İmran axundov



Yüklə 2,76 Mb.
Pdf görüntüsü
səhifə23/27
tarix21.07.2018
ölçüsü2,76 Mb.
#57463
1   ...   19   20   21   22   23   24   25   26   27

 
79 
İlk dəfə bu tamaşada gürcü qızı Tamara (1938), Vaqifin gəlini 
Gülnar  (1951)  rolunda  çıxış  edən  Barat  xanım  sonralar  Xuraman 
(1961) obrazını da səhnədə canlandırdı. 
Aktrisa  xatirələrində  yazır:  “Həmin  tamaşada  üç  rol  oyna-
mışam: Tamara, Gülnar, Xuraman. Bu tamaşa Ələsgər Ələkbərovun 
həyat  və  yaradıcılığında  böyük  hadisə  oldu.  Vaqif  surətinin  çox 
yaxşı  ifaçıarı  vardır.  Amma  Ələsgər  elə  bil  Vaqifin  özü  idi. 
Aktyorlar,  rəssamlar,  heykəltəraşlar  belə  Vaqif  obrazını  yaratmaq 
istəyəndə Ələsgər Ələkbərovun təsirindən çıxa bilməyiblər”. 
B. Şəkinskaya bu obraz üzərində məşq etdikdən sonra Xura-
manın uzun müddətli ifaçısı olmuşdur. 
Fatma Qədridən sonra bu rolu tamaşaçıya sevdirmək o qədər 
də asan deyildir. Onun ifasında Xuraman ömrünü var-dövlət içində 
keçirmiş bir qadın idi. Aktrisanın Xuramanı saray həyatının qurbanı 
idi.  Xuraman-Şəkinskaya  əri  Vaqifə  xəyanət  etdikdən  sonra  keçir-
diyi əzabı, zülmü rəngarəng boyalarla tamaşaçlara çatdırırdı. Onun 
kədərinə ürək ağrısı ilə inanırdılar. 
Barat Şəkinskaya Xuramanı uzun müddət Ələsgər Ələkbərov, 
Rza Əfqanlı və İsmayıl Dağıstanlı kimi sənətkarlarla ifa etmişdir. 
1961-ci ildə B. Şəkinskaya iki qadın obrazı yaratdı. Bunlarda 
biri M. Məmmədovun quruluşunda S. Rəhmanın “Əliqulu evlənir” 
komediyasında Səadət (9 mart) və ikincisi Ə. Quliyevin quruluşun-
da  H.  Seyidbəylinin  “Bağlı  qapılar”  pyesində  Mənsurə  (3  iyun) 
obrazları idi. 
Xarakterləri müxtəlif olan bu qadınları B. Şəkinskaya əvəzsiz 
ifa  edirdi.  Aktrisa  rayon  maarif  şöbəsinin  müdiri  Səadətin  daxilin-
dəki təmizliyi çatdırmaqla yanaşı, son dərəcə qəddar, var-dövlət, pul 
düşkünü  Mənsurənin  də  iç  üzünü  tamaşaçılara  göstərməyə  müvəf-
fəq olurdu. 
Barat xanım öz xatirələrində yazır ki; “Mehdinin ilk tamaşası 
“Əliqulu  evlənir”  oldu  (baş  rejissor  kimi-İ.A.).  O,  çox  həvəslə  işə 
girişmişdir. Mənim də babat rolum var idi, amma çox həvəslə işlə-
yirdim. Tamaşa ümumiyyətlə böyük müvəffəqiyyət qazandı. Ən bö-
yük müvəffəqiyyət isə Əliqulunu oynayan Ağasadıq Gəraybəylinin 


 
80 
payına  düşdü.  1961-ci  il  teatr  mövsümü  belə  başladı.  Sonra  daha 
Mehdi ilə heç tamaşam olmadı. Həmin il oynadığım ilk ana obrazı 
Həsən  Seyidbəylinin  “Bağlı  qapılar”  pyesinin  tamaşasındakı  Mən-
surə idi. Bu rol mənim sevimli rollarımdan oldu. 
Yadımda qalan az çox  yrəyimcə olan rolun C. Məcnunbəyo-
vun  1962-ci  ildə  tamaşaya  qoyulan  “Məhəbbət  hökmü”  tamaşasın-
dakı Zeynəb mənim ikinci ana rolum idi. Rolumdan çox razı idim. 
Əgər  gələcəkdə  imkan  yaransa  idi,  mən  artıq  ana  rollarının  ifaçısı 
ola bilərdim. Mən buna inanırdım”. 
A. İsmayılova (1977)  yazır ki; “Barat xanım qəddar və cina-
yətkar  Mənsurənin  pula,  var-dövlətə  hərisliyini,  varlanmaq  üçün 
möhtəkirliyə  qurşanmasını  ustalıqla  əks  etdirirdi.  “Bağlı  qapılar” 
tamaşası  teatrın  repertuarında  uzun  ömürlü  olmasa  da,  Barat  Şə-
kinskayanın  yaratdığı  Mənsurə  obrazı  ağıllı,  düşünülmüş,  ciddi 
yaradıcılıq məhsulu kimi diqqəti cəlb edir”. 
Aktrisa  ifa  etdiyi  obrazın  dolğunluğuna,  bütövlüyünə  xüsusi 
fikir verirdi və  yaratdığı qəhrəmanına emosionallıq gətirirdi, tama-
şaçılara sevdirirdi. 
“Bağlı qapılar” tamaşası Barat xanımın səhətinə böyük ziyan 
vurdu.  Tamaşanın  adından  məlum  olan  müəyyən  mənada  faciəli 
sözlər aktrisanın həyatında öz əksini tapdı. 
“Bağlı qapılar” tamaşası üçün gündüz şəkillər çəkilirdi. Və bu 
ərəfədə səhnə də tutqun lampa yanıq olur. Barat Şəkinskaya ilə rəs-
sam Nüsrət Fətullayevin üzü lampa ilə üz-üzə olduğundan hər ikisi-
nin bir gözü yanır (sonralar hər ikisinin yanan gözü protez oldu). 
Həmin axşam Ş. Qurbanovun “Əcəb işə düşdük” komediyası 
repertuarda  olduğu  üçün  (bu  tamaşada  B.  Şəkinskaya  Əntiqə  rolu 
ifa  edirdi-İ.A.)  onu  xəstəxanaya  aparmaq  istəməyiblər  ki,  tamaşa 
pozular. Lakin şiddətli ağrılar hər şeyə qalib gəlmişdir... 
Beləliklə,  səhnəmizdə  şam  kimi  yanan  bu  görkəmli  sənətkar 
bədəninin ən ali orqanlarından biri olan gözü həqiqətən yanmışdır. 
Bəli,  Barat  xanım  gözünün  işığını  teatrın  işıqlanmasına,  tamaşaçı-
ların qəlbində teatr işığının yanmasına qurban vermişdir. 


 
81 
1961-ci  il  dekabr  ayının  2-də  T.  Kazımovun  quruluşunda      
Ş.  Qurbanovun  “Əcəb  işə  düşdük”  komediyası  tamaşaya  qoyuldu, 
B. Şəkinskaya və L. Bədirbəyliyə Əntiqə rolu tapşırıldı. 
Əsərdən  məlumdur  ki,  Əntiqə  tamaşanın  ikinci  pərdəsində 
görünürdü  və  ikinci  dərəcəli  rol  sayılırdı.  B.  Şəkinskaya  Əntiqəni 
məzəli ştrixlərlə yaradırdı. İlk görünüşdə Əntiqə-Şəkinskaya divan-
da  uzanıb  telfonla  danışmasını,  ərindən  şikayəti  ilə  tamaşaçının 
üzündə təbəssüm yaradırdı. Tamaşaçı arzu edirdi ki, Əntiqə-Şəkin-
skaya  səhnədə  çox  qalsın.  Sonra  Əntiqə-Barat  xanımın  Misirxa-
novla və əri Abış Surxayeviçlə məzəli söhbətləri uzun müddət tama-
şaçıların təfəkküründən silinməmişdir. 
B. Şəkinskaya ilə şəxsi söhbətlərimdən birində mənə dedi ki; 
“Süleyman Rüstəm tamaşaya mənim ifamda baxdıqdan sonra rejis-
sordan  xahiş  edib  ki,  Əntiqə  obrazına  söz  əlavə  edib  finala  salsın. 
Mən  buna  razı  olmadım.  Çünki  rolun  kiçik  olduğumdan  evə  tez 
gedirdim”. 
B. Şəkinskaya  Əntiqəni səhnədə püxtələşdiyi  dövrdə  yaratdı. 
Onun ifasında Əntiqə ərköyün idi. Əri Abış Surxayeviçə Əntiqə-Şə-
kinskaya  “Abulya”-deyə  müraciət  etməsi  tamaşaçıya  xüsusi  zövq 
verirdi. 
T.  Həsənov  “Azərbaycan  gəncləri”  qəzetində  (16.03.1962.) 
“Nikbin ruhlu komediya” adlı məqaləsində yazır ki; “Respublikanın 
xalq artisti Barat Şəkinskaya və Leyla Bədirbəyli həyatın mənasını 
başa  düşməyən  anasının  məsləhəti  ilə  “cavana  gedib  yumruq  ye-
məkdənsə, qocaya gedib quyruq yeyim” deyə Abışı özünə ər seçmiş 
bu yelbeyin qızın surətini ustalıqla yaradırlar. Onların davranışların-
dakı  qəribəlik,  danışıq  tərzlərindəki  uşaqcasına  sadəlik  real  və 
təbiidir”. 
Aktrisa  B.  Şəkinskaya  Əntiqə  obrazını  ifa  etməklə  tamaşa-
çılarda yüngüllüyə, yelbeyinliyə, burnundan uzağı görməməyə, hər 
şeyə səthi yanaşmağa qarşı ikrah hissi yaratmışdır. 
Müxtəlif tamaşalarda zəngin xarakterlər yaradan Yaxın Şərqin 
ən görkəmli sənətkarlarından biri olan Barat Şəkinskaya 1966-cı il 
də  fevral  ayının  12-də  böyük  rus  dramaturqu  A.  N.  Ostrovskinin 


Yüklə 2,76 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə