İmran axundov



Yüklə 2,76 Mb.
Pdf görüntüsü
səhifə26/27
tarix21.07.2018
ölçüsü2,76 Mb.
#57463
1   ...   19   20   21   22   23   24   25   26   27

 
88 
                                                         
 
 
 
  
 
B.Şəkinskaya müxtəlif illərdə 


 
89 
         Oğlunun  faciəsinə  dərindən  sarsılan  bədbəxt  ananı  Barat 
Şəkinskaya Mələk xanım obrazı ilə yana-yana yaratmışdır. 
1971-ci  il  mart  ayını  27-də  Barat  xanım  Sumqayıt  teatrının 
səhnəsində A. Kazımovun quruluşunda A. Babayevin “Mənim mə-
həbbətim” pyesində Hicran obrazını ifa etdi. 
R.  Heydər  “İlk  məhəbbət  kor  olanda...”  (“Azərbaycan  gənc-
ləri”  qəzeti,  01.06.1971)  adlı  məqaləsində  yazır;  “Hicrana-(Barat 
Şəkinskayaya) illərdən bəri zəhmətini çəkdiyi, böyüyüb başa çatdır-
dığı Mirvarinin dilindən belə ağır sozlər eşitmək, əlbətdə çox ağır-
dır. Lakin Hicran təmkinini itirmir, ehtiyatla, səbrlə qızının taleyini 
izləməkdə  davam  edir,  onu  hər  cür  qəza-qədərdən,  bədbəxtlikdən 
qorumağı özünə analıq borcu bilir. 
Respublikanın xalq artisti Barat Şəkinskaya Hicranın bu  ali-
cənab təbiətini qayğıkeşliyini, ana məhəbbətini daxili hərarətlə, gər-
gin psixoloji vəziyyətlərlə açıb göstərməyə hail olmuşdur. Tamaşaçı 
onun ifasında gözəl, həsas ana təcəssümünü görür”. 
Bir-birinə  bənzəməyən  ana  obrazlarını  məharətlə  yaradan 
Barat  Şəkinskaya  Hicranın  daxili  aləmini  bacarıqla  açmiş  və  onu 
Sumqayıt zəhmətkeşlərinə sevdirməyə müvəffəq olmuşdur. 
Barat Şəkinskaya 1978-ci il mart ayının 1-də Akademik Milli 
Dram Teatrıdan təqaüdə çıxır. Teatr onun getməsinə razı olmasada 
aktrisa sözündən dönmür. Bir neçə dəfə rejissorlar onu yeni tamaşa-
lara dəvət etdilər. Lakin Barat xanım qəti etiraz etdi. 
Səhnə ilə vidalaşan Barat Şəkinskaya tamaşaçıların yaddaşına 
klassik səhnə xadimi kimi həkk olundu. 
Aktrisa  xatirələrində  yazır;  “Azərbaycan  səhnəsinin  ən  gör-
kəmli  sənətkarları  ilə  işləmişəm.  Sovet  və  dünya  dramaturqlarının 
ən  yaxşı  əsərlərinin  qəhrəmanı  olmuşam.  Partiya  və  hökümət  mə-
nim zəhmətimi qiymətləndirib. Hələ 1940-cı oldə 26 yaşında mənə 
respublikanın  əməkdar  artisti,  1949-cu  ildə,  35  yaşımda  Azərbay-
canın xalq artisti fəxri adı verilmişdir. 
Orden və medallar, fəxri fərmanlar almışam. 
1974-cü ildə Azərbaycan teatrının 100 illiyi  bayramında şəx-
sən mənim də əməyim qiymətləndirilmişdir. Uşaqlarımdan da razı-


 
90 
yam. Hər kəs özünə mənim arzu etdiyim sənəti seçib... 
İndi teatra gedirəm, kinoya baxıram. Hərdən də... necə deyər-
lər,  könlüm  istəyəndə  radio  və  televiziya  verlişlərində  iştirak  edi-
rəm”. 
 
 
 
Barat Şəkinskaya və kitabın müəllifi İmran Axundov 
(1995-ci il) 
 
Görkəmli  səhnə  ustası  Barat  xanım  Şəkinskayanın  fövqaladə 
aktyorluq  məharəti  onun  müasiri  olan  tamaşaçıların  indi  də 
xatirindədir.  Bizim  müasir  nəslə  gəldikdə  isə  o  dövrün  klassik 
sənətkarlarının  ifasını  biz  ancaq  o  vaxt  çəkilmiş  filmlərə  baxdıqda 
xatırlayır və onların böyük sənətkarlığına heyranlıqla tamaşa edirik. 
Barat Şəkinskaya o dövrün sənətkarlarından biri kimi teatrda 
ifa  etdiyi  yüzlərlə  obrazların  demək  olar  ki,  heç  biri  lentə 
köçürülməyib. Nə yaxşı ki, milli kinomuz var. Barat xanım kimi o 
dövrün sənətkarının letin yaddaşına köçən barmaqla sayılan rollarını 
qiymətli  xəzinə  kimi  saxlayır  və  gələcək  nəsillərə  göstərir,  qürur 
hissi  keçirirlər  ki,  bizim  teatrımız  və  kinomuz  elə  sənətkarların 
çiyinlərində yüksəlib. 


 
91 
 
VI FƏSİL 
 
AKTRİSA VƏ KİNO 
 
 
 
XIX  əsrin  conu,  XX  əsrin  əvvəllərində  kinomatoqrafiyanın 
yaranması  Rusiyanın  Peterburq,    Moskva  və  başqa  şəhərlərdə  də 
sürətlə inkişaf etməyə başladı. 
Azərbaycan  kinosu  1916-cı  ildə  “Neft  və  milyonlar 
səltənətində” və 1917-ci ildə “Arşın mal alan” filmlərini yaratdı. 
1923-cü  ildə  ilk  dəfə  “Qız  qalası”  adlı  tam  metrajlı  film  çə-
kildi. Sonralar “Bayquş” (1924) uğursuz filmi ekranlara buraxılma-
dan dayandırıldı. Azərbaycanın görkəmli faciə aktyoru Abbasmirzə 
Şərifzadəni bu uğursuzluq həvəsdən salmadı və 1925-ci ildə çəkdiyi 
“Bismillah” filmi ekranlarda göstərildi. 
Sonralar  “Vulkan  üzərində  ev”  (1927),  “Gilan  qızı”(1928), 
“Hacı Qara” (1929), “Sevil” (1929), “Lətif” (1930), “İsmət”(1934), 
“Məhəbbət  oyunu” (1935), “Almaz”(1936), və s. filmlər tamaşaçı-
ların sərəncamına verildi. 
Bütün  bu  çəkilən  filmlər  elə  bir  vaxta  çəkilib  ki,  tenika  son 
dərəcə zəif inkişaf etmişdir və çəkilən filmlər səssiz idi. 
1938-ci  ildə  V.  Turin  “Bakılılar”  filmini  və  1939-cu  ildə 
Səməd  Mərdanov  “Kəndlilər”  filmini  çəkirlər.  Bu  çəkilmiş  gözəl 
sənət  nümunələri  indi  də  ekranlarda  nümayiş  etdirlir  və  həyatdan 
köçmüş sənətkarları bir daha bizə xatırladır. 
Milli kinomuzun inkişafı əllinci illərdən sonra öz tərəqqi döv-
rünü yaşamış, bir-birindən dərin mənalı ekran əsərləri yaranmışdır. 
Şübhəsiz  ki,  Azərbaycan  kinosunun  yüksək  inkişafında  teatr 
aktyorlarınında  rolu  əvəzsizdir.  İndi  böyük  aktyor  nəslinin  tanın-
ması üçün kinomuza həmişə minnətdar olmalıyıq. 
M. A. Əliyev, S. Ruhulla, A. Gəraybəyli, R. Əfqanlı, K. Ziya, 
P.  Tanailidi,  R.Təhmasib,  M.  Mərdanov,  M.  Sənani,  Ə.  Qurbanov, 


 
92 
A. Cavadov, M. Davudova, İ. Hidayətzadə, Ə. Ələkbərov, Ə. Məm-
mədova, S. Hacıyeva,  İ. Dağıstanlı, H. Qurbanova, A.  İsgəndərov, 
L.  Bədirbəyli,  İ.  Osmanlı,  A.  D.  Qurbanov,  Ə.  Zeynalov,  Ə.  Ağa-
yev, M. Şeyxzamanov, M. Məmmədov, F. Fətullayev, S. Bəsirzadə, 
H.  Salayev,  N.  Məlikova,  Ə.  Əliyeva,  M.  Dadaşov  və  başqa  Aka-
demik Milli Dram Teatrının bənzəriz sənətkarları Azərbaycan kino-
sunda son dərəcə təkrarsız, yaddaqalan, unikal obrazlar yaratmışlar. 
Bu görkəmli sənətkarlarla çiyin-çiyinə işləmiş, xalq artisti Ba-
rat  xanm  Şəkinskayanında  milli  kinomuzdakı  rolu  göz  qabağın-
dadır. 
Azərbaycan  kinosunda  müxtəlif  xarakterli  rollar  yaratmış  B. 
Şəkinskaya,  hər  ifa  etdiyi  obraza  ürəyinin  qanını  vermişdir.  Lakin 
aktrisa  heç  vaxt  kinoya  çəkilməyə  can  atmayıb.  Bəlkə  də  marağı 
olsaydı onlarla film də qəhrəman qadın obrazları yaradardı, teatr da 
oldurğu kimi... 
B.  Şəkinskaya  öz  kino  fəaliyyəti  haqqında  yazır  ki;  “Mən 
özümü  kino  aktyoru  saymıram.  Belə  ki,  məni  kinoya  çəkilməyə 
dəvət edən rejissorlara da həmişə demişəm ki, sifətcə azərbaycanlı 
qadınına az oxşadığım üşün bu mənə ekran obrazı yaratmağa mane 
olacaq. Bir də ki, teatr aktyoru üçün obrazın həyatı bir proses kimi 
davam edir, onun imkanı olur ki, obrazı əvvəldən axıra kimi yaşasın 
və  bunu  tamaşaçıyada  çatdırsın.  Lakin  kino  aktyoru  bundan 
məhrumdur”. 
1955-ci  ildə  Barat  Şəkinskayanın  milli  kinomuzda  çəkildiyi 
ilk  rolu  “Görüş”  (ssenari  Ə.  Qulubəyov  və  N.  Pozina)  filmindəki 
Şövkət obrazıdır. Bu film Tofiq Tağızadənin ilk işi idi. T. Tağızadə 
Barat xanımı ilk dəfə kinoya dəvət etdi və aktrisada onun etimadını 
doğrultdu. 
B.  Şəkinskayanın  “Görüş”  filmindəki  yaratdığı  Şövkət  kol-
xozçudur. Şərəfli əməklə yaşamağı bacaran insandır. O, əri Şıxəlini 
zəhmətə, düzlüyə çağıran əsl azərbaycanlı qadınıdır. 
Aktrisa ilə şəxsi söhbətlərimin birində mənə dedi ki, bu obraz 
elə xoşuma gəlmişdir ki, teatra da Şövkətin paltarında gəlirdim. 


Yüklə 2,76 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə