İmran axundov



Yüklə 2,76 Mb.
Pdf görüntüsü
səhifə18/27
tarix21.07.2018
ölçüsü2,76 Mb.
#57463
1   ...   14   15   16   17   18   19   20   21   ...   27

 
62 
Yamaq ola bilməz heç bir torpağa
Dağlar da daşlar da qalxar ayağa... 
Şirin-Şəkinskayanın  Xosrovun  sarayından  getmək  ən  böyük 
arzusu idi. O, bu möhtəşəm sarayda özünə yer tapa bilmirdi, kədər 
onun bütün varlığına hakim kəsilirdir. 
Aktrisanın  ifasında  Şirin  sevgilisi  Fərhadın  İran  sərhəddinə 
hücum çəkməsi eşidəndə bütün varlığı ilə sevinirdi: 
Onun qollarında yerin gücü var, 
Yəqin anam vermiş bu hərbə qərar. 
Sonra  tamaşaçılar  Şirinlə  yeddinci  şəkildə  rastlaşır.  Barat 
xanımın Şirini yenə kədərlidir. O, artıq Xosrovun sarayında qaldığı 
üçün yox, anasını itirdiyi üçün kədərli idi: 
Onu son nəfəsdə görsəydim, barı! 
Doyunca öpsəydim o dodaqları!.. 
Ana... ana deyib bir ağlasaydım, 
Qəbrinə bir dəstə gül bağlasaydım!.. 
Bu səhnəni aktrisa elə gözəl ifa edirdi ki, tamaşaçı ana-övlad 
məhəbbətinə  qibtə  etməyə  bilmirdi.  Bu  səhnədə  Şirin-Şəkinskaya 
həm layiqli övlad, həm də sevən aşiq kimi çıxış edirdi. 
Şirin-Şəkinskaya  sevgilisi  Fərhadın  Büsutun  dağını  yarmağa 
gedərkən ona verdiyi xeyr-dua indi də tamaşanı görən tamaşaçıların 
qulağında səslənir: 
Yazılsın adına min zəfər səsi, 
Adınla fəxr etsin Odlar ölkəsi! 
Tamaşanın ilk səhnəsində şən, qayğısız Şirin-Şəkinskaya son 
səhnələrdə mübarizdir, mərddir. Şirin-Barat xanım Xosrova verdiyi 
son cavabda öz fikrini bir daha qətiyyətlə tamaşaçılara bildirirdi: 
Nə qədər canlıyam, nə qədər varam
Ölsəm də qüvvətə təslim olmaram! 
Bu gündən sevirəm, sevirəm onu
Öz ana yurdumun igid oğlunu! 
Bu  sözlər  ilə  Şirin-Şəkinskaya  Azərbaycan  qızılarının  mərd-
liyini  bir  daha  tamaşaçılara  göstərirdi.  Şirin-Barat  xanım  sevgilisi 
Fərhadın böyüklüyü, şöhrəti, igidliyi haqqında: 


 
63 
Mən indi bildim ki, böyükdür Fərhad, 
Onun şöhrətinə yaraşır bu ad! 
Ömrüm də eşqim də halaldır ona- 
Odlar ölkəsinin böyük oğluna!.. 
-ehtirasla  dediyi  sözlər,  pərdənin  sürəkli  alqışlar  altında 
örtülməsinə səbəb olurdu. 
Tamaşaçılar  Şirin-Şəkinskaya  ilə  bir  də  finalda  rastlaşırdı. 
Artıq  Fərhad  Şapurun  (bu  rolu  SSRİ  xalq  artisti  Sidqi  Ruhulla  ifa 
edirdi-İ.A.)  sözlərinə  inanaraq  özünə  qəsd  etmişdir.  Şirin-Barat 
xanım  Fərhadı  dağın  yarılması  münasibəti  ilə  təbrik  edə  bilmədi. 
Aktrisanın  Şirini  artıq  Fərhadın  cənazəsi  önündə  dayanmış,  hıçqı-
rıqlar  icində  son  monoloqunu  söyləyib,  özünü  xəncərlə  öldürürdü. 
B.  Şəkinskaya  Şirinin  faciəsini  elə  böyük  ustalıqla  ifa  edirdi  ki, 
tamaşaçılar onun böyük məhəbbətinə baş əyməyə bilmirdilər. 
Şirin obrazı Barat Şəkinskayanın ifasında böyük sənətkarlıqla 
yaratmış səhnə qəhrəmanları içərisində öz bitkinliyi ilə yaddaşlarda 
həkk olunmuş sənət nümunəsi idi. 
B. Şəkinskaya müxtəlif xarakterli obrazlar yaradarkən həmişə 
axtarışda  olmağı,  müşahidə  etməyi  bacaran  sənətkar  idi.  Bu 
baxımdan onun T. Kazımovun quruluşunda 1953-cü il aprel ayının 
4-də tamaşaya qoyulmuş M. F. Axundovun “Lənkəran xanın vəziri” 
komediyasında yaratdığı  Ziba xanım obrazı daha maraqlıdır. 
Ziba  xanım-Şəkinskaya  Lənkəran  xanının  vəziri  olan  Mirzə 
Həbibin birinci arvadıdır. O, ərinin bütün pis xasiyyətlərini cəsarətlə 
üzünə deyirdi. 
Komediyanın  birinci  məclisində  vəzir  Mirzə  Həbib  (bu  rolu 
xalq artisti Məmmədəli Vəlixanlı ifa edirdi-İ.A.) tacir Hacı Saleh ilə 
söhbət  edirlər.  Mirzə  Həbib  Hacı  Salehin  Rəştdə  getdiyini  bilib, 
istəyir  ki,  ikinci  arvadı  Şölə  xanım  üçün  yaxası  qızıl  düyməli  bir 
nimtənə tikdirib gətirsin. Ziba xanım-Şəkinskaya ərinin Hacı Salehə 
dediyi  sözləri  eşidir.  Hacı  gedən  kimi  Ziba  xanım  həyacanla  içəri 
daxil  olur.  Tamaşaçının  Ziba  xanım-Şəkinskaya  ilə  ilk  tanışlığı 
buradan başlayır. 


 
64 
M.  Hüseyn  yazır  ki;  “Qadın  surətlərini  yaradan  aktrisalar 
içərisində  Barat  Şəkinskaya  daha  çox  nəzəri  cəlb  edir.  Biz  Ziba 
xanımın  belə  koloritli  surətini  səhnədə  ilk  dəfə  görürük.  Barat  Şə-
kinskaya ilk tamaşalarda buraxdığı nöqsanları (bədii surətdə heç bir 
şey artırmayan yerli ləhcə və sairəni) son tamaşalarda islah etmişdir 
ki, bu da obrazın daha qüvvətli cıxmasına səbəb olmuşdur”. 
Komediyanın  ikinci  məclisində  Ziba  xanım-Şəkinskaya  Tey-
mur ağa ilə Şölə xanımın  söhbətlərinə qulaq  asmaq üçün pərdənin 
arxasında gizlənirdi. Şölə xanımla Teymur ağa söhbət edərkən Nisə 
xanım  vəzirin  gəldiyini  onlara  xəbər  verirdi.  Şölə  xanım  Teymur 
ağanı  pərdənin  arxasında  gizlədirdi,  vəzir  gəlirdi.  Söhbət  zamanı 
vəzir  pərdənin  arxasından  səs  eşidir,  gedib  baxdıqda  Ziba  xanımla 
Teymur ağanı bir yerdə görürdü. 
Bu səhnədə Ziba xanım-Şəkinskaya günahsız idi. O, təqsirsiz 
olduğunu  vəzirə  bildirmək  üçün  hər  tamaşada  ağlayırdı.  Bir  gün 
Rza Təhmasib tamaşaya baxanda görür ki, bu səhnədə Ziba xanım-
Şəkinskaya həqiqətən ağlayır. Tamaşadan sonra R. Təhmasib Barat 
xanıma  ərk  ilə  “-dəli  olmusan,  niyə  ağlayırsan?”-deyə  soruşur.  “-
Yanıram, günahsızam axı”-deyə Barat xanım cavab verir. 
1953-cü il dekabr ayının 11-də A.  İsgəndərovun  quruluşunda 
tamaşaya  qoyulan  S.  Rəhmanın  “Nişanlı  qız”  komediyasında  B. 
Şəkinskaya yelbeyin, modabaz Zərifə obrazını ifa edirdi. 
Aktrisa səhnədə Zərifə obrazını ifa edərkən gülüşün cazibəsi, 
təsir qüvvəsi gözəl duyulurdu. 
Zərifə  katibədir.  O  tikinti  idarəsində  mühasib  işləyən  Mirzə 
Salmanın (bu rolu SSRİ xalq artisti, iki dəfə SSRİ dövlət mükafatı 
laureatı  Mirzağa  Əliyev  ifa  edirdi-İ.A.)  qızıdır.  Təchizat  şöbəsinin 
müdiri  Mindilli  Zərifəyə  eşq  elan  edir.  Mindillinin  keçmişdə  bir 
necə arvadı olub ki, onlardan da biri həkim Qəmərdir. 
Maraqlı  mövzusu  olan  bu  komediyada  M.  A.  Əliyevdə,  A. 
Gəraybəylidə, B. Şəkinskayada öz cəzibedici oyunları ilə tamaşaçı-
ları  ofsunlamışdılar,  onları  güldürməkdən  başqa  həm  də  düşün-
dürürdülər. 


Yüklə 2,76 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə