İNKİŞaf – MƏQSƏDİMİZDİR İYİRMİ ÜÇÜNCÜ Kİtab



Yüklə 2,32 Mb.
Pdf görüntüsü
səhifə102/115
tarix12.10.2018
ölçüsü2,32 Mb.
#73741
1   ...   98   99   100   101   102   103   104   105   ...   115

 

353 


 

77. Tacikistan, T a c i k i s t a n   R e s p u b l i k a s ı – Orta 

Asiyanın cənub-şərqində dövlət. Sahəsi 143,1 min km

2

, əhalisi 



5,5  milyon  nəfərdir.  İnzibati  ərazisi  Bədaxşən  Muxtar 

Vilayətinə,  2  vilayətə  və  45  rayona  bölünür.  Dövlət  başçısı 

prezident,  qanunverici  orqanı  Məclisdir.  Paytaxtı  Düşənbə 

şəhəridir. – 94–124. 

 

78. Artur Rasizadə, A r t u r   T a h i r   o ğ l u (d.1935) – Azər-

baycanın dövlət xadimi. SSRİ Dövlət mükafatı laureatı. 1986–92-ci 

illərdə  Azərbaycan  Respublikası  Baş  nazirinin  birinci  müavini 

vəzifəsində işləyib. 1996-cı ildən Azərbaycan  Respublikasının Baş 

naziridir.  Azərbaycan  Respublikasının  «İstiqlal»  ordeni  ilə  təltif 

olunmuşdur. – 94,124,143,146,161. 

 

79. Ramiz Mehdiyev,  R a m i z  Ə n v ə r  o ğ l u (d.1938) – 

Azərbaycanın  görkəmli    siyasi  və  dövlət  xadimi,  fəlsəfə  elmləri 

doktoru,  professor.  Azərbaycan  Milli  Elmlər  Akademiyasının 

həqiqi  üzvü.  1978–80-ci  illərdə    Rayon  Partiya  Komitəsinin  1-ci 

katibi,  1980–81-ci  illərdə  Azərbaycan  KP  MK-da  elm  və  təhsil 

şöbəsinin  müdiri,  1981–83-cü  illərdə  Azərbaycan  KP  MK-da 

partiya-təşkilat    işi  şöbəsinin    müdiri,  1983–88-ci  illərdə  Azər-

baycan KP MK-da katib, 1988–94-cü illərdə Azərbaycan  EA-nın  

İctimai-Siyasi  Tədqiqatlar  və  İnformasiya  İnstitutunda  şöbə 

müdiri,  1994-cü  ildə  Azərbaycan  Respublikası  Prezidentinin  İcra 

Aparatının  şöbə  müdiri,  1995-ci  ildən  Azərbaycan  Respublikası 

Prezidentinin Administrasiyasının  rəhbəridir. 1995–2000-ci illərdə 

Azərbaycan  Respublikası  Milli  Məclisinin  deputatı  olmuşdur. 

Müasir siyasi problemlərə, dövlət quruculuğuna aid bir çox kitab 

və  monoqrafiyaların  müəllifidir.  Azərbaycan  Respublikasının 

«İstiqlal»,  Rusiya  Federasiyasının  «Dostluq»    ordenləri  ilə  təltif 

edilmişdir.  Beynəlxalq  Nyu-York  Akademiyasının  və  Türk 

Dünyası  Araşdırmalar  Uluslararası  Elmlər  Akademiyasının  

üzvüdür.  – 94,124,143,146,325. 

 



 354 

80. Hacıbala  Abutalıbov,  H a c ı b a l a  İ b r a h i m  o ğ- l 

u  (d.1944)  –  Bakı  Şəhər  İcra  Hakimiyyətinin  başçısı.  Fizika-

riyaziyyat elmləri doktorudur. – 94,124,146,162,163,325. 

 

81.  İmoməli  Rəhmon,  İ  m  o  m  ə  l  i      Ş  ə  r  i  f      o  ğ  l  u  

(d.1952)  –  Tacikistanın  siyasi  və  dövlət  xadimi.  1992-ci  ildə  Ta-

cikistan  Ali  Sovetinin  sədri  olmuşdur.  Həmin  ilin  noyabrından 

Tacikistan Respublikasının prezidentidir.  – 94–106,108–121. 

 

82. Mahmadsaid  Ubaydulloyev (d.1952) – Tacikistan  dövlət 

xadimi,  siyasi  elmlər  namizədi.  2007–2009-cu  illərdə  Oli  Ta-

cikistan  Respublikası  Milli  Məclisinin  sədri  olmuşdur.  Hazırda 

Tacikistan    Respublikasının  paytaxtı  Düşənbənin  meridir.  – 

94,122. 


 

83. Akil Akilov (d.1944) – Tacikistan dövlət xadimi. 1999–

2013-cü  illərdə  Tacikistan  Respublikasının  Baş  naziri 

olmuşdur. – 94,107. 

 

84.  Xamroxon    Zaripov    (d.1948)  –  Tacikistan    dövlət 

xadimi,  2006–2013-cü  illərdə  Tacikistan  Xarici  İşlər  naziri, 

Tacikistan  Təhlükəsizlik  Şurasının  daimi  üzvü  olmuşdur.  – 

94,104. 

 

85.  Düşənbə  –  Tacikistanın  paytaxtı  (1929–1961-ci  illərdə 

Stalinabad). Ölkənin elmi-mədəni və sənaye mərkəzidir. Əhalisi 

524 min nəfərdir. –  96–124. 



 

86.  Samanilər dövləti – Orta Asiyada feodal dövləti (875–

899).  Paytaxtı  Buxara  idi.  Samanilər  dövlətinin  yaranması  

Ərəb  xilafətinin  dağılması,  Mavəraünnəhr  və  Xorasanda 

hakimiyyəti  ələ  almaları  ilə  nəticələndi.  X  əsrin  1-ci  yarısında  

Mavəraünnəhr, Xorasan, Şimali və Şərqi İran, Xarəzm, Sistan, 

Qorqan,  Rəşt,  Qəznə,  Təbəristan  və  s.  yerlər  Samanilər 

dövlətinin vassalı idi. X əsrin sonlarına yaxın ölkədə baş verən 



 

355 


feodal  dağınıqlığı  Samanilər  dövlətini  zəiflətdi.  Samanilər 

dövləti süqut etdi  və Orta Asiyada hakimiyyət Qaraxanilərin 

əlinə keçdi. – 95.  

 

87.  Rudəki Əbu  Əbdullah  (bəzi  mənbələrdə  Əbu-l-Həsən) 

C ə f ə r   b i n   M ə h ə m m ə d (təqribən 860–941) – tacik və 

fars  şairi.  Farsdilli  poeziyanın  banisi  sayılır.  Samani    şahla-

rından Nəsr bin Əhmədin sarayında «məlik üş-şüəra» olmuşdur. 

Farsdilli  poeziyada  Xorasan  üslubunun  yaradıcılarından 

olmuşdur. – 97. 



88. İbn Sina, Ə b  u  Ə l i   H ü s e y n   i b n  A b d u l l a h  

(980–1037)  –  alim,  filosof,  həkim,  Şərq  aristotelizminin  nüma-

yəndəsi. «Tibb elminin qanunu» əsəri bir çox əsrlər boyu Şərqdə 

və Avropada tibb üzrə əsas dərslik olmuşdur. – 97. 

 

89. Sədi,  M ü s l i h ə d d i n ə b i   M ə h ə m m ə d   Ə b-d 

ü l l a h   i b n   M ü ş r i f ə d d i n (1203–10-cu illər arasında – 

1292)  –  böyük  fars  şairi,  mütəfəkkir.  Sədiyə  didaktik  və 

mütəfəkkir  şair  kimi,  «Büstan»  və  «Gülüstan»  əsərləri  şöhrət 

qazandırmışdır.  Sədi  klassik  fars  ədəbi  -  bədii  nəsrinin  əsasını 

qoymuşdur. – 97. 

 

90. Nizami Gəncəvi,  İ l y a s  Y u s i f  o ğ l u (1141–1209) – 

dahi Azərbaycan şairi və mütəfəkkiri. Dünya ədəbiyyatı tarixinə 

məsnəvi formasında yazdığı beş epik poemadan ibarət «Xəmsə» 

müəllifi  kimi  daxil  olmuşdur.  Nizami  Gəncəvinin  ilkin  Şərq 

Renessansının  zirvəsi  olan  yaradıcılığında  dövrünün  ən 

humanist,  ümumbəşəri  ictimai-siyasi,  sosial  və  mənəvi-əxlaqi 

idealları  parlaq  bədii  əksini  tapmışdır.  Nizami  Gəncəvi  Yaxın 

Şərq ədəbiyyatında mənzum roman janrının əsasını qoymuş, yeni 

ədəbi  məktəb  yaratmışdır.  Nizami  Gəncəvi  həm  də  dövrünün 

görkəmli  mütəfəkkiri  olmuşdur.  Onun  bütün  əsərlərində 

şəxsiyyət  azadlığı,  insanın  mənəvi  azadlığı  tərənnüm  olunur.  – 

97,100,108. 

 



Yüklə 2,32 Mb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə