İmran axundov



Yüklə 2,76 Mb.
Pdf görüntüsü
səhifə24/27
tarix21.07.2018
ölçüsü2,76 Mb.
#57463
1   ...   19   20   21   22   23   24   25   26   27

 
82 
1884-cü  ildə  yazdığı  “Günahsız  müqəssirlər”  pyesində  Kruçinina 
obrazını məharətlə yaratdı. 
Artıq səhnədə klassik sənətkar səviyyəsinə yüksələn Barat Şə-
kinskaya Kruçininanın daxili zənginliyini, böyük insanlığını ilhamla 
yaratmışdır.  Aktrisanın  sənətkarlığı  nəticəsində  yaranan  Kruçinina 
daxili  həyacana  və  daxili  ehtirasa  malik  obraz  idi.  B.  Şəkinskaya 
Kruçinina obrazı ilə ilk çıxışından tutmuş, finala qədər tamaşaçıları 
ofsunlayırdı, sənətkarlığın nə olduğunu məharətlə nümayiş etdirirdi. 
B.  Nəbiyev  “Kommunist”  qəzetində  (19.03.1966)  yazır  ki; 
“Respublikanın  xalq  artisti  Barat  Şəkinskayanın  ifası  Octrovskinin 
ən  qüvvətli  qadın  obrazlarından  sayılan  Kruçininaya  məhz  bu  cür 
yaradıcı  münasibətin  parlaq  təzahürüdür.  Baratın  ifasında  biz 
fədakar,  nəcib  bir  qadının,  vaxtsız  itirdiyi  oğlunu  ömrü  boyu 
axtaran  kədərli  bir  ananın,  gözəl  bir  dramatik  aktrisanın  parlaq 
obrazını  görürük.  Yelena  İvanovna  Kruçinina  həyatın  hər  cür 
amansız təzyiqlərinə baxmayaraq özünü əsla itirməyən, murovların 
gözlənilməz hücumlarına qarşı mətanətlə sinə gərən, insanı dəhşətə 
gətirən dərin psixoloji sarsıntı anlarında belə müvazinətini saxlayan, 
ətrafdakılara təsir edəcək qədər ucalan bir qadındır. İkinci pərdədə 
Neznamovun  onun  əlini,  Kruçininanın  isə  Qiriqorinin  başını 
köksünə  sıxıb  hərarətlə  öpdüyü  səhnə  aktyor  oyunu  cəhətdən  çox 
təsirlidir.  Hələ  ana-bala  olduqlarını  bilməyən  bu  iki  nəfərin  ünsiy-
yətindən ana şəfqəti yağır, övlad məhəbbətinin hərarəti duyulur”. 
Tamaşanın finalında Barat xanım Kruçininanı xüsusi bir şövq 
ilə oynayırdı. O, oğlu Neznamovla (bu rolu xalq artisti Lütfi Məm-
mədbəyov  ifa  edirdi-İ.A.)  görüşərkən  aktrisanın  daxili  həyacanı 
üzünün cizgilərindən hiss olunurdu. 
Kruçinina-Şəkinskaya  oğlunu  tanıyıb  “Odur,  odur!”-deyərək 
səndələyib  huşsuz  divana  yıxılmasını  unutmaq  çətin  idi.  Sonra 
özünə gələn Kruçinina-Şəkinskayanın qarşısında Neznamov diz çö-
kərək:  “Anacan!  Ana!  Ana!”-deyirdi  və  aktrisanın  gözlərindən  sü-
zülən yaş Neznamovun yanaqlarını isladırdı. Kruçinina-Şəkinskaya 
“Bəli, bu odur... Qrişadır. Mənim Qrişamdır. Nə böyük səadət. Dün-
yada  yaşamaq  nə  yaxşı  imiş”-deyərək  oğlu  Neznamovun  başını 


 
83 
sığallaması  ilə  tamaşaçılara  analıq  kimi  müqəddəs,  pak  bir  hissi 
aşılayırdı. 
Bu obraz ilə B. Şəkinskaya sənətkarlığın nə olduğunu tamaşa-
çılara  göstərmiş,  öz  qəhrəmanı  üçün  xarakter  cizgilər  tapmış  və 
tamaşaçıları da öz misilsiz ifası ilə valeh etmişdir. 
1969-cu  il  mart  ayının  29-da  L.  Məmmədbəyovun  qurulu-
şunda Raffaele Vivianinin “Çarəsiz dələduz” komediyası tamaşaya 
qoyulur  və  B.  Şəkinskayada  Donna  Rozina  obrazı  tapşırılırdı, 
aktrisada onu böyük müvəffəqiyyətlə ifa etdi. 
Ə.  Ağayev  “Kommunist”  qəzetində  (20.04.1969)  yazır  ki; 
“Donna Rozina surətinin yaradıcısı ... Barat Şəkinskayanın oyunun-
dakı  gözəl  və  rəngarəng  cizgilər  tamaşanın  bütün  ruhuna  uyğun, 
aktyorların özlərinin yaradıcılıq yolunda isə bir yenilikdir. 
Barat  xanım səhnəmiz də  yaratmış  olduğu bir-birindən gözəl 
və  rəngarəng  obrazlar  silsiləsi  yaxşı  yadımızdadır.  Bu  qüdrətli 
sənətkarın  yaradıcılıq  xəzinəsində  müxtəlif  səpgidən  olan  hər  yeni 
obraz  üçün  təzə  bədii  ifa  və  ifadə  vasitələri  həmişə  boldur.  Onun 
ifasında  donna  Rozina  surəti  də  təzədir,  yeni  bir  yaradıcılıq  nailiy-
yətidir.  Qadın  qəlbinin  mürəkkəb  aləmini,  analıq  duyğularını  və 
eyni  zamanda  xarakterin  formalaşdığı  ictimai  şəraitlə  əlaqəsini  üzə 
çıxarmaq  və  tamaşaçılara  çatdırmaq  bacarığını  Barat  xanım  donna 
Rozina surətində bir daha göstərmişdir”. 
İ.  Kərimov  “İlk  dəfə  Azərbaycan  səhnəsində”  adlı  (“Bakı” 
qəzeti,  25.04.1969)  məqaləsində  yazır  ki;  “Donna  Rozina  rolunu 
respublikanın xalq artisti Barat Şəkinskaya bacarıqla yaradır. Onun 
qəlbində övladını dərin məhəbbətlə sevən, onun biabırçılığına dözə 
bilməyən bir ana ürəyi döyünür”. 
Kruçininadan  sonra  donna  Rozina  kimi  dolğun  ana  obrazı 
yaradan B. Şəkinskaya ayrı millətlərdən olan bu anaları öz sənətkar 
qəlbində bəsləmiş və tamaşaçılara təqdim etmişdir. 
1970-ci  il  sentyabr  ayının  19-da  Serb  nasiri  və  dramaturqu 
Branislav  Nuşiçin  “Nazirin  xanımı”  komediyası  T.  Kazımovla       
Ə.  Şərifovun  quruluşunda  tamaşaya  qoyuldu  və  Barat  Şəkinskaya 


 
84 
da Akademik Milli Dram Teatrının səhnəsində son rolu olan Jivka 
obrazını ifa etdi. 
B. Nuşçinin “Nazirin xanımı” komediyasında ifa etdiyi Jivka 
obrazı ilə Barat xanım tamaşaçılara aktyor sənətinin incəliklərini bir 
daha nümayiş etdirdi. 
B.  Şəkinskayanın  ifasında  Jivka  adi  çinovnikin  həyat  yolda-
şından nazir xanımına qədər “şöhrətli” həyat yolu keçən ədalı, meş-
şan bir qadın idi. 
 
 
 
 
Barat  Şəkinskaya  xatirələrində  yazır  ki;  “...B.  Nuşçinin 
“Nazirin xanımı” tamaşasında Jivka,  yəni  nazirin xanımı hər dövr, 
hər  cəmiyyət  üçün  səciyyəvidir.  Bu  qadının  nə  xüsusi  vətəni,  nə 
müəyyən  yaşı  var.  Azğın,  qudurğan  adam  hər  vaxt,  hər  yerdə 
mövcuddur. Hətta mən Tofiq Kazımovdan çox xahiş elədim ki, bu 
əsəri  müasirləşdirək.  Razı  olmadı.  Heyif.  Mövsümün  axırı  idi. 
Tamaşanı  yayın  ortalarında  tələm-tələsik  hazırladılar  ki,  70  illk 
planına düşsün. İyul ayı baxış tamaşası verildi, tamaşa qəbul edildi, 
yeni mövsüm başlananda ala yarımçıq məşqdən sonra oynadıq”. 
N.  Əbülfəzoğlu  “Əsil”  nazir  xanımı”  (“Ədəbiyyat  və  incə-
sənət”  qəzeti,  14.11.1970)  adlı  məqaləsində  aktrisanın  fövqaladə 
“Nazirin xanımı” tamaşasından səhnə. 
Vasya dayı – A.Gəraybəyli, Jivka – B.Şəkinskaya  


Yüklə 2,76 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə