İNKİŞaf – MƏQSƏDİMİZDİR İYİRMİ ÜÇÜNCÜ Kİtab



Yüklə 2,32 Mb.
Pdf görüntüsü
səhifə108/115
tarix12.10.2018
ölçüsü2,32 Mb.
#73741
1   ...   104   105   106   107   108   109   110   111   ...   115

 

371 


dövlət elmi təşkilatı. 1945-ci ildə Bakıda təsis edilmişdir. 2001-

ci  ilin  may  ayından  Azərbaycan  Milli  Elmlər  Akademiyası 

adlanır.  Azərbaycan  Milli  EA-nın  aşağıdakı  bölmələri  var: 

fizika; texnika və riyaziyyat elmləri; kimya elmləri; yer elmləri; 

biologiya  elmləri;  aqrar  elmləri;  humanitar  və  ictimai  elmlər. 

Burada  elmin  müxtəlif  sahələrinə  dair  aktual  problemlər 

üzərində  tədqiqat  işləri  aparılır.  Hər  il  onlarla  elmi  işin  nəticəsi 

istehsalatda tətbiq olunur. – 222. 

 

159.  «Mərmərə»  qrupu  Strateji    və  Sosial  Araşdırmalar 

Vəqfi – 1985-ci ildə İstanbulda yaradılmışdır. Hazırda 200-dən 

çox üzvü olan bu qrupa tanınmış sənət və iş adamları, nazirlər 

və  millət  vəkilləri  daxildirlər.  Qrup  xarici  ölkələrin  prezident-

ləri,  görkəmli  dövlət  xadimləri,  nüfuzlu  siyasətçiləri  ilə 

mütəmadi olaraq görüşlər keçirir. – 223. 

 

160. Akkan Süvər (d.1942) – Türkiyə jurnalisti. Fəlsəfə elm-

ləri doktoru. «Mərmərə» qrupunun sədridir. – 223. 

 

161. XVI Benedikt (d.1927) – 2005–2013-cü  illərdə Roma 

papası olmuşdur. – 224,234. 

 

162. Hindistan, H i n d i s t a n   R e s p u b l i k a s ı – Cənubi 

Asiyada  dövlət.  Millətlər  Birliyinin  tərkibindədir.  Sahəsi    3,3 

milyon  km

2

,  əhalisi  953  milyon  nəfərdir.  Hindistan  inzibati 



cəhətdən  22  ştata  və  7  müttəfiq  əraziyə  bölünür.  Dövlət  başçısı 

prezident,  qanunverici  orqanı  ikipalatalı  parlamentdir.  Paytaxtı  

Dehli şəhəridir. – 225. 

 

163. Cairam Rameş (d.1954) – hind iqtisadçısı və siyasətçisi. 

Hindistan  Milli  Konqresinin,  2004-cü  ildən  parlamentin  üzvüdür. 

Hindistanın Ticarət naziri olmuşdur. – 225. 

 



 372 

164.  Kurqan  vilayəti  –  Rusiya  Federasiyasında  Qərbi  Sibir 

düzənliyinin  cənub-qərbində  inzibati  ərazi  vahidi,  sahəsi  71  min 

km, əhalisi 1103 min nəfərdir. – 226. 

 

165.  Oleq  Boqomolov  (d.1950)  –  Rusiya  dövlət  xadimi, 

«Vahid  Rusiya»  Partiyasının  üzvü,  «Rosselxozbank»  İdarə 

Heyətinin  sədr  müavini.  1997–2014-  cü  illərdə  Rusiya  Kurqan 

vilayətinin qubernatoru olmuşdur. – 226. 

 

166. Mixail Zabelin (d.1946) – Azərbaycanda Rus icmasın-

ın  və  «Azərbaycan–Rusiya»  cəmiyyətinin  sədri.  Yeni  Azər-

baycan  Partiyası  Siyasi  Şurasının  və  İdarə  Heyətinin  üzvü  və 

Milli Məclisin deputatıdır. – 228–232. 

 

167. Əlcəzair,   Ə l c ə z a i r   X a l q   D e m o k r a t i k      

R e s p u b l i k a s ı – Şimali Afrikada dövlət. Sahəsi 2382 min  

km

2



,  əhalisi  30,6  milyon  nəfərdir.  İnzibati  ərazisi  48  vilayətə  

bölünür. Dövlət başçısı prezident, qanunverici orqanı birpalatalı 

Milli Xalq Məclisidir. Paytaxtı Əlcəzair şəhəridir. – 233. 

 

168. Əbdüləziz Buteflikay (d.1937)  – Əlcəzair dövlət xadi-

mi, 1999-cu ildən Əlcəzair prezidenti. – 233. 

 

169. II Beatriks (d.1938) – 1980-ci ildən Niderlandın krali-

çası. – 235. 

 

170. «Azəri», «Çıraq» – Xəzərin Azərbaycan sektorunda ən 

iri neft yataqları. Bakıdan təxminən 120 km şərqdə yerləşən bu 

yataqlar  Azərbaycan  Beynəlxalq  Əməliyyat  Şirkəti  (ABƏŞ) 

adından  bp  şirkəti  tərəfindən  işlənir.  «Azəri»,  «Çıraq»  neft 

yataqları  iki  əsas  lay  dəstindən  ibarətdir:  Fasilə  və  Balaxanı. 

Konsorsium əvvəlcə hasilata Fasilə layından başlayıb. «Azəri»,  

«Çıraq»da hasilat 1997-ci ilin noyabr ayında başlamışdır. – 240. 

 



 

373 


171. İpək Yolu, B ö y ü k   İ p ə k   Y o l u – beynəlxalq ta-

rixi  tranzit-ticarət  yolu;  eramızdan  əvvəl  II  əsrin  sonlarından 

eramızın XVI əsrinədək fəaliyyət göstərmiş, Çindən Şimali Af-

rika və İspaniyaya qədər uzanaraq, ayrı-ayrı qolları ilə o zaman 

dünyanın  məlum  olan,  demək  olar  ki,  bütün  ölkələrini 

birləşdirmişdir. 

Əlverişli  coğrafi  mövqedə  yerləşməsi  və  zəngin  maddi 

sərvətlərə  malik  olması  sayəsində  Azərbaycan  qədim  zaman-

lardan  dünya  ölkələri  arasında  iqtisadi  və  mədəni  əlaqələrdə 

mühüm yer tutmuşdur. 

XX  əsrin  sonunda  Azərbaycan  Respublikasının  prezidenti 

Heydər  Əliyevin  Böyük  İpək  Yolunun  yenidən  dirçəldilməsi 

ideyasını irəli sürməsi bütün dünyada, xüsusilə də Böyük  İpək 

Yolu  üstündə  yerləşən  ölkələrdə  ciddi  maraqla  qarşılandı.  Bu 

məqsədlə  1998-ci  ilin  sentyabrında  Bakıda  33  dövlətin  və 

Avropa  Birliyinin  iştirakı  ilə  beynəlxalq  konfrans  keçirildi; 

TRASEKA  proqramı  çərçivəsində  nəzərdə  tutulan  Asiya–

Qafqaz–Avropa ticarət dəhlizinin – Böyük İpək Yolunun bərpa-

sının və onun imkanlarından hamılıqla bəhrələnməyin vacibliyi 

qeyd olundu. – 243,267. 

 

172.  Avropa  Şurası  (AŞ)  –  Avropada  hökumətlərarası 

təşkilat.  1949-cu  ildə  yaradılmışdır.  Qərargahı  Fransanın 

Strasburq  şəhərində  yerləşir.  AŞ-nın əsas  məqsədi Avropada 

sülhü  və  təhlükəsizliyi  qorumaq,  seçki  sistemində  çoxpar-

tiyalılığa  riayət  etmək,  demokratiyanı  və  insan  hüquqlarını 

müdafiə  etmək,  möhkəmləndirmək,  Avropa  ölkələrinin 

mədəniyyətlərinin  yaxınlaşmasına  çalışmaq  və  s.  ibarətdir. 

AŞ-nın  ali orqanları  Nazirlər Komitəsi, Məsləhət Assamble-

yası,  Sahə  Nazirliklərinin  Müşavirəsi  və  Katiblikdir.  Azər-

baycan 2001-ci ildən Avropa Şurasının üzvüdür. – 244. 



 

173. Mərkəzi Bank, M i l l i   B a n k – Azərbaycan Respub-

likasının  mərkəzi  bankıdır.  Onun  əsas  vəzifəsi  qiymətlərin 

sabitliyinin  təmin  edilməsi,  xarici  dönərli  valyutalara  nisbətən 



Yüklə 2,32 Mb.

Dostları ilə paylaş:
1   ...   104   105   106   107   108   109   110   111   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə