İmran axundov



Yüklə 2,76 Mb.
Pdf görüntüsü
səhifə27/27
tarix21.07.2018
ölçüsü2,76 Mb.
#57463
1   ...   19   20   21   22   23   24   25   26   27

 
93 
 
Məmməd  Mərdanov 
və  Nazim  Sadıqov  “Azər-
baycan  teatr  aktyorları  ki-
noda” (1966) adlı kitabında 
yazırlar  ki;  “Görüş  filmin-
dəki  kolxozçu  Şövkət-B. 
Şəkinskaya kəndin qabaqcıl 
və  nəcib  adamları  ilə  bir-
likdə, namus və şərəflə çalı-
şan qadındır. O, ərinin onun 
hesabına  dolanmasına  adət 
etmişdir.  Bu  filmin  birinci 
yarısında  B.  Şəkinskayanın 
sifətindəki gizli ironiya ciz-
giləri  ilə  arabir  özünü  bü-
ruzə  verir.  Həmişə  sakit  və 
təmkinli  görünən-B.  Şəkin-
skaya  özündə  nə  isə  bir 
ağırlıq  və  nigarançılıq  hiss 
edir. Bu narahatlıq onun əri 
Şıxəlinin  tənbəlliyindən  üz 
verir. Şıxəli “ayrılıq” epizo-
dunda  nə  qədər  çığır-bığır 
salırsa,  Şövkət-B.  Şəkinskaya  bir  o  qədər  təmkinlidir.  Şövkət-B. 
Şəkinskaya  bu  epizodlarda  bir  dəfə  köks  ötürür.  Bunu  aktrisa  elə 
məharətlə  ifa  edir  ki,  tamaşaçı  onun  dərdinə  qalır,  nigarançılığa 
inanır.  Budur,  həmişə  sakit  görünən,  ərinin  itaətində  olan  Şövkət-
Şəkinskaya  qəti  hücuma  keçmişdir.  O,  ərinin  düzəlməsinə,  çay-
xanadan əl çəkməsinə, əmək sevməyən Əbülfəzdən ayrılmasına və 
işdən  yapışmasına  çalışır.  Şövkət-Şəkinskaya  artıq  ərinin  öz  yol-
daşları  ilə  görüşməsinə  mane  olur.  Şövkət-B.  Şəkinskaya  ərinin 
qüvvətinə, iş bacarığına inanır. O, ərinə sadiqdir. 
Bütün bunları B. Şəkinskaya çox inandırıcı, real, xırda hərəkət 
və detallarla səmimi gülüş doğura bilən ustalıqla həll edir. 
Şövkət – B.Şəkinskaya, 
Şıxəli – Ə.Ağayev 
(“Görüş” filmi) 


 
94 
Budur,  yarış  dostları-Özbəkistan  kolxozçuları  qonaq  gəl-
mişlər.  Kolxozda  böyük  şənlikdir.  Şənlikdə  əmək  qabaqcıllarından 
biri olan Şövkət-B. Şəkinskayanı özbək kolxozçularından biri rəqsə 
dəvət  edir.  Şövkət-B.  Şəkinsaya  rəqsə  qalxır,  o,  bundan  da  ərinin 
düzəlməsi  üçün  istifadə  edir.  Rəqsə  bir  o  qədər  də  meyli  olmayan 
Şövkət-B.  Şəkinskaya  həyətin  o  başından  gələn  ərinin  nəzərləri 
altında elə bacarıqla süzür, elə oynayır ki, ərini sarsıdır, onu düşün-
məyə  vadar  edir  və  indi  daha  öz  oğrun  baxışlarını  ondan  çəkmir. 
Rəqs  edir,  baxışları  ərinin-Şıxəlinin  (akt.  Ə.  Ağayev)  baxışları  ilə 
toqquşanda  isə  sanki,  onu  yoxlayır  və  “səndən  əl  çəkə  bilərəm, 
mənim  ətrafımda  şərəfli  əmək  adamları  olmalıdır”  deyir.-Bunlar 
Baratın ifasında olduqca səmimi və inandırıcıdır”. 
Azərbaycan  kinosunda  ilk  dolğun  obaz  yaradan  Barat  xanım 
Şəkinskayanın  ifası  bu  gün  də  öz  təravətini  saxlamışdır.  Çünki,  o, 
Şövkəti  sevərək,  ona  öz  qəlbinin  hərarətini  verərək  yaratmışdır. 
Şövkət-Şəkinskayanı tamaşaçıya sevdirən onun bacarığı və zəhmət-
sevərliyindən  başqa  həm  də  gözəlliyi  idi.  Aktrisanın  ifası,  onun 
daxilində  gizlənmiş  temperament  obazı  incəliyinə  qədər  açmağa 
imkan yaradırdı. 
Beləliklə,  “Görüş”  filmindəki  Şövkət  B.  Şəkinskayanın  ifa-
sında Azərbaycan kinosunda yaranmış ən bitkin obrazlardan biridir. 
1956-cı  il  də  Azərbaycan  milli  kinomuzun  ən  gözəl  sənət 
nümunələrindən  biri  olan  dahi  Üzeyir  Hacıbəyovun  1910-cu  ildə 
qələmə  aldığı  “O  olmasın,  bu  olsun”(“Məşədi  İbad”)  komediyası 
görkəmli rejissor Hüseyn Seyidzadənin quruluşunda ekranlaşdırıldı 
və tamaşaçılara təqdim olundu. 
Xalq  yazıçısı,  akademik  Mirzə  İbrahimov  yazır  ki;  “Bu 
komediya  təkcə  Üzeyir  Hacıbəyovun  yaradıcılığında  deyil,  bütün 
Azərbaycan  ədəbiyyatında  ən  yaxşı  komediyalardan  biri  olmaqla 
həm məzmunu, ideyasının dərinliyi, ifşaçılıq qüvvəsi cəhətdən həm 
də bədii keyfiyyətləri ilə klassik səviyyəyə qalxır. Burada da müəllif 
zəmanəsi  üçün  səciyyəvi  olan  mütərəqqi  və  mürtəce  qüvvələr 
arasındakı mübarizəni dramatik konfiliktin mərkəzinə qoymuşdur”. 


 
95 
Məhz bu keyfiyyətlərinə görə Ü. Hacıbəyovun “O olmasın, bu 
olsun”  komediyası  əsrlər  keçdikcə  öz  təravətini  itirməyəcəkdir  və 
onun üzərinə heç bir solğunluq tozu qonmayacaqdır. 
“O olmasın, bu olsun” filminə Azərbaycan teatrının görkəmli 
aktyorlarının  əksəri  çəkilib.  İstər  birinci,  ikinci  və  üçüncü  dərəcəli 
rolları ifa edən aktyorların hamısı elə böyük sənətkarlıq göstəriblər 
ki, neçə on illiklər keçməsinə baxmayaraq filmə baxan tamaşaçılar 
o dövrün sənətkarlarını böyük ehtiramla yad edirlər. 
Azərbaycan  kinosunun  in-
cisi  olan  bu  nadir  ekran  əsərində 
Barat  Şəkinskaya  qulluqçu  Sənə-
mi  böyük  sənətkarlıqla  tamaşaçı-
lara təqdim edirdi. Sənəm-Şəkins-
kayanın  ifasında  əvəzsiz  idi.  Ak-
trisa  Sənəmi  ifa  edərkən  hiss  olu-
nur  ki,  obrazın  daxilinə  düzgün 
nüfuz  etmiş  və  qəhrəmanını  hər 
adımda tamaşaçılara sevdirmişdir. 
Sənəm  müfsizləşmiş  Rüs-
təm  bəyin  (bu  rolu  xalq  artisti   
A.  Gəraybəyli  ifa  edirdi-İ.A.) 
qulluqçusu  idi.  O,  Rüstəm  bəyin 
qızı  Gülnazı  balası  kimi  böyüt-
müşdür.  Əsərdə  Sənəm  kimsə-
sizdir, o, sadəcə olaraq qulluqçu-
dur. Lakin Üzeyir bəyin zəkasın-
dan  və  Barat  xanımın  ifasından  yaranan  Sənəm  obrazını  tamaşaçı 
istər-istəməz  ana  kimi  görürdü.  Çünki  o,  Gülnazı  həqiqətən  öz 
balası  kimi  böyütmüşdür.  Bu  əsasən  Sənəmin  Gülnazla  birlikdə 
Məşədi İbadla görüş səhnəsində aydın görünürdü. İçəri daxil olanda 
Sənəm-Şəkinskaya  Gülnazın  əlindən  tutur.  Qorxur  ki,  qoca  baqqal 
olan Məşədi İbad qızı onun əlindən alar. 
Aktrisanın ifasında Sənəm həm də duzlu idi. Onun hər epizodu 
tamaşaçıların  gülüşünə  səbəb  olurdu.  Lakin  bu  adi  gülüş  deyildi, 
B.Şəkinskaya – Sənəm rolunda 


 
96 
inandırıcı, düşündürücü gülüş idi. Barat Şəkinskayanın sənətkar kimi 
böyüklüyü  onda  idi  ki,  yaratdığı  bütün  ekran  obrazları  tamaşacıları 
düşündürməyə,  qəlbinin  güzgüsünü  onlara  göstərməyə  və  bu  güz-
güdən hər bir insanın mənfi və müsbət çəhətini görməyə səsləyirdi. 
M. Məmmədov və N. Sadıxov (1966) yazırlar ki; “Sənəm ob-
razı B. Şəkinskayanın  yaradıcılığında kiçik, lakin  dərin mənalı kino 
roludur.  Sənəm-Barat  Şəkinskaya  hüquqsuz  alınıb  satılan  bir  insan-
dır. Lakin bu insanın da öz hissi, adamlara münasibəti, pərvanə kimi 
başına dolanıb isnişdiyi adama hörməti vardır. Filmdə Rüstəm bəyin: 
-Gülnaz  bu  evdən  köçən  kimi,  sən  də  yığışıb  rədd  olub  ge-
dəsən-ibarəsindən sonra onsuz da Sənəmin qəlbinin dərinliklərində 
sığınıb  qalan  dərdi  kövrəlir.  Barat  Şəkinskaya  zülmət  altında  inlə-
yən Azəri qadınlarının qəmli fikirlərini ümumiləşdirmə yolu ilə apa-
rır. Bu epizodda Sənəm-B. Şəkinskaya təbii, səmimi və realdır. 
Gülnazla Sərvərin görüş epizodlarından Sənəm-B. Şəkinskaya, 
onların səadətini arzulayan bir qadın kimi nəcib, pak və oynaqdır. 
Filmin  finala  yaxın  hissəsində  Gülnaz  qaçırılandan  sonra 
Sənəmin-Şəkinskayanın  qapı  dalında  çarşaba  bürünüb  hazır  daya-
naraq əmr gözləməsi və sonra Məşədi İbada ərə getmək üçün razılıq 
verməsi,  əzilən  yenə məzlum xalq,  təhqir olunan da məzlum xalq-
dır-deyə aktyorun ifasında sanki, səslənəcək bütün obrazın leytmoti-
vinə çevrilir. 
Bu leytmotivdə,  əzab və əziyyət içərisində çırpınan Şərq qa-
dınlarının  iniltili  sədaları,  böyük  musiqiçinin  təranəsinə  qarışaraq 
obrazın daxilindən gələn “ah”la, razılıq əlaməti olaraq, cavab gözlə-
yənlərə  Sənəmin-B.  Şəkinskayanın  “hə,  hə”  deməsi  sarsıdıcıdır. 
Burada, Baratın mimikası və başının tərpətməsi, istedadlı müğənni-
nin (Ş. Ələkbərovanın) yanıqlı səsi kömək olur. 
Xırdalıqlarla dolu sifət ifadələri, dəqiq və əvəz edilməz plas-
tika,  incə  nüanslar  B.  Şəkinskayanın  yaradıcılığına  xas  olan  gözəl 
keyfiyyətlərdir”. 
Göründüyü  kimi  rejissor  H.  Seyidzadə  Sənəm  rolunu  Barat 
xanıma  tapşırmaqla  milli  kinomuzu  mükəmməl  qadın  obrazı  ilə 
zənginləşdirmişdir. 


 
97 
Aktrisa  xatirələrində  yazır  ki;  “Mən  çox  xoşbəxtəm  ki,  “O 
olmasın, bu olsun” kinokomediyasında çəkilmiş, dahi bəstəkarımızın 
əsərinin  ekranlaşdırılmasında  öz  aktyor  həmkarlarımla  birgə  yaxın-
dan  iştirak  edə  bilmişəm.  Əlbəttə  mən  ekran  qəhrəmanlarımında 
səhnə obrazlarım qədər dolğun və yaddaqalan olmasını istəyirdim...” 
Yazdığınız  həqiqərdir  Barat  xanım!  Kino  da  yaratdığınız 
Şövkət və Sənəm obrazları, teatrda tamaşaçıların qəlbini fəth etdiyi-
niz  Cülyetta,  Aida,  Kordeliya,  Viola,  Dezdenona,  Şirin,  Mironda-
lina  kimi  daim  yadda  qalacaq  və  mədəniyyətimizin  tarixində  yeri-
nizi hər an möhkəmlədəcəkdir. 
1957-ci  ildə  H.  Seyidbəylinin 
ssenarisi  əsasında  Lətif  Səfərovun 
çəkdiyi  “Qızmar  günəş  altında”  fil-
mi ekranlara buraxıldı. Rolun böyük 
və  kiçik  olması  aktrisanı  maraqlan-
dırmırdı.  Barat  xanımı  həmişə,  ta-
maşaçıya  yeni  söz  demək,  yeni  ruh 
vermək  düşündürürdü.  Və  görkəmli 
sənətkar buna müvəffəq olurdu. 
“Qızmar  günəş  altında”  fil-
mində  B.  Şəkinskaya  kəndin  savad-
sız həkminin bacısı və öz mənafeyi-
ni  güdən  kolxoz  sədri  Sərdarovun 
arvadını ifa edirdi. 
Bu  filmdə  Barat  xanımın  ya-
ratdığı obraz epizod idi. Lakin aktri-
sa dayaz düşüncəli, burnundan uzağı 
görməyən  ucqar  kənd  qadının  su-
rətini yarada bildi. Filmdə aktrisanın oyun manerası, cəldliyi, obra-
zın daxilinə düzgün nüfuz etməsi tamaşaçıya böyük zövq verirdi və 
aktrisanın böyüklüyü teatr da olduğu kimi, kino da da təsdiqlənirdi.
 
 
Barat  xanım 1958-ci  ildə “Kölgələr sürünür” filmində katibə 
(ssenari  Q.  Musayev,  rej.  İ.  Əfəndiyev);  1961-ci  ildə  “Qəribə 
əhvalat” qısametrajlı filmində Tükəzban (ssenari M. Allahverdiyev 
B.Şəkinskaya – Tükəzban 
rolunda 


 
98 
və  Y.  Sadokovski,  rej.  Ş.  Şeyxov);  1962-ci  ildə  “Telfonçu  qız” 
filmində Zakirin anası (ssenari H. Seyidbəyli və İ. Annenski, rej. H. 
Seyidbəyli); 1978-ci ildə “Evin kişisi” filmində Yaşlı qadın (ssenari 
İ. Məlikzadə, rej.  T.  Tağızadə); 1980-cı  ildə “Onun bəlalı  sevgisi” 
filmində Nənə (ssenari B. Bayramov və İ. Strekov, rej. Z. Abbasov) 
kimi obrazlar yaratmışdır. 
1962-ci  ildə  B.  Şəkinskaya  “Telfonçu  qız”  filmində  Zakirin 
anası roluna çəkildi. Bu obraz ilə aktrisa öz səmimiliyi, Azərbaycan 
qadınına  xas  olan  mədəniyyəti  və  sözün  həqiqi  mənasında 
mükəmməl bir ana obrazını tamaşaçılara təqdim etdi. 
1980-ci  ildə  aktrisa  “Onun 
bəlalı  sevgisi” filmində son dərəcə 
ziyalı,  ağıllı,  tərcüməçi  bir  nənə 
obrazını  yaratdı.  B.  Şəkinskayanın 
ifa etdiyi nənə üzündən nur yağan, 
geniş  təfəkkürə  malik  olan  qələm 
sahibi idi. Yaşının müəyyən dövrdə 
olmasına baxmayaraq  Barat  xanım 
ifa  etdiyi  bu  ağ  saçlı  qadın  Azər-
baycan  analarının  ümümiləşdiril-
miş obrazı idi. 
B. Şəkinskaya üçün ifa etdiyi 
obazın  hansı  təbiətə  malik  olması 
əsas  şərt  deyildi.  Cünki  Aktrisa 
üçün  roldan-rola  girmək,  hər  də-
qiqə  müxtəlif  hallara  düşmək  adi 
hal idi. Ona görə də teatrda olduğu 
kimi  Barat  xanımın  ekran  qəhrə-
manlarıda  bir-birlərindən  kəskin 
fərqlənirdi. 
Barat xanım Şəkinskaya kimi nadir istedad sahibi gərək kino 
yaradıcılığına daha cox diqqət yetirərdi. Çünki indi ki, nəsil böyük 
sənətkarın  özünü,  onun  bənzərsiz  ifasını  məhz  ekranda  görür  və 
qürur hissi keçirirlər ki, belə bir aktrisa məhz azərbaycanlıdır. 
B.Şəkinskaya – Nənə rolunda 


 
99 
1999-cu  il  yanvar  ayının  13-də  Barat  xanım  85  yaşında 
dünyasını  dəyişdi.  Mən  bu  acı  xəbəri  axşam  televiziya  vasitəsi  ilə 
eşitdim. Və o, soyuq qış axşamında onlara getdim. Evlərində Azər-
baycan  mədəniyyətinin  bir  çox  görkəmli  nümayəndələri  toplan-
mışdır. Oğlu,  görkəmli  rəssam Elçinə baş sağlığı verib, geri qayıt-
dım. Səhərisi  yanvarın 14-də Barat xanımla Akademik Milli Dram 
Teatrında vida mərasimi oldu. Mərasimdə dövlət və hökumət nüma-
yəndələri,  tanınmış  mədəniyyət  və  incəsənət  xadimləri  ilə  yanaşı 
sadə  insanlar  da  toplaşmışdılar.  Fəxri  qarovulda  dayananların  ara-
sında mən də var idim. Barat xanımın ifa etdiyi “Otello” və “Fərhad 
və  Şirin”  radio  tamaşalarından  parçalar  səsləndirildi.  Sonra  mətəm 
mitinqini baş nazirin müavini açıq elan etdi. Barat xanım haqqında 
xalq artistləri Məhluqə Sadıqova, Lütfi Məmmədbəyov, Yaşar Nuri 
və  başqa  şəxslər  xatirələrin  danışdılar.  Matəm  mintinqi  bağlı  elan 
ediləndən  sonra  cənazə  ikinci  fəxri  xiyabanda  torpağa  tapşlırdı. 
Azərbaycan mədəniyyəti özünün bir böyük sənətkarınıda itirdi. 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
100 
 
NƏTİCƏ 
 
 
Barat xanım Şəkinskayanın sənəti səhnəmiz və kinomuz üçün 
böyük  əhəmiyyətə  malikdir.  Ona  görə  ki,  bu  sənət  sağlam  əsaslar 
üzərində yaranmış, böyümüş və inkişaf etmişdir. Mən Barat xanım 
haqqında ona görə əhatəli danışmağı qarşıma məqsəd qoydum ki, o, 
sözün tam mənasında böyük bir sənətkardır. 
B.  Şəkinskayanın  istər  teatr  da,  istərsədə  kinoda  yaratdığı 
obrazlar  Azərbaycan  mədəniyyətinin  nadir  inciləridir.  Çünki  onun 
qəhrəmanları  zahiri  effektdən  çox  uzaqdır.  O,  öz  istedadını  obraza 
düzgün münasibətdə səhnədə və ekranda yaşayaraq, yaratmağa sərf 
etmişdir. 
Aktrisanın sənətkar qəlbinin məhsulu olan bu səhnə və ekran 
qəhrəmanları  tamaşaçıları  düşündürən  mükəmməl,  dərin  obrazlar-
dır.  B.  Şəkinskayanın  ifa  etdiyi  obrazlar  geniş  dünya  görüşünə 
malik insanlardır. 
Barat Şəkinskayanın Azərbaycan teatrı tarixində yeri heç vaxt 
unudula bilməz. Nə qədər teatr və kinomuz var, Barat Şəkinskayada 
var! 
 
 
Bakı 
1994-1999. 
 
 
 
 
 


 
101 
 
BAŞLIQLAR 
 
 
GİRİŞ ............................................................................................. 5 
 
I FƏSİL 
Aktrisanın həyatı və ilk səhnə fəaliyyəti ........................................ 6 
 
II FƏSİL 
Aktrisa və Gəncə Teatrı ................................................................. 10 
 
III FƏSİL 
Aktrisa Akademik Milli Dram Teatrının səhnəsində ..................... 14 
 
IV FƏSİL 
Aktrisa repressiya illərində ............................................................ 28 
 
V FƏSİL 
Aktrisa yaradıcılıq zirvəsində ........................................................ 34 
 
VI FƏSİL 
Aktrisa və kino ............................................................................... 92 
 
NƏTİCƏ…...........................................................................................101 
 
 
 
 
 
 
 
 
 


 
102 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Имран Адиль оглы Ахундов 
«Барат Шекинская» 
монография  
(на азербайджанском языке) 
Баку – Мутарджим – 2014


 
103 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Kitab “Mütərcim” Nəşriyyat-Poliqrafiya Mərkəzində 
 səhifələnmiş və çap edilmişdir. 
 
Няшриййат редактору – Ялиш АЬАМИРЗЯЙЕВ 
Kompyuter tərtibatı – Gövhər ALLAZOVA 
Üz qabığının dizaynı – Cavid KİŞİYEV 
 
Чапа имзаланыб: 07.03.2014. 
Формат: 60х84 1/16. Гарнитур: Тимес. 
Щяъми: 6,5 ч.в. Тираж: 200. Сифариш № 49.  
Гиймяти мцгавиля иля. 
 
 
ТЯРЪЦМЯ 
ВЯ НЯШРИЙЙАТ-ПОЛИГ РАФИЙА 
МЯРК ЯЗИ
Аз 1014, Бак ы
, Рясул Рза к цч., 125
596 21 44; 497 06 25; (055) 715 63 99 
e-mail: mutarjim@mail.ru
 
www.mutercim.az 
 

Yüklə 2,76 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə