İmran axundov



Yüklə 2,76 Mb.
Pdf görüntüsü
səhifə22/27
tarix21.07.2018
ölçüsü2,76 Mb.
#57463
1   ...   19   20   21   22   23   24   25   26   27

 
75 
qazandırmır.  Uzun  ayrılıqdan  sonra  Yeganənin  oğlu  ilə  görüşmə 
səhnəsində  aktrisa,  həyatında  böyük  səhv  edən  bir  ananın  faciəli 
vəziyyətini xüsusi bir qüvvə ilə tamaşaçılara çatdırır”. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
A.  Babayev  “Kommunist”  qəzetində  (15.01.1956)  yazır  ki; 
“Barat  Yeganəni  düşünən,  duyan,  sevən  və  nifrət  edən,  bir  sözlə, 
bütün insani xüsusiyyətlərə malik olan bir qadın kimi oynayır. Onun 
səhvi  də  hisslərinin  coşğunluğundan  və  Cəlal  kimi  adamların  şirin 
dilinə inanmasından irəli gəlir... 
Barat  Şəkinskaya  Yeganəni  İldırıma  və  Cəlala  olan  müna-
sibətini də maraqlı boyalarla göstərə bilir”. 
Respublika mətbuatında çap olunan yazılardan görünür ki, B. 
Şəkinskaya Yeganə obrazı ilə tamaşaçıların qəlbini bir daha fəth et-
mişdir.  Onun  Yeganəsi  həyatın  zərbələrindən  əzilən  zavallı  bir 
qadın idi. 
Ə.  Ağayev  “Ədəbiyyat  və  incəsənət”  qəzetində  (29.01.1956) 
yazır ki; “ “İldırım” tamaşasında öz oyunu ilə ön plana çıxan və ta-
maşaçıların  diqqətini  cəlb  edən  ...  Barat  Şəkinskayadır.  Yeganə 
“İldırım” tamaşasından səhnə. 
Sağdan: Yeganə – B.Şəkinskaya, Lətifə – Ə.Məmmədova 


 
76 
obrazı bu istedadlı aktrisanın indiyə qədər yaratmış olduğu bir çox 
yadda qalan, dəyərli obrazların sırasına daxil olacaqdır. Yeganənin 
faciəsini,  onun  ayrı-ayrı  mərhələlərini  çox  böyük  bir  məharətlə 
yaradan aktrisa mümkün qədər həyati və təbii bir obraz yaratmağa 
nail  olmuşdur.  Doğrudur,  Yeganənin  öz  ailəsindən  və  oğlundan 
uzaqlaşmasının  psixoloji  əsasları  müəllif  tərəfindən  bir  o  qədər  də 
tutarlı  və  inandırıcı  verilmişdir.  Yeganə  İldırımdan  ayrılmasına  və 
öz  ailəsini  uşağını  atıb  başqasına  məhəbbət  bağlamasının 
səbəblərini izah edərkən deyir ki, o, (yəni İldırım) “Toyumuzdan bir 
neçə ay sonra çıxıb getdi. Cavan arvadını tək qoyub çöllərə düşdü”. 
“Mən  ona  gələli  gəlməyəli  nə  gün  görmüşəm...  Məni  kurortlara 
aparıb,  mənim  üçün  teatrlarda  lojalar  açdırıb,  qonaqlıqlarda  stolun 
baş  tərəfində  əyləşdirib?  mən  ona  gələndə  kasıb  tələbənin  biri  idi, 
indi nədir? Adi mühəndic hansı dəftərdə adı var, onu kim tanıyır?” 
...  müəllifin  verdiyi  bu  az  materialın  özündən  çox  ustalıqla 
istifadə edən Barat Şəkinskaya yaratdığı Yeganə obrazının ilk səh-
nələrdəki  vəziyyətini  inandırıcı  bir  şəkildə  göstərməyə  və  əri  get-
dikdən sonra bu qadında əmələ gəlmiş psixoloji dəyişikliyi mümkün 
qədər aydın boyalarla ifa etməyə nail olur. Lakin Barat-Yeganənin 
müvəffəqiyyətini  təmin  edən  cəhət  yalnız  bu  deyildir.  Barat-
Yeganənin inkişafındakı mürəkkəb və gərgin vəziyyətlər daha  par-
laq gözə çarpır. Barat-Yeganədə həm müvəqqəti, keçici hisslərə alu-
də olub aldanan bir qadının, həm balasından ayrılmış bir ananın izti-
rabları, həm də qadın kimi məhv olmuş, lakin insan kimi yaşamaq 
qabiliyyıtini  itirmiş,  son  nəticə  də  öz  taleyini  bağlayan  bir  insanın 
mürəkkəb həyat yolu bütün incəlikləri ilə açılır. 
Uşaqla  ata  və  xüsusilə  anın  görüşməsi  dramaturgiya  və  teatr 
üçün yeni bir şey deyildir. Əslində bu məsələnin bədii təsiri bir qə-
dər də əsblərin gərginliyi və dolğun gözlərin tez boşalmasına arxa-
lanır.  Bu  da  məlumdur  ki,  ana  ilə  balanın  görüşməsi  hansı  vəziy-
yətdə  səhnədə  göstərilir-göstərilsin,  bu  həmişə  təsirli  olur.  Lakin 
Barat-Yeganənin  analıq hissini, analıq məhəbbətini ifadə edən səh-
nələrdə nə isə bir arginallıq vardır. Hiss edirsən ki, Yeganənin qəl-
binin  ən  dərin  guşələrində  gizli  qalmış,  İldırımın  evində  olarkən 


 
77 
çiçəklənə bilməmiş analıq hissləri  məhz Baratın ifasında parlaq və 
təsirli verilir. Başqa bir aktrisa bu incəliyi başqa cür verə bilər. La-
kin  Baratı  təkrar  etmək  olmaz.  Barat-Yeganə  öz  ulduzunu  öz  əlilə 
söndürmüş bir xarakter kimi dama yadda qalır”. 
Beləliklə, C. Məcnunbəyovun “İldırım” tamaşasındakı dolğun 
Yeganə obrazı B. Şəkinskayanın müasir pyeslərdə yaratdığı surətlər 
içərisində özünə layiqli yer tutmuş, tamaşaçıları düşündürmüşdür. 
 
 
 
 
 
1955-1970-ci  illərdə  Barat  Şəkinskaya  İ.  Səfərlinin  “Göz 
həkimi” əsərində Nina Nikolayevna (rej. Ə.Ələkbərov, 26.02.1955, 
aktrisa bu obrazı qısa müddətdə hazırladıqdan sonra, ikinci iştirakçı 
kimi ansambla daxil olub); R. Rzanın “Qardaşlar” pyesində Ləman 
xanım  (rej.  M.  Məmmədov,  02.06.1956);  S.  Vurğunun  “Vaqif” 
mənzum  dramında  Xuraman  (rej.  A.  İsgəndərov,  1961,  bərpa);  S. 
Rəhmanın  “Əliqulu  evlənir”  komediyasında  Səadət  (rej.  M.  Məm-
mədov,  09.03.1961);  H.  Seyidbəylinin  “Bağlı  Qapılar”  əsərində 
Mənsurə  (rej.  Ə.  Quliyev,  03.  06.1961);  Ş.  Qurbanov  “Əcəb  işə 
düşdük”  komediyasında  Əntiqə  (rej.  T.  Kazımov,  02.12.1961);  
C.Məcnunbəyovun “Məhəbbətin hökmü” pyesində  Zeynəb  (rej.  Ə. 
Şəriifov,  26.05.1962);  Cavad  Fəhmi  Başqutun  “Köç”  əsərində 
B.Şəkinskaya mədəniyyət xadimləri ilə 


 
78 
Səbahət  (tərcümə  M.  Hüseyn,  rej.  Ə.  Quliyev,  19.09.1964);  A. 
Paronyanın “Bağdasar dayı” pyesinsə Anuş (tərcümə M. İbrahimov, 
rej. D. Malyan, 13.03. 1965); A. Ostrovskinin “Günahsız müqəssir-
lər”ində  Kriçinina  (tərcümə  R.  Təhmasib,  rej.  İ.  Dağıstanlı, 
12.02.1966);  M.  Qorkinin  “Zıkovlar”  əsərində  Anna  Markovna 
(tərcümə  M.  Rzaquluzadə,  rej.  Ə.  Behbudov,  27.03.1968);  S. 
Rəhmanın  “Xoşbəxtlər”  komediyasında  Maral  (rej.  F.  Sultanov, 
08.03.1968);  Raffaele  Vivianinin  “Çarəsiz  dələduz”unda  Donna 
Rozina (tərcümə T. Kazımov, rej.  L. Məmmədbəyov, 29.03.1969); 
Branislav Nuşiçin “Nazirin xanımı” komediyasında Jivka (tərcümə 
T. Kazımov,  rej.  T. Kazımov və Ə. Şərifov, 19.09.1970) kimi  bir-
birindən fərqli zəngin qadın obrazları yaradıb. 
1956-cı il də may ayının 12-də böyük Azərbaycan şairi Səməd 
Vurğunun  50  illik  yubileyi  Opera  və  Balet  Teatrında  təntənə  ilə 
qeyd olundu. Həmin tədbirdə S. Vurqunun əsərlərindən parçalar oy-
nanıldı. B. Şəkinskayada “Fərhad və Şirin” əsərində Şirini ifa etdi. 
1957-1959-cu  illərdə  Ələsgər  Ələkbərov,  Barat  Şəkinskaya, 
Əli  Zeynalov  teatrın  rəhbərliyi  ilə  razılaşmadıqlarına  görə teatrdan 
getdilər. Mehdi Məmmədov onlardan əvvəl teatrdan ayrılmışdır. 
B.  Şəkinskaya  ilə  Ə.  Zeynalov  teatrdan  çıxmalarına  baxma-
yaraq təskinliklərini radio, televiziya və kinoda tapmışdılıar. 
Azərbaycan  teatrının  görkəmli  sənətkarı  olan  Ələsgər  Ələk-
bərov isə teatrsız yaşaya bilmirdi. Cox əziyyət çəkirdi. 
1960-cı il oktyabr ayının 22-də Adil İsgəndərov teatrın direk-
toru və bədii rəhbəri vəzifəsindən uzaqlaşdırıldı (Adil  İsgəndərovn 
bu vəzifədən uzaqlaşması Azərbaycan teatrına böyük zərbə oldu. Və 
bu zərbənin təsiri uzun müddət özünü göstərdi-İ.A.). Ələsgər Ələk-
bərov,  Barat  Şəkinskaya  və  Əli  Zeynalov  teatra  qayıtdılar.  Mehdi 
Məmmədov baş rejissor təyin olundu. 
Ə. Ələkbərovla, B. Şəkinskaya böyük məsuliyyətlə işə başla-
dılar (1960). İlk tamaşa S. Vurğunun “Vaqif” pyesi oldu. Vaqif ro-
lunu  səhnəmizin  fəxri  Ələsgər  Ələkbərov,  Xuraman  rolunu  Barat 
Şəkinskaya ifa etdilər (1961). 


Yüklə 2,76 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə