İmran axundov



Yüklə 2,76 Mb.
Pdf görüntüsü
səhifə3/27
tarix21.07.2018
ölçüsü2,76 Mb.
#57463
1   2   3   4   5   6   7   8   9   ...   27

 
11 
Aktrisa Süsən obrazı  üçün özünə məxsus xarakter seçmişdir. 
O, Süsənin insanpərvərliyini, incə qəlbini böyük aktyor bacarığı ilə 
yaratmışdır. 
Xumarda  müsbət  qadın  obrazı  idi.  Barat  xanımın  ifa  eydiyi 
Xumar  Şeyx  Sənanı  dərin  məhəbbətlə  sevən  bir  qız  idi.  B.  Şəkin-
skayanın Xumarında tamaşaçı, eşqin, məhəbbətin böyüklüyünü gör-
müş  və  ona  inanmışdır.  Aktrisa  Xumarı  onun  gələcəkdə  görkəmli 
bir sənətkar olduğuna zəmin yaratmışdır. 
O zamanlar çox ağır aclıq illəri idi. B. Şəkinskaya aktyorlarla 
birlikdə  bütün  rayonları  gəzir,  tamaşalar  göstərirdilər.  Yay  gəldi, 
bütün  aktyor  turuppası  məzuniyyətə  çıxdı  (1933).  Məzuniyyətdən 
qayıtdıqdan  çox  az  bir  müddət  içərisində  teatr  səthi  təmir  olundu. 
Bir  tərəfdən  təmir  olunurdu,  digər  tərəfdən  isə  tamaşalar  göstə-
rilirdi. Bu illərdə C. Cabbarlı “Yaşar” pyesi hazırlandı. Yaşar rolunu 
A. M. Şərifzadə, Yaqut rolunu isə B. Şəkinskaya ifa edirdi. 
Barat  xanım  gənclik  dövründə  yaratdığı  ən  mükəmməl 
rollarda biri də Yaqut idi. Kəndli qızı, son dərəcə sadə olan Yaqutu 
aktrisa maraqlı mizanlarla yaratmışdır. Onun ifa etdiyi Yaqut Yaşarı 
böyük eşq ilə sevən əsl azərbaycanlı qızı idi. 
1934-cü  ildə  Abbasmirzə  Şərifzadə  artıq  Bakıya  köçmüşdür. 
Həmin  ilin  məzuniyyətindən  sonra  Ələkbər  Seyfi  əlacsız  qaldı, 
məcbur  oldu  ki,  Tiflis  teatrının  artistlərini  Gəncəyə  gətirsin.  Belə-
liklə,  Əhməd  Salahlı,  Əli  Şahsabahlı,  o  cümlədən  Solmaz  (Nina) 
Orlenskaya Gəncə teatrına dəvət olundular. Lakin əvvəl ki, kollek-
tivdən Əjdər Sultanov, İsmayıl Əfəndiyev, Kazım Ziya, İsmayıl Ta-
lıblı, Əmir Dadaşlı və Məxfurə xanım Gəncə teatrına sadiq qalmış-
dılar. 
1935-ci  ilin  məzuniyyətindən  qayıtdıqdan  sonra  Barat  xanım 
divardakı elanı oxudu. Həmin elanda “Şeyx Sənan”ın növbəti tama-
şasının  afişası  vurulmuşdur:  Şeyx  Sənan-Ə.  Salahlı;  Xumar-Sol-
maz; Nina-Barat ... 
Böyük  faciə  aktyoru  A.M.  Şərifzadə  ilə  Xumarı  ifa  edən        
B.  Şəkinskaya,  Abbasmirzə  gedəndən  sonra  özüdə  bilmədən  Nina 
roluna keçirilmişdir. 


 
12 
Bu  elanı  oxuduqdan  sonra  Barat  xanım  evə  gəlir  və  teatra 
zəng çalır, deyir ki, dayım ağır xəstədir. Həmin il o, Bakıya gəlir. 
Hələ  böyük  dramaturqumuz  Cəfər  Cabbarlı  Barat  xanımın 
artistlik  məharətini  eşitmiş  və  onu  indiki  Akademik  Milli  Dram 
Teatrına gətirmək istəyirmiş. Azərbaycan mədəniyyətinin inkişafın-
da misilsiz rol oynayan Cəfər Cabbarlı Barat Şəkinskayanı paytaxt 
teatrının  səhnəsində  görə  bilmir.  1934-cü  ilin  dekabrında  C.  Cab-
barlı rəhmətə gedir və Barat xanım 1935-ci ilin oktyabrında paytaxt 
teatrının səhnəsinə gəlir və bənzərsiz obrazlar qalereyası yaradır. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
13 
 
 
III FƏSİL 
 
AKTRİSA AKADEMİK MİLLİ  
DRAM TEATRININ SƏHNƏSİNDƏ 
 
 
 
Barat  öz  qəhrəmanını  hər  iki  ruhi 
vəziyyətdə  dərindən  duyaraq  və  sevərək 
oynayır. 
 
Prof. Cəfər Cəfərov 
 
 
Azərbaycanın  qədim  mədəniyyət  ocaqlarından  biri  də  Aka-
demik Milli Dram Teatrıdır. Bu teatrın şöhrəti bütün dünyaya yayıl-
mışdır. Teatrın əsas inkişafı 1920-ci ildən sonra baş vermişdir. 
Bu  teatrda  respublikamızın  ən  qabaqcıl  səhnə  xadimləri  çalı-
şırdılar.  Mirzağa  Əliyev,  Sidqi  Ruhulla,  Hacağa  Abbasov,  Abbas-
mirzə  Şərifzadə,  Ülvi  Rəcəb,  Panfiliya  Tanailidi,  İsmayıl  Hida-
yətzadə,  Əzizə  Məmmədova,  Rza  Təhmasib,  Mustafa  Mərdanov, 
Ağahüseyn  Cavadov,  Ağasadıq  Gəraybəyli,  Rza  Əfqanlı,  Möhsün 
Sənani,  Mərziyə  Davudova,  Əli  Qurbanov,  Sona  Hacıyeva  kimi 
sənətkarlar öz ecazkar ifaları ilə tamaşaçıların ruhunu oxşayırdılar. 
Teatra  daha  sonralar  Ələsgər  Ələkbərov,  Barat  Şəkinskaya,  Fatma 
Qədri,  İsmayıl  Dağıstanlı,  Məmmədəli  Vəlixanlı,  Əjdər  Sultanov, 
İsmayıl Osmanlı, Məhluqə Sadıqova, Sofa Bəsirzadə, Hökumə Qur-
banova,  Leyla  Bədirbəyli,  Nəcibə  Məlikova,  Ağadadaş  Qurbanov 
kimi yüksək səviyyəyə malik olan görkəmli aktyorlarda qədəm qoy-
dular. Onlar dünyanın  ən məşhur  teatrlarının  ən-ənələrini öz ifaları 
ilə tamaşaçılara göstərirdilər. O dövrdə kollektivin ən ümdə arzusu 
hər dövrün güzgüsü olan repertuar yaratmaq idi. 


 
14 
İlk  dəfə  yəni  1873-cü  il  mart  ayının  10-da  teatr  pərdələrini  
Nəciblər klubunda M. F. Axundovun  (M.F.Axundzadə) “Lənkəran 
xanın  vəziri”  komediyası  ilə  açmışdır.  Əsərdə  M.  F.  Axundov  öz-
başnalığı tənqid atəşinə tutmuş, qadın azadlığı, azad sevgi haqqında 
fikirlər irəli sürmüşdür. 
Bunda  sonra  teatr  inkişaf  etmiş  və  1920-ci  ildən  başlayaraq 
yaradıcılığının kulminasiya nöqtəsinə çatmışdır. Bu illərdə C. Cab-
barlının və H. Cavidin əsərlərindən başqa “Hacı Qara”, “Don Juan”, 
“Həyatın  dibində”,  “Müfəttiş”,  “Qaçaqlar”  və  s.  əsərlər  tamaşaya 
qoyulmuş, teatrın böhrandan çıxmasına xeyli kömək etmişlər. 
Əlbəttə  o  dövrdən  söhbət  düşəndə  teatrın  inkişafında  Cəfər 
Cabbarlının  xidmətlərini  qeyd  etməmək  mümkün  deyil.  O,  teatr 
üçün  həm  pyes  yazır,  həm  əsər  tərcümə  edir,  həm  rollara  iştirakçı 
tapır  və  həm  də  pyeslərə  quruluş  verirdi.  Belə  bir  zamanda  Cəfər 
Cabbarlını  ən  çox  narahat  edən  qadın  rollarını  kişilərin  ifa  etməsi 
idi. O, dövrdə yəni 20-ci illərdə Əzizə xanım Məmmədova çarşabını 
atıb, qızı Sona xanım Hacıyeva ilə birlikdə teatra gəlir. Teatrda olan 
boşluğu müəyyən qədər doldurur. Sonra Mərziyə Davudova gəlir və 
mürəkkəb qadın obrazları yaradır. 
Otuzuncu  illərin  ortalarında  artıq  C.  Cabbarlı  rəhmətə  get-
mişdir. Azərbaycan qızları səhnəyə axışır. Lakin bu xoş günü böyük 
dramaturq görə bilmir. Bu illərdə yəni 1940-cı ilə qədər teatra Barat 
Şəkinskaya  (1935),  Məhluqə  Sadıqova  və  Hökümə  Qurbanova 
(1936),  Sofa  Bəsirzadə,  Nəcibə  Məlikova,  Mirvari  Novruzova, 
Əminə  Sultanova  (Nağıyeva),  Hökumə  İsmayılova  (Qasımova), 
Böyükxanım  Axundova,  Qüdsiyyə  Qafarova,  Rüxsarə  Ağayeva 
(1938) kimi gənc qüvvələr gəlir. Onu da qeyd edək ki, 20-ci illərdə 
teatra  ilk  azərbaycanlı  aktrisalar  gəldi:  Əzizə  Məmmədova,  Sona 
Hacıyeva.  Barat  Şəkinskaya  Azərbaycan  teatr  tarixində  üçüncü 
azərbaycanlı  aktrisadır  ki,  səhnəyə  qədəm  qoyur  və  baş  rolların 
ifaçısı kimi özünə geniş şöhrət qazanır. 
Barat  xanım  Şəkinskayanın  paytaxt  teatrına  gələndə  21  yaşı 
var  idi.  Artıq  teatrda  yaşlı  və  orta  nəsilin  aktyorları  çalışırdılar.      
M. A. Əliyev, S. Ruhulla, A. M. Şərifzadə, Ü. Rəcəb, P. Tanailidi, 


Yüklə 2,76 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə