İmran axundov



Yüklə 2,76 Mb.
Pdf görüntüsü
səhifə19/27
tarix21.07.2018
ölçüsü2,76 Mb.
#57463
1   ...   15   16   17   18   19   20   21   22   ...   27

 
65 
C. Səfərov yazır ki; “Barat Şəkinskayanın Zərifəsi sevdalı və 
çılğın, şən, tez aludə olan qızdır”. 
H.  Şərifov  yazır  ki;  “Yelbeyin,  xəbərçi,  söz  gəzdirən,  fikri-
zikri  moda  ilə  geyinməkdən  ibarət  olan,  bütün  bunlarla  birlikdə 
ürəyi  təmiz və səmimi Zərifə rolunda ... Barat  Şəkinskaya təbii və 
daha  inandırıcıdır.  B.  Şəkinskayanın  oyununda  uydurma  və  saxta 
hərəkətlər yoxdur”. 
 
 
 
 
  
Zərifə-Şəkinskaya tamaşada atası Mirzə Salmana dərman ver-
mə  səhnəsi  son  dərəcə  maraqlı  idi.  Aktrisa  Zərifəni  ilk  səhnələrdə 
elə  ifa  edirdi  ki,  tamaşaçı  onu  dünyadan  xəbərsiz  bilirdi.  Lakin  o, 
“Nişanlı qız” tamaşasından səhnə. 
Mirzə Salman – SSRİ xalq artisti M.A.Əliyev, 
Zərifə – B.Şəkinskaya  


 
66 
son  səhnələrdə  Mindillinin  iç  üzünü  görür  və  ona  “-Necə?  Birinci 
və  axırıncı  sevgin?  Bəs  deyirdin  evlənməmişəm?”-deyir.  Sonra 
Zərifə-Şəkinskaya bir az ciddiləşirdi və Mindilliyə nifrət edirdi. 
R.  Şahvələd  yazır  ki;  “Tamaşadakı  əsas  obrazlardan  biri  də 
Zərifədir.  Söz  gəzdirməkdən,  xəbər  yaymaqdan  və  yaxşı  geyinib 
gəzməkdən  başqa  ayrı  bir  peşəsi  olmayan  Zərifə  rolunda  Barat 
Şəkinskaya  orijinaldır.  O,  bu  obraz  üçün  tipik  boyalar  tapmış  və 
maraqlı ştrixlər seçmişdir”. 
S. Şərifov yazır ki; “Pyesdə müvəffəqiyyətlə çıxış edən artist-
lərdən biri də ... Barat Şəkinskayadır. İstedadlı artistka tamaşada Zə-
rifə rolunu ifa edir. Şəkinskaya-Zərifə bir çox institutlarda olan, la-
kin bunlardan heç birini bitirməyən, sadəlövhlüyü səbəbinə Mindilli 
kimi  bir  tipə  aldanan,  atası  tərəfindən  hədsiz  sevilən  bir  qızdır. 
Mindillinin  alçaqlığı  Zərifənin  gözlərini  açır  və  o,  mütləq  təhsil 
almağı qərara alır”. 
B.  Şəkinskayanın  ifa  etdiyi  Zərifə  öz  təbiiliyi  ilə  fərqlənən 
obraz olmaqla yanaşı, aktrisanın yaradıcılığında özünə möhkəm yer 
tutmuş və tamaşaçı yaddaşına həkk olunmuşdur. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
“Prokurorun qızı”
 
tamaşasından səhnə. 
Nil Nikitiç – R.Əfqanlı, Larisa – B.Şəkinskaya  


 
67 
Yuxarıda  qeyd  etmişdim  ki,  B.  Şəkinskaya  uşaq  rollarının 
mahir  ifaçısıdır.  O,  Azərbaycan  Akademik  Milli  Dram  Teatrının 
səhnəsində  ilk  uşaq  rolunu  1936-cı  ilin  yanvar  ayında  22  yaşı 
olarkən A. Korneyçukun “Polad Qartal” tamaşasında Şəfiqə obrazı-
nı yaratmışdı. Üstündən 18 il keçəndən sonra 1954-cü il iyun ayının 
10-da  M.  Məmmədovun  tərcümə  etdiyi  və  özünündə  quruluş 
verdiyi  Yuri  Yanovskinin  “Prokurorun  qızı”  əsərində  Larisa 
obrazını  yaratdı.  Bu  obraz  B.  Şəkinskayanın  səhnədə  beşinci,  yəni 
sonuncu uşaq rolu idi.
 
 
Larisa obrazını Barat xanım səhnədə kifayyət qədər təcrübəsi 
olan bir dövdə yaratmışdr. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Aktrisa xatirələrində yazır ki; “Bu obraz olduqca mürəkkəb və 
maraqlı  obraz  idi.  Bu  tamaşada  Fatma  Qədrinin  yaratdığı  ana 
obrazı,  onun  yaradıcılığında  tamamilə  yeni  bir  səhifə  açdı,  onu 
səhnədə tanımaq olmurdu. 
“Prokurorun qızı”
 
tamaşasından səhnə. 
Soldan: Nil Nikitiç – R.Əfqanlı, Larisa – B.Şəkinskaya, 
Kira Karlovna  – F.Qədri 


 
68 
Rza  Əfqanlı  isə  şəhərin  baş  prokuroru  Nil  Nikitiç  Çuyko 
obrazını özünə məxsus dərin psixoloji cizgilərlə işləmişdir. 
Ana yalnız özü ilə, ata isə tamam dövlət işləri ilə məşğul olur-
du. On beş yaşlı qızları tək başına qalır. Hətta məhkəmə qarşısında 
durmalı  olur.  Bu  tamaşada  Müxlis  Cənizadə  ilk  dəfə  özünü  artıq 
aktyor adlandıra bilərdi. 
Larisa  mənim  oynadığım  ən  böyük  və  ən  çox  sevdiyim, 
mürəkkəb uşaq rolu idi”. 
B. Şəkinskaya çox geniş yatadıcılıq imkanı olan aktrisa idi. O, 
səhnədə  gah  uşaq,  gah  sevgili,  gah  ana,  gah  da  şahzadə  olurdu. 
Bütün bunları aktrisa öz sənətkar qəlbi ilə isitmiş və hər obrazı ilə 
tamaşaçıları düşündürməyə çalışmışdır. 
1953-cü  il  oktyabr  ayının  9-da  İ.  Əfəndiyevin  “Atayevlər 
ailəsində”pyesi  T.  Kazımovun  quruluşunda  tamaşaya  qoyuldu  və 
baş rollardan biri olan meşşan təbiətli Dilşad xanımı B. Şəkinskaya 
ifa etdi. 
Aktrisa  xatirələrində  yazır  ki:  “İlyas  Əfəndiyevin  “Atayevlər 
ailəsində”ki,  Dilşad  xanım  mənim  və  tamaşaçıların  sevdiyi  rol 
olmuşdur.  Sözü  həddindən  artıq  çox  idi.  İlyas  müəllim  bu  surəti 
sevə-sevə  yazmışdır,  görünür  dövrümüzün  bu  yaralı  yeri  müəllifi-
mizə çox toxunmuşdur. İlyas müəllim cəmiyyətin yaralı yerin tapıb 
kəsmək,  atmaq,  islah  etməkdə  çox  mahir  yazıçıdır.  Onun  iti 
nəzərindən bu antipotlar, cəmiyyətə mane olan, əsəblərini korlayan, 
mələk paltarı geymiş ilanlar qaça bilmirlər. 
Dilşad xanımda zahirən çox gözəl, mələk donu geymiş, guya 
hamının  xeyirxahı,  ərinin  müti,  sevgili  xanımı  əslində  cəmiyyəti 
pozan,  gənclərin  həyatına  zəhər  qatan  bu  surəti  məmnuniyyətlə 
oynamışam və onu yüz yox, on rolumdan biri hesab edirəm. 
Bütün  tamaşada  mənim  və  tamaşaçıların  ən  çox  sevdiyimiz 
səhnə telefonla prokror Hüseynovla danışan səhnə idi. 
Bu  rolda  rəngarənglik,  cildən-cildə  girə  bilmək  üçün  hər  bir 
aktyorun  qibtə  edə  biləcəyi  material  var  idi.  Dilşad  xanım  demək 
olar ki, tamaşanın əvvəlindən axırına qədər səhnədə olur. İndi gərək 


Yüklə 2,76 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə