İmran axundov



Yüklə 2,76 Mb.
Pdf görüntüsü
səhifə7/27
tarix21.07.2018
ölçüsü2,76 Mb.
#57463
1   2   3   4   5   6   7   8   9   10   ...   27

 
25 
nov-Vidadi; Rza Əfqanlı-Eldar; So-
na Hacıyeva-Gülnar və s. rolları ifa 
edirdilər. Bu tamaşada    B. Şəkin-
skaya Tamara rolunda çıxış etdi. 
Aktrisanın ifasında Gürcü qızı 
Tamara  öz  mərdliyi  ilə  kişilərdən 
fərqlənmirdi.  Biz  tamaşa  vaxtı  Ta-
mara  ilə  beşinci  şəkildə  tanış  olu-
ruq. İran hökmdarı Ağa Məhəmməd 
şah Qacar tərəfindən əsr alınan gür-
cü  qızı  Tamara-Şəkinskayanın  kə-
dərli  halda  mahnı  oxuması  tamaşa-
çıları sarsıdırdı. Əsərdə Tamara epi-
zodik roldur. Lakin Barat xanım bö-
yük  rus  aktyoru,  rejissoru,  teatr 
nəzəriyyəçisi,  SSRİ  xalq  artisti    K. 
S.  Stanislavskinin  dediyi  kimi  “ro-
lun böyüyü-kiçiyi  yoxdur, aktyorun 
var” sözlərinə əsaslanaraq bu obrazı 
tamaşaçı  yaddaşına  həkk  edə 
bilmişdir. 
Barat  xanım  xatirələrində  yazır;  “1939-cu  ildə  Əzizbəyov 
adına  Dövlət  Dram  Teatrında  işlədiyim  vaxt,  çox  çətinliklə  anamı 
Səməd Vurğunun  “Vaqif” pyesinin tamaşasına apardım. Tamaşada 
gürcü qızı Tamaranı mən oynayırdım. 
Evə qayıtdıq. Anamın qanı qara idi. Soruşdum: 
-Hə, ana, nə oldu, yenə xoşuna gəlmədim? 
Dedi ki, yox! Fatma Qədri, Sona xanım yar-yaraşıqlı, Qarabağ 
paltarında... baxanda adam fərəhlənir. Amma sən? Əlinə tüfəng alıb, 
düşmüsən kişilərin dalınca”.   
1938-ci il də Mirzə İbrahimov “Həyat” pyesindən sonra İspa-
niyada baş verən hadisələr əsasında “Madrid” pyesini yazıb, tamam-
ladı.  Bu  əsərdə  hadisələr  1935-1936-cı  illərdə  İspaniyada  cərəyan 
edirdi. 
B.Şəkinskaya – Tamara 
rolunda 


 
26 
1938-ci  il  noyabr  ayının  29-da  Rza  Təhmasibin  quruluşunda 
“Madrid”  tamaşası  ilk  dəfə  göstərildi.  Bu  tamaşada  Barat  xanım 
Aida  obrazını  son  dərəcə  gözəl  ifa  etdi.  C.  Cəfərov  yazır  ki;  “... 
romantik  təbiətli  Aidanın  ideya  yüksəlişini  inandırıcı  şəkildə 
göstərən Barat Şəkinskaya idi”. 
A. İsmayılova (1977) yazır ki; 
“Öz səadətini xalqın səadətinə bağış-
lamış,  ağıllı,  cəsur,  ispan  qızı  Aida      
B.  Şəkinskayanın  ifasında  sayıq  bir 
vətənpərvər,  vətənin  düşmənlərinə 
qarşı amansız bir döyüşçü idi. Aida-
B.  Şəkinskaya  üçün  vətən  də,  xalq 
da  müqəddəsdi.  Bu  rol  üzərində 
işlərkən  aktrisa  öz  tamaşaçılarına 
vətənpərvərlik  hisslərini  aşılamaq, 
gəncləri  vətənin  şərəfini  qorumaq 
üçün  səfərbər  etmək  məqsədi  daşı-
yırdı”. Bu tamaşada aktrisanın yarat-
dığı Aida üzün müddət tamaşaçı qəl-
bində dərin iz buraxmışdı. 
V.  Hacıoğlu  (“Ədəbiyyat  qə-
zeti”,  27.10.1938)  B.  Şəkinskayanın 
ifasın  yüksək  qiymət  verərək  yazır 
ki;  “...  böyük  məsuliyyəti,  Karlosa 
olan məhəbbətini vətənə olan məhəbbətlə birləşdirib vətən uğrunda 
adi bir döyüşçü kimi qorxmadan çarpışmasındadır”. 
Barat  Şəkinskaya  səhnədə  bir  sıra  dərin  məzmunlu  obrazlar 
yaradan  sənətkar  olmaqdan  başqa,  kollektivədə  böyük  qayğı  gös-
tərən, onların müvəffəqiyyətinə sevinən bir insan idi. 
Aktrisa  yaradıcılığında  ciddi  axtarışlar  apardığı  bir  dövrdə, 
camaat  arasında  çaxnaşma  başlandı.  Represiyanın  sədası  teatra  da 
gəlib  çıxdı.  Hər  yerdə  olduğu  kimi  müqəddəs  məbədgah  sayılan 
teatrda da “xalq düşmənləri”ni axtarırdılar və nəhayət “tapdılarda”. 
 
B.Şəkinskaya – Aida rolunda 


 
27 
 
IV FƏSİL 
 
AKTRİSA REPRESSİYA İLLƏRİNDƏ 
 
 
 
Faciələrlə bol olan 1937-1938-ci illər XX əsrdə xüsusi mərhə-
lə  təşkil  edir.  Bu  illərdə  xalqın  düşünən  beyinlərini  şəxsiyyətə  pə-
rəstişin qurbanı etdilər. Hər yerdə olduğu kimi teatrda da “xalq düş-
mənləri”ni axtarırdılar... 
Mən  teatrda  baş  vermiş  repressiyanı  nə  qədər  məzmunlu 
qələmə  alsam  Barat  Şəkinskayanın  yazdığı kimi  ifadə  etməyə aciz 
olaram.  Ona  görə  də  aktrisanın  1989-cu  il  sentyabr  ayının  15-də 
“Ədəbiyyat  və  incəsənət”  qəzetində  nəşr  olunmuş  müsahibəsinin 
bəzi yerlərini burda verməyi lazım bilirəm. 
“Əvvəl  tanınmış  inqilabçıları,  siyasi  xadimləri  həbs  etməyə 
başladılar. Onların arasında şəxsən mənim tanıdığım adamlar da az 
deyildi. İncəsənət işçiləri idarəsinin rəisi Ruhulla Axundov, Bakıda-
kı dram teatrının direktoru Əli Kərimov da həbs olunanlar arasında 
idi. Hamının bir-birinə baxışından bir ifadə oxunurdu: Döğurdanmı 
onlar  xalq  düşmənidirlər?  Şəxsən  mənim  yaxşı  tanıdığım  Hüseyn 
Cavid və məktəb müəllimim Əhməd Cavadı da tutdular (Ə. Cavadın 
tərcüməsində  Kirovabad  (indiki  Gəncə-İ.A.)  teatrında  “Otello” 
tamaşasında  Dezdemona  rolunda  məşq  etmişdim).  Getdikcə  şübhə 
hissi də artmağa başlayırdı. 
...  Bir  gün  “Pəri  cadu”nun  məşqi  gedirdi.  Mən  Pəri  polunda, 
Abbas Mirzə Şərifzadə Qurban, Panfiliya Tanailidi Cadugər rolunda 
çıxış edirdi. Məşq zamanı turuppa müdiri Fərəc Süheyli gəlib bildir-
di ki, sabah böyük salonda iclas olacaq. Vacib məsələ var. Mən bu 
məsələni evdə danışanda Şəmsi dedi ki, bu heç yaxşı işə oxşamır (o 
vaxt  Şəmsi  Bədəlbəyli  ilə  Barat  Şəkinskaya  yeni  ailə  həyatı  qur-
muşdular). Allah camaatı xətadan uzaq eləsin. 


 
28 
Səhəri  gün  saat  10-da  iclas  başladı.  Əli  Kərimovun  yerinə 
Süleyman Rüstəm teatra direktor təyin  olunmuşdur. Direktor müa-
vini  Səid  Rüstəmovu  çıxardıb,  milliyyətcə  başqa  millətdən  olan 
Muradov  adlı  bir  nəfəri  direktor  müavini  qoymuşdular.  Qəddar  bir 
adam  idi.  İçlası  o  açıb  sözü  partkom  Abdullayevə  verdi.  Abbas 
Mirzə Şərifzadəni iclasın sədri secdilər. Amma rəngi-rufu ağappaq 
idi və onun çıxışına qədər heç kim, heç nə bilmirdi. 
Abbasmirzə  bildirdi  ki,  bizim  aramızda  xalq  düşmənləri  var. 
Namuslu sovet vətəndaşları kimi onları ifşa etmək hamımızın vətən-
daşlıq borcudur. Kim kimin haqqında nə bilir, kimdən sovet höku-
məti  əleyhinə  söz  eşidib,  desin.  Hamı  məəttəl  qaldı.  Bildirdilər  ki, 
heç kim, heç nə əleyhinə söz eşitməyib. 
... Başladılar Ülvi Rəcəbdən. Ülvinin evində kimlər olub? O, 
evində  türk  valları  çaldırıb.  Türk  ədəbiyyatını  və  türk  musiqisini 
təbliğ edib. Heç kim, heç nə başa düşmədi. 
O  zaman  teatrımızda  Cavahir  Hüseynova  adlı  aktrisa  vardı. 
Cəsarətli qız idi. Süleyman Rüstəmlə birlikdə bir çox səhnə ustası-
nın  həbsdən  qurtarılmasında  onun  da  zəhməti  az  olmadı.  Kollek-
tivin içərisindən yalnız o, ayağa qalxıb: 
-Nə  Ülvi,  Ülvi  salmısınız.  Ülvi  bizim  ən  namuslu  aktyorları-
mızdandır,  -dedi.  Elə  bu  an  direktor  müavini  Muradovun-“Utur”-
deyə səsi eşidildi. Cavahir də borclu qalmayıb, ona sərt cavab verdi. 
Ülvi acıqlı şəkildə salonu tərk etdi. 
Mən,  Sona  Hacıyeva,  o  zaman  teatrda  qrimçi  işləyən  Əliağa 
Dadaşov bir-birimizə baxıb, onun arxasınca qaçdıq. Bulvarda Ülvi-
yə çatdıq. O bizi görüb-qaçın mənim üstümdə sizə söz gələr. Yoxsa 
elə bilirsiniz özümü dənizə atacağam? Mən elə iradəsiz adam deyi-
ləm.  Özüm  haqqımı  qoruyacağam.  Adicə  olaraq  o  sözləri  eşitmək 
istəmirəm,-dedi. 
Geri qayıtdıq. İclas davam etdi. Abbasmirzə ancaq söz verirdi. 
Özü bir kəlmə də danışmırdı. O gün axşam Ülvini tutdular. Bir gün 
sonra işə gələndə isə gördük ki, Abbasmirzə də yoxdur. Dedilər ki, 
maskalanıb sədrlik edirmiş. 


Yüklə 2,76 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə