İmran axundov



Yüklə 2,76 Mb.
Pdf görüntüsü
səhifə10/27
tarix21.07.2018
ölçüsü2,76 Mb.
#57463
1   ...   6   7   8   9   10   11   12   13   ...   27

 
35 
zəhmətə qatlaşmaq və bu zəhmətdən böyük zövq almaq onun üçün 
istirahətə çevrilmişdir. O, Baharın sonrakı həyatını yəni kor olduğu 
səhnələri çox böyük sənətlkarlıqla ifa edirdi. Bahat-Şəkinskaya kor 
olduqdan  sonra  da  yaradıcılıqdan  soyumur,  əksinə  özü  üçün  yeni 
yollar axtarmağa çalışırdı. 
Son  dərəcə  orijinal  sə-
nətkar  olan  Barat  Şəkinskaya 
faciə  və  müasir  pyeslərdə  ob-
razlar  yaratmaqla  yanaşı,  ko-
mediya  əsərlərində  də  yaddaş-
lara  həkk  olunan  komik  rollar 
yaratmışdır. 
Aktrisa ifa etdiyi rol üçün 
cizgilər  tapmağa  çətinlik  çək-
mirdi,  öz  ifasında  şit  hərəkət-
lərə  yol  vermirdi,  əksinə  oy-
nadığı  komik  obraz  ilə  tama-
şaçını düşündürməyə çalışırdı. 
Bu  baxımdan  1941-ci  il 
yanvar  ayının  23-də  A.  İsgən-
dərovla,  Ş.Bədəlbəylinin  quru-
luşunda 
səhnəyə 
qoyulan        
S.  Rəhmanın  “Xoşbəxtlər”  ko-
mediyası maraqlıdır. 
S.  Rəhmanın  “Toy”dan 
sonra  ikinci  komediyası  olan 
“Xoşbəxtlər”də  B.  Şəkinskaya 
Gülər  obrazını  ifa  etmişdir. 
Aktrisa bu tamaşada Mirzağa Əliyev, Mustafa  Mərdanov, Möhsün 
Sənani  kimi  böyük  sənətkarlarla  tərəf  müqabili  olmuş  və  onun  ifa 
etdiyi Gülər bu aktyorların yanında kölgədə qalmamışdır. Barat xa-
nım Gülər obrazı ilə tamaşaçıların yaddaşında dərin iz buraxmışdır. 
M.  Hüseyn  yazır  ki;  “Gənc  aktrisalardan  Barat  (Gülər), 
Hökümə  (İnci),  Əminə  (Maral)  öz  rollarını  əvvəldən  axıra  qədər 
“Xoşbəxtlər” tamaşasından səhnə. 
Sağdan: Gülər – B.Şəkinskaya,  
İnci – SSRİ xalq artisti H.Qurbanova 


 
36 
böyük  bacarıqla  oynayırlar.  Baratın,  Hökümənin  və  Əminənin 
aktyor  sənəti  sahəsində  belə  sürətlə  boy  atmasında,  köhnə  teatr 
ştamplarına qarşı inadla vuruşan və aktyorların istedadından maksi-
mum istifadə etməyi  bacaran Adil  İsgəndərovun böyük xidməti ol-
muşdur.  “Xoşbəxtlər”  komediyasında  gənc  qadınların  lirik  və  mə-
lahətli  obrazlarını  yaradan  Barat  və  Hökümə  əvvəlki  rollarına 
nisbətən çox inkişaf etmişlər”. 
C.  Cəfərov  “Azərbaycan  Dram  Teatrı”  (1959)  adlı  kitabında 
yazır  ki;  “Baratın  oynağı  Gülər  cürətli  və  qətiyyətlidir.  O,  özünün 
qüvvətli  olduğunu  bilir  və  buna  sevinir;  hətta  bəzən  özünü  hə-
qiqətdə olduğundan daha qüvvətli bir qadın kimi göstərməyə meyl 
edir.  O,  ciddi  və  amiranə  danışır,  daxilən  peşman  olub  əzab  çəkən 
və  ağlayan  Gülər-Barat  zahirdə  özünü  sarsılmaz  göstərir  ki,  bu  da 
incə, lirik, mülayim gülüşə səbəb olur... 
Aktrisalardan  H.  Qurbanova 
(İnci)  və  B.  Şəkinskaya  (Gülər)  qa-
barıq  fərdi  xüsusiyyətləri  ilə  fərqlə-
nən, lakin xarakterləri etibarı ilə bir-
birinə  yaxın  olan  iki  gənc  azərbay-
canlı qadının surətində incə və səmi-
mi 
duyğuların 
gözəlliyini 
ifa 
edirlər”. 
M.  Mərdanov  (1959)  yazır  ki; 
“Barat  Şəkinskaya  Gülər  obrazını 
böyük ustalıqla yaratmışdır”. 
B.  Şəkinskaya  Gülərin  daxili 
aləmini  düzgün  açmış  və  bənzərsiz 
ifası ilə tamaşaçıları sevindirmişdir.
 
 
Müharibə  başlanmazdan  əvvəl 
teatr  1941-ci  ilin  aprel  ayının  24-də 
V.  Şekspirin  qüdrətli  qələmindən 
çıxmış  M.  İbrahimovun  tərcümə  et-
diyi  “Kral  Lir”  faciəsini  Aleksey 
Qripiç  tamaşaya  qoydu.  Cəmi  on 
B.Şəkinskaya – Kordeliya 
rolunda 


 
37 
dəfədən  bir  az  artıq  oynanılan  bu  tamaşada  Lir  rolunu  SSRİ  xalq 
artistləri  Sidqi  Ruhulla  və  Ələsgər  Ələkbərov,  Lirin  kiçik  qızı 
Kordeliya obrazını Barat xanım ifa edirdi. 
B.  Şəkinskaya  xatirələrində  yazır  ki;  “Böyük  alimimiz  Mus-
tafa  Topçubaşov  bu  tamaşanın  bir  gecəsini  belə  ötürməmişdi. 
Tapşırmışdır  ki,  “Kral  Lir”in  bütün  tamaşalarına  onun  ailəsi  üçün 
bir  loja  saxlanılsın.  O,  bu  tamaşa  haqqında  heyranlıqla  danışardı. 
Təəssüf  ki,  müharibə  başlandı  (bu  tamaşanı  1941-ci  il  aprelin  24-
dən  müharibə  başlayan  günə  qədər  13  dəfə  oynadıq).  Bununla  da 
tamaşanın  ömrü  qurtardı...  Onu  repertuardan  çıxartmaq  üçün  min 
bir qısqanclıq, sənət qısqanclığı göstərdilər: “Tamaşa gec qurtarır”, 
“Belə ağır gündə bu əsərin yeri yoxdur”... və s.” 
Cülyettadan  sonra  B.  Şəkinskaya  Şekspirin  ikinci  qəhrəma-
nını-Kordeliyanı  ifa  etdi.  Lirin  üçüncü  qızı  olan  Kordeliya  Barat 
xanımın  obrazlar  qalereyasının  ən  parlaq  incilərindəndir.  Aktrisa 
Kordeliyanın  sədaqətini,  nəcibliyini,  mehribanlığını  çox  gözəl  əks 
etdirmişdir. 
M.  Rəfili  “Bakinski  raboçi”  qəzetində  (21.05.1941)  yazır  ki; 
“Tamaşanın  müvəffəqiyyətli  surətlərindən  biri  Barat  xanımın  ifa 
etdiyi  Kordeliya  roludur.  O,  rolun  daxili  aləmin,  gəncliyin, 
səmimiyyətin, fədakarlığın, övlad məhəbbətin çox incəliklə açıb”. 
C.  Cəfərov  “Kral  Lir”  tamaşasındakı  Sidqi  Ruhulla  və  Barat 
Şəkinskayanın ifa etdiyi obrazlar haqqında yazırdı; “Lirin Kordeliya 
ilə görüşdüyü səhnə ən qüvvətli və həyacanlandırıcı səhnələrdən bi-
ri  idi.  Sidqi  və  Barat  bu  səhnəni  dərin  məna  və  ifadə  qüvvəsi  ilə 
oynayırlar”. 
A. Kazımov “Gənc işçi” qəzetində (24.04.1941) qeyd edir ki; 
“... Barat nisbətən gənc qüvvədir. Bir neçə il bundan əvvəl Cülyetta 
rolunda  səhnəmizdə  çıxış  edən  bu  gənc  artistkanın  inkaşafında  da 
Şekspir obrazlarının böyük təsiri olmuşdur. İndi isə Barat, Şekspirin 
yaratmış  olduğu  qadın  obrazlarının  ən  görkəmlilərindən  biri  olan 
ağıllı, qürurlu və məlahətli Kordeliya rolunda çıxış edir”. 
M.  S.  Əfəndiyev  “Kommunist”  qəzetində  (16.05.1941)  yazır 
ki;  “Saf  qəlbli,  zərif  və  hərəkətlərində  cəsarətli  Kordeliya  rolunu 


Yüklə 2,76 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə