İmran axundov



Yüklə 2,76 Mb.
Pdf görüntüsü
səhifə4/27
tarix21.07.2018
ölçüsü2,76 Mb.
#57463
1   2   3   4   5   6   7   8   9   ...   27

 
15 
Ə. Məmmədova, İ. Hidayətzadə, A. S. Gəraybəyli, M. Davudova və 
başqa  böyük  sənət  bahadırları  ilə  tərəf  müqabili  olmaqla  gənc 
aktrisanın yaradıcılıq məsuliyyəti artırırdı. 
B. Şəkinskaya o dövrləri belə xatırlayırdı; “1935-ci il sentyabr 
ayının 1-də mən Əzizbəyov adına Azərbaycan Dram Teatrına daxil 
oldum. Teatrın direktoru Hacıbaba Nəzərli idi. Köhnə tamaşalardan 
“Sevil”də  Gülüşü  oynamalı  idim.  Təzə  tamaşa  da  hazırlayırdılar. 
Qurban Musayevin “Qızıl çeşmə” pyesində Gülünsər rolunda məni 
yoxlamaq  istədilər.  Ülvi  Rəcəb  qardaşımı  oynayırdı.  İlk  rolum 
xoşuna  gəldi.  “Sevil”də  Adil  İsgəndərovun  məsləhəti  ilə  (o,  teatra 
Moskvadan  diplom  tamaşası  hazırlamağa  gəlmişdi)  Gülüş  rolunu 
mənimlə Aleksandr Aleksanaroviç Tuqanov hazırladı”. 
B.  Şəkinskaya  hələ  1932-ci  ildə  Gəncədə  Adil  İsgəndərovun 
həvəskarlarla hazırladığı “Sevil”də Gülüşü ifa etdiyi üçün bu teatrda 
da ilk dəfə bu obraz ilə tamaşaçı qarşısında çıxış etdi. 
B. Şəkinskaya “Sevil” pyesindəki Gülüş obrazını 1935-ci ilin 
oktyabrında ifa etdi. Tamaşanın rejissoru A. A. Tuqanov idi. 
Barat  xanımdan  əvvəi  teatrın  Yeva  Olenskaya  kimi  yaxşı 
Gülüşü  var  idi.  Adil  İsgəndərovun  fikrincə  B.  Şəkinskaya  Gülüşü 
daha  yaxşı  ifa  edirdi.  Məşq  prosesində  Rza  Əfqanlı  Barat  xanıma 
çox kömək etmişdir. Beləliklə, Barat xanım ilk dəfə olaraq paytaxt 
teatrının  səhnəsində  Gülüş  rolunda  çıxış  etdi.  Aktrisanın  ifasında 
Gülüş müasir həyata açıq baxan qız idi. O, qardaşı arvadı Sevili özü 
ilə birlikdə yeni həyata aparmaq istəyirdi. Onu öz səviyyəsinə yük-
səltməyə çalışırdı.  Lakin Sevil onun sözlərinə əhəmiyyət  vermirdi. 
Ona  görə  də  Gülüş-Şəkinskayanın  tez-tez  işlətdiyi  “Yazıq  Sevil! 
Sən nə qədər  yazıqsan.  Ax, Sevil, sən doğrudanda  yazıqsan” və s. 
bu  kimi  dediyi  sözlər  ilə  Gülüş-Şəkinskaya  Sevili  qəflət  yuxusun-
dan oyatmaq istəyirdi. Lakin ... 
Aktrisanın  bu  ilk  müvəffəqiyyətindən  yadda  qalan  ən  yaxşı 
səhnələrdən biri də Gülüş atasını qonaqlara təqdim  etdirmə səhnə-
sidir. Bu səhnədə tamaşaçı gənc aktrisa olan Barat xanımın gələcək-
də  böyük  sənətkar  olacağına  inanırdı.  Həmin  səhnənin  gərgin 
yerində  Balaş-Əfqanlı,  Gülüş-Şəkinskayaya  “-Gülüş,  dilini  kəs! 


 
16 
Mən sənin dilini burub, boynuvun sapından çıxararam”. Burada bö-
yük sənətkar Rza Əfqanlı Gülüş əvəzinə səhvən Barat deyib. Lakin 
nə tamaşaçılar, nə də aktyor yoldaşarı bunu onun üzünə vurmadılar. 
B. Şəkinskaya Gülüşün söylədikləri monoloqların, dialoqların 
hamısında öz fitri istedadını tamaşaçılara göstərmişdir: “-Gücsüz bir 
qadını dustaqda saxlayıb qapıları onun üzərinə qapamaq, onun gü-
nüsünü evə gətirib, ona güldürmək, mənim atama yaramaz ölü pal-
tarı geyindirib heyvan kimi ağzını qapamaq və dilini bağlamaq, sər-
səm  bir meymun  kimi,  cansız bir marionetka kimi  barmaq ucunda 
oynatmaq! Yox, artıq mən sənin üçün dəli Gülüş deyiləm, mən indi 
bayquş  qəhqəhəsiyəm  ki,  bütün  həyat  uzunu  sənin  qulaqlarında 
partlayacağam”.  Bu  sözləri  deyib  iti  adımlarla  səhnəni  tərk  edən 
Gülüş-Şəkinskaya Azərbaycan qızına xas olan mərdliyi tamaşaçıya 
açıq, aydın göstərirdi. 
Aktrisa  xatirələrində  yazır;  “Səsim  Tuqanovun  xoşuna  gəl-
mişdi.  Amma  nöqsanlarım  var  idi.  Sözlərin  axırını  yeməyim  onu 
əsəbləşdirirdi.  O,  çatışmazlıqlarıma  heç  vaxt  biganə  qalmırdı.  Gü-
lüşü, sonra da Gülümsəri babat oynadım. Özüm  də, Adil də,  yaxşı 
bilirdik  ki,  bu  rolu  Gəncədə  qat-qat  yaxşı  oynamışdım.  Kollektivə 
təzə daxil olmaq, Mərziyə xanım, Sidqi Ruhulla, Rza Əfqanlı ilə üz-
üzə gəlmək... Onlarla səhnədə tək qalmaq... Əlbəttə, sıxılırdım, uta-
nırdım, nəhayət, çəkinirdim”. 
Şübhəsiz  ki,  bu  sözlər  Barat  Şəkinskayanın  təvəzökarlığına 
sübutdur.  Ulduz  kimi  Azərbaycan  səhnəsində  parlayan  bu  misilsiz 
sənətkar yenə də öz sənətindən, yüzlərlə mürəkkəb xarakterli qadın 
obrazlarından  razı  qalmırdı.  Bu  vaxt  mənim  yadıma  xalqımızın 
müqəddəs bir kəlamı düşür: “Ağac bar gətirdikcə başını aşağı əyər”. 
Həmin  ildə  (1935)  Azərbaycan  səhnəsində  bir  rejissor  kimi 
Adil İsgəndırov müasir mövzudan bəhs edən və həm də özünün dip-
lom  tamaşası  kimi  A.  Korneyçukun  “Polad  Qartal”  (“Platon  Kre-
çet”) pyesinə quruluş verdi. O, balaca Şəfiqə (Maya) roluna 22 yaşlı 
Baratı seçdi. Amma əsər Mustafa Mərdanov və Ülvi Rəcəb tərəfin-
dən  tərcümə  və  təbdil  olunduğuna  görə  onlar  buna  razılıq  vermə-
dilər. Çünki ilk adımlar olduğu üçün ona inanmırdılar. Şəfiqə rolu-


 
17 
nu o dövrdə uşaq rollarının kamil ifaçısı sayılan Cavahir Hüseynova 
ilə yanaşı B. Şəkinskayayada tapşırdılar. 
Məşq  prosesində  Barat  xanıma  ümid  artdı.  1936-cı  il  yanvar 
ayının  3-də  “Polad  Qartal”  əsərinin  ilk  tamaşalarını  B.  Şəkinskaya 
ifa etdi. Bu obraz ilə Barat xanım uşaq rollarının ifaçısı ola biləcəyi-
ni sübut etdi. 
 “Polad  Qartal”  tamaşasındakı 
Şəfiqə obrazı keçmiş Sovetlər İttifa-
qına  səs  salmışdır.  Bu  rolu  kimlər 
ifa  edibsə,  hamı  tamaşaya  ona  görə 
gəlirdilər.  Şəfiqə  tamaşanın  ancaq 
ikinci pərdəsində idi. Aktrisa bu rolu 
o  qədər  gözəl  və  səmimi  ifa  edirdi 
ki, tamaşaçılar onu sürəkli alqışlarla 
qarşılayırdılar.  Ona  görə  rejissor 
Adil  İsgəndərovun  təklifi  ilə  Şəfiqə 
obrazına söz əlavə edib B. Şəkinska-
yanı  sonuncu  pərdəyədə  saldılar.  O 
vaxtdan  yəni  1936-cı  ildən  1954-cü 
ilə kimi düz on səkkiz il bütün uşaq 
rollarını Barat xanım ifa etdi. 
Adilə İsmayılova “Azərbaycan 
qadınları  səhnədə”  (Bakı-1977)  adlı 
kitabında yazır ki; “Az vaxt içərisin-
də  Şəkinskaya  çox  istedadlı  və 
ümidverici  bir  aktrisa  kimi  tanınır. 
1936-cı 
il  də  B.  Şəkinskaya            
M. Əzizbəyov adına Aəzrbaycan Dövlət Dram  Teatra dəvət edilir. 
Burada  onun  ilk  rolu  A.  Korneyçukun  “Polad  Qartal”  əsərindəki 
Şəfiqə obrazı olur. Bu obraz onu tamaşaçılara sevdirir”. 
B.  Şəkinskaya  xatirələrində  yazır  ki;  ““Polad  Qartal”ın  ilk 
tamaşası  günü  baş  rejissor  Tuqanov  otağa  gəlib  məni  təbrik  elədi. 
Dedi  ki,  Meterlinqin  “Göy  quş”  adlı  gözəl  bir  əsəri  var.  Orda  çox 
B.Şəkinskaya – Şəfiqə 
rolunda 


Yüklə 2,76 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə