İNKİŞaf – MƏQSƏDİMİZDİR İYİRMİ ÜÇÜNCÜ Kİtab


  Çin  Xalq  Respublikası



Yüklə 2,32 Mb.
Pdf görüntüsü
səhifə103/115
tarix12.10.2018
ölçüsü2,32 Mb.
#73741
1   ...   99   100   101   102   103   104   105   106   ...   115

 356 

91.  Çin  Xalq  Respublikası  (ÇXR)  –  Mərkəzi  və  Şərqi 

Asiyada  dövlət.  Sahəsi  9,6  milyon  km

2

,  əhalisi  1219  milyon 



nəfərdir.  İnzibati  cəhətdən  22  əyalətə  (Tayvansiz),  5  muxtar 

rayona  və  mərkəz  tabeliyində  olan  3  şəhərə  (Pekin,  Şanxay, 

Tyantszın)  bölünür.  Ali  dövlət  hakimiyyəti  orqanı  Ümumçin 

Xalq  Nümayəndələri  Məclisidir.  Dövlət  başçısı  Çin  Xalq 

Respublikasının sədridir. Paytaxtı Pekindir. – 99,268. 

 

92. Birləşmiş  Millətlər  Təşkilatı (BMT) – müasir dünyanın 

ən nüfuzlu beynəlxalq təşkilatı. Qərargahı Nyu-York şəhərindədir. 

Əsas  vəzifəsi  beynəlxalq  sülhü  və  təhlükəsizliyi  qorumaq  və 

möhkəmlətmək, 

dövlətlər 

arasında 

əməkdaşlığı 

inkişaf 

etdirməkdir. BMT-nin Nizamnaməsi 1945-ci il iyulun 26-da San-

Fransisko konfransında 50 dövlətin nümayəndəsi tərəfindən imza-

landı və 1945-ci il oktyabrın 24-də qüvvəyə mindi. Hazırda BMT-

yə 198 dövlət daxildir. 

 BMT-nin  əsas  orqanları  Baş  Məclis,  Təhlükəsizlik  Şurası, 

İqtisadi və İctimai Şura, Qəyyumluq Şurası, Beynəlxalq Məhkəmə 

və Katiblikdir. 

Azərbaycan Respublikası 1992-ci ildən BMT-nin üzvüdür.  

Dövlətimizin  apardığı  uğurlu  xarici  siyasət  nəticəsində  Azər-

baycan  2011-ci  ilin  oktyabr  ayında  BMT-nin  Təhlükəsizlik 

Surasına qeyri-daimi  üzv qəbul olunmuşdur. – 101,102,115,308. 

 

93.  ATƏT  –  Avropada  Təhlükəsizlik  və  Əməkdaşlıq  Təş-

kilatı. Əsası 1975-ci il iyulun 3–9-da Helsinkidə qoyulmuşdur. 

Burada Avropanın 33 dövlətinin, ABŞ və Kanadanın dövlət və 

hökumət  rəhbərləri  iştirak  edirdi.  ATƏT  «soyuq  müharibə»nin 

qurtarmasından  sonra  Ümumavropa  təhlükəsizlik  sistemini 

formalaşdıran, yeni Avropanın siyasi və iqtisadi həyatının sivil 

birgəyaşayış  qaydalarını  müəyyən  edən,  dövlətlərarası  mü-

nasibətləri  rəqiblik  və  münaqişə  yolundan  əməkdaşlıq  və 

qarşılıqlı  mənafe  istiqamətlərinə  yönəldən  bir  təşkilat 

funksiyasını icra edir. 




 

357 


Azərbaycan 1992-ci ildən ATƏT-in üzvüdür və 1993-cü ilin 

ikinci yarısından ATƏT-in zirvə görüşlərində  Azərbaycan nüma-

yəndə heyəti fəal iştirak edir. – 101,102,115,155. 

 

94. İslam Konfransı Təşkilatı (İKT) – 1969-cu ildə yaradıl-

mışdır.  Müsəlman  ölkələrinin  çoxunu  birləşdirir.  Nizamna-

məsinə  görə  İslam  Konfransı  Təşkilatının  fəaliyyəti  müsəl-

manların  həmrəyliyinin  möhkəmlənməsinə,  üzv-dövlətlər  ara-

sında  əməkdaşlığa  yönəldilmişdir.  İqamətgahı  Ciddədədir 

(Səudiyyə  Ərəbistanı).  Azərbaycan  1991-ci  ildən  İKT-nın 

üzvüdür.  Hazırda  İslam  Əməkdaşlıq  Təşkilatıdır.    –  101,244, 

268. 

 

95. Müstəqil Dövlətlər Birliyi (MDB) – 1991-ci il dekabrın 8-



də Belorusiya, Rusiya və Ukrayna dövlət başçılarının imzala-

dıqları  saziş  əsasında  SSRİ  dağıldıqdan  sonra  yeni  dövlətlər-

arası  birlik  kimi  yaradılmışdır.  Azərbaycan  1993-cü  ilin 

sentyabrında  MDB-yə  daxil  olmuşdur.  Tərkibinə  keçmiş 

SSRİ-nin 12 müttəfiq respublikası – Azərbaycan, Belarus, Er-

mənistan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Moldova, Özbə-

kistan,  Rusiya,  Tacikistan,  Türkmənistan,  Ukrayna  daxildir. 

MDB-nin  1993-cü  ildə  qəbul  edilmiş  nizamnaməsində  aşağı-

dakı  birgə  fəaliyyət  sahələri  nəzərdə  tutulur:  insan  hüquq  və 

azadlıqlarının  təmin  edilməsi;  xarici  siyasi  fəaliyyətin  əlaqə-

ləndirilməsi;  ümumi  iqtisadi  məkanın  formalaşdırılmasında, 

nəqliyyat  sisteminin  və  rabitənin  inkişafında  əməkdaşlıq; 

əhalinin  sağlamlığının  və  ətraf  mühitin  mühafizəsi;  sosial  və 

mühacirət  məsələləri,  mütəşəkkil  cinayətkarlıqla  mübarizə; 

müdafiə siyasətində və  sərhədlərin qorunmasında əməkdaşlıq. 

MDB-nin  orqanları  aşağıdakılardır:  Dövlət  başçıları  Şurası; 

Hökumət başçıları Şurası; Xarici İşlər nazirləri Şurası; Dövlətlər-

arası iqtisadi Şura; Mərkəzi Sankt-Peterburq şəhərində olan Parla-

mentlərarası Assambleya və s. MDB-nin daimi fəaliyyət göstərən 

orqanı  Minsk  şəhərində  yerləşən  Əlaqələndirmə  Məsləhət 

Komitəsidir. – 101,103,115. 



 358 

 

96. Heydər Babayev, H e y d ə r   A y d ı n   o ğ l u (d.1957) – 

iqtisadçı.  1999–2005-ci  illərdə  Azərbaycan  Respublikası  Prezi-

denti Yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri, 

2005-ci  ilin  oktyabrından  2008-ci  ilə  qədər  Azərbaycan 

Respublikasının İqtisadi İnkişaf naziri olmuşdur. – 104,280. 

 

97. Elmar Məmmədyarov, E l m a r  M ə h ə r r ə m  o ğ l u 

(d.1960)  –  tarix  üzrə  fəlsəfə  doktoru,  diplomat.  1995–98-ci 

illərdə Azərbaycan Xarici İşlər Nazirliyində beynəlxalq təşkilat-

lar idarəsinin başçısı, 1998–2003-cü illərdə ABŞ-da Azərbaycan 

səfirliyində müşavir, 2003–2004-cü illərdə İtaliyada Azərbaycan 

Respublikasının səfiri, 2004-cü ildən isə Azərbaycan Respublika-

sının Xarici İşlər naziridir. – 104,161. 

 

98.  Ziya  Məmmədov,  Z  i  y  a      A  r  z  u  m  a  n      o  ğ  l  u  

(d.1952)  –  dəmiryolçu  mühəndis.  1996–2005-ci  illərdə  Azər-

baycan  Dövlət  Dəmir  Yolu  rəisi,  2005-ci  ildən  isə  Azərbaycan 

Respublikasının Nəqliyyat naziridir. – 105,127–131,280. 

 

99. Aydın Əliyev, A y d ı n   Ə l i   o ğ l u (d.1957)– hüquq-

şünas,  gömrük  xidməti  general-leytenantı.  2006-cı  ildən 

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri. – 

105. 

 

100. Cahangir Əsgərov, C a h a n g i r   C ə l a l   o ğ l u 



(d.1950)  –  təyyarəçi.  1991–93-cü  illərdə  Aviasiya  İşçiləri  Həm-

karlar  İttifaqı  Respublika  Komitəsinin  sədri,  1996-cı  ildən 

«Azərbaycan  Hava  Yolları»  Dövlət  Konserninin  Baş  direk-

torudur. –106. 

 

101.  «MİR»  –  dövlətlərarası  teleradio  şirkəti.  1993-cü  ildə 

MDB  dövlət  başçılarının  qərarı  ilə  yaradılmışdır.  Əsasən 

tamaşaçılara və dinləyicilərə MDB ölkələri və xalqları haqqında 

ətraflı məlumat verir. – 112. 




Yüklə 2,32 Mb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə