İmran axundov



Yüklə 2,76 Mb.
Pdf görüntüsü
səhifə11/27
tarix21.07.2018
ölçüsü2,76 Mb.
#57463
1   ...   7   8   9   10   11   12   13   14   ...   27

 
38 
oynayan  ...  Barat  hər  tamaşadan-tamaşaya  artan  bir  sənətkar 
olduğunu bir daha sübut etdi. Barat, Kordeliyanın mürəkkəb xarak-
terini qarşımızda çox dərin, sakit və qəşəng aşkar edə bildi”. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Atasını  dərin  məhəbbətlə  sevən  Kordeliya-Barat  xanım  onun 
bütün acı sözlərinə dözürdü və həmişə ona kömək etmək istəyirdi. 
Tamaşanın  axırlarında  Lir  xəstə  olur.  Kordeliya-Şəkinskaya  ona 
göstərdiyi nəvazişi, qayğını tamaşaçı uzun zaman unuda bilmirdi. 
Bütün  bu  deyilənlərdən  sonra  belə  qənaətə  gəlmək  olar  ki, 
Kordeliya obrazı Barat Şəkinskayanın dünya dramaturqlarının əsrlə-
rində  sevə-sevə  yaratdığı  obrazlar  içərisində  ən  yüksək  zirvəyə 
çatmış sənət nümunəsidir. 
Görkəmli  səhnə ustası  olan B. Şəkinskayanın  yaradıcılıq im-
kanları böyük idi. Onun sənətinin geniş diapazona malik olması ifa 
etdiyi  obrazlardan  aydın  görünürdü.  Bu  bənzərsiz  sənətkar  hər  bir 
“Kral Lir” tamaşasından səhnə. 
 Lir – SSRİ xalq artisti S.Ruhulla,  
Kordeliya – B.Şəkinskaya,  


 
39 
rolu  ən  xırda  detalına  kimi  elə  açırdı  ki,  ona  inanmamaq  mümkün 
olmurdu. 
B. Şəkinskaya keçmiş və müasir mövzularda müxtəlif xarak-
terli obrazlar yaratmışdır. Aktrisa 1941-1945-ci illərdə M. Hüseynin 
tərcümə  etdiyi,  Səftər  Turabovun  tamaşaya  qoyduğu  Konstantin 
Simovun “Vətən oğlu” (“Bizim şəhərli oğlan”) tamaşasında Varya 
(27.09.1941),  R.  Təhmasibin  quruluş  verdiyi  M.  İbrahimovun 
“Madrid”  tamaşasında  (A.  İsgəndərov  tərəfindən  bərpa  və  yenidən 
işləndi) Aida (24.01.1942), M. H. Təhmasibin Ə. Şərifovun qurulu-
şunda  tamaşaya  qoyduğu  “Aslan  yatağı”  pyesində  Lena 
(28.03.1942), Zeynal  Xəlilin S. Turabovun səhnəyə qoyduğu “İnti-
qam” mənzum dramında Nataşa (16.05.1942), A. İsgəndərovun qu-
ruluşunda  M.  İbrahimovun  “Məhəbbət”  dramında  Hürü 
(31.10.1942),  S.  Turabovun  quruluşunda  C.  Cabbarlının  “Almaz” 
pyesində Almaz (10.01.1943) rollarda çıxış etmişdir. 
K.  Siminovun  “Vətən  oğlu”  tamaşasındakı  B.  Şəkinskayanın  
ifa  etdiyi  Varya  obrazı  haqqında  “Ədəbiyyat  və  incəsənət  qəzeti 
(01.10.1941)  yazır  ki;  “Varya  rolunda  Barat  Şəkinskaya  özünü 
çoxtərəfli  talanta  malik  olan  bir  aktrisa  kimi  göstərdi.  Barat 
şıltaqlığında mahir olduğu qədər, lirik səhnələrdə də olduqca təbii, 
səmimi və valehedicidir”. 
1942-ci  il  mayın  16-da,  müharibənin  ağır  günlərində  Z. 
Xəlilin  “İntiqam”  mənzum  dramı  tamaşaya  qoyuldu.  Quruluşçu 
rejissor Səftər Turabov bu tamaşada B. Şəkinskayanı Sidqi Ruhulla 
ilə tərəf müqabili etmişdir. Aktrisa özü bu haqda belə yazır; “1942-
ci  ildə  Sidqi  Ruhulla  ilə  biz  Zeynal  Xəlilin  “İntiqam”  pyesini 
işləməyə  başladıq.  Pyes  Vətən  müharibəsində,  Ukrayna  partizan-
larından  bir  qrupu  haqqında  mənzum  dastan  idi.  O,  Taras,  mənsə 
onun  qızı  Nataşa  rollarını  məşq  edirdik...  Sidqi  Ruhulla  ilə  oy-
nadığın  “İntiqam”  tamaşasındakı  hər  səhnənin  mənim  üçün  böyük 
əhəmiyyəti vardır. Bir hadisə heç yadımdan çıxmaz: 
Quruluşçu rejissor Səftər Turabovun tamaşada belə bir səhnə 
mizanı  var  idi.  Faşistlər  ata-bala  bizi  quyunun  çarxına  bağlayıb 
çəkməli  idilər.  Əsl  çarxa  Sidqi  Ruhullanı  bağladılar.  Mən  isə 


 
40 
yalandan dartınmalı idim, guya məni də bağlayıb çəkirlər. Razılaş-
madım. Axı, Sidqi müəllim hara, mən hara? Mübahisə, inciklik, heç 
bir şey məni yumşaltmadı, axırda tənəffüs elan etdilər. Qayıdıb mən 
deyən  kimi  məşq  etdim.  İş  qurtarandan  sonra  Sidqi  müəllim  məni 
öpüb  dedi:-Sağ  ol,  qızım.  Sənətdə  heç  vaxt  güzəştə  getmə!  Adət 
edərsən...” 
B.  Şəkinskaya  Nataşanın  özünəməxsus  təbiliyini  real  vəziy-
yətdə tamaşaçıya çatdırırdı. Aktrisanın ifasında Nataşa müharibədən 
sonra azad gələcəyə böyük inamla baxan rus qızı idi: 
Mənim də qəlbimdə çoxdur arzular
Hər vuran ürəyin bir dünyası var. 
Düzdür, qabaqdadır ömrün ləzzəti. 
Nataşa-Şəkinskaya  Saşanı  böyük  bir  eşq  ilə  sevir  və  bu 
ayrılığa dözə bilmirdi: 
Elə danışmağa yaxşı dilin var
Diddi ürəyimi, yedi intizar! 
Barat xanım səhnədə Nataşanı ifa edərkən bizim yol gözləyən 
gəlinlərin  ürəyinə  təskinlik  verərək,  onların  dərdini  unutdurmağa 
çalışırdı. 
Tamaşanın  ən  maraqlı  yerlərindən  biri  də  Nataşa-Şəkinska-
yanın Taras-Sidqi Ruhulla ilə olan səhnəsi idi. Bu səhnədə Taras ilə 
Nataşa hündür bir ağacın budağından sallanmış iki kəndirin altında 
dayanırdılar.  Nataşa-Şəkinskaya  bu  səhnəni  elə  oynayırdı  ki,  S. 
Ruhulla kimi böyük sənətkarın yanında onun ifası gölgədə qalmırdı 
və tamaşaçılar tərəfindən alqışlarla qarşılanırdı. 
Beləliklə,  aktrisanın  yaratdığı  Nataşa  obrazı  unudulmaz 
obrazları içərisində özünə layiqli yer tutdu və tamaşaçılar tərəfində 
yüksək qiymətləndirildi. 
1943-cü il  yanvar  ayının 10-da teatr C. Cabbarlının  “Almaz” 
əsərini S. Turabovun quruluşunda tamaşaçılara yenidən təqdim etdi. 
Almazın kamil ifaçısı kimi ad qazanmış Sona Hacıyevadan sonra bu 
obrazı ifa etmək Barat xanımdan böyük məsuliyyət tələb edirdi. Bu 
tamaşada  iki  Almaz  ifa  edən  aktrisa  var  idi.  Barat  Şəkinskaya  və 
ona  dublyor  Sona  Hacıyeva.  Barat  xanım  Almazı  az  oynadı, 


 
41 
təxminən  üç  ay.  B.  Şəkinskayanın  Almazı  təhsil  görmüş,  kəndə 
qayıtmış müəllimə idi. Kəndəki köhnə mühit və adətlər onu narahat 
edirdi. O, kənddə tərəqqinin tərəfdarı idi. Bu da orda yaşayan köhnə 
fikirli  insanları  qane  etmirdi. Almaz-Şəkinskaya  arzularının həyata 
keçməyi  üçün  mübarizə  aparırdı.  Buna  görədə  Almaz  ciddi 
maneələrlə  qarşılaşırdı.  Barat  xanımın  ifasında  Almaz  mərd, 
yolundan  dönməyən,  mübarizəni  sona  qədər  aparmağı  bacaran  əsl 
Azərbaycan qızı idi. 
Barat xanımla söhbət edərkən adama elə gəlirdi ki, o, aktrisa 
olmaq üçün dünyaya gəlmişdir. O, fəaliyyət göstərdiyi illərdə müx-
təlif teatrlarda çalışmış və öz həmkarlarına əlindən gələni əsirgəmə-
mişdir. 
 
*** 
 
1943-1944-ci  illərdə  Akademik  Milli  Dram  Teatrının  bəzi 
aktyorlarını tamaşa oynamaq üçün Gəncəyə göndərmişdilər. Gəncə 
teatrının və xüsusilə Mehdi Məmmədovun təkidi ilə Barat Şəkinska-
yanı iki illik həmin teatra apardılar. Çünki bunun tamaşaçı axınana 
böyük təsiri ola bilərdi. 
B.  Şəkinskaya  Gəncə  teatrına  gələndə  repertuardakı  bəzi  ta-
maşalarda  (M.  Məmmədovun  quruluşunda  S.  Vurğunun  “Vaqif” 
mənzum  dramında  Xuraman,  M.  H.  Təhmasibin  “Bahar”  pyesində 
Bahar;  Həsən  Ağayevin  quruluşunda  M.  İbrahimovun  “Məhəbbət” 
dramında Hürü, S. Vurğunun “Fərhad və Şirin” mənzum dramında 
Şirin) bir neçə əsas rolları hazırlayıb yaradıcı heyətə daxil oldu. Te-
atrın qastrolu  zamanı A. Şirvanzadənin  “Namus”əsərində Süsən və 
C. Cabbarlının “Yaşar” pyesində Yaqutu tez bir zamanda ifa etdi. 
B.  Şəkinskaya  1943-1944-cü  illərdə  Gəncə  teatrında    Mehdi 
Məmmədovun quruluşunda Lope de Veqanın “Nə yarıdan doyur, nə 
əldən  qoyur”  (“Bağban  iti”)  komediyasında  Diana;  M.  Hüseynin 
“Nizami”  əsərində  Afaq;  R.  Təhmasibin  quruluşunda  R.  Rzanın 
“Vəfa”  pyesində  İntizar,  Ülkər;  M.  Məmmədovun  quruluşunda      
M.  Hüseyn  və  İ.  Əfəndiyevin  “İntizar”  dramında  Gülyaz;  Arkadi 


Yüklə 2,76 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə