İmran axundov



Yüklə 2,76 Mb.
Pdf görüntüsü
səhifə20/27
tarix21.07.2018
ölçüsü2,76 Mb.
#57463
1   ...   16   17   18   19   20   21   22   23   ...   27

 
69 
elə məharət göstərəsən ki, səni dinləsinlər. Həm də birdən-birə sənə 
nifrət eləməsinlər. 
Dilşad  xanım  rolunda  mən  özümü  bəyənmişəm,  yadıma 
düşəndə indi də xoşbəxt oluram. 
Dilşad  xanım  üzərində  işləyəndə  çox  qorxurdum.  Görəsən 
məni başa düşəcəklərmi?.. Axı seçdiyim yol bir qədər sürüşkən idi. 
Mən bu riyakar qadına öz-özlüyümdə haqq qazandırır, bütün tamaşa 
boyu ürək ağrısı, göz yaşı ilə onu müdafiə edirdim”. 
C.  Cəfərov  yazırdı  ki;  “Dilşad  xanım-Barat,  zəngin  və  əlvan 
boyalar  palitrası  ilə  rəsm  edirdi.  Onun  qəhrəmanı  özünə,  öz 
hərəkətlərinin düzgün və haqlı olduğuna inanırdı. Əgər o məhəbbət, 
şərəf və fədakarlıq kimi məfhumlarla saxtakarlıq, başqalarını aldat-
mağa  çalışırdısa  bu  onun  “rola  girməsindən”,  maskalanmasından”, 
“ikiüzlü”  olmasından  irəli  gəlmirdi;  o  məqsədinə  çatmaq  və  bu 
yolda hər cür maniə və müqaviməti aradan götürmək üçün o, bu cür 
vasitələri  tamamilə  təbii  hesab  edirdi!  Dilşad  xanımın  ötkəm 
təbiətini aktrisa bəyənir və öz oyunu ilə inandırırdı ki, məhz belə bir 
qadın doğrudan da sadəlövh və namuslu bir əri çaşdıra bilər”. 
B.  Şəkinskayanın  ifasında  Dilşad  xanım  vətən  xainləri  ilə 
işgüzar  adamlar  arasında  vəhdət  təşkil  edən  bir  qadındır.  Və  ona 
görə də tamaşanı maraqlı edən obrazlardan biri də B. Şəkinskayanın 
yaratdığı Dilşad xanım obrazı idi. 
M.  Hüseyn  yazır  ki;  “Dilşad  rolunda  B.  Şəkinskayanın  nə 
qədər  məharətlə  oynadığı  ilk  epizodlardan  görünməyə  başlayır. 
Onun, xüsusən, zəhmli hərəkət etdiyi, kimi isə hədələdiyi, kimi isə 
ürək-dirək  verdiyi  səhnələrdə  Dilşad-Barat  həqiqi  xarakter  dərə-
cəsinə qalxır. İnanırsan ki, bu cür qadınlar, hətta ağıllı və bacarıqlı 
ərlərini də doğru  yoldan sapdıraraq tora sala bilərlər. Doğrudan da 
Xosrov  Atayevin  faciəsi,  əsas  etibarilə,  Dilşadın  hiyləgərliyindən  
və tamahkarlığından irəli gəlmişdir. Xəbis adamlara bir növ başçılıq 
edin bu meşşan qadın əsərdə ifşa olunan Ağasəlimdən də Xuduşdan 
da,  Şahsuvarovdan  da  təhlükəli  adamdır.  Çünki  Dilşad  öz  çirkin 
əməllərini gizlətmək üçün məhəbbət və namus kimi müqəddəs məf-
humları qorxulu  bir maskaya  çevirmişdir. O, ərinə sadiq  olduğunu 


 
70 
söylərkən  çox  səmimi  görünür.  Deyəsən,  Xosrov  Atayevi  aldadan 
da elə budur. Dilşad-Barat  Şəkinskaya hər zaman sadiq  və ardıcıl-
dır, buna görə də o, çətin ifşa olunur. Aktrisanın ifasındakı ən yaxşı 
xüsusiyyət ondan ibarətdir ki, o, Dilşadı, öz hərəkətlərini doğru və 
qüsursuz  hesab  edən  bir  adam  kimi  oynayır.  Şəkinskayanın  yarat-
dığı  obraz  canlı  və  kaloritlidir.  Tamaşaçı  dərhal  “həyatda  elələri 
var” deyir və onun reallığına zərrə qədər də şübhə etmir”. 
Dilşad xanım-Şəkinskaya əri Xosrov Atayevlə (bu rolu ölməz 
sənətkarımız,  respublikanın  xalq  artisti  Əjdər  Sultanov  ifa  edirdi.-
İ.A.)  söhbət  edərkən  mehriban,  səmimi  bir  qadın  idi.  Əri  onun 
sözünə  qulaq  asmayıb  gedəndə,  Dilşad-Şəkinskaya  onun  arxasınca 
qəzəbli nəzər salaraq “Ah... Siz Atayevlər!..” sözlərini elə kinayə ilə 
deyirdi ki, tamaşaçı onun qəlbində yatmış, “qara ilanı” görürdü. 
A.  İsmayılova  (1977)  yazır  ki;  “İ.  Əfəndiyevin  “Atayevlər 
ailəsində” pyesinin tamaşasında Barat xanımın oynadığı Dilşad rolu 
da  onun  yaradıcılığında  görkəmli  yer  tutur.  Ümumiyyətlə,  aktrisa-
nın  böyük  yaradıcılıq  istedadı  ona  müxtəlif  surətləri-lirik  qəhrə-
manları,  təmiz,  saf  təbiətli  şən  insanları,  eləcə  də  xəbis,  pozğun 
cəmiyyətimizi  tərk  etməkdə  olan  yararsız  tipləri  eyni  bacarıqla 
yaratmaq  imkanı  verir.  Elə  buna  görə  də  onun  ifasında  mənəvi 
cəhətdən eybəcər, təbiətən pozğun, hər şeyə şəxsi mənfəət gözü ilə 
baxan Dilşad xanım uzun zaman yadda qalır”. 
Dilşad-Şəkinskaya namus nöqteyi nəzərindən Xosrov Atayevə 
ləkə  gətirmirdi.  O,  xalq  malına  göz  dikmiş  Sadıqovu,  Ağasəlimi, 
Xuduşu evinə gəlməsinə şərait yaradaraq böyük hörmət sahibi olan 
əri Xosrov Atayevi ləkələyirdi. 
Q.  Rəsulov  yazır  ki;  “Bir  sıra  mürəkkəb  xarakterli  obrazlar 
yaradan  B.  Şəkinskaya  Dilşad  rolunda  xüsusilə  böyük  məharət 
göstərir.  Aktrisa  məkirli  bir  qadının  sözlə  ifadə  olunmayan  gizli 
ehtiraslarını  öz  hərəkətlərilə  bacarıqla  aça  bilir.  B.  Şəkinskayanın 
ifasında Dilşad xanım tipik meşşan qadın kimi get-gedə tamaşaçının 
nifrətini qazanır. 
Aktrisa, pul və şöhrət düşkünü Dilşadın təbiətindəki xəbis cə-
hətləri çox inandırıcı şəkildə tamaşaçıya çatdırır”. 


 
71 
H.Qasımov  “Ədəbiyyat  və  incəsənət”  qəzetində  (23.10.1954) 
yazır  ki;  ”Barat  Şəkinskaya  Dilşadın  mənəvi  eybəcərliyini,  çirkin 
hərəkətlərini  tamamilə  ifşa  edib,  qamçılayır.  Bu  ifşa  aktrisanın 
oyununda  birdən-birə  deyil,  tədriclə  inkişaf  etdirilir.  Dilşad  xanım 
ilk səhnələrdə mehribandır. Lakin hadisələrin inkişafı onun iç üzünü 
açdıqca,  bu  obraz  xudpəsəndliyi,  tamahkarlığı,  qəddarlığı  daha 
aydın meydana çıxır. O istəyir 
ki,  hər şey onun əlində  olsun. 
Ona  qarşı  hörmətsizlik  edən-
lərdən həmişə intiqam almağa 
çalışır”. 
Dilşad-Şəkinskaya  özün-
dən razı qadın idi. O istəmir ki, 
bir  sözü  iki  olsun.  Xüsusən 
Dilşad-Barat  xanım  telefonla 
prokuror Hüseynovla danışdıq-
dan sonra sözünün yerə düşdü-
yünü  gördükdə  dəstəyi  hirslə 
yerə  atır  və  qəzəblə  “Gədələr! 
Elə  bil  ki,  hamısı  dilbir  olub-
lar”  dediyi  sözləri  unutmaq 
çətindir. 
Ə. İsmayılov və A. Ağa-
mirov  yazırdılar  ki;  “Dilşad 
rolunu  talantlı  aktrisa  Barat 
Şəkinskayanın  ifa  etməsi  diq-
qətəlayiqdir.  Dilşad  dar  və 
məhdud  görüşlü,  xudpəsənd 
bir qadındır. Onun şüuru köh-
nəlik  qalıqları  ilə  xüsusi  mül-
kiyyətçilik  psixologiyası  ilə 
korlanmışdır.  Dilşad  ailədə  səadət  və  xoşbəxtliyin  düşmənidir. 
Aktrisa böyük yaradıcılıq qüdrətilə ifa etdiyi bu rolu, tipik cəhətlərə 
fərdiləşdirərək  dolğun  və  tamamlanmış  xarakter  səviyyəsinə 
“Atayevlər ailəsində”  
tamaşasından səhnə. 
Xosrov Atayev – Ə.Sultanov, 
Dilşad – B.Şəkinskaya 


Yüklə 2,76 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə