İmran axundov



Yüklə 2,76 Mb.
Pdf görüntüsü
səhifə12/27
tarix21.07.2018
ölçüsü2,76 Mb.
#57463
1   ...   8   9   10   11   12   13   14   15   ...   27

 
42 
Qaydarın  “Timur  və  onun  komandası”  əsərində  Timur;    N.  Filip-
povanın  “Partizan Kostya”sında Kostya;  H.  Ağayevin  quruluşunda 
M. F. Axundovun “Hacı Qara” komediyasında Sona xanım rollarını 
ifa etdi. 
1943-cü il may ayının 22-də B. Şəkinskaya Lope de Veqanın 
“Bağban  iti”  pyesində  Diana  rolunu  tamaşaçılara  təqdim  etdi.  C. 
Cəfərov  Mehdi  Məmmədov  haqqında  yazdığı  “Rejissor  sənəti” 
(1969) kitabında çox gözəl qeyd edir ki, “Barat Kirovabadda (İndiki 
Gəncə-İ.A.)  işləyəndə  teatr  Lope  de  Veqanın  “Bağban  iti”  pyesi 
üzərində  işləyirdi.  Tamaşaların  birində  məlum  oldu  ki,  aktrisa 
Solmaz xəstələnib. Onda Baratı-Diananı baş rolu oynamağa çağırdı-
lar. Əsərin mətninin yarısı Diananın idi. Mehdi özü ona sufliyorluq 
etməli  oldu.  Baratın  hazırlıqsız  oynadığı  bu  rol  hamının  təcübünə 
səbəb  oldu.  Bə  o  bu  çətin  rolu  çox  gözəl  oynadı.  Çünki  bu  rol 
Baratın cəldlik, çeviklik və temperamentinə çox yaxın idi. Və Barat, 
Solmaz xanımla bərabər bu rolun ifaçısı oldu”. 
1943-cü  il  Gəncə  teatrının  yaradıcılıq  illərindən  biri  idi. 
Müxtəlif  əsərlərlə  tamaşaçıları  sevindirən  tamaşalar  arasında  M. 
Hüseynin “Nizami” pyesinin səhnədə göstərilməsi tamaşaçı axınına 
səbəb olmuşdur. 
Qəribədir  ki,  paytaxt  teatrından  təxminən  bir  il  sonra  Gəncə 
teatrı “Nizami”əsərinə mürüciət etmişdilər. Barat Şəkinskaya Gəncə 
teatrında Nizaminın ömür-gün yoldaşı Afaqı ifa etdi. 
İ. Kərimov yazır ki; “Həmin dövrün ən yaxşı tamaşalarından 
olan  “Nizami”də  (rejissor  M.  Məmmədov,  rəssam  S.  Hacıyev) 
məhəbbət, vətənə, xalq səadətinə bağlılıq üzvi vəhdətdə canlandırıl-
mışdır. Bütün tamaşa boyu bu iki xətt bir-birini tamamlayır, əsərin 
ideya-emosional məzmununu qüvvətləndirirdi. Möhkəm ansamblda 
çıxış  edən  aktyorların,  xüsusilə  Əşrəf  Yusifzadə  (Nizami),  Barat 
Şəkinskaya  (Afaq)  və  Səməd  Tağızadənin  (Şirvanşah)  ifası  çox 
təsirli idi”. 
Tamaşanın ilk səhnələrində Afaq-Şəkinskaya adama elə gəlir 
ki,  bütün  qayğılardan  azaddır.  Lakin  sonrakı  səhnələrdə  Afaqın 


 
43 
xəzərlərlə döyüş səhnəsində Barat xanım azərbaycanlı qızına məx-
sus mərdliyi tamaşaçıya göstərirdi. 
Aktrisanın  ifasında  Afaq  Nizamini  böyük  məhəbbətlə  sevən 
bir insandır: 
“-Yox,  yox  sənin  öz  piyalən  zəhərlə  də  dolu  olsa,  mən  onu 
şərbət kimi içərəm”. 
Beləliklə,  B.  Şəkinskayanın  ifasında  Afaq  mehriban  insan, 
qardaşını  dünyalar  qədər  istəyən  başı  və  Nizamini  hədsiz  məhəb-
bətlə sevən vafalı qadın idi. 
1943-cü  il  noyabr  ayının  21-də  R.  Təhmasibin  quruluşunda 
tamaşaya  qoyulan R. Rzanın  “Vəfa” pyesində  B.Şəkinskayanın  ifa 
etdiyi İntizar maraqlı bir obraz idi. 
A.  İsmayılova  (1977)  yazır  ki;  “...  Barat  Şəkinskayanın  ən 
müvəffəqiyyətli  rollarından  biri  R.  Rzanın  “Vəfa”  əsərinin  tama-
şasında  İntizardır.  Quruluşçu  rejissor  Rza  Təhmasib  tamaşanın 
müvəffəqiyyətində  Barat  xanımın  əməyinə  böyük  qiymət  verirdi. 
İstedadlı  aktrisa  bir  sənətkar  kimi  öz  yaradıcılıq  imkanlarından  və 
realist  teatr  xadimlərinin  gözəl  ənənələrindən  həmişə  bacarıqla 
istifadə etmişdir”. 
1944-cü  ildə  Gəncə  teatrında  H.  Ağayevin  quruluşunda         
M.  F.  Axundovun  “Hacı  Qara”  komediyası  səhnəyə  qoyuldu.  Bu 
tamaşada  Barat  xanım  baş  rollardan  birini,  Heydər  bəyin  sevgilisi 
olan Sona xanımı ifa edirdi. 
B. Şəkinskayanın ifasında Sona obrazı mehriban, istiqanlı və 
ağıllı  qız  idi.  Sona-Şəkinskaya  üçün  cəh-cəlal,  var-dövlət  mənasız 
idi.  Aktrisanın  Sonası  ancaq  sevmək  və  sevilmək  istəyirdi.  Artıq 
görkəmli sənətkar kimi yüksəlmiş Barat Şəkinskaya müəllifin fikri-
nə sadiq qalaraq ifa etdiyi Sonanı bacarıqlı bir qız kimi tamaşaçılara 
sevdirmişdir. 
Barat Şəkinskaya bu illərdə Şəmkir Dövlət Dram Teatrında da 
vaxtaşırı çıxışlar etmiş, “Vaqif”, “Namus”, “Məhəbbət”, “Xoşbəxt-
lər”, “Aydın”, “Oqtay Eloğlu” tamaşalarında Xuraman, Süsən, Hü-
rü,  Gülər,  Gültəkin,  Firəngiz  obrazları  ilə  tamaşaçıları  sevindir-
mişdir. 


 
44 
A. İsmayılova (1977)  yazır ki; “O, (B. Şəkinskaya-İ. A.) ob-
razların  daxili  aləmini,  xarakterik  xüsusiyyətlərini  dərindən  öyrə-
nərək,  rejissorların  göstərişlərini  və  təcrübəli  aktyor  yoldaşlarının 
məsləhətlərini  diqqətlə  dinləyib,  onları  öz  fəaliyyətində  tətbiq 
etməyi bacarmışdır”. 
Vaxtı tamam olduqdan sonra B. Şəkinskaya Mehdi Məmmə-
dovla  birlikdə  doğma  kollektivinə  Akademik  Milli  Dram  Teatrına  
qayıdır. Bir neçə il paytaxt tamaşaçılarını intizarda qoyan bu mahir 
sənətkar tamaşaçılarını öz məftunedici ifası ilə yenidən sevindirir. 
 
*** 
 
Geniş  yaradıcılıq  imkanına  malik  olan  Barat  Şəkinskaya  heç 
bir ifaçını təkrar etmirdi. Aktrisa yaratdığı obrazların daxili aləmini, 
psixoloji  vəziyyətlərini  düzgün  dərk  edir  və  böyük  sənətkarlıqla 
tamaşaçılara göstərirdi. Bu baxımdan aktrisanın 1943-cü il oktyabr 
ayının  1-də  Əliheydər  Ələkbərovun  quruluşunda  tamaşaçılara  təq-
dim olunan S. S. Axundovun “Eşq və intiqam” faciəsindəki Qəmər 
obrazı maraqlıdır (Barat xanım Qəməri Gəncədən qayıtdıqdan sonra 
1945-ci  ildə  ifa  etmişdir).  Tamaşaçı  ilk  dəfə  Qəmər-Şəkinskayanı 
görəndə elə bilirdi ki, o, bütün qayğılardan azaddır. Aktrisa Qəməri 
lirik  planda  ifa  edirdi.  Qəmər-Barat  xanım  qardaşı  Çingizə  sadiq 
bacı idi. Tamaşanın final səhnəsində Çingiz dəli kim komadan çıxır 
(Çingiz  rolunu,  səhnəmizin  böyük  sənətkarı,  xalq  artisti  Əjdər 
Sultanov ifa edirdi). Orada Çingizin Qəmər-Şəkinskaya ilə dialoqu 
son dərəcə səmimi təsir bağışlayırdı. 
1946-cı  il  aprel  ayının  20-də  Akademik  Milli  Dram  Teatrı 
Mehdi  Məmmədovun  quruluşunda  V.  Şekspirin  “On  ikinci  gecə” 
(tərcümə  edəni  M.  İbrahimov)  komediyasını  tamaşaçılara  təqdim 
etdi. Şekspir ifaçıları kimi geniş şöhrət qazanmış Azərbaycan teatrı 
bu tamaşada da yaddaşlara həkk olan obrazlar yaratdılar. Həmin ta-
maşada Barat xanım ən mürəkkəb rollardan birini Violanı (Sezario) 
ifa edirdi. 


Yüklə 2,76 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə