İNKİŞaf – MƏQSƏDİMİZDİR İYİRMİ ÜÇÜNCÜ Kİtab



Yüklə 2,32 Mb.
Pdf görüntüsü
səhifə109/115
tarix12.10.2018
ölçüsü2,32 Mb.
#73741
1   ...   105   106   107   108   109   110   111   112   ...   115

 374 

milli  valyutanın  kursunun  möhkəmləndirilməsi,  həmçinin  ölkə 

bank    sisteminin    sabitliyinin      qorunmasıdır.  AMB  valyuta 

tənzimlənməsi və nəzarətini həyata keçirir, xarici dövlətlərlə he-

sablaşma qaydalarını müəyyən edir, xarici valyuta ehtiyatlarını 

idarə edir. AMB həmçinin Azərbaycan Respublikasının tədiyə-

hesablama balansının tərtibinə rəhbərlik edir. – 254. 

 

174.  Beynəlxalq  Valyuta  Fondu  –  BMT-nin  hökumətlər-

arası  ixtisaslaşdırılmış  idarəsi,  beynəlxalq  valyuta  təşkilatı. 

1945-ci ildə yaradılmış, 1947-ci ildən fəaliyyətə başlamışdır. İdarə 

heyəti  Vaşinqtondadır.  Dünyanın  130-a  yaxın  ölkəsi  fondun 

üzvüdür.  Nizamnaməsinə  görə,  məqsədi  beynəlxalq  valyuta 

əməkdaşlığına  yardım  etmək,  ölkələr  arasında  valyuta-

hesablaşma  münasibətlərini  nizama  salmaq,  fonda  daxil  olan 

ölkələrin  ödəmə  balanslarını  tarazlaşdırmaq  və  valyuta 

məzənnəsini  tənzimləməkdən  ibarətdir.  1992-ci  ildə  Azərbay-

can  Respublikası  Beynəlxalq  Valyuta  Fonduna  qəbul  olun-

muşdur. – 254,266. 

 

175. Tanzaniya,  B i r l ə ş m i ş  T a n z a n i y a  R e s p u b -l 

i k a s ı – Şərqi  Afrikada dövlət. Sahəsi 945,1  km

2

,  əhalisi  29 



milyon  nəfərdir.  İnzibati  ərazisi  25  vilayətə  bölünür.  Millətlər 

Birliyinə  daxildir.  Dövlət  və  hökumət  başçısı  prezidentdir. 

Qanunverici  orqanı    Milli  Məclisdir.  Paytaxtı    Dodomadır.  – 

260. 


 

176. Cakayya Kikvete (d.1950) – Tanzaniya dövlət xadimi. 

2005-ci  ildən  Tanzaniya  prezidenti,  2008-ci  ildən  Afrika 

İttifaqının sədridir. – 260. 

 

177.  Cənubi  Afrika  Respublikası  (CAR)  –  Cənubi  Afri-

kada dövlət. Sahəsi 1221 min km

2

, əhalisi 41,7 milyon nəfərdir. 



9 əyalətə bölünür. Dövlət başçısı prezident, qanunverici orqanı 

parlamentdir (Senat və Milli Məclis). – 261. 




 

375 


 

 178. Tabo Mbeki (d.1942) – Afrika Milli Konqresinin gör-

kəmli  nümayəndəsi.  1997–2007-ci  illərdə  Afrika  Milli  Kon-

qresinin  sədri,  1999–2008-ci  illərdə  Cənubi  Afrika  Respubli-

kasının prezidenti olmuşdur. – 261. 

 

179. Koreya,  K o r e y a  R e s p u b l i k a s ı  – Şərqi  Asi-

yada  dövlət.  Sahəsi  98,5  min  km

2

,  əhalisi  45,2  milyon 



nəfərdir. İnzibati ərazisi 9 əyalətə və 6 mərkəzi tabe hərə bö-

lünür.  Dövlət  başçısı  prezident,  qanunverici  orqanı  –  birpa-

latalı Milli Məclisdir. Paytaxtı Seuldur. – 262–270, 277–325. 

 

180.  bp «B r i t i ş   P e t r o l e u m»  – dünyanın ən iri neft 

şirkətlərindən  biri.  1909-cu  ildən  bir  çox  ölkələrdə  neftin  kəşfiy-

yatı,  çıxarılması,  emalı  və  satışı  ilə  məşğuldur.  bp  1994-cü  ildən 

Azərbaycanda  fəaliyyət  göstərir.  Hazırda  ABƏŞ-in  əsas  ope-

ratorudur. – 271. 

 

181. Endi İnqlis (d.1960) – britaniyalı mühəndis. 2004–2007-

ci  illərdə  bp-nin  əvəzedici  direktoru  və  bp-nin  kəşfiyyat  və 

istehsalat biznesi üzrə Baş direktoru olmuşdur. – 271. 

 

182. Latviya, L a t v i y a   R e s p u b l i k a s ı – Şərqi Avro-

pada – Pribaltikada dövlət. Sahəsi 64,5 min km

2

, əhalisi 2,2 milyon 



nəfərdir.  İnzibati  ərazisi  26  rayona  bölünür.  Dövlət  başçısı  prezi-

dent, qanunverici orqanı Seymdir. Paytaxtı Riqa şəhəridir. – 272. 

 

183.  Artis  Pabriks  (d.1966)  –  Latviya  siyasi  xadimi.  2004–

2007-ci  illərdə  Latviya  Xarici  İşlər  naziri,  2010–2014-cü  illərdə 

Müdafiə naziri olmuşdur. – 272. 

 

184.  Corc  Buş  (d.1946)    –  ABŞ-ın  43-cü  prezidenti  (2000–

2008-ci  illər).  ABŞ-ın  41-ci  prezidenti  Corc  Herbert  Buşun  oğlu-

dur.  1968-ci  ildə  Yel  Universitetini  (incəsənət,  tarix  bakalavrı), 




 376 

1975-ci  ildə  isə  Harvard  Universitetini  (incəsənət  magistri)  bi-

tirmişdir.  «Speaktrum-7  Enerci  Korporeyşn»  firmasının  yara-

dıcısıdır.  1994-cü  ildən  Texas  ştatının  qubernatoru  olmuşdur.  – 

273. 

 

185.  İsrail  –  Yaxın  Şərqdə  dövlət.  Sahəsi  20,8  min  km



2

əhalisi  5,5  milyon  nəfərdir (1948-49-cu  illərdə işğal  edilmiş 



ərazi  daxil  olmaqla).  İsrail  dövləti  BMT-nin  Baş  Məclisinin 

1947-ci  il  29  noyabr  tarixli    qərarına  əsasən  yaradılmışdır. 

İsrail inzibati cəhətdən 6 mahala bölünür. Dövlət başçısı pre-

zidentdir,  onu  birpalatalı  parlament  (Knesset)  seçir.  Höku-

mətə  geniş səlahiyyəti olan Baş nazir başçılıq edir. – 274. 

 

186.  Moşe  Katsav  (d.1945)  –  İsrail  dövlət  xadimi.  2000–

2007-ci illərdə İsrail prezidenti. – 274. 

 

187. Avstriya, A v s t r i y a   R e s p u b l i k a s ı – Mərkəzi 

Avropada  dövlət.  Sahəsi  83,8  min  km

2

,  əhalisi  8,1  milyon  nə-



fərdir.  Dövlət  başçısı  prezident,  qanunverici  orqanı  ikipalatalı 

(Milli Şura və Federal Şura) parlamentdir. Paytaxtı Vyanadır. – 

276. 

 

188. Nabukko – Türkmənistan və Azərbaycan qazının Avropa 



Birliyi ölkələrinə, əsasən Avstriya və Almaniyaya ötürülməsi üçün 

3300  km  uzunluğunda  magistral  qaz  kəmərinin  reallaşmayan 

layihəsi.  Layihənin  qiyməti  bp  şirkətinin  hesablamasına  görə  14 

milyard avro olmalıdır. –  276. 

 

189.  OMV  –  Mərkəzi  Avropada  ən  böyük  Avstriya  neft 

kompaniyası.  Mənzil-qərargahı  Vyanadadır.  Kompaniyanın 

əsası  1956-cı  ildə  qoyulmuşdur.  Kompaniyanın  ilk  layihəsi 

Liviyada  olmuşdur.  Kompaniya  dünyanın  17  ölkəsində  neft 

məhsullarının  hasilatı  və  axtarışını  həyata  keçirir.  OMV-nin 

gündəlik  hasilatı  neft  ekvivalenti  ilə  317  min  barreldir.  Kom-




Yüklə 2,32 Mb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə