İNKİŞaf – MƏQSƏDİMİZDİR İYİRMİ ÜÇÜNCÜ Kİtab



Yüklə 2,32 Mb.
Pdf görüntüsü
səhifə107/115
tarix12.10.2018
ölçüsü2,32 Mb.
#73741
1   ...   103   104   105   106   107   108   109   110   ...   115

 368 

141. ABŞ Konqresi,  A m e r i k a  B i r l ə ş m i ş   Ş t a t l a- 

r ı  K o n q r e s i – ali qanunverici hakimiyyət orqanı. İki palata-

dan – Senatdan və Nümayəndələr palatasından ibarətdir. 

Senatın  100  üzvü  var.  Ölkənin  hər  ştatından  Senata  iki 

senator  seçilir.  Nümayəndələr  palatasının  435  üzvü  var.  Bu 

palatanın  üzvləri  hər  seçki  dairəsində  yaşayan  əhalinin  sayına 

görə seçilir. Qanun layihələri hər iki palatada müzakirə olunur. 

Konqres  tərəfindən  qəbul  olunan  qanunları  ABŞ  prezidenti 

təsdiq edir. – 189. 

 

142.  Pit  Hoekstra  (d.1953)  –  hollandiyalı  amerikan  siya-

sətçisi. ABŞ Nümayəndələr palatasinin sabiq üzvü 1993– 2011-

ci  illərdə  Konqresdə  Respublikaçılar  Partiyasından  senator 

olmuşdur. – 189. 

 

143. Karim Masimov (d.1965) – Qazaxıstan dövlət xadimi, iki 

dəfə Qazaxıstan Respublikasının Baş naziri (2007–2012, 2014-cü 

illər); 2012–2014-cü illərdə isə Qazaxıstan Respublikası Prezident 

Administrasiyasının rəhbəri olmuşdur. – 190,192. 

 

144. Nursultan  Nazarbayev,   N u r s u l t a n   A b i ş  o ğ -l 

u (d.1940) – Qazaxıstanın dövlət və siyasi xadimi. 1979-cu ildə 

Qazaxıstan    KP  MK-nın  katibi,  1984-cü  ildə  Qazaxıstan  Ali 

Sovetinin  sədri,  Nazirlər  Sovetinin  sədri,  1989–91-ci  illərdə 

Qazaxıstan KP MK-nın Birinci katibi. 1990-cı ildə həm də Ali 

Sovetin  sədri,  1991-cı  ildə  Qazaxıstan  SSR-nin  prezidenti  və 

1991-ci  ilin  dekabrından  Qazaxıstan  Respublikasının  prezi-

dentidir.  – 190. 

 

145.  Zurab  Noğaideli  –  Gürcüstan  siyasi  xadimi.  2005–

2007-ci illərdə Gürcüstan Respublikasının Baş naziri olmuşdur. 

– 191. 


 


 

369 


146.  Zahid  Akman  (  d.1958)  –  ilahiyyatçı.  2005–2009-cu 

illərdə Türkiyə Radio-Televiziya Ali Şurasının sədri olmuşdur. 

– 196. 

 

147.  Suriya,  Su  r i  y  a     Ə  r  ə  b     R  e s  p  u  b  l  i  k  a  s ı  – 



Asiyada  dövlət.  Sahəsi  185,2  min  km

2

,  əhalisi  14,8  milyon 



nəfərdir.  İnzibati    ərazisi  10  mühafazə  (qubernatorluğa)  və 

Dəməşq  munisipalitetinə  bölünür.  Dövlət  başçısı  prezident,  ali 

qanunverici orqanı Xalq Şurasıdır. Paytaxtı Dəməşqdir. – 197. 

 

148.  Bəşşar  əl-Əsəd  (d.1965)  –  2000-ci  ildən  Suriyanın 

prezidenti. – 197. 

149. Danimarka, D a n i m a r k a   K r a l l ı ğ ı – Şimali 

Avropada  dövlət.  Sahəsi  43,1  min  km

2

,  əhalisi  5,2  milyon 



nəfərdir.  İnzibati  ərazisi  14  amta  bölünür.  Danimarka  konstitu-

siyalı monarxiyadır. Hökumət başçısı  kraliça, qanunverici orqanı 

birpalatalı folketinqdir. Paytaxtı Kopenhagendir.  – 198. 

 

150.  II  Marqret  (d.1940)  –  1972-ci  ildən  Danimarkanın 

kraliçası. Kral IX Frederikin qızıdır. – 198. 

 

151.  Masallı    –  Azərbaycan  Respublikasında  inzibati  rayon. 

1930-cu  ildə    təşkil  edilmişdir.  Sahəsi  292  km

2

,  əhalisi    212  min 



nəfərdir. – 200-210. 

 

152.  Azərbaycan  Beynəlxalq  Bankı  (ABB)  –  1992-ci  ildə 

Xarici İqtisadi Bankın əsasında yaradılmışdır. ABB beynəlxalq 

və daxili bazarda mövcud olan bütün bank xidmətlərini yerinə 

yetirir. – 200. 

 

153. Cəlilabad (1967-ci ilədək Astraxanbazar rayonu) – Azər-

baycan  Respublikasında  inzibati  rayon.  1930-cu  ildə  təşkil 

edilmişdir. Qərbdə İranla həmsərhəddir. Sahəsi 1441  km

2

,  əhalisi 



205,6 min nəfərdir. – 203,211–220. 

 



 370 

154. Jak Roqq (d.1942) – belçikalı ortoped-cərrah, məşhur 

yelkənli  qayıqsürmə  idmançısı.  Belçika  kralı  II  Albert 

tərəfindən  rıtsar  adlandırılmış  və  qraf  tituluna  layiq  görül-

müşdür.  Hazırda  Beynəlxalq  Olimpiya  Komitəsinin  sədridir.  – 

205. 

 

155. Pekin – Çinin paytaxtı (1949-cu ildən). Ölkənin siyasi, 



iqtisadi,  elm  və  mədəniyyət  mərkəzi.  Əhalisinin  sayına  görə 

ölkənin  ikinci  (Şanxaydan  sonra)  şəhəri,  Böyük  Çin  düzən-

liyində,  Yundinxe  çayı  hövzəsindədir.  Sahəsi  17,8  min  km

2



əhalisi 7,2 milyon nəfərdir. 

Pekin  haqqında  ilk  məlumat  e.ə.ikinci  minilliyə  aid  edilir. 

Pekin Çinin ən iri sənaye mərkəzlərindəndir. –  210. 

156.  Azərbaycan  tarixi  muzeyi  –  1920-ci  ildə  yaradılmışdır. 

Muzeyin müxtəlif fondlarında Vətən tarixini yaşadan 300 minədək 

maddi-mədəniyyət nümunəsi qorunur. Muzeyin kitabxanasında 80 

mindən  artıq  XIX–XX  əsrlərin  əvvəllərində  nəşr  olunmuş  nadir 

kitab,  jurnal  və  qəzet  toplanmışdır.  Muzeyin  10  otağında 

Azərbaycan  xalqının  görkəmli  oğlu  Hacı  Zeynalabdin  Tağıyevin 

həyat və fəaliyyətinə həsr olunmuş materiallar qorunub saxlanılır. 

– 221–222. 

 

157.   Nailə  Vəlixanlı,  N a  i l ə    M ə  m  m ə d ə l i     q ı  z  ı  

(d.1940)  –  tarixçi-şərqşünas  alim.  Tarix  elmləri  doktoru.  MEA-nın 

həqiqi  üzvü  və  AMEA-nın  vitse-prezidenti,  Azərbaycan  tarixi 

muzeyinin  direktoru.  Elmi  əsərlərində  Azərbaycanın  orta  əsrlər 

tarixinin  mənbəşünaslıq  problemləri,  regionun  Ərəb  Xilafəti 

tərkibində  mövqeyi,  sosial-iqtisadi  münasibətlər,  siyasi-mədəni 

tarix  və  tarixi  coğrafiya  məsələlərinə  aydınlıq  gətirmişdir. 

Azərbaycan Respublikasının «Şöhrət» ordeni ilə təltif edilmişdir. – 

221–222. 

 

158.  Azərbaycan  Milli  Elmlər  Akademiyası  (AMEA)– 

Azərbaycan  Respublikasında  elmin  inkişafını  təşkil  və  təmin 

edən, dövlətin elmi və elmi-texniki siyasətini həyata keçirən ali 




Yüklə 2,32 Mb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə