İmran axundov



Yüklə 2,76 Mb.
Pdf görüntüsü
səhifə9/27
tarix21.07.2018
ölçüsü2,76 Mb.
#57463
1   ...   5   6   7   8   9   10   11   12   ...   27

 
32 
Şəmsini  qurtarmaqçün  yollar  axtarmağa  başladıq.  S.  Rüstəm 
də işə qoşuldu.  
O zaman opera teatrında Xristafor Martınoviç Arutyunov adlı 
direktor  müavini  işləyirdi.  Qirqoryanla  da  münasibətləri  yaxşı  idi. 
Operada  “Şah  İsmayıl”ın  tamaşalarının  birində  xəbər  tutduq  ki, 
Qirqoryan  tamaşaya  baxacaq.  Süleyman  Rüstəm  bütün  əhvalatı, 
teatrdan  qovulan  işçilərin  günahsız  olmalarını  Arutyunova  danış-
mışdı. Şəmsi üçün düzəldilmiş məktub isə ağ yalan idi. Özü də ayrı-
ayrı adamlar tərəfindən təşkil olunmuşdu. 
Qriqoryan  razı  olmazdı  ki,  onun  görəcəyi  işləri  başqaları 
yerinə yetirsin. 
Nə  isə  o  axşam  Qriqoryanla  həm  Arutyunov,  həm  də  Süley-
man  Rüstəm  baxmayaraq  ki,  o  zaman  belə  söhbət  özü  də  risk  idi, 
xeyli  söhbət  etdilər.  Bir  necə  gündən  sonra  Şəmsi  də,  Mirzağa 
Əliyev də, Fatma Qədri də, Möhsün Sənani də teatra bərpa olundu”. 
Göründüyü  kimi  bütün  bu  faciələr  teatrın  divarları  arasında 
qalmadı,  tez  bir  zamanda  xalq  arasında  yayıldı.  Tamaşaçı  Abbas-
mirzə Şərifzadənin-Hamletini, Elxanını, Səyavuşunu; Ülvi Rəcəbin-
Romeosunu,  Otellosunu,  Aqşinini;  Panfiliya  Tanailidinin-Fatma-
nisəsini, Şərabanısını, dayəsini bir daha görə bilmədi. Nə idi bunun 
səbəbi? Sapı özümüzdən olan baltalar. 
Aktyor  yoldaşları  isə  onların  böyük  sənətini  öz  ifaları  ilə 
tamaşaçılara  göstərirdilər.  Bəs  Barat  xanım  Şəkinskaya  necə...  Bu 
faciəli illərdən sonra o, səhnədə nə sağını, nə solunu, nə də arxasını 
gördü. O, Abbasmirzənin ağıllı məsləhətlərini eşitmədi, səhnədə öz 
sevgilisi  üçün  canından  keçən  Romeo-Ülvi  Rəcəbin  böyük  məhəb-
bətini duymadı, doğma ana kimi qayğı göstərən Panfiliya Tanailidi-
nin nəvazişini hiss etmədi. Lakin buna baxmayaraq Barat Şəkinska-
ya  ruhdan  düşmədi,  vurğunu  olduğu  sənətində  tapdanmış  cığırla 
getmədi, özünə yeni yol açdı və neçə-neçə aktrisalarıda öz arxasınca 
apardı. 
 
 


 
33 
 
V FƏSİL 
 
AKTRİSA YARADICILIQ ZİRVƏSİNDƏ 
 
 
 
Barat Şəkinskaya teatr sənətində bir epoxadır. 
 
fəlsəfə doktoru  İmran Axundov 
 
 
B.  Şəkinskayanın  yaradıcılı-
ğında  Qərbi  Avropa  dramaturgiyası 
mühüm  rol  oynamışdır.  O,  bu  mü-
kəmməl  əsərlərdə  müxtəlif  səpgili 
qadın  obrazları  yaratmış  və  tamaşa-
çıların zövqünü oxşamışdır. 
1939-cu  il  aprel  ayının  17-də 
teatr Məşhur fransız yazıçısı Onore de 
Balzakın  “Ögey  ana”  əsərini Mikayıl 
Rəfilinin tərcüməsində       A.A. Tu-
qanovun  quruluşunda  tamaşaya  qo-
ydu.  Bu  tamaşada  kiçik  yaşlı  oğlan 
olan Napoleon (Napoleon Bonapartın 
uşaqlıq dövrü) obrazını B. Şəkinskaya 
ifa  etdi.  Bu  Barat  xanımın  Tiltildən 
(“Göy  quş”)  sonra  ikinci  oğlan  rolu 
idi. Beləliklə, B. Şəkinskaya Azərbay-
can  teatr  tarixinə  ilk  travist  (oğlan  və 
kişi rollarını ifa edən aktrisa) aktrisa kimi daxil oldu. 
Aktrisanın  ifasında  Napoleon  dəcəl,  çevik,  son  dərəcə  çılğın 
bir  uşaq  idi.  İyirmi  dörd  yaşlı  yetkin  bir  aktrisanın  oğlan  uşağını 
yüksək məharətlə ifa etməsi B.Şəkinskayadan son dərəcə böyük is-
B.Şəkinskaya – Napoleon 
rolunda 


 
34 
tedad və gərgin əmək tələb edirdi. Azərbaycan səhnəsində canlanma 
yaradan bu tamaşa Barat xanımın ən böyük uğurlarından biri idi. 
1939-cu  il  dekabr  ayının  30-da  Səməd  Vurğunun  ikinci 
mənzum  dramı  olan  “Xanlar”  A.  İsgəndərovun  quruluşunda  tama-
şaya qoyuldu. Bu tamaşada B. Şəkinskaya Muxdar bəyin ögey qızı, 
Xanların  sevgilisi  Mehriban  rolunu  ifa  edirdi.  Aktrisanın  ifasında 
Mehriban  obrazı  incə,  səmimi  bir  qız  idi.  Tamaşaçı  B.  Şəkin-
skayanın  ifasında  Mehribanın  təmiz  məhəbbətinə  inanırdı.  Tama-
şanın  birinci  şəklində  Barat  xanım,  Xanlar-Ələsgər  Ələkbərova, 
Qızyetər-Mərziyə  Davudovaya  layiqli  tərəfmüqabili  olmuşdur.  B. 
Şəkinskayanın Mehribanı sevgilisi Xanlarla görüş səhnələrində son 
dərəcə təbii və inandırıcı idi. 
M.Hüseyn  “Xanlar”  tamaşası  haqqındakı  məqaləsində  Barat 
Şəkinskaya və Sona Hacıyevanın ifa etdiyi Mehriban rolu haqqında 
yazır ki; “Mehriban rolunda Baratla Sonanı da qeyd etmək lazımdır. 
Hər  ikisi  rolunu  düzgün  anlamış  və  düzgün  də  ifa  edir.  Sonanın 
ümumi  nöqsanı  (müəyyən  dərəcədə  quruluğu)  burada  da  özünü 
göstərməkdədir.  Barat  son  monoloqunu  böyük  bir  həyacanla  ifa 
edir. Ümumiyyətlə həm Sonada, həm də Baratda bu gözəl qız obrazı 
müvəffəqiyyətlidir”. 
Barat  xanım  Mehriban  obrazını  ifa  etməklə  Azərbaycan  qız-
larının ümumiləşdirmiş surətini yaratmışdır. 
B. Şəkinskaya 1939-1940-cı illərdə Məcid Zeynalovun qurulu-
şunda M. Hüseynin “Şöhrət” pyesində Dürdanə (14.04.1939), Ə. Şə-
rifovun  quruluşunda  Ə.Haqverdiyevin  “Pəri  cadu”  faciəsində  Pəri 
(27.05.1940),  İ.  Hidayətzadənin  quruluşunda  S.  Rüstəmin  “Qaçaq 
Nəbi” mənzum dramında Çimnaz (26.09.1940) rollarını ifa etmişdir. 
1940-cı il oktyabr ayının 10-da Ə. Şərifovun quruluşunda M. 
H. Təhmasibin “Bahar” pyesi tamaşaçılara təqdim olundu. Bu tama-
şada B. Şəkinskaya Bahar rolunu ifa etdi. Aktrisa gənc azərbaycanlı 
qızını, bəstəkar Baharı özünə məxsus sənətkarlıqla ifa edirdi. 
B. Şəkinskayanın  ifasında Bahar sadə,  mehriban, nəcib,  qay-
ğıkeş  və  təvazökar  idi.  Barat  xanımın  Baharı  qayğılarla  əhatə 
olunmuş  mehriban,  ismətli  bir  qızdır.  Bahar-Şəkinskaya  yaratmaq, 


Yüklə 2,76 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə