İNKİŞaf – MƏQSƏDİMİZDİR İYİRMİ ÜÇÜNCÜ Kİtab



Yüklə 2,32 Mb.
Pdf görüntüsü
səhifə106/115
tarix12.10.2018
ölçüsü2,32 Mb.
#73741
1   ...   102   103   104   105   106   107   108   109   ...   115

 

365 


«Şəhidlər  xiyabanı»  adlanır.  Xiyabanda  eyni  zamanda, 

Ermənistan  işğalçılarına  qarşı  Azərbaycan  torpaqlarının  mü-

dafiəsi  uğrunda  qəhrəmancasına  həlak  olanlar  da  dəfn 

edilmişdir. 1998-ci ildə burada hündürlüyü 22  metr olan əbədi 

məşəl – abidə qoyulmuşdur. – 162–163,184–185. 

 

131. Varşava gettosu, bax: Varşava üsyanı. 



 

132.  Varşava  üsyanı  (1943)  –  Varşava  gettosunda  əsirlərin 

alman-faşist işğalçılarına qarşı silahlı üsyanı. Aprelin 19-da baş-

lanmışdı. Üsyanı yəhudi döyüş təşkilatı hazırlamışdı. 

Üsyançıların qəhrəmancasına müqavimətinə baxmayaraq, üs-

yan  iyulun  əvvəllərində  yatırıldı,  hitlerçilər  7  min  adamı  öldür-

dülər,  6  min  adam  isə  yanğınlar  zamanı  tələf  oldu.  Faşistlər 

gettonun  sağ  qalan  üzvlərini  Treblinkadakı  ölüm  düşərgəsinə 

göndərdilər. –177,258. 



 

133. «Yeni qonşuluq siyasəti» (YQS) – Avropa İttifaqının 

qonşu  ölkələrlə  əməkdaşlığının  möhkəmləndirilməsinə,  Av-

ropa İttifaqı və qonşu ölkələr arasında  təhlükəsiz və firavan 

zonalar,  Avropa  İttifaqı  sərhədlərində  «dost  ölkələr  dairəsi» 

yaratmaga,  həmçinin    Aİ  ilə  qonşu  ölkələr  arasında    siyasi, 

təhlükəsiz, iqtisadi və mədəni sahələrdə daha sıx əməkdaşlıq 

etməyə şərait yaradır. YQS-nin əsas məqsədi Avropa İttifaqı-

nın  qonşu  ölkələrində  stabilliyin,  təhlükəsizliyin  qorunması, 

maraqlı ölkələrdə rifah halının yaxşılaşdırılmasıdır. – 168. 

 

134.  Azərbaycan Xalq Cümhuriyyəti – Müsəlman Şərqində 

ilk  dəfə  dünyəvi,  demokratik  respublikanın  əsasını  qoymuş 

müstəqil Azərbaycan dövləti. Cəmi 23 ay (1918-ci il mayın 28-də 

yaradılmış,  1920-ci  il  aprelin  28-də  bolşeviklərin  və  daşnakların 

səyi ilə devrilmişdir) yaşamışdır. Paytaxtı əvvəlcə Gəncə (1918, 16 

iyun  –  17  sentyabr),  sonra  Bakı  şəhəri  (1918,  17  sentyabr–1920,  28 

aprel)  idi.  Azərbaycan  hökuməti  yeni  suveren  milli  dövlətin 

müxtəlif  problemlərinin  həlli  yollarında  böyük  əzmlə  çalışırdı. 



 366 

Nazirlər  Şurasının  27  iyun  1918-ci  il  tarixli  fərmanı  ilə 

respublikada  dövlət  dili  türk  (Azərbaycan)  dili  elan  edildi. 

Azərbaycan Respublikasının parlamenti 1919-cu il avqustun 11-də 

Azərbaycan vətəndaşlığı haqqında qanun qəbul etdi. Xalq maarifi 

sahəsində  qısa  müddətdə  böyük  tədbirlər  həyata  keçirildi.  Qori 

müəllimlər seminariyasının Azərbaycan şöbəsi Qazaxa köçürüldü, 

Bakı Dövlət Universiteti təsis edildi, xarici ölkələrdə kadr hazırlığı 

məqsədi  ilə  1919–20-ci  tədris  ilində  100  nəfər  gənc  Avropanın 

müxtəlif  təhsil  müəssisələrinə  göndərildi.  Məktəblərin  xeyli 

hissəsi  milliləşdirildi,  kitabxanalar  açıldı,  savadsızlığın  ləğvi 

üçün  kəndlərdə  kurslar  yaradıldı.  Azərbaycan  Xalq  Cümhuriy-

yətinin dövlət rəmzləri (üçrəngli bayraq, gerb, himn) milli Azər-

baycan  rəmzləri  kimi  tanındı.  Azərbaycan  Dövlət  Bankı 

yaradıldı,  1918-ci  ilin  martında  dağıdılmış  neft  sənayesi  və 

Bakı–Batum neft kəməri bərpa edildi. – 175. 



 

135. İkinci dünya müharibəsi (1939–45) – Almaniya,  İta-

liya  və  Yaponiya  tərəfindən  başlanmış  böyük  müharibə. 

İkinci  dünya  müharibəsi  1939-cu  il  sentyabrın  1-də  Alma-

niyanın Polşaya girməsi ilə başlandı. Sentyabrın 3-də Böyük 

Britaniya və Fransa Almaniyaya müharibə elan etdi. 1940-cı 

ilin  ortalarından  alman  qoşunları  Danimarka,  Norveç,  Belçi-

ka, Niderland, Lüksemburq, sonra isə Fransanı işğal etdi.  

1941-ci il iyunun 22-də Almaniya SSRİ-yə qarşı müharibəyə 

başladı.  1942–43-cü  illərdə  sovet  ordusunun  Stalinqrad  və 

Kursk vuruşmalarında qələbəsi Almaniyanı qəti surətdə sarsıtdı.  

1945-ci il  mayın 2-də sovet ordusu   Berlini  aldı. Mayın 8-də 

Karlsxorstda  (Berlin  yaxınlığında)  Almaniyanın  danışıqsız  təslim 

olması haqqında akt imzalandı. 

Yaponiyanın təslim  olması  haqqında  sənəd  isə  sentyabrın 

2-də  imzalandı.  Bununla  İkinci  dünya  müharibəsi  qurtardı. 

İkinci  dünya  müharibəsində  72  ölkə  iştirak  etmişdir.  Müha-

ribədə  iştirak  edən  ölkələrin  silahlı  qüvvələrinə  110  milyon 

adam çağırılmışdı. Müharibədə 62 milyon adam həlak olmuş, 

minlərlə şəhər, qəsəbə və kənd dağılmışdı. – 178. 



 

367 


 

136.  Bakı  Slavyan  Universiteti  –  2000-ci  ildə  prezident 

Heydər  Əliyevin  fərmanı  ilə  M.F.Axundov  adına  Azərbaycan 

Rus  Dili  və  Ədəbiyyatı  İnstitutunun  bazası  əsasında 

yaradılmışdır.  İnstitutun  beş  fakültəsi  var.  Burada  rus,  bolqar, 

polyak,  çex,  yunan,  ukrayna  dilləri,  roman-alman  filologiyası 

öyrənilir.  Universitetdə    40-dan  çox    elmlər  doktoru,  200-ə 

yaxın  fəlsəfə  doktoru  fəaliyyət  göstərir,  üç  min  tələbə    təhsil 

alır.  –  179. 

 

137.  Mavritaniya,   M a v r i t a n i y a   İ s l a m    R e s -p 

u b l i k a s ı – Cənub-Qərbi Afrikada dövlət. Sahəsi 1031 min km

2



əhalisi  2,3  milyon  nəfərdir.  İnzibati  ərazisi  12  vilayətə,    1 



mərkəzi  muxtar  əyalətə  bölünür.  Dövlət  başçısı  prezident, 

qanunverici  orqanı  ikipalatalı  parlamentdir  (Senat    və  Milli 

Məclis). Paytaxtı Nuakşotdur. – 180. 

 

138.    Sidi  Məhəmməd  Uld  (d.1938)  –  Mavritaniya  dövlət 

xadimi.  2007–2008-ci  illərdə  Mavritaniyanın  prezidenti  ol-

muşdur. – 180. 

 

139. Valter Kalin (d. 1951)  – İsveçrə hüquqşünası, profes-

sor.  2004-cü  ildə  BMT-də  Baş  katibin  məcburi  köçkünlərin 

hüquqlarının müdafiəsi üzrə nümayəndəsi, 2010-cu ildən 1913-

cü  ilə  qədər  Cenevrədə  İnsan  haqlarının  müdafiəsi  üzrə 

Beynəlxalq  Xidmət  İdarəsinin  Direktorlar  Şurasının  üzvü  ol-

muşdur. – 181–182. 

 

140. Fərman Salmanov,  S a l m a n o v  F ə r m a n  Q u r- 

b  a  n      oğlu (1928–2008)   –  mühəndis-geoloq.  Lenin mükafatı 

laureatı,  Sosialist  Əməyi  Qəhrəmanı.  Qərbi  Sibirdə  onun 

bilavasitə  rəhbərliyi  ilə  ən  iri  neft  və  qaz  yataqları  kəşf  edil-

mişdir. – 183. 

 



Yüklə 2,32 Mb.

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə