaranan  na-
kam məhəbbət əfsanələrindəki gözəllər gözəli Cülyetta! Sən məhəb-
bət və səadət mücəssəməsisən. Sən xurafata boyun əymədin, öz saf 
məhəbbətinlə ona qalib gəldin”. 
B.  Şəkinskaya  Cülyetta  obrazını  çox  yüksək  aktyorluq  baca-
rığı  ilə  yaratmışdır.  O,  Cülyettanı  nağıl  qəhrəmanı  yox,  canlı,  dol-
ğun bir insan kimi  canlandırmışdır.  İlk səhnədə  atasına və anasına 
tabe olan Cülyetta-Şəkinskaya Romeo ilə görüşdükdən sonra mətin-
ləşirdi, özünün həyat haqqında ürəyindən keçən fikirləri aşıq-aşkar 
söyləyirdi. 
“Bakinski  raboçi”  qəzeti  (01.01.1937)  yazır  ki;  “Cavan  aktrisa 
Barat, ilk dəfə belə məsul rolu, gözəl Gülyettanın surətini çılğın, möh-
kəm  iradəli,  qoçaq,  eyni  zamanda  zərif,  fədakar  qızı  gözəl  cizgilərlə 
yaratdı. Ümumiyyətlə, Cülyetta siması tamaşaçıda dərin iz buraxır”. 
B.  Şəkinskaya  xatirələrində  qeyd  edir  ki;  “Bu,  mənə  verilən 
ilk qiymət idi. Cülyetta  rolu səhnə sənətimin ilk carçısı olub.  Öm-
rüm boyu mənimlə yanaşı yaşayıb”. 
H.  Orucəli  yazır  ki;  “Barat  xanım  Cülyettanı  sonsuz  sədaqətlə 
döyünən bir qəlb, atəşin etirazla, coşqun bir lirizmlə səciyyələndirirdi”. 
A. İsmayilova (1977) yazır ki; “Hələ 1937-ci ildə məşhur re-
jissor  A.  A.  Tuqanov  Baratın  “Romeo  və  Cülyetta”  tamaşasındakı 
ağıllı oyunu ilə əlaqədar onu daxili qüvvəyə, məlahətə, xarici zərif-
liyə  və  gözəlliyə  malik  olan,  böyük  ümidlər  verən  aktrisa  adlan-
dırmışdı. 


Yüklə 2,76 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə